Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2479/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şəmi oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qət naməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-xx/17) İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin onun əməli istifadəsinə və sahibliyinə qaytarılması” tələbinə dair ilkin iddiası təmin olunaraq cavabdehin ünvan 1 ünvanında olan mənzildən çıxarılması, mənzilin iddiaçının əməli istifadəsinə və sahibliyinə qaytarılması qət edilmiş, Cavabdeh Şəmi oğlunun İddiaçı qarşı “pul tələbi və mənzilə mülkiyyət hüququnun tanınması” barədə qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)xx/18) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şəmi oğlunun apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şəmi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Şəmi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında olan mənzildən çıxarılması, həmin mənzilin onun əməli istifadəsinə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini belə əs aslandırmışdır ki, Bakı şəhəri, ev1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh heç bir hüquqi əsas olmadan xüsusi mülkiyyətində olan mənzili zəbt edərək onun xüsusi mülkiyyətində olan mənzilində yaşamasına imkan vermir. Cavabdeh könüllü olaraq mənzili tərk etmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, 168000 manat pulun qaytarılması və ünvan 1 ünvanında olan mənzilə mülkiyyətçi kimi hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, 2011-ci ildə tanışlıq etdiyi və qeyrirəsmi yaşadığı İddiaçı ayrı-ayrı vaxtlarda pul düzəldib mənzil almaq üçün vermişdir. Birinci dəfə 229000 ABŞ dolla rı məbləğində pulu ödəməklə ünvan 2 ünvanında olan mənzil almışdır. Keçmiş həyat yoldaşı ilə boşanma ərəfəsi zamanı evi Fatimənin adına almışdır. Yaşayış vəziyyətinə salmaq üçün həmin evin təmirinə 30000 manatadək pul xərcləmişdir. Həmin vaxtdan da o, orada yaşayır. 2016-cı ilin may ayında İddiaçı ondan gizlincə evə mülkiyyət hüququ üçün sənəd düzəltdiyini biləndə o, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə, Xətai rayon Prokurorluğuna və Bakı şəhər Baş Polis İdarəsinə ondan və qardaşı Şirinbəy Əliyevin dələduzluq edərək onu aldatdıqları barədə ərizələr vermişdir. O, İddiaçı ilə həmin vaxt qeyri-rəsmi, normal yaşamışdır. Ona görə də ona hər vasitə ilə inanmışdır. Hətta köməkliyi ilə onun adına Bakı şəhəri, ev2 mərkəzində ofis üçün kompüter, printer, mebel almaq üçün İddiaçı 4000 manat məbləğ ində pul vermiş, zəruri bütün avadanlıqlar alınıb ofisdə fəaliyyətə başlamışdır. İddiaçı kredit yolu ilə aldığı “Mitsubishi Qultland” markalı, ** xx *** dövlət qeydiyyat nişanlı avtomobilinə 30000 manatadək pul onun tərəfindən ödənilmişdir. İddiaçı 3 ədəd yüksək əyarlı qızıl zəncir; 12qramlıq, əyarı 750 olan, rus qızılı; 18 qramlıq, əyarı 175 olan türk qızılı; 21 qramlıq klonu ilə birlikdə əyarı 1750 olan, ərəb istehsalı üzük, ağ qızılla və digər aksesuarlar, bijuteriyalar, cəmi dəyəri 10000 dollardan çox olan qızıl əşyalları qalmışdır. İddiaçı qardaşı X2 8500 ABŞ dolları məbləğində maşın alıb vermişdir. Fatimənin xahişi və öz əli ilə qardaşı X1 ev tikintisi üçün 5000 manat məbləğində, bacısı İradə Əliyevaya cehiz üçün 5000 manat pul vermişdir. İddiaçı oğlu Mehrabın 2006-ci ildən 2012-ci i lədək təhsil haqqını və ayrı-ayrı vaxtlarda yaşadıqları evin kirayə haqqını, evin bütün xərclərini o, ödəmişdir. İddiaçı və bacısı Təranə Əliyeva onun şirkətinə məxsus olan, evdə işlətdiyi 2 ədəd kompüter və printer avadanlıqlarını gizlincə aparıb qaytarmamışlar. Bu barədə Xətai rayon Prokurorluğuna və Xətai rayon Polis İdarəsinə verdiyi şikayət ərizələrində bildirmişdir. Axırıncı dəfə yəni, 2015-ci ilin dekabr ayında X4 ilə bu məsələlərin həll olunub pulunun qaytarılmasını tələb etdikdə, o, əvvəlcə söz vermişdir ki, maşınların qaytarılmasını təmin edəcəklər. Lakin sonradan hər vasitə ilə X2 və X3 ondan qaçıb yayınmışlar. Nəticədə məcbur olub Xətai rayon Polis İdarəsinə və Xətai rayon Prokurorluğuna, aldadılaraq onun İddiaçı olan 397000 manat pulunun mənimsənilməsi barədə müraciət etmişdir. Dələduzluq yolu ilə İddiaçı ələ keçirdiyi pulunun və qızıl əşyalarının müqabilində 397000 manat məbləğində ona pulun qaytarılmasını tələb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili N.Hüseynov isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddianın əsaslı, qarşılıqlı iddianın isə əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər rəsmi deyil, faktiki nikah münasibətlərində olmuşlar. Mübahisəli mənzillə bağlı müqavilə ilk dəfə 23.08.2012ci il tarixdə iddiaçı ilə “X13” MMC arasında, sonradan isə 18.12.2015-ci il tarixdə “xxxx” MMC arasında bağlanmış, mənzil 06.01.2016-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatdan keçmiş və hal-hazırda onun mülkiyyətindədir. Hazırda tərəflərin münasibətləri pozulsa da cavabdeh mübahisəli mənzildən çıxmır və iddiaçını həmin mənzilə buraxmır. Məhkəmənin qənaətinə görə tərəflər arasında rəsmi nikah olmadığından onların birbirinə qarşı hüquq və vəzifələri də yaranmamışdır. Bununla da tərəflər arasında “etibarlı ailə əlaqələri” olmamışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifad ə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını, mənzilin onun istifadəsinə və sahibliyinə qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qarşılıqlı iddia barəsindəki qənaətinə görə isə Cavabdeh qarşılıqlı iddia ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən və qarşılıqlı iddia tələbində göstərdiyi halları sübut edə bilmədiyindən əsassızdır və rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Cavabdeh Şəmi oğlu bundan əvvəl məhkəmədə cavabdehlər İddiaçı, X3, "X13" MMC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri 12 sa ylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzilin alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmış və onun bu iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsiin qətnaməsi isə Ali Məhkəmənin xx xx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlillər üzrə araşdırma apararaq bu qənaətə gəlmişdir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tə ləbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki əsası, faktiki hallar tələbin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyy ənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə qarşılıqlı iddia tələbinin mübahisəli mənzilə və həmin mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bundan başqa, qarşılıqlı iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən 168000 manat pul tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin apellyasiya baxışı zamanı da mötəbər dəlil gətirməmişdir. Belə ki, bu halın sübuta yetirilməsi yükü iddiaçının üzərinə düşsə də, o, bunu təmin edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmək olmaz. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessu al formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq, dostluq və tanışlıq münasibətlərinin olmasıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən X6 qarşılıqlı iddiaçını uşaqlıqdan tanıdığından onunla dostluq münasibətində olan şəxsdir. Digər şahid X7 isə tərəfləri 2008-ci ildən tanıdığını bildirmişdir. Bu şahidlərlə qarşılıqlı iddiaçı arasında tanışlıq və dostluq münasibətləri olmasına baxmayaraq, onların ifadələri də qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddiaçıya 168000 manat verməsini bilavasitə təsdiq etmir, yəni bu ifadələr iş üzrə əhəmiyyəti olan halları sübuta yetirmir. Göründüyü kimi, şahid ifadələri ziddiyyətli olmaqla yanaşı, həm çinin qeyri-müəyyəndir. Buna görə də, iş üzrə şahidlərin qarşılıqlı iddiaçı ilə dostluq və tanışlıq münasibətində olması, onların işin nəticəsində maraqlı olması ilə yanaşı, ifadələri işdə olan başqa hər hansı mötəbər sübut növləri ilə də öz təsdiqini tapmır. Bununla yanaşı, işdən görünür ki, qarşılıqlı iddiaçının gətirdiyi dəlillər cinayət mühakimə icraatı qaydasında istintaq orqanı tərəfindən də yoxlanılmış, ilk iddiaçının əməlində cinayət tərkibi olmadığından cinayət təqbinin başlanması rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq çıxarılmışdır, qətnamə çıxarılarkən maddi və prosessu al hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilk iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də öz qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi faktları sübut ed ə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçü n işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şəmi oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2479/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2479/2019
16.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver