Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2477/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3219/2025 nömrəli, 2 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayr ı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyul 2022-ci il tarixli 1(074)-39/2022 nömrəli hökmü ilə Cavabdeh İB-nin X20 İstismar İdarəsinin Şamaxı xidmət sahəsinin təmirçi çilingəri X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin xidmətin 8-ci dərəcəli texniki X11 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Hökmdən görünür ki, həmin şəxslərin təqsirli hərəkətləri nəticəsində 1 oktyabr 2021-ci il tarixdə qaz xət tindən sızan qazın Şamaxı şəhəri, M.Qəniyev küçəsi, 17 nömrəli evin kanalizasiya borusu vasitəsilə hamam-ayaqyolu otağının daxilinə dolaraq partlaması və yanğına səbəb olması nəticəsində həmin evin sakini X3 ölmüşdür.
2. İddiaçı X2 anasıdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-405/2023 nömrəli 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 25000 manat pulun Cavabdeh İB-dən tutularaq mərhum X2 ölümü ilə əlaqədar mənəvi zərərə görə arvadı X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-2414/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mərhum X2 ölümü ilə əlaqədar mənəvi zərərə görə arvadı X8 Cavabdeh İB tərəfindən 50000 manat məbləğində kompensasiy a ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə cavabdehdən 500000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin işçilərinin təqsiri təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı oğlunu itirmiş və nəticədə ağır stress, güclü mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da ağır depressiyaya düşərək yaşama sevincini itirmiş və həyat e şqi sönmüşdür. Keçirdiyi ruhi sarsıntı və iztirab indiyədək davam edir və həyatının sonunadək bu iztirab davam edəcəkdir. Bu faciə nəticəsində hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşaq, İddiaçı nəvələri atasız qalmışdır. Bu hal ananın mənəvi zərərini daha da artırır və yaşadığı travmanın təsirini daha da dərinləşdirir. Uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olması, atasını görmədən və tanımadan, ümumiyyətlə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olması bu faciəni İddiaçı üçün daha da dözülməz edir. İddiaçı həyatda ən böyük dəstəkçisini, həyatının mənası kimi gördüyü və hər daim fəxr etdiyi yeganə oğlunu itirdiyinə görə əvvəlki sevincli həyatı istəsə də, artıq təkrar yaşaya bilməyəcək. O, bu h əyatda övladını belə faciəvi şəkildə itirməyin ağrısı ilə yaşamağa məcbur buraxılmışdır. Yanaraq ölmə kimi ağır hadisələr unudulması çətin olan xatirələr yaradır. Ana bu görüntüləri təkrar-təkrar xatırlayır, bu da onun sağalmasını mümkünsüz edir. Bundan başqa, oğlunun ölümündən sonra maddi çətinlik də çəkən İddiaçı əsasən yaxın qohumların maddi dəstəyi ilə ayaqda qalmağa çalışır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı mənəvi əzab çəkməsi şübhəsizdir. Oğlunun faciəvi şəkildə ölməsi ilə bağlı çəkdiyi ağır iztirab və əzablarının müəyyən dərəcədə yumşalması, eyni zamanda emosional və psixoloji vəziyyətinin yüngülləşdirilməsi üçün lazımi müalicə və terapiya xərclərini, habelə yaşadığı travmanın təsirini azaltmaq üçün istifadə edəcəyi resursları təmin etmək məqsədi ilə vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqqı var.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, mərhum X2 fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, onun vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdar, habelə konkret aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məlumat üçün, həm də məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı X4 Cavabdeh İB-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2414/2023 nömrəli qətnaməsi ilə qismən təmin edilmişdir. Birlik tərəfindən X8 50000 manat ödənilmişdir. Eyni zamanda X10 maddi ziyana görə 5309,35 manat məbləğində Cavabdeh İB tərəfindən ödəniş edilmişdir.
8. Bakı şəhər Xət ai Rayon Məhkəməsinin 2(011)-1098/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) iddia tələbi qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 50000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, 240 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsinin iddiaçının məruz qaldığı mənəvi sarsıntının ağırlığını, keçirdiyi iztirabların səhhətinə mənfi təsirini, iddiaçının yaşını, vəfat edən şəxslə yaxınlıq dərəcəsini, atasız qalmış 3 azyaşlı nəvəsinə dəstək olmaq istəyini, eləcə də, cavabdehin əmlak vəziyyətini, cavabdehin məsuliyyətinin əsasında işçilərinin ehtiyatsızlıqla törətdiyi cinayətlərin dayandığını nəzərə alaraq 50000 manat kompensasiy anın ödənilməsini ağlabatan hesab etmişdir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099-cu maddələri, AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli, AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının övladının ölümü Cav abdeh İB-nin əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir. Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallarını nəzərə almamışdır. Məhkəmənin hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən cavabdehin üzərinə 50000 manat yüksək məbləğdə mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyin qoyulması düzgün və ədalətli deyildir. Əgər müqayisəli olaraq yanaşılsa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar ölmüş və itkin düşmüş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarına və ailə üzvlərinə birdəfəlik ödəmə 11000 manat məbləğində müəyyənləşdirilmişdir. Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləğ i ağlabatan deyildir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3219/2025 nömrəli mülki iş üzrə 2 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), S.Səlimova və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən mənəvi zərərə görə 50000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh İB-dən mənəvi zərərə görə İddiaçı xeyrinə tutulan məbləğin 30000 manat müəyyən edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, ə mlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizli k arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
16. Mənəvi zərərin necə meydana gəldiyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur. MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
17. Hadisə nəticəsində övladını qəfildən, faciəli surətdə, cavabdehin əməkdaşlarının öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirmiş iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yox dur.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri odur ki, məhkəmə hadisənin cavabdehin əməkdaşının ehtiyatsızlığı səbəbindən baş verdiyini nəzərə almamış, zərərin məbləğini yüksək müəyyən etmişdir.
19. Məhkəmə kollegiyası bu dəlili əsassız saymış və qeyd etmişdir ki, hadisənin baş verməsində təqsirli sayılmış X9, X1 işçiləri olmuş və bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir. Yəni, bu işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə isə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, qanun özü birbaşa həmin şəxslər in vurduğu zərərin əvəzini ödəmək vəzifəsini onun çalışdığı müəssisənin, yəni hazırkı halda cavabdehin üzərinə qoymuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği işin hallarına mütənasib olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən və mənəvi zərərin məbləği 50000 manat həddində müəyyən edilərkən həm hadisədən sonra keçən müddət, mənəvi zərərə görə mərhumun arvadı X8 cavabdeh tərəfindən 50000 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi mübahisənin xarakterini, hadisədən sonra 3 ilə yaxın müddət keçdiyini, ölənin arvadı X8 da 50000 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmə qətnaməsinin möv cudluğunu, iddiaçının kompensasiya almaqda məqsədinin mərhum övladının uşaqlarına maddi dəstək olmaqda məqsədinin, eyni əsaslarla da mərhumun arvadına da 50000 manat ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 30000 manat pulun tutulması ağlabatan və ədalətlidir.
22. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.3, 1099.1, 1099.2-ci maddələrinə, AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və on a qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 23, 1097-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına MPM-in 77, 217 və 218-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mülki qanunvericiliyin tələb etdiyi şəkildə zərərin əvəzinin tam ödənilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 50000 manat belə, iddiaçının çəkdiyi mənəvi iztirabların tam əvəzini verməkdən uzaq olduğu halda, apellyasiya instansiyasının bunu əlavə 20000 manat azaltması tam kompensasiya prinsipi ilə bir araya sığmır. Təyin etdiyi 30000 manatlıq məbləğ həyata keçmiş zərərin miqyasına uyğunsuzdur. Qərarda qeyd edildiyi kimi, cavabdehin nümayəndəsi belə iddiaçının mənəvi sarsıntı keçirdiyini qəbul etmiş, sadəcə məbləğin “ağlabatan” hesab edilmədiyini söyləmiş və 5000 manat təklif etmişdir. Məhkəmə cavabdehin zərərin miqyasını azaltmağa yönəlik bu yanaşmasına qismən də olsa uyaraq, kompensasiyanı əsassız şəkildə aşağı salmışdır. Nəticədə 30000 manat məbləğində təzminat pozuntu nəticəsində iddiaçıya dəymiş mənəvi zərəri nə tam, nə də ədalətli şəkildə əhatə edir. Bu yanaşma MM-in 1097-ci maddəsinin tələb etdiyi tam kompensasiya prinsipindən ciddi şəkildə uzaql aşmadır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin ödənilməsi zamanı tam təzminat və ədalətlilik prinsiplərinə riayət etməmişdir. Qərar Mülki Məcəllənin 21.1 və 1097.1-ci maddələrinin tələb etdiyi kimi zərərin tam əvəzinin ödənilməsi məqsədini qarşılamır. Əksinə, zərərin bir hissəsi ödənilməmiş qalır ki, bu da maddi hüquq normalarının pozuntusudur və kassasiya qaydasında aradan qaldırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi kompensasiya məbləğini azaltmaqla, əslində, mərhumun digər yaxın qohumuna əvvəl ödənilmiş təzminatı iddiaçıya qarşı nəzərə almışdır. Kollegiya qətnamədə xüsusi olaraq qeyd etmişdir ki, “mərhumun arvadına da 50000 manat ödənilməsi barədə qətnamənin mövcudluğu” halını nəzərə almış və bunu 30000 manat rəqəminin əsaslandırılmasında əsas amillərdən biri saymışdı r. Bu yanaşma qanunauyğun deyil və MM-in 23-cü maddəsinin Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumu tərəfindən verilmiş izahlarına ziddir. Əvvəla, mülki hüquq pozuntusu nəticəsində bir neçə şəxs mənəvi zərər çəkə bilər və qanun hər birinin ayrı-ayrılıqda təzminat tələb etmək hüququnu tanıyır. Qanun tətbiqçisi orqanlar yaxın qohumların (ər-arvad, valideyn, övlad, nənə-baba, nəvə və s.) hər birinin mənəvi zərərə görə müstəqil kompensasiya almaq hüququnu tanıyır və bunu məhdudlaşdırmır. Apellyasiya məhkəməsinin isə, əksinə, ananın təzminatını digər iddiaçının (arvadın) aldığı təzminata görə azaltması məhz belə bir yolverilməz məhdudiyyət deməkdir. Apellyasiya instansiyası məhkəməsi MM-in 23-cü maddəsinin mahiyyətini və Konstitusiya Məhkəməsi Plenumunun izahlarını düzgün tətbiq etməmişdir. Yaxın qohumun (ananın) təzminat hüququnu, digər qohuma ödənilmiş təzminatı nəzərə almaqla, əsassız şəkildə məhdudlaşdırmışdır. İddiaçı oğlu itirdikdən sonra keçirdiyi ruhi sarsıntılar, dərin depressiya, post-travmatik stress əlamətləri iş materiallarında geniş əksini tapmış, lakin apellyasiya instansiyası məhkəməsi bu psixoloji əzabların dərəcəsini lazımınca nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi mərhumun həyat yoldaşına ödənilmiş 50000 manat kompensasiyanı əsas götürərək iddiaçının kompensasiya hüququnu azaltmışdır. X13 görə mənəvi zərər fərdi qiymətləndirilməli, hər bir şəxsin psixoloji və sosial vəziyyəti ayrıca nəzərə alınmalıdır. Ana ilə həyat yoldaşının şəxsi münasibəti, emosional bağ və çəkdiyi əzablar fərqlidir. Bu yanaşma fərdi qiymətləndirmə prinsipinə ziddir. A pellyasiya instansiyası məhkəməsi iddiaçının kompensasiyanı mərhumun uşaqlarına dəstək məqsədilə istifadə etmək niyyətini kompensasiya məbləğinin azaldılması üçün əsas kimi göstərmişdir. Halbuki, bu yanaşma hüquqi baxımdan həm qeyri-qanunidir, həm də kontekstdən çıxarılmışdır.
25. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, iş üzrə İddiaçı ödəniləcək mənəvi zərərin məbləğinin 5000 manat müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarlarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, gəlini tərəfindən ayrıca olaraq mənəvi zərərə görə Cavabdeh İBdən 50000 manat məbləğində təzminat alınmış olması və hazırkı iş üzrə də apellyasiya kollegiyası tərəfindən iddiaçı tərəfin məhz özünə 30000 manat məbləğində mənəvi zərər əvəzinin ödənilməsi barədə qətnamənin qəbul olunması Cavabdeh İB-nin mənafeyi baxımından ədalətli mövqe deyil və Cavabdeh İB-nin üzərinə təkrar qaydada həddindən artıq yüksək məbləğdə pul vəsaitinin ödənilməsi öhdəliyinin qoyulması ilə nəticələnmişdir. Mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Zərərvuran tərəfin təqsirinin dərəcəsi də təzminat miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği ilə eyni olmamalıdır. Bir şəxsin ehtiyatsızlıqdan törədilmiş cinayət nəticəsində ölməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Hazırkı iş üzrə iddiaçı tərəfə mənəvi zərərin əvəzinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən 30000 manat məbləğində kompensasiya miqdarının təyin edilməsi də iqtisadi qiym ətləndirmə baxımından Cavabdeh İB-nın mənafeyi üçün ağlabatan və ədalətli hesab olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə n çıxmış fayda) başa düşülür.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
34. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
35. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı
36. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi z ərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüs usiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı
37. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləy aqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənas iblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsind ə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları k imi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar la əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətlərində qətnamə tərəflərlə qarşılıqlı olaraq iddianın təmin edilən və təmin edilməyən hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnamə sinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya övladın ölümü ilə əlaqədar mənəvi zərərə görə kompensasiyanın ödənilməli olduğu ilə bağlı nəticə düzgün olsa da, bu kompensasiyanın məbləği müəyyən edilərkən işin halları tam nəzərə alınmamışdır.
50. Buna görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyun 2025-ci il tarixli 2(103)-3219/2025 nömrəli qətnaməsi “Cavabdehndən mənəvi zərərə görə İddiaçı xeyrinə tutulan məbləğ 30.000 manat müəyyən e dilsin” hissəsində dəyişdirilməli, övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq iddiaçıya ödənilməlidir.
51. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş hallar bu qərarın 1-4-cü paraqraflarında əksini tapmışdır.
52. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vuru lduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
53. İşə baxmış məhkəmələr də mübahisənin həllinə bu normaları tətbiq etmiş, işin hallarını bu normaların dispozisiya şərtləri əsasında təhlil edərək yuxarıdakı nəticəyə gəlmişlər.
54. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia üzrə delikt hadisəsinin baş verməsi, bu hadisənin nəticəsində iddiaçının mənəvi zərərə uğraması, habelə mənəvi zərərin ödənilməsinə görə Cavabdehlik daşıması mübahisəsizdir. Kassasiya şikayətləri mənəvi zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır.
55. Nəzərə alınmalıdır ki, şəxsin ailə üzvlərinin ölməsi halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
56. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin ümumi qaydaya görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik meyarlarına uyğun müəyyən etməlidirlər.
57. Mənəvi zərərin miqdarı işin konkret halların dan asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
58. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların b irlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. 59. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
60. Beləliklə, mənəvi zərərin vurulma sının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.
61. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərlə bağlı məsələyə bu baxımdan yanaşaraq göstərmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vuru lmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.
62. Apellyasiya instansiyası məhkəməsi övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə iddiaçıya ödənilməli olan kompensasiyanın miqdarını müəyyən edərkən işin hallarını bu meyarlara uyğun təhlil etsə də, ödənilməli olan kompensasiya məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
63. Belə ki, yuxarıda da bəhs olunduğu kimi mənəvi ziyan, hadisənin insanın şüuruna mənfi təsir etməsi səbəbindən məruz qaldığı iztirab və sarsıntının nəticəsidir. Başqa sözlə, mənəvi sarsıntı və iztirab, ş əxsin hadisəyə psixi münasibəti, hadisəni təhlil edib çıxardığı nəticədən sonra onu neqativ qiymətləndirməsi, bundan sonra mənfi emosiya yaranması ilə mümkündür. Hadisəyə görə sarsıntı və iztirab keçirmə, bilavasitə hadisəyə şüurlu münasibətlə bağlıdır. Hər hansı səbəbdən (azyaşlı, kəmağıllıq, psixi inkişafdan qalma və s.) hadisənin aktiv şüurlu təhlilə məruz qalmaması, daha az sarsıntı və iztiraba səbəb olur (yaxud səbəb olmur).
64. Məhkəmə kollegiyası mübahisənin xarakterini, hadisədən sonra 3 ilə yaxın müddət keçdiyini, eyni hadisə ilə bağlı mərhum M.Babayevin arvadı X8 50.000 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmə qətnaməsinin mövcudluğunu, iddiaçının kompensasiya almaqda məqsədinin mərhum övladının uşaqlarına maddi dəstək olmaq olduğunu bildirməsi, eyni əsaslarla mə rhumun arvadına da 50.000 manat ödənildiyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 15.000 manat pulun tutulması daha ağlabatan və ədalətlidir. Həmin məbləğ sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətli hesab olunur.
65. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci apellyasiya instansiyası məhkəməsinin övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə müəyyənləşdirdiyi 30.000 manat kompensasiya məbləği həmin meyara cavab vermir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3219/2025 nömrəli iş üzrə 2 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə tutulacaq mənəvi ziyanın məbləği 15.000 (on beş min) manat müəyyən edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.