Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2483/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələb, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşıı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları
1. Mingəçevir şəhəri, N.ünvan 2 4B, 7 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır.
2. İddiaçı, Cavabdeh (bundan sonra – cavabdeh) ilə qeyri-rəsmi nikah mübasibətlərində olmuş, bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü Dəniz adlı qızları olmuş və hazırda cavabdeh qızı ilə birlikdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etmək lə tələbini onunla əsaslandırmışdır ki, heç bir haqq almadan cavabdehə mülkiyyətində olan mənzildə müvəqqəti qalmağa icazə vermişdir. Hazırda cavabdeh ona məxsus olan mənzildən öz evi kimi istifadə edir və mənzildən çıxmır. Onu evdən çıxara bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülkiyyətçi olmasına baxmayaraq, öz mənzilinə girə bilmir. Cavabdehə mənzildən istifadə hüququ verməmişdir.
5. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini müdafiə edərək, suallara cavab olaraq həmçinin bildirmişdir ki, uzun müddət cavabdehlə qeyri-rəsmi münasibətdə olmuş, bu münasiibətdən Dəniz adlı qızları doğulmuşdur. xx.xx.2020-ci ildə mübahisəli mənzili aldıqdan bir müddət sonra cavabdehi həmin mənzilə köçürmüşdür. Hazırda cavabdehlə münasibətləri pozulduğundan cavabd ehin mənzildən çıxarılmasını xahiş edir.
6. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-2146/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında rəsmi ailə münasibətləri olmadığından cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsində iddiaçının ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Həmçinin cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, mənzildən istifadə et mək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur.
8. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü, Ailə Məcəlləsinin 1.4, 2.3, 9.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və X.Məmmədovanın şikayəti üzrə xx.xx.2014-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, bir müddət cavabdeh ilə mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Lakin ayrıldıqdan sonra da cavabdeh azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam etmişdir. İddiaçının azyaşlı uşağına atalıq vermədiyinə görə məhkəməyə müraciət etmiş, uşağın atasının iddiaçı olduğu müəyyən edilmiş və saxlanılması üçün aliment təyin olunmuşdur. Hazırda onun və uşağının qeyd olunan mənzildən başqa yaşamağa yerləri yoxdur. Dənizin gələcəkdə atasının vərəsəsi olduğu və hazırda yaşamağa başqa yerləri olmadığı üçün onların mənzildən istifadə hüquqları vardır. Çünki, azyaşlı övladı ilə birlikdə 2021-ci ildən mübahisəli mənzildə yaşayır və təsərrüfatı idarə edir. Məhkəmə isə mənzildən istifadə hüququnun olub-olmamasını araşdırmadan, əsassız olaraq mənzildən əşyaları ilə birlikdə çıxarılmasını qət etmişdir. Halbuki, azyaşlı Dənizin iddiaçının qızı kimi mənzildən istifadə hüququ olduğu üçün, onun həmin mənzildən çıxarılması əsassızıdır. Qətnamə Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmışdır.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti qi smən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “cavabdehin əşyalarının mübahisəli mənzildən çıxarılması” hissəsində ləğv edilmiş, iddia bu hissədə baxılmamış saxlanılmışdır.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-308/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli)Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin “Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində təmin edilməmiş,Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022ci il tarixli, 2(051)-2146/2022 saylı qətnaməsi “Cavabdeh İddiaçı mülkiyyətində olan, Min gəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılmasına dair hissəsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarından müəyyən edilir ki, Mingəçevir şəhər N.Gəncəvi küçəsi 4B saylı evin 36,20 kv.metr ümumi sahəyə malik 7 saylı mənzili xx.xx.2020-ci il tarixdən İddiaçı tam xüsusi mülkiyyətindədir. Cavabdeh isə əmlak ın iddiaçı tərəfindən əldə edilməsindən sonra mübahisə predmeti olan mənzilə köçmüşdür. Belə ki, Cavabdeh özü də həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 2021-ci ildən mübahisəli mənzildə yaşadığını göstərmişdir.
16. Məhkəmə kollegiyası Cavabdeh iddiaçı tərəfindən mübahisəli mənzilin əldə edilib, adına rəsmiləşdirilməsindən sonra, yəni xx.xx.2020-ci il tarixdən sonra İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilində yaşaması ilə bağlı aşağıdakıları qeyd edir:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uy ğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri xx.xx.2020-ci il tarixdən sonra, yəni iddiaçı tərəfindən Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin, 7 saylı mənzilinin əldə edilib adına rəsmiləşdirilməsindən sonra yaranmışdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərb aycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir
19. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanun vericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
21. Bunun davamı olaraq, şəxsin ailə q anunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin onun mənzildən çıxarılması hissəsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehin mənzildən çıxarılması hissəsində əsaslı, apellyasiya şikayəti isə cavabdehin mənzildən çıxarılması hissəsində əsassızdır. Belə ki, apellyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinin tələblərinin pozulması ilə onun mənzildən çıxarılması barədə qərar qəbul edildiyini göstərsə də Cavabdeh İddiaçı ailə üzvü deyildir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına da aid deyildir.Belə ki, Cavabdeh İddiaçı ilə aralarında rəsmi nikah münasibətləri mövcud olmadığından onun İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ da yaranmamışdır.
23. Cavabdeh apellyasiya şikayətində göstərdiyi Dəniz adlı övladının İddiaçı qızı olduğu üçün onun qeyd olunan mənzildən istifadə hüququnun olmasına dair halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı uşağı Dən izin mənzildən çıxarılması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Kollegiya həmçinin şikayətçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
24. Məhkəmə kollegiyasının iclası zamanı cavabdeh tərəfin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı Mingəçevir şəhər N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylı mənzilin özünə məxsus olduğuna əsaslanaraq özgənin sahibliyində olan həmin mənzilin cavabdehdən geri alınmasını tələb edir. Həmin mənzil hazırda cavabdehin istifadəsində olmaqla yanaşı, cavabdehin hazırda da həmin mənzildə yaşaması Cavabdeh özünün məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir.
25. Kollegiya belə hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən cavabdehin Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən istifadə hüququ tanına bilməz.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
27. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə ə sas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla cavabdehin ona məxsus evdən çıxarılması məqsədi ilə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apelyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılmasının əsassızlığına dair dəlilləri ilə razılaşmır.
28. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1,157.2, 157.4, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protok olunun 1-ci, Mənzil Məcəlləsinin30.1, 30.2, 30.4, Ailə Məcəlləsinin 1.4, 2.3, 9.4, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.2, 372.2, 372.6 və 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, yəni apellyasiya şikayətinin təmin olunmayan hissəsində ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunun 2-ci maddəsinin 1-ci abzasının tələbləri pozulmuş, onun Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, ev 2, mənzil 64 ünvanda qeydiyyatda olmağım, həmin yaşayış sahəsindən istifadə hüququ əldə etməyim üçün əsas deyildir. Mənim daimi yaşayış yerim Mingəçevir şəhəri, N.ünvan 2 4-B, mənzil 7-dir. Hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsi işə baxarkən bu hallara lazımi hüquqi qiymətini verməmişdir.
31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4- cü maddəsinin tələbləri pozulmuş,xx.xx.2019-cu il təvəllüdlü Dəniz adlı uşağımın və mənim Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylımənzilindən başqa yaşamağa ayrı yerimiz yoxdur. Dəniz adlı övladım İddiaçı qızı olduğu üçün onun və özünün qeyd olunan mənzildən istifadə hüquqları vardır. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi bu halların heç birini nəzərə almamışdır
32. Yaşa yış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun xx.xx.1996-cı iltarixli Qanunun 1-ci maddəsinin tələbləri pozulmuşdur.Yaşayış sahəsinə pasport qeydiyyatına alınma inzibati akt olmaq, mənzilə yaşayış hüququnun verilməsi ilə nəticələnmir. Bununla bağlı bildirirəm ki, mənim qeydiyyatda olduğum ünvan ünvan 1 daimi yaşayış yerim Mingəçevir şəhəri, N.ünvan 2 4B, mənzil 7-dir. Əgər mən qeyd olunan mənzildən çıxarılsam, onda Dəniz adlı uşağım harada qalacaqdır. Halbu ki, Dəniz adlı uşağım İddiaçı qızıdır və onun ailə üzvü kimi atasından ona məxsus mənzildən istifadə hüququnu tələb etmək hüququ vardır. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi Qanunvericiliyin qeyd olunan tələblərinə düzgün qiymət verməyərək, mənim apelyasiya şikayətimi tam olaraq təmin etməmişdir.
33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla bağlı bildirirəm ki, mən 2012-ci ildə cavabdeh İddiaçı ilə faktiki münasibətlərə girməklə ailə qurmuşdum. Bizim birgə münasibətlərimizdən 04 oktyabr 2019-cu ildə Dəniz adlı uşağımız doğulmuşdur. Bir müddət biz Mingəçevir şəhərində kirayəşin yaşamışıq. 2021-ci ilin avqust ayında isə cavabdeh İddiaçı bizi Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4-B saylı evin 7 saylımənzilinə gətirərək, həmin evi bizə aldığını, mənzilin Dəniz adlı uşağıma məxsus olduğunu bildirirək, bizim orada yaşamağımızı dedi. Mən də az yaşlı uşağım ilə birlikdə həmin mənzildə hazırki vaxtadək yaşayıram. Hesab edirəm ki, Dəniz adlı uşağımın yuxarıda qeyd olunan mənzildən istifadə hüququ olduğu üçün, məni m həmin mənzildən çıxarılmağım əsassızıdır.
34. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir. b)
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyy ətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadı n) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
41. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
42. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürül müş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
43. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
44. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
45. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsası nda saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun
46. Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasını n qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
47. Maddə 2, 1-ci hissə. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətna məsinin qismən, yəni apellyasiya şikayətinin təmin olunmayan hissəsində ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş edilsə də mübahisələndirilən qətnamə iddia tələbinin “Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” tələbi barədə olduğundan və cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının apelyasiya şikayəti ilə bərabər kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin, 2-ci maddəsinin 1 hissəsinin (kassasiya şikayətində 1-ci abzası kimi qeyd edilib) tələblərinin pozulduğu qeyd edilsə də, apelyasiya şikayətində belə dəlillər irəli sürülməmişdir.Digər tərəfdən göstərilən maddələrdə bəhs olunan yaşayış yeri qanuni əsaslarla yaranmış yaşayış yeridir.Lakin məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun olmadığı, hazırda da yaranaması üçün əsas olmadığı müəyyən edilmişdir.Məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşır.Ona görə də göstərilən dəlillər əsassızdır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılma sı üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli 2(107)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.