Məhkəmə qərarları › İş №2(102)-2479/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2479/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2479/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X1) iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X1) “fərdi yaşayış evinə köçürülmə, həmin evdən yaşamalarına, istif adə etmələrinə olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-902/2024 nömrəli 6 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçıların himayəçisi İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə X8 birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008ci il təvəllüdlü İddiaçı2 doğulmuş, aralarındakı nikah Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Fazilov X6 Vüsalə Aşur qızını xx.xx.2022-ci il tarixində qətlə yetirmişdir.

2. Lerik Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 177 nömrəli sərəncamı ilə Mondigah kənd sakini İddiaçı3 yetkinlik yaşına çatmayan nəvələri, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 himayəçi, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 qəyyum təyin edilmişdir.

3. İddiaçı3 himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə köçürülməsini istədiyi fərdi yaşayış sahəsi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 "Bakavtamat” yolu ərazisində yerləşir. Fərdi yaşayış sahəsi özbaşına tikilidir.

4. Mübahisəli fərdi yaşayış sahəsini X3 almış və hazırda orada yaşamaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 himayəçisi və İddiaçı2 qəyyumu İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri - himayə çisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 "Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına, həmin evdən istifadə etməklərinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə qızı X15 ilə Cavabdeh1 ümumi gəlirləri hesabına tikilib təmir edilmiş və orada həmin vaxtdan etibarən qızı X15 əri və uşaqları ilə orada yaşayıb birgə təsərrüfat aparmışlar. Onun köməkliyi ilə də mübahisəli evin təmirinə qızı Vüsalə tərəfindən əsaslı vəsait qoyulmuşdur. Nəvələri Aqşin və Şölə mübahisəli evdən həmin ərazidə yerləşən 326 №-li tam orta məktəbə gedibgəlmişlər. Mübahisəli fərdi yaşayış evi Cavabdeh1 adına kommunal xidmətlər üzrə su, elektrik və qazla təmin edilmişdir. Vüsalə ilə Cavabdeh1 arasındakı nikah xx.xx.2017-ci il tarixində pozulmuş, lakin onlar sonra barışmış və mübahisəli evdə birlikdə yaşamışlar. Sonuncu dəfə 2021-ci ilin avqust ayında Cavabdeh1la qızı Vüsalə arasında ailədaxili mübahisələr zəminində baş vermiş mübahisə zamanı cavabdeh Fazilov X4 döyərək uşaqları ilə birlikdə mübahisəli evdən çıxarmış, uşaqlarını yaşadıqları evə buraxmamışdır. Vüsalə iki uşağı ilə əvvəlcə qardaşı Sevindiyin evində, sonra kirayədə qalmağa məcbur olmuşdur. Cavabdeh1 15 iyul 2022-ci il tarixdə saat 19 radələrində qızı Vüsalə Əliyeva nəvəsi Şölə ilə müb ahisəli evin hasar qonşuluğundakı evin həyətində olduqları zaman şəxsi münasibətlərin pozulması zəmində qızı Vüsaləni öldürmək niyyətini həyata keçirmək üçün həyətə daxil olmuş, qızı Vüsalə qaçaraq mənzilə daxil olub qapını bağlamaq istəyərkən buna maneə olaraq özü də mənzilə daxil olub Vüsalə Əliyevaya hücum edərək müstəsna dərəcədə rəhmsizlik, qəddarlıq nümayiş etdirərək qız övladı Şölənin gözü qarşısında üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Vüsalənin ürək və digər bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək onu xüsusi amansızlıqla öldürmüşdür. Cavabdeh1 Vüsalə Əliyevanı qəsdən həyatdan məhrum etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda digər cavabdeh, Cavabdeh1 qardaşı X14 yetkinlik yaşına çatmayan nəvələri Aqşin və Şöləni onların valideynlərinə məxsus olan və valideynləri ilə birlikdə yaşadıqları mübahisəli fərdi yaşayış evinə buraxmır, nəvələrinin həmin evdə onunla birlikdə yaşamalarına maneələr yaradır. Mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir.

7. Daha sonra İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri - himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 (“Bakavtomat” yolu deyilən ərazi) S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində y aşamaqlarına, həmin evdən istifadə etmələrinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cəzaçəkmə müəssisəsində cəzaçəkən iş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2007-ci ildə Xəzər rayon Binə qəsəbəsində qanunsuz tikilidə yaşamış və iki evi olmuşdur. 2012-ci ildə yarı tikili mənzilinin biri qayınatası Aşur tərəfindən aldadılaraq qaynı Əliyev Vüsala verilmiş, o, hazırda orada yaşamaqdadır. 2018ci ildə arvadı Əliyeva Vüsalədən ayrılandan sonra ondan heç bir mülkiyyət tələb etməmişdir. Çünki onun mülkiyyətində heç bir mənzil və ya torpaq olmamışdır. Binə qəsəbəsi, “Bakelektroavtomat” yolundakı ona məxsus olan təmirsiz evi 2021-ci ildə satıb özünə müalicə etmişdir. Özü daimi müalicə olunur, “şizofreni ya paranoid” formada natamam “smesiya” xəstəsidir, İİİ qrup əlildir. Nə onun, nə də qardaşı Cavabdeh2 mülkiyyətində ev var. İddiaçı3 ev iddiası əsassızdır və onlara şər-böhtan atır. Övladları İddiaçı1 və İddiaçı2 hazırda yetkinlik yaşına çatmamış, İddiaçı3 tərəfindən qəyyumluğa götürülmüş və Lerik rayonunun Mondigah kəndində Aşurun evində yaşayırlar, orada təhsillərini davam etdirirlər. Uşaqları köçürməyə heç bir mənzil yoxdur.

9. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı3 qızı mərhum X15 2 övladı ilə birlikdə xx.xx.2022-ci ilədək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 (Bakavtomat yolu) ərazisindəki evdə qeydiyyatsız yaşamışdır

10. Xəzər R ayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evinə İddiaçı3 iştirakı ilə yerində baxış keçirilmiş və aydın olmuşdur ki, həmin yaşayış evi S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2184/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X9)

12. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan tikiliyə və ya tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, iddianın əsaslığını təşkil edən hallara dair (mübahisə predmeti olan tikilinin inşası və maneələrin törədilməsi barədə) hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Belə ki, iddianın əsaslığını sübut etmək və müvafiq sübutları məhkəməyə təqdim etmək iddiaçı tərəfin vəzifəsidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.2, 35.6, 38.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 72.1, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı2 himayəçisi İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamədə hakimin istinad etdi yi ərizədə cavabdehin qardaşı Arzumanın mübahisəli evi 2021-ci ildə satdığını bildirir. Evin yerində müayinəsi zamanı X16 kimi təqdim edən şəxs isə həmin evdə ailəsi ilə birlikdə 3 ildir ki, yaşadığını bildirir. Göründüyü kimi, mübahisəli ev barədə işə baxan hakimin cavabdeh və X16 kimi təqdim edən şəxsdən aldığı məlumatlar arasında ziddiyyət var. X16 kimi təqdim edən şəxsin mübahisəli evdə ailəsi ilə birlikdə 3 ildir yaşadığı barədə məhkəməyə verdiyi məlumat yalan məlumatdır. Bu, bir də onunla təsdiq olunur ki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, “Zenner G4T Mexaniki” **********7 №-li qaz sayğacı xx.xx.2021-ci il tarixdə 4 nəfər ailə üzvü olan Cavabdeh1 adına quraşdırılmış və qaz Qızı Vüsalə sağlığında, yetkinlik yaşına çatmayan nəvələri Aqşin və Şölə yaşadıqları evdən qanunsuz məhrum edilmişlər, nəvələri həmin yeganə yaşayış sahələrindən hazırkı vaxta qədər istifadə edə bilmir. Bu iş üzrə işə baxan hakim isə Cavabdeh1, o cümlədən də onun qardaşı Cavabdeh2 göndərdiyi məktubu (ərizəni) sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mübahisə predmeti olan evin qızı Əliyeva Vüsalə ilə Cavabdeh1 tərəfindən birgə nikah dövründə tikilib-tikilmədiyini, ümumiyyətlə tikilib istifadə olunma tarixini, mübahisəli evin hüquqi statusunu, yetkinlik yaşına çatmayan xx xxx 2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 mübahisə predmeti olan evdə valideynləri ilə birlikdə hansı vaxta qədər yaşadıqları və evdən çıxmalarının, müxtəlif vaxtlarda Lerik rayonunda və Bakı şəhərində qalmalarını n səbəbi, mübahisəli evin su, elektrik və qaz təminatı üzrə müqavilələrin kiminlə bağlandığı və evin kommunal xərclərinin kimin adına və hansı tarixədək ödənildiyi, ümumiyyətlə Cavabdeh1 cəzaçəkmə müəssisəsində olmasının səbəbi, onun hansı vaxtdan həbs olunduğu, mübahisənin predmeti olan ev barəsində notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinin mövcud olub-olmadığı kimi işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Mübahisəli evin daxilini, həyətyanı sahəsini belə müayinə etməmiş, X16 kimi təqdim edən şəxsin, onun dediyi kimi mübahisə predmeti evi Arzuman adlı şəxsdən alan Nadir adlı şəxsin şəxsiyyətini belə müəyyən etməmişdir.

16. Apellyasiya icraatı zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş X3 və X1 və onların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-902/2024 nömrəli 6 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi) Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 "Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evi cavabdehlərdən hər hansı birinin deyil, apellyasiya icraatı zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 və onun ailə üzvlərinin sahibliyindədir. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinə zamanı mübahisəli fərdi yaşayış evində yaşayan X1 bildirmişdir ki, fərdi yaşayış evi onun oğlu X3 tərəfindən etibarnamə ilə 4 noyabr 2021-ci il tarixdə alınmış və o, həyat yoldaşı X5 və oğlu Aqillə birlikdə orada yaşayır. Həmin mübahisə predmeti olan fərdi yaşayış evini onun oğlu X3 30.000 manata almışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, artıq 3 ildir, 2021-ci ildən həmin şəxslər sözügedən özbaşına tikili olan evdə yaşayırlar. Başqa sözlə, 3 ildən artıqdır cavabdehlərin bu tikili ilə hər hansı bir əlaqəsi olmamaqla müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin sahibliyindədir.

19. Göründüyü kimi, iddiaçılar hazırkı tələblərini özbaşına tikilinin sahibliklərində olmayan şəxslərə qarşı irəli sürməklə iddiaçıların həmin özbaşına tikiliyə köçürülməsi təmin edilə bilməz. Belə olan halda, köçürülməsi tələb edilən özbaşına tiklinin hər hansı hüquq müəyyənedici sənədləri olmamaqla dövlət qeydiyyatına alınmadığını, onların məhz həmin evə hər hansı bir hüquqlarının olmadığını, o cümlədən cavabdeh kimi qeyd edilən şəxslərin həmin tikliyə sahiblik etmələri təsdiqini tapmamaqla başqa şəxslərin sahibliyində olması nəzərə alınmaqla həmin tikliyə iddiaçıların köçürülməsi barədə qənaətə gəlinməsi əsaslı hesab edilə bilməz. Belə bir iddianın təmin edilməsi (iddiaçılara münasibətdə hər hansı qohumluq bağları olmayan) orada yaşayan və fa ktiki sahiblik şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarar ki, bu da yolverilməzdir. Yəni qanunvericiliyin tələbləri baxımından sözügedən tikili iddia üzrə cavabdeh olan şəxslərin faktiki sahibliyində olmamaqla, hətta cavabdehlərdən biri olan Cavabdeh2 ümumiyyətlə həmin tikilidə yaşamamış və hazırda sahiblik etməməklə hazırkı iddiaya cavab verən şəxs qismində də qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçıların himayəçisi İddiaçı3 kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə verdiyi ərizədə mübahisəli evi 2021-ci ildə sat dığını, uşaqları köçürməyə mənzil olmadığını bildirmişdir Cavabdeh2 məhkəməyə verdiyi ərizəsində qardaşı Arzumanın “Bakavtomat” yolunda yeni ev tikdiyini, Arzuman həyat yoldaşı Vüsalənin telefonunda əxlaqsız video və Alim adlı oğlanla gördükdən sonra Vüsalənin uşaqları Aqşin və Şölə ilə birlikdə evdən getdiyini, qardaşı Arzumanın da mübahisəli evi 2021-ci ildə satıb özünü müalicə etdiyini, Vüsalənin uşaqları ilə Lerik rayon Mondigah kəndində, 2022-ci ilin iyun ayında isə Bakıda kirayədə qaldıqlarını bildirmişdir. Bu hal uşaq Aqşin və Şölənin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Bakı şəhərində uzun illər təhsil aldıqları orta məktəbdən də kənarlaşaraq müxtəlif vaxtlarda müxtəlif ünvanlarda qalmalarını təsdiq edir. Cavabdeh1 Vüsaləni qətlə yetirməsi Vüsalənin uşaqları ilə birlikdə mübahisə predmeti olan evdə yaşamasına maneə olan ilk hallardan biri olmuşdur. Bundan əvvəl isə 22 avqust 2021-ci il tarixində cavabdeh Vüsaləni döyərək uşaqları ilə birlikdə mübahisəli evdən çıxarmış, evə buraxmamışdır. Cavabdeh hadisə günü həbs olunduqdan sonra isə digər Cavabdeh2 qardaşının həbsindən qəzəblənərək Aqşin və Şöləni mübahisə predmeti olan evə buraxmamışdır. Həmin vaxt evdə kənar şəxslər yox idi.

22. X1 izahat verərək bildirmişdir ki, mübahisəli ev onun oğlu Aqil Mirzəyev tərəfindən etibarnamə ilə 4 noyabr 2021-ci il tarixində Cavabdeh1 30.000 manata alınmışdır və o, həyat yoldaşı X5 ilə birlikdə orada yaşayır. Bakı şəhəri 35 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 7E-7128 nömrəsi ilə qeyd edilmiş etibarnamə ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsində tikdirdiyi Abşeron rayonu, Donuz kökəltmə sovxozu ünvanı ərazisində yerləşən (“Azəriqaz” kodu **********0100 və “Azərişıq” kodu **********30146) yaşayış evini və həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 200 kv.metr hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə ona çatası pulu almağı və digər səlahiyyətləri Sabirabad rayonu Çöl Beşdəli kəndində qeydiyyatda olan X2 etibar etmişdir. Cavabdeh1 tərəfindən faktiki istifadəsində olan torpaq sahəsində mübahisəli evi tikdirdiyi həmin etibarnamənin məzmunu ilə də təsdiq olunur. Etibarnamənin məzm unu ilə o da müəyyən olunur ki, Cavabdeh1 mübahisənin predmeti olan evi yox, faktiki istifadəsində olan torpaq sahəsinin 200 kv.metr hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə ona çatası pulu almağı X2 etibar etmişdir. Digər tərəfdən, etibarnamə alqı-satqı müqaviləsi deyildir. Etibarnaməyə istinad edib, mübahisəli özbaşına tikilinin alqı-satqısını tanımaqla valideyn himayəsindən kənarda qalmış azyaşlı uşaqların uzun illər ərzində yaşadıqları evdən məhrum edilməsi qanunsuzdur.

23. Reyestrdə 7E-7128 nömrəsi ilə qeyd edilmiş etibarnamə tarixi ilə digər bir hal müəyyən olunur ki, Cavabdeh1 22 avqust 2021-ci il tarixdə Vüsaləni döyərək uşaqları ilə birlikdə onları mübahisəli evdən çıxardıqdan iki ay sonra Vüsalə və uşaqlarını mübahisəli evə buraxmadığı vaxtda - 4 noy abr 2021-ci il tarixində Aqil Mirzəyevə etibarnamə vermişdir. Yetkinlik yaşına çatmayan Aqşin və Şölə, onların anası olan Vüsalə Əliyeva kiməsə ev, torpaq satmayıblar, mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin satılmasına dair Vüsalənin qanunla müəyyən edilmiş qaydada razılığı olmamışdır, yaşadıqları evlə bağlı X3, X1 və Mərifət Mirzəyeva arasında hər hansı bir münasibət olmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsi evin satılması vaxtını 4 noyabr 2021-ci il tarixində Aqil Mirzəyevə verilmiş etibarnamə tarixi - 4 noyabr 2021-ci il tarixi ilə əlaqələndirsə də öz qətnaməsində Aqil Mirzəyev və onun ailə üzvlərinin 3 ildir, 2021-ci il dən sözügedən özbaşına tikili olan evdə yaşadıqlarını qeyd etmiş və başqa sözlə, “3 ildən artıqdır cavabdehlərin bu tikili ilə hər hansı bir əlaqəsi olmam aqla müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin sahibliyindədir”kimi formal mülahizəyə yol vermişdir.

25. Cavabdehlərin mübahisəli tikili ilə 3 ildən artıqdır hər hansı bir əlaqəsinin olmadığı və ya 3 ildən artıqdır müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin sahibliyində olduğu barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi işin həqiqi hallarına uyğun gəlmir. Bu bir də onunla təsdiq olunur ki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş Abonentin Saldosundan görünür ki, “Zenner G4T Mexaniki” **********7№-li qaz sayğacı xx.xx.2021-ci il tarixdə 4 nəfər ailə üzvü olan Cavabdeh1 adına quraşdırılmış və qaz sərfiyyatına görə ödəmələr də sonuncunun adına 2022-ci ilin dekabr ayınadək aparılmışdır. Bu hala işə baxan hakimlər tərəfindən qəsdən hüquqi qiymət verilməmişdir.

26. İddianın dəyişdirilməsi barədə ərizə “Elektron Məhkəmə” İnformasiya sistemində Bakı Apellyasiya Məhkəməsində vəkil kabinetində xx.xx.2024-cü il tarixdə təhvil alınmışdır. Lakin buna heç bir münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə kassasiya şikayəti əsasına tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıların əvvəllər valideynləri ilə birlikdə yaşadıqları mənzil artıq üçüncü şəxsə satılmış və faktiki sahiblik həmin şəxsə keçmişdir. İddiaçıların faktiki olaraq həmin ünvan üzrə yaşayış imkanlarının yaranması mümkünsüzdür. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, iddiaçılar himayəçilik altında olan şəxslərdir və onların faktiki olaraq himayəçi ilə birlikdə yaşamalıdırlar.

44. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, iddiaçıların iddia etdikləri ünvan üzrə yaşayış imkanlarının təmin edilməsi mümkünsüzdür. Belə olarsa artı q əmlakı vicdanlı sahibliyinə almış şəxslərin hüquqlarının pozulmasına şərait yaradılmış olar.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların himayəçisi İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-902/2024 nömrəli 6 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar