Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-248/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-248/22 (Açar sözlər: pul tələbi ) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103 )-6326/2021 nömrəli, 05.07.2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı 29.12.2009-cu il tarixdə rəsmi mkaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin 2 övladı, 03.11.2013-cü ii təvəllüdlü X14, 15.05.2012-ci İİ təvəİlüdlü X12 anadan olmuşdur. Həmçinin Cavabdeh İddiaçı əvvəlki nikahdan olan qızı 03.07.2007-ci il təvəllüdlü X7 övladlığa götürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10172/2017 saylı, 11.12.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası təmin olunaraq tərəflər arasında bağlanmış nikah pozulmuş, 03.07.2007-ci il təvəllüdlü təvəllüdlü X5, 15.05.2012-ci il təvəllüdlü X3 və 03.09.2013-cü il təvəllüdlü X8 analarının yanında qalması və onların saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında iddiaçının xeyrinə aliment tutulması qət edilmişdir. Tərəflər nikaha daxil olanda Cavabdeh xüsusi mülkiyyətində olan mənzildən İddiaçı və uşaqlarının istifadə hüququ əldə etmələri və nikah pozulduqdan sonra həmin hüquqa xitam verilməsinin qaydaları ilə bağlı razılığa gəlmişlər. İddiaçı hazırkı mübahisəni başladaraq nikah müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən icra edilməməsinə dair mübahisə açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05.12.2009 -cu il tarixli nikah müqaviləsinə əsasən 11.000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 29.12.2009-cu il tarixdə rəsmi mkaha daxil olaraq ailə qurmuş, nikah müqaviləsi bağlamışlar. Üç övladı var: 03.07.2007-ci il təvəllüdlü X13, 15.05.2012-ci İİ təvəİlüdlü X12 və 03.11.2013-cü ii təvəllüdlü X14. Nikahları 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qərarı əsasında uşaqlar onun himayəsində saxlanılmışdır. Nikahda olduqları vaxt, 05.12.2009-cu il tarixdə cavabdehlə aralarında notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində deyilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, o cümlədən Cavabdeh məxsus ünvan 1, habelə nikah dövrün də hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətində hesab edilməlidir. Bundan başqa, həmin müqavilənin 3.1-ci bəndinin ikinci abzasında deyilir ki, nikahın pozulması halında X10 və X9 qeyd olunan mənzilə olan yaşayış və istifadə hüququ kompensasiya verilməklə itirilir. Bunun təsdiqi kimi nikahın pozulduğu gündən 10 gün ərzində X10 və X9 ümumilikdə 2000 manat məbləğində kompensasiya alır və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxırlar. Nikah müqaviləsinin 4.1-ci maddəsinə əsasən, bu nikahdan doğulan övlladların sayından asılı olaraq kompensasiya məbləği hər uşaq üçün 1000 manat məbləğində artırılır. Uşaqların ayrı cinsdən olduğu z aman bunun əvəzində əlavə olaraq 1000 manat kompensasiyaya əlavə edilir. Deməli, ilk övlada münasibətdə ümumilikdə 2000 manat kompensasiya verilməsi nəzərə alınarsa və müqavilənin şərtlərinə görə nikahdan həyata gəlmiş övladların sayından asılı olaraq kompensasiyanın hər uşaq üçün 1000 manat artırılması nəzərdə tutulduğundan, ikinci uşaqları Kərimov Tamerlan üçün kompensasiya 3000 manat, 3-cü uşaqları Kərimova Anisa üçün isə kompensasiya 4000 manat təşkıl edir. Müqavilənin şərtinə görə, uşaqların ayrı cinsdən olması nəzərə alınmaqla Kərimov Tamerlan üçün kompensasiya 3000 manat + 1000 manat = 4000 manat, Kərimova Anisa üçün isə kompensasiya 4000 manat + 1000 manat = 5000 manat təşkil edəcəkdir. Ümumilikdə, cavabdeh nikah müqaviləsinin şərtinin yerinə yetirilməsi üçün 11000 manat kompensa siya verməli idi. Müqavilə şərtlərində kompensasiya ödənilməsi öhdəlyinin nəzərdə tutulmasına, 2018-ci ildə cavabdehin evi satmasına baxmayaraq bu günə qədər heç bir kompensasiya ödəməmişdir.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10196,88 manat pulun alınıb ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11.12.2017-ci tarixli qətnaməsi ilə tərəflər arasında nikah ləğv edilmiş, uşaqların yanında qalmaları şərti ilə, saxlanılmaları üçün cavabdehdən onların saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərin yarısı miqdarında aliment tutulması qət edi lmişdir. İddiaçı mübahisənin predmeti olmayan ünvan 1 ünvanında yerləşən mənzildən boşanma məqsədi ilə çıxarkən nikah müqaviləsinin tələblərini bilərəkdən pozmuş, qeyd olunan ünvandakı mənzil sökülərkən öz razılığını vermiş və baxmayaraq ki, boşanma tarixindən 4 ildən çox keçib, yenə də nikah müqaviləsində göstərilənləri tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Özü Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11.12.2017-ci tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən cavabdeh İddiaçı onun 2017-ci ilin yanvar-fevral ayında uşaqları ilə birlikdə yaşadıqları mənzili tərk edən vaxtdan bu günə qədər, məhkəmə qərarı olmadan mütəmadi olaraq öz üç övladına qayğı və maddi yardım etmiş, məhkəmə qərarından sonra isə alimentin ödənilməsində heç bir zaman problemlər y aratmamışdır. 2017-ci ildən 2019-cu ilin dekabr ayınadək əmək haqqı rəsmi 685,25 manat təşkil etmişdir. 2020-ci ilin yanvar ayından isə 730 manat təşkil edir. Məhkəmənin qərarına əsasən, İddiaçı əmək haqqının yarısı məbləğində aliment ödəməli idi. Bu da 2017-ci ilin noyabr və dekabr ayları üçün-685,25 manat, 2018-ci il üçün 4111,50 manat, 2019-cu ildə-4111,50 manat, 2020-ci ildə isə 4380 manat təşkil edirdi. Beləliklə, İddiaçı ümumilikdə 13288,12 manat aliment ödəməli idi.Faktiki olaraq, İddiaçı 2017-ci ilin fevral ayından bu günə kimi, nağd verilən pulu hesaba alınmasa, 23485 manat pul ödəmişdir. Beləliklə cavabdeh İddiaçı ona artıq ödənilmiş 10196,88 manat borcu yaranmışdır. Ona görə həmin məbləğ qarşı tərəfdən tutularaq ona qaytarılmalıdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00 4)-1520/21 saylı mülki iş üzrə 26.04.2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia tələbi qismən təmin edilərək 05.12.2009-cu il tarixli nikah müqaviləsinə əsasən Cavabdeh 5100 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
7. Məhkəmə mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377, 386.1, 390, 425, 427.3, 429.1.3, 442, 443.4, 448.1, 448.2, 739.1, 739.2-ci, maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38, 109; "Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1, 18, 27-ci bəndlərinə; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5- ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına istinad etmişdir.
8. Cavabdeh qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2021-ci il tarixli, 2(103)-6326/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi F.Talışinski, hakimlər R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1520/21 saylı mülki iş üzrə 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
11. Cavabdeh qət namə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 12 Cavabdeh kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti apellyasiya şikayəti və qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia müddətinin keçməsini nəzərə almamış, müddəti düzgün hesablamamış, bununla bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğ un gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X11 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənl əşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflər dən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Maddə. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
23. Maddə. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
24. Maddə. 38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və və zifələrini müəyyən edən sazişdir.
25. Maddə 38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
26. Maddə 38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
27. Maddə 38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, birbirinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər
28. Maddə. 109.2. Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduğu halları istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. 29. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətin in inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
35. Məhkəmələr müəyən etmişlər ki, Cavabdeh ilə İddiaçı arasında 05.12.2009cu il tarixdə nikah müqaviləsi bağlanmışdır. Nikah müqaviləsinin 1.1-ci bəndinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, o cümlədən Cavabdeh məxsus ünvan 1, ha belə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak- ər-arvadın hər birinin ayrıca mülkiyyətində hesab edilməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh nikaha daxil olduqdan sonra ailə üzvü kimi X4 və onun birinci nikahdan olan qızı X6 özünün mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinə nikah müddətində yaşayış və istifadə hüququ verir. Nikah dövründə nikahın pozulması halında X11 və X1 qeyd olunan mənzilə olan yaşayış və istifadə hüququ kompensasiya verilməklə itirilir. Bunun təsdiqi kimi nikahın pozulduğu gündən 10 gün ərzində X10 və X9 ümumilikdə 2000 manat məbləğində kompensasiya alır və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxırlar. Ni kah müqaviləsinin 4.1-ci maddəsinə əsasən, bu nikahdan həyata gəlmiş övlladların sayından asılı olaraq kompensasiya məbləği hər uşaq üçün 1000 manat məbləğində artırılır. Uşaqlardan biri ayrı cinsdən olduqda isə bunun əvəzində 1000 manat kompensasiyaya əlavə edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsini üzərinə götürmüşdür.
36. Cavabdeh ilə İddiaçı 29.12.2009-cu il tarixdə rəsmi mkaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin 2 övladı, 03.11.2013-cü ii təvəllüdlü X14, 15.05.2012-ci İİ təvəİlüdlü X12 anadan olmuşdur. Həmçinin Cavabdeh İddiaçı əvvəlki nikahdan olan qızı 03.07.2007-ci il təvəllüdlü X7 övladlığa götürmüşdür. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10172/2017 saylı, 11.12.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası təmin olunaraq tərəflər arasında bağlanmış nikah pozulmuş, 03.07.2007-ci il təvəllüdlü təvəllüdlü X5, 15.05.2012-ci il təvəllüdlü X3 və 03.09.2013-cü il təvəllüdlü X8 analarının yanında qalması və onların saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında iddiaçının xeyrinə aliment tutulması qət edilmişdir.
37. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10172/2017 saylı icra sənədi üzrə tutulan aliment barədə cədvələ əsasən 01.12.2017-ci il tarixdən 01.03.2017-ci il tarixinədək Cavabdeh tərəfindən İddiaçı cəmi 13601,10 manat əvəzinə 20985 manat məbləğində alim ent ödənilmişdir.
38. Tərəflər arasında mülkiyətçiyə məxsus olan mənzildən istifadə olunması və bu hüquqa xitam verilməsi qaydaları ilə bağlı Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan müqavilə bağlanmışdır. Eyni zamanda həmin müqavilə Ailə Məcəlləsinin 38.1 maddəsində nəzərdə tutulan nikah müqaviləsinin şərtlərinə də cavab verir. Mülkiyyətçi nikah dövrü üçün arvadına və uşaqlarına (nikah zamanı doğulacaq uşaqlara) mənzildə yaşamaq və istifadə etmək hüququ vermiş, nikah pozulacağı halda bu hüquqa xitamın qaydalarını da tərəflər müəyyən etmişlər. Həmin müqavilə qanuna zidd deyil və Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə cavab verir.
39. Nikah pozulduqdan sonra cavabdehin müqavilədə nəzərdə tutulan kompensasiya məbləğini qarşı tərəfə verməsi təsdiq olunmur. Cavabdeh bu halı s übuta yetirə bilməmişdir. Cavabdeh gah həmin məbləği uşaqların saxlanması üçün alimentdən əlavə pul verməsi ilə əlaqələndirir, gah da iddiaçının üç illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyi üçün həmin əsasla iddianın rədd edilməsini tələb edir.
40. Uşaqların saxlanması üçün cavabdeh tərəfindən alimentdən əlavə vəsait ödənilməsi kompensasiyanı əvəz edə bilməz. Cavabdehin özünün etiraf etdiyi kimi uşaqların saxlanması üçün zəruri vəsait lazım olanda cavabdeh iddiaçıya zəruri köməkliyi göstərmişdir. İşə baxan məhkəmələr haqlı olaraq həmin məbləği aliment məbləği kimi dəyərləndirmiş və onun geri qaytarılması üçün əsaslar müəyyn etməmişlər. Apellyasiya Məhkəməsi bu dəlillə bağlı Ailə Məcəlləsinin 109.2. maddəsinə istinad etməsi düzgün olmuşdur.
41. Eyni zamanda məhkəmələr üç illik idd ia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri ilə əlaqədar ətraflı hüquqi dəyərləndirmə apararaq haqlı olaraq hesab etmişlər ki, nikahın pozulmasından sonra iddiaçı məhkəməyə müraciət etmək üçün üç illik iddia müddətini ötürməmişdir. Apellyasiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı maddi hüquq normalarını da düzgün tətbiq etmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6326/2021 nömrəli, 05.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.