Məhkəmə qərarları › İş №2(102)-2478/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2478/2025

20.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2478/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı “kirayə müqaviləsinin ləğvi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1419/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 087/2 nömrəli sərəncamı və xx.xx.1993-cü il tarixli, 020585 nömrəli orderinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 30,14 kv.m sahəsi olan 2 otaqlı, ev 95a, 58 nömrəli mənzil daimi orderlə Cavabdeh1 (həyat yoldaşı Cavabdeh2 ilə birlikdə) Müdafiə Nazirliyinə məxsus mənzil fondundan hərbi qulluqçu kimi verilmişdir.

2. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 95 nömrəli binada yerləşən 30.14 kv.m. sahəsi olan, 2 otaqlı 58 nömrəli mənzil xx.xx.1999-cu il tar ixdə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hərbi qulluqçu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir.

3. Cavabdeh1 həmin mənzili xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən arvadı Cavabdeh2 bağışlamış, sonuncunun mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış, Cavabdeh2 isə həmin mənzili xx.xx.2022-ci il tarixlə alqı-satqı müqaviləsinə əsasən 85000 manat pul vəsaiti qarşılığından X3 xeyrinə özgəninkiləşdirilmişdir (həmin mənzil sonradan Orxan Abdullayev tərəfindən də özgəninkiləşdirilmişdir).

4. Bakı Qarnizonu üzrə mənzil komissiyasının 4 nömrəli, xx.xx.2015-ci il tarixli protokolundan çıxarışa əsasən (siyahı üzrə 19) Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna ayrılmışdır. 5. xx.xx.2015-ci il tarixli iltizama əsasən Cavabdeh1, ona 30 nömrəli, xx.xx.2015-ci il tarixli kirayə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, “Qırmızı Şərq – 1” hərbi şəhərciyi, bina 136A, mənzil 89 ünvanda verilən 3 otaqlı, sahəsi 51.1 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsini müqavilənin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə) və s. hallarda) şərtsiz Bakı Mənzil-İstismar hissəsinə müqavilənin 2.4.6-cı bəndinə uyğun olaraq yararlı vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. 6. xx.xx.2015-ci il tarixli, 30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı ş əhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsini kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinə xidməti fəaliyyəti ilə bağlı kirayəyə vermişdir.

7. AR Müdafiə Nazirliyi Cavabdeh1 xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktubları göndərmiş, xidməti mənzilin təhvil verilməsi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra “iddiaçı” və ya “Müdafiə Nazirliyi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilm əsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və oğlu Cavabdeh3 oğlunun Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbini belə əsaslandırılmışdır ki, ünvan 6 bina 136A ünvanında yerləşən 89 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh1 xidmət etdiyi müddətdə yuxarı komandanlığa raportla müraciət edərək, ona xidməti mənzilin verilməsini xahiş etmişdir. Cavabdeh1 raportuna baxılmış və xx.xx.2015-ci il tarixli 4 nömrəli protokolu ilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan xidməti yaşayış sahəs inin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1la Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev arasında xx.xx.2015-ci il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Mənzil komissiyasının həmin protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2015-ci il tarixli kirayə müqaviləsi əsasında ehtiyatda olan polkovnik Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Cavabdeh1 kirayə müqaviləsi bağlanmasından əvvəl, yəni xx.xx.2015-ci il tarixdə iltizam verərək, xidmət yerini dəyişdikdə, hərbi xidmətdən b uraxıldıqda, iş yerindən azad olunduqda və s. digər hallarda yuxarıda qeyd edilən ünvandakı xüsusi təyinatlı yaşayış sahəsini (xidməti mənzili) şərtsiz və yararlı vəziyyətdə təhvil verəcəyini bildirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq sonuncu 1999-cu il tarixdə güzəştli şərtlərlə mənzillə təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 016292 nömrəli qeydiyyat vərəqəsi əsasında ünvan 1 ünvanında 2 otaqlı 30.14 kv.m yaşayış s ahəsi verilmiş və xx.xx.1999-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. ünvan 1 ünvanında 2 otaqlı 30.14 kv.m yaşayış sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Hissəsi tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 ünvanına (xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə) xəbərdarlıq göndərilərək, ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanındakı xüsusi təyinatlı yaşayış sahəsini xx.xx.2024-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilmiş, lakin hazırkı tarixədək sonuncu həmin mənzili təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərmədən, tanış olaraq imza etməkdən imtina edilmişdir. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçul ara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. Cavabdeh ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz.

10. Cavabdeh1un nümayəndəsi və vəkili Nümayəndə2 iddiya etirazında göstərmişdir ki, Cavabdeh1 xidmətlərinə görə o, ehtiyata buraxıldıqda dövlət tərəfindən mənzillə təmin edilməli olduğu halda, edilməmişdir. Bir dəfə mənzilin verilməsi hərbi qulluqçu ehtiyata buraxılan zaman ona yenidən mənzilin verilməsini istisna etmir. Odur ki, hazırkı mübahisə predmeti olan mənzil Cavabdeh1 verilməlidir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin yaşayış fondundan dövlət vəsaiti hesabına ünvan 2 ünvanında (order № 020585, 1999-cu ildə özəlləşdirilib) mənzillə təmin edildiyi üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil olunmur və bu səbəbdən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi məqsədəuyğun hesab edilməmişdir.

12. Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin 2(004)-4564/2024 nömrəli iş üzrə 5 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlunun Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları qət edilmişdir. (hakim Fariz Əlizadə)

13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu q eydiyyatdadır və yaşayır. Həmin yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli, 30 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müəyyən edilmişdir ki, kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri, ünvan 10 mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsini kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinə xidməti fəaliyyəti ilə bağlı kirayəyə vermişdir. xx.xx.2015-ci il tarixli iltizama əsasən müəyyən edilmişdir ki, Cavabdeh1... hərbi xidmətdən buraxıldıqda... həmin mənzili yararlı vəziyyətdə kirayə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.1999-cu il tarixli, 016292 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhə ri, ünvan 3 ünvanında yerləşən mənzil Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hərbi qulluqçu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 arvadı Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehlər hazırda həmin mənzilə yaşayırlar.

14. Birinci instansiya məhkəməsi cavabdehin xidmətlərinə görə ehtiyata buraxıldıqda dövlət tərəfindən mənzillə təmin edilməli olması barədə dəlilə münasibətdə göstərmişdir ki, hərbi qulluqçu olduğu üçün bir dəfə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 xüsusi mülkiyyətinə mənzil verilmişdir. Həmin mənzil daha sonra Cavabdeh1 arvadının adına özgəninkiləşdirilmişdir. Bununla da dövlət hərbi qulluqçu qarşısında öhdəliklərini icra etmişdir.

15. Birinci instansiya məhkəməsi cavab dehin vəkilinin bir dəfə mənzilin verilməsinin hərbi qulluqçuya ehtiyata buraxılan zaman ona yenidən mənzilin verilməsini istisna etməməsi dəlili üzrə izah etmişdir ki, həmin xüsusatla bağlı ayrıca tələb varsa, müvafiq iddia tələbi ilə müvafiq inzibati orqana qarşı məhkəməyə müraciət edilə bilər (həmin xüsusatların aydınlaşdırılması inzibati məhkəmənin səlahiyyətlərinə aiddir). Hazırkı mübahisənin predmetini isə müqavilə predmeti olan mənzilin kirayəyə verənə geri qaytarılması və ona kirayə münasibətləri kontekstində yeni mənzilin verilməməsidir. Hazırkı mübahisəyə tərəflər arasında bağlanmış kirayə müqaviləsi şərtləri çərçivəsində hüquqi qiymət verilməlidir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 157, 421, 560-cı, Mənzi l Məcəlləsinin 91, 92, 102, 103-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hal-hazırda xidməti yaşayış evindən başqa digər yaşayış yerinin olmaması, məhkəmənin bunu araşdırmaması, uzun müddət silahlı qüvvələrdə xidmət etmiş cavabdehin yaşayış sahəsindən çıxarılmasının ədalətsiz olması, hərbi qulluqçuların ehtiyata və istefaya buraxıldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun olması, digər yaşayış sahəsi verilmədən cavabdehin xidməti mənzildən çıxarılmasının qanunvericiliyin tələblərinə zidd olması, həmçinin cavabdehə polkovnik rütbəsinin olması ilə bağlı əlavə yaşayış yerinin verilməsi məsələsinin də araşdırılmaması, iddiaçı tərəfin istinad etdiyi Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin cavabdehə dövlət tərəfindən verilməməsi, həmin mənzili rusiyalı hərbiçi ilə evlərinin əvəzləşdirməsi nəticəsində əldə etməsi və s. dəlillərlə əsaslandırmışdır.

19. Apellyasiya baxışında cavabdehin nümayənəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, cavabdehlərin çıxarılması tələb olunan münahisəli ünvan - ünvan 6 bina 136A yerləşən 89 nömrəli mənzil Müdafiə Nazirliyinin nəzdində olmuş, mənzil cavabdehə xidməti ilə əlaqədar verilmiş, hazırda isə geri tələb olunur. Tələbin əsası kimi cavabdehin xidmət illərinin başa çatması, artıq ehtiyatda olan hərbi qulluqçu olması, həmçinin cavabdehə artıq bir dəfə Nazirlik tərəfindən mənzilin verilməsi və s. göstərilmişdir. Qeyd edilməlidir ki, istinad olunan ünvan 7 ünvanındakı 2 otaqlı mənzil 1990-cı illərdə iddiaçı tərəfindən cavabdehə xidmətin əvəzi kimi verilməmiş, cavabdehin rusiyadakı evini Bakıda yaşayan rus zabitinin evi ilə əvəzlə şdirməsi nəticəsində əldə olunmuşdur. Yəni, həmin mənzil cavabdehin hərbi xidməti nəzərə alınaraq, dövlət tərəfindən əvəzsiz olaraq verilməmişdir. Bundan başqa, hərbi qanunvericliyə əsasən “polkovnik” rütbəli zabitlərə onların 20 illik qüsursuz xidməti nəzərə alınaraq, əlavə yaşayış sahəsi də verilməlidir. Lakin Nazirlik tərəfindən cavabdehin bu hüququ təmin olunmamışdır. Həmçinin, hərbi qulluqçuların ehtiyata və istefaya buraxıldıqdan sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Belə olan halda isə, yəni digər yaşayış sahəsi verilmədən cavabdehin xidməti mənzildən çıxarılması qanunvericiliyin tələblərinə ziddir.

20. Apellyasiya baxışında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazında göstərmişdir ki, ünvan 8 ünvanındakı mənzil həqiqətən də 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən cavabdehin ordudakı xidmətinə görə verilmiş, cavabdeh bir müddət sonra mənzili özəlləşdirmiş, həyat yoldaşına bağışlamış, sonuncu tərəfindən isə həmin mənzil özgəninkiləşdirilmişdir. 2015-ci ildə cavabdehə hazırki xidməti mənzil verilmiş, bundan sonra onun mülkiyyətinə əvvəllər mənzilin verildiyi məlum olmuşdur. Xidməti mənzillər hərbi qulluqçulara müəyyən dövr üçün verilir, həmin mənzillərin verilməsi üçün nəzərdə tutulan müddət bitdikdən sonra mənzillər geri qaytarılmalıdır. Hazırkı mübahisə üzrə cavabdehə dövlət tərəfindən artıq bir dəfə əvəzsiz mənzil verilmiş, o isə həmin mənzili sonrad an satmışdır. Cavabdeh tərəf digər mənzilin dövlət tərəfindən verilməməsini, başqa mənzillə dəyişdirməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan Yasamal Rayon İH tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli orderin surətindən açıq-aşkar görünür ki, əvvəlki mənzil cavabdehə məhz hərbi qulluqçu kimi Müdafiə Nazirliyinə məxsus mənzil fondundan verilmişdir. Göründüyü kimi, cavabdeh bu hüququndan artıq bir dəfə istifadə etmişdir. Belə olan halda isə cavabdeh ona verilmiş xidməti mənzili təhvil verməlidir, cavabdeh bununla bağlı iltizamı da imzalamışdır. Lakin cavabdeh müxtəlif əsassız tələblər irəli sürməklə xidməti mənzili təhvil verməkdən imtina edir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1419/2025 nömrəli, 29 ap rel 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Cəmilə Musayeva).

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə verilmiş müvafiq xidməti yaşayış sahəsi onun hərbi qulluq müddətlərini əhatə etməklə müvəqqəti xarakter daşımışdır. Cavabdeh tərəf də bu halı inkar etmir və hərbi xidmətdən təxris olunması ilə bağlı həmin yaşayış sahəsini təhvil verməli olduğunu qəbul edir. Lakin, etirazının əsası kimi ona digər yaşayış sahəsinin verilməli olmasını, həmin anadək isə xidməti yaşayış sahəsində qalmaq (yaşamaqda davam e tmək) hüququnun olmasını bildirir, iddiaçı isə cavabdehə xidməti ilə əlaqədar olaraq bir dəfə dövlət tərəfindən mənzil verildiyini (Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən mənzil), hazırda cavabdehin xidmət illərinin başa çatdığını və bu səbəbdən xx.xx.2015-ci il tarixdə cavabdehə və onun ailə üzvlərinə onların yaşaması üçün verilmiş xidməti mənzilin (Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m yaşayış sahəsi olan 89 nömrəli mənzil) geri qaytarılmasını tələb edir.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 1993-cü ildə qeyd edilən mənzili əldə etməsinə etiraz etməsə də, iddiaya qarşı etirazının, eləcə də apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi həmin mənzilin onun xidməti ilə əlaqədar dövlət tərəfindən verilmədiyini, Rusiyada olan evi ilə, rus hərbiçisinin Bakıda olan evinin qarşılıqlı əvəzləşdirilməsi nəticəsində əldə etdiyini bildirmişdir. Buna baxmayaraq cavabdeh həmin dəlillərini əsaslandıra və sübut edə bilməmişdir. Əksinə, işdə olan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 020585 nömrəli orderdən görünmüşdür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 30,14 kv.m sahəsi olan 2 otaqlı, ev 95a, 58 nömrəli mənzil daimi orderlə Cavabdeh1 (həyat yoldaşı Cavabdeh2 ilə birlikdə) hərbi qulluqçu kimi verilmişdir.

24. Belə ki, qeyd edilən halın dəqiqləşdirilməsi istiqamətində müvafiq sorğuya cavab olaraq, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 087/2 nömrəl i sərəncamına və xx.xx.1993-cü il tarixli, 020585 nömrəli orderinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzili daimi orderlə vətəndaş Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus mənzil fondundan hərbi qulluqçu kimi verilmişdir.

25. Həmçinin, ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünmüşdür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 95A ünvanında yerləşən 58 nömrəli mənzil xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi ilə X2 və sonuncunun əmlak üzərində hüququ xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə 0023MXD/2024 nömrəli alqı-satqı və ipoteka müqavilələrinə əsasən sözügedən mənzil X1.

26. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, cavabdehin etirazının əksinə olaraq ünvan 11 ünvanında yerləşən 58 nömrəli mənzil ona daimi orderlə Müdafiə Nazirliyinə məxsus mənzil fondundan hərbi qulluqçu kimi verilmiş, cavabdeh onu qəbul etmiş, daha sonra isə onu özəlləşdirmiş və s. hərəkətlər etmişdir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, hazırda cavabdehin çıxarılması tələb olunan mənzil iddiaçıya aid mənzil fonduna məxsus olmaqla xx.xx.2015ci il tarixli, 30 nömrəli kirayə müqaviləsi əsasında cavabdehə və onun ailə üzvlərinə məhz cavabdehin xidməti fəaliyyəti ilə bağlı istifadəyə verilmiş, həmçinin cavabdeh hərbi xidmətdən buraxıldıqda həmin mənzili yararlı vəziyyətdə geri qaytaracağı barədə iltizamı imzalamışdır. Lakin cavabdeh artıq müəyyən müddətdir ki, ehtiyata buraxılmasına və xəbərdar edilməsinə baxmayaraq xidməti mənzili boşaltmamış, hər hansı hüquqi və qanuni əsas olmadan orada yaşamaqda davam edir. Bu hal həmçinin cavabdehin həmin mənzildə yaşamasına əsas olmuş müvafiq kirayə müqaviləsinin şərtlərinə (5.8-ci bənd və s.), xx.xx.2015-ci il tarixli iltizamla üzərinə götürdüyü öhdəliyə və qanunvericiliyin tələblərinə də ziddir.

28. Hazırkı vəziyyətdə başqa yaşayış sahəsinin olmaması barədə Cavabdehin dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, ona hərbi qu lluqçu kimi daha əvvəl verilmiş yuxarıda qeyd edilən mənzil sonradan əvəzli qaydada, yəni 85000 manat pul vəsaiti qarşılığında özgəninkiləşdirilmişdir. Göründüyü kimi, cavabdehin hazırkı vəziyyətdə başqa yaşayış yerinin olmaması istiqamətində etirazları hüquqdan sui-istifadəyə yönəlməklə, vicdanlılıq prinsipi ilə də uzlaşmır.

29. Cavabdehin digər dəlillərinə (ona qüsursuz xidmətə və s. hallara görə əlavə yaşayış sahəsinin verilməli olması) münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bu hüquqları ilə bağlı tələblərini başqa icraat qaydasında mübahisələndirilə bilər. Lakin bu hal özü-özlüyündə mübahisəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsindən imtina üçün əsas ola bilməz.

30. Apellyasiya instansiya məhkəməsi araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki halları və qanunvericinin normalarına əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.

31. Apellyasiya instansiya məhkəməsi onu da xüsusilə vurğulamışdır ki, qanuni əsas olmadan xidməti mənzilin təhvil verilməməsi sadəcə şəxsi hüquq pozuntusu olmamaqla, növbədə olan digər hərbiçilərin mənzilə çıxış imkanını əngəlləyir. Bu hal həm də kollektiv ədalət, sosial tarazlıq və təşkilati effektivlik baxımında da dəyərləndirilməlidir.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 157.2, 421, 560.1, 560.2, 697.1-ci, Mənzil Məcəlləsin in 91.1, 92, 102.1, 103.1-cü, “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 12.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarılarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri aiddir. Maddə

92. Xidməti yaşayış sa hələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq- mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi veri lmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirl iyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib i şi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

41. Məh kəmə kollegiyası işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 22-31-ci bəndlərində əks edilən qiymətləndirməsı ilə razılaşır.

43. Belə ki, iddia tələbi xidmətin mənzilin boşaldılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehin xidməti mənzildən istifadəsinə əsasları aradan qalxmasına istinad etmişdir.

44. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə də cavabdeh hərbi xidmətdən tərxis edilsə də, ona verilmiş xidməti mənzili tərk etməkdən imtina edir.

45. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddianın təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinə etirazın və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə baxan məhkəmələr hər biri müvafiq olaraq həmin dəlillərə qiymət vermişlər.

47. Məhkəmə kollegiyası izah edir ki, işin faktiki hallarının müəyyənləşməsinə yönələn dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1419/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar