Məhkəmə qərarları › İş №2(102)-2480/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2480/2023

12.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2480/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X9 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-210/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini X4 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.

2. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində ümumi birgə mülkiyyət kimi Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına qeydiyyata alınmışdır.

3. İddiaçı və həyat yoldaşı X7 ilə X6 və həyat yoldaşı Cavabdeh5 Qədir qızı a rasında 20 mart 1998-ci il tarixdə X3 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin alqısatqısına dair sadə yazılı formada müqavilə tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə X6, onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1.

4. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məx sus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 mart 1998-ci ildə mərhum qardaşı X6 ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etmişdir. O da öz növbəsində qardaşına həmin dövrdə 15000000 manat pul ödəyərək həmin torpaq sahəsini qardaşından satın almışdır. Lakin torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün onlar, yəni o, həyat yoldaşı X7, mərhum qar daşı X6, onun həyat yoldaşı Cavabdeh5 aralarında alqı-satqı müqaviləsi bağlamışlar. X11 da buna şahidlik etmişdir.

7. Daha sonra Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini qardaşı 2014-cü ildə iddiaçıya vermiş, yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsini bir az da gözləməyini xahiş etmişdir. Lakin 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etmişdir.

8. Qardaşının vəfatından sonra cavabdehlər 2021-ci ildə həmin torpaq sahəsinə çıxarış alsalar da, torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırırlar. Alqısatqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq iddiaçının istifadəsində olmuşdur. Həmin torpağın vergilərini iddiaçı ödəmişdir.

9. Cavabdehlər to rpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

10. Torpaq alqı-satqı əməliyyatı cavabdehlərlə aralarında 1998-ci ildə həyata keçirildiyindən onun iddiası həmin dövrdə, yəni 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uyğun həll edilməlidir. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

11. İddiaçı tələbinin hüquqi əsası kimi 1998-ci i ldə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü, hazırda qüvvədə olan Mülki Məcəllənin 222.2 və 222.3-cü maddələrinə istinad etmişdir.

12. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

12. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Tural Həsənov)

13. Birinci instansiya məhkəməsi müəyyən edib ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini X3 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində üm umi birgə mülkiyyət kimi Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. 20 mart 1998-ci il tarixdə İddiaçı, həyat yoldaşı X7 ilə X6 və onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı arasında X3 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin alqı-satqısına dair sadə yazılı formada müqavilə tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə X6, onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hə min iddia tələbinin predmeti olan 0,42 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş 6464 (0,6464 ha) kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin bir hissəsidir. İddiaçı hazırda cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, mülki hüquq münasibətinin baş verdiyi zaman (20 mart 1998- ci il) qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

15. Göstərilən maddənin mahiyyətinə görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdi icra etmiş tərəfin tələbi; əqdin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasından təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

16. Birinci instansiya məhkəməsi göstərib ki, İddiaçı iddia tələbində notariat təsdiqi tələb olunan 20 mart 1998-ci il tarixli əqdin tərəfi kimi həmin əqd üzrə öz üzrə götürdüyü öhdəliyi icra etdiyini bildirərək, yəni 15000000 manatı pulu qardaşı X6 və onun həyat yoldaşı cavabdeh X8 ödədiyini desə də, cavabdehlərin bununla bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.

17. Eyni zamanda məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X6 və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin də mülkiyyətinə verilmişdir. X2 və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, həmin torpaq sahəsi onların övladları olan Cavabdeh1, Cavabde h3, Cavabdeh4 və Cavabdeh2 da mülkiyyətində olmuşdur. Cavabdeh2 və Cavabdeh3 müqavilə bağlandığı tarixə yetkinlik yaşına çatmasalar da, Cavabdeh4 və Cavabdeh1 müqavilə bağlanan tarixdə yetkinlik yaşına çatmış mülki hüquq fəaliyyət qabiliyyətli şəxslər olmuşlar. Mübahisəli 0,47 ha torpaq sahəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsi 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilənin iştirakçısı olan X6 və onun həyat yoldaşı olan Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir.

18. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı tərəfindən təqdim edilmiş 20 ma rt 1998-ci il tarixli sadə yazılı müqavilə özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. 20 mart 1998ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər.

19. Birinci instansiya məhkəməsi mübahisəli 0,47 ha torpaq sahəsinin bir hissəsinin, yəni 0.22 ha hissəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsinə dair İddiaçı ilə Cavabdeh5 arasında mübahisə olduğunu və Zaqatala Rayon Məhkəməsinin 2(033)-625/2020 nömrəli xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin ed ilmədiyini qeyd etmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0.42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiası təmin edilməmişdir. İddiaçı hazırda 0.47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçının alqı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələri cəmləşdirildiyi halda 0.97 ha torpaq sahəsi olmuş olur. Halbuki cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,6464 ha təşkil edir. İddiaçının bu barədə mülahizələri ondan ibarət olmuşdur ki, əslində onun hazırki iş üzrə bağlanmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0.22 ha (0.64640.42) təşkil edir. Qalan 0.25 ha (iddiaçının tələb etdiyi 0.47 ha – əslində tələb etməli olduğu 0.22 ha=0.25 ha) torpaq sahəsi isə iddiaçının deməsinə görə zəbt olunmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də cavabdehlərə məxsus olmasını zənn edərək o, istifadə etmişdir.

21. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçının həmin zəbt olunmuş 0.25 ha torpaq sahəsi ilə bağlı hazırki iddiasında cavabdeh kimi cəlb edilmiş şəxslərə qarşı iddia qaldırmaq üçün hüququ olmamış, nə də həmin cavabdehlərin öz mülkiyyətlərində olan torpaq sahəsindən başqa digər torpaq sahəsi barəsində sərəncam vermək kimi də hüquqları olmamışdır.

22. Birinci instansiya məhkəməsi sonda belə nəticəyə gəlib ki, iddia ərizəsində göstərilənlər və işin gerçək halları iddianın təmin olunmasına əsas vermir. Bu əsaslarla iddia təmin oluna bilməz.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hazırda qüvvədə olan Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152.1, 153.5, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci, qüvvədən düşmüş Mülki Məcəllənin 23-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri: - tərəflər arasında baş vermiş alqı-satqı müqaviləsi 1998-ci ildə baş tutduğuna görə həmin dövrdə qüvvədə olmuş MM-nin 43-cü maddəsinə əsasən mübahisə həll edilməli idi. Məhkəmə qətnamədə həmin Məcəllənin 43-cü maddəsini qeyd etsə də, düzgün tətbiq etməmişdir; - alqı-satqı müqaviləsi bağlanarkən müqaviləni imzalayan şəxslər Ramazan Mustafayev və Cavabdeh5 özlərinə məxsus torpaq sahəsinin alqı-satqısına imza atmışlar. Belə ki, aqrar islahat zamanı Yuxarı Çardaxlar kəndində adam başına 0,25 ha torpaq sahəsi pay olaraq verilmişdir; - bundan başqa, məhkəmə iclası zamanı müəyyən olmuşdur ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən bu günədək iddiaçının istifadəsindədir. Onun tərəfindən həmin torpaq sahəsinə ağaclar əkilmiş, torpaq sahəsi münbitləşdirilmiş, darvaza qoyulmuş, altıaçıq tikilmiş, bir sözlə torpaq sahəsi yaxşılaşdırılmışdır. Bütün bu faktları məhkəmə iclasında qeyd etmişdir. Lakin məhkəmə qarşı tərəfin bu halların əksinə dair hər hansı bir sübut təqdim etməmələrinə baxmayaraq, nə özü yerində araşdırmamış (b axış keçirməmiş), nə də ki, düzgün qiymət verməmişdir; - mübahisə predmeti olan xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan dövrdə qüvvədə olan MM-nin 228-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı satıcının mülkiyyətinə verməli, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu maddədə qeyd olunan bütün şərtlər həyata keçirilməsinə baxmayaraq, məhkəmə qərarında, ümumiyyətlə, bu maddəyə tövsif etməmişdir; - daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, xx.xx.1998-ci il tarixli müqavilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Əks yanaşma isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə b u fikrini maddi hüquq normasına əsasən əsaslandırmamışdır və əsaslandıra bilməmişdir. Bunun əksi olaraq qeyd edilməlidir ki, MM-nin 222.3-cü maddəsində qeyd olunmuşdur ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qaydada irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Qeyd olunan maddədən görünür ki, Ramazan və Ümüküs Mustafayevlər özlərinə və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair sərəncam vermək hüquqları vardır; - cavabdehlərin mülkiyyətində təkcə 0,6464 ha torpaq sahəsi deyil, ümumilikdə 1,5 ha torpaq sahələri var. İddiaçının tələb etdiyi torpaq sahəsi isə 0,6464 ha torpaq sahəsinin daxilində olan 0,47 ha torpaq sahəsindən ibarətdir. Məhkəmənin “zəbt” adlandırdığı torpaq sahəsi isə üçüncü şəxsə aid dir ki, həmin şəxslərlə iddiaçı arasında torpaq mübahisəsi yoxdur. Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 (altı) nəfərdən ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X16 kəndində 200 ha əkin torpaqları kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşım Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qa lan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir.

26. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-210/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)

27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə omuş Mülki Məcəllənin 43-cü maddəsinin tətbiq edilməməi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edib ki, birinci instansiya məhkəməsi 1998-ci ildə qüvvədə olmuş MM-nin 43-cü maddəsinə düzgün şəkildə istinad etmişdir. Belə ki, bu qətnamənin həmin maddənin tələbində “əqddə qanuna zidd əməl olmadıqda” şərti nəzərdə tutulmuşdur ki, hazırki iş üzrə alqı-satqı müqaviləsində qanuna zidd əməl, yəni paylı mülkiyyətçilərin hüquqlarının pozulması hal mövcuddur.

28. Apellyasiya instansiyası məhkəməsinin digər dəlilləri ilə də bağlı göstərib ki, birinci instansiya məhkəməsi digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə bağlı yanaşmasında MM-in maddələrinə əsaslanmış və doğru nəticəyə gəlmişdir. Çünki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən öncə Cavabdeh5 qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir ki, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 aras ında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-12/2022 nömrəli qətnaməsində göstərmişdir: “İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 (bir min iki yüz) ABŞ dollarının indeksasiyası olan 3596,85 (üç min beş yüz doxsan altı manat səksən beş qəpik) manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 (iki min doqquz yüz doxsan) manat, 20 ədəd alma ağacının dəyəri olan 400 (dörd) manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 (bir min altı yüz) manat ümumilikdə 8586,85 (səkkiz min beş yüz səksən altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 (on beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçın ın mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququ bərpa edilsin. Sonrakı iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia tələbləri eyni vaxtda icra edilsin.”

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yuxarıda göstərilən iki qətnamə ilə hazırki iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müba hisəli torpaq sahəsinin 1998-ci ildən bu günədək onun istifadəsində olması, həmin torpaqda ağaclar əkməsi, torpaq sahəsini münbitləşdirməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edib ki, Zaqatala Rayon Məhkəməsinin yuxarıda istinad edilən iki qətnaməsi ilə hazırki iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edildiyi üçün hazırki iş üzrə alqısatqı müqaviləsi etibarlı əqd hesab edilə bilməyəcəyindən 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi istisna edilir və mübahisəli torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması da hazırki iş üzrə əhəmiyyətini itirir.

49. İddiaçının cavabdehlərin mülkiyyətində 1.5 ha torpaq sahəsinin olması i lə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız sayan apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi mülki işin 36-cı vərəqində olan Zaqatala Rayon Yuxarı Çardaxlar kənd Bələdiyyəsinin mühasibi Əli Əliyevin imzaladığı həmin kənd sakini X4 1.5 ha torpaq sahəsi verilməsi göstərilən arayış kserosurət olmaqla, nömrəsi və verilmə tarixi göstərilməyən bir kağızdır ki, o da sübut kimi qəbul edilə bilməz. a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı (Nümayəndə) kassasiya şikayəti verərək (vəkil) qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

51. Kassasiya şikayətinin dəlilləri: - cavabdehlərə məxsus torpaq sahəsi onların hər birinin razılığı ilə iddiaçıya satılmış 1998-ci ildən bu günədək iddiaçının istifadəsindədir, bu halı cavabdehlər də təsdiq edirlər. Belə ki, onların həmin torpaqla bağlı hazırda Zaqatala rayon Məhkəməsinin icraatında iddiaları vardır. 1998-ci ildən bu günədək həmin torpaqla bağlı cavabdehlərin iddiaçıya qarşı hər hansı iddiaları olmamışdır. Məhkəmə isə qeyd olunan faktları aydınlaşdırmamış və işin hallarına düzgün qiymət verməmişdir; - hazırki mübahisə predmeti olan torpaq sahəsi payları məlum olmayan ümumi birgə mülkiyyətdə olan əmlakdır. Həmin əmlaka dair alqı-satqı 1998-ci ildə reallaşmışdır. Alan şəxs satan şəxslərə pulunu ödəmiş əmlakı almış, satan şəxslər isə əmlakın pulunu alaraq əmlakı satan şəxsə təhvil verərək aralarında yazılı əqd imzalamışlar. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllədə paylar məlum olmayan (birgə mülkiyyət növləri) ümumi mülkiyyət barəsində sərəncam verməyin qaydalarına dair hər hansı bir müddəa yoxdur. Hazırki mübahisə predmeti isə payları məlum olmayan ümumi birgə mülkiyyət növünə aiddir. Belə olan halda, apelyasiya məhkəməsi hazırda qüvvədə olan MM-nin 11-ci maddəsinin tələblərini nəzərə almaqla qanunun və hüququn analogiyasını tətbiq etməli və bu zaman ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almalı idi; - cavabdehlərin mülkiyyətində 1,5 ha torpaq sahəsinin olmasına dair heç bir sübut təqdim edilməməsi iddiaçının təqdim etdiyi bələdiyyə arayışının isə kserosurət olmaqla nömrəsi və verilmə tarixi göstərilməyən bir kağız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsassızdır. Belə ki, əvvəla, apelyasiya şikayəti elektron qaydada göndərilir. Apellyasiya şika yətinə əlavə olunmuş bələdiyyə arayışı da şikayətlə birlikdə elektron qaydada göndərilmiş və həmin arayışın əsli şikayətə əlavə olunmuşdur. Apellyasiya məhkəməsi isə göndərilmiş şikayəti və ona əlavə edilmiş sənədləri çap etdikdən sonra kağız üzərində olan şikayət və arayışa baxaraq onların kserosurət olduğunu hesab etmişdir; - məhkəmə mübahisəli məsələnin həllində formal mülahizələrlə çıxış etmiş, qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş hərtərəfli araşdırma vəzifəsini yerinə yetirməmiş, irəli sürülən dəlillərə və işdə olan sənədlərə sübutların qiymətləndirilməsi ilə bağlı üzərinə düşən vəzifəni tam yerinə yetirmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri 52.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsa sdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsi ndə müəyyən olunur. Maddə 147.2. Təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər dav am etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Maddə 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satı cı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646.2. Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllə (1964) Maddə

43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Maddə

228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən digər təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

54. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

57. İşdən görünür ki, iddiaçı cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabd ehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbinin faktiki əsası kimi 20 mart 1998-ci ildə qardaşı X6 və hazırki iş üzrə cavabdeh olan qardaşı arvadı X12 ilə bağladığı sadə yazılı əqdə və hazırki vaxta qədər də torpaqdan istifadə etməsinə, torpaq sahəsini əkib-becərməsinə, hüquqi əsası kimi isə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə istinad etmişdir.

58. Mülki Məcəllənin (1964-cü il) 43-cü maddəsinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış h esab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

59. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilənin özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab olunmaması, bu müqaviləyə əks yanaşmanın isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməsi əsası ilə iddianı rədd etmiş, apellyasiya instyansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir.

61. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 59-cu maddəsinə görə əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifləri yalnız o halda əmələ gətirə, dəyi.dirə və onlara xitam verə bilər ki, o, bu əqdi bəyənmiş olsun. Əqd təmsil edilənin bəyəndiyi vaxtdan etibarklı heab edilir.

62. Hazırda qüvvədə olan Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam v erməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

63. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

64. Məhkəmə kollegiyası hazırki işin halları baxımından diqqəti Azərbaycan Respublikası K onstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəldir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan ə qdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əq din bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.

66. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.

67. Hazırki işdə isə apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə hər hansı araşdırma aparmadan iddiaçı tərəfindən təqdim edi lmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilənin özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməməsi, bu müqaviləyə əks yanaşmanın isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsi ilə razılaşmışdır.

68. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il və 17 yanvar 2022-ci il tarixli qətnamələrinə istinad edərək, həmin qətnamələrlə hazırki iş üzrə cavabdehlərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyinin həll edilməsini də qeyd etmişdir.

69. Apellyasiya instansiyası məhkəməsini gəldiyi həmin nəticə də düz dey il. Belə ki, hazırki işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir və həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.

70. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0.42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiasının təmin edilməməsi, iddiaçının hazırda 0.47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş etməklə, alqısatqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələrinin cəmləşdirildiyi halda bunun 0.97 ha torpaq sahəsi olması barədə gəldiyi nəticə düz deyil.

71. Əvvəla, cəmləşdirildiyi halda, torpaq sahələri 0,97 ha yox, 0,89 ha təşkil edir. Bundan başqa, belə olan halda, ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına yuxarıda şərh edilənlər baxımından qiymət verilməli idi.

72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

73. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edi lsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-210/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar