Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2483/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin icra edilməməsi 01.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-577/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxa n məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Mercedes Benz E220 CDİ” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı (sonrakı dövlət qeydiyyat nişanı **-OD-***) avtomobil 7 yanvar 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır;
3. İddiaçı avtomobilin satılması üçün 19 yanvar 2021-ci il tarixdə Cavabdeh2 etibarnamə vermiş, etibarnamədə avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər göstərilmiş, etibarnamə başqa şəxslərə ötürülə bilmək səlahiyyəti ilə 1 il müddətinə verilmişdir; 4. 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə iddiaçı mübahisəli avtomobili Cavabdeh1 41000 manata satmışdır;
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki ** LN ***, hazırkı **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə ilə «Mercedes-Benz E220 CDİ» markalı avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahi ş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, mübahisəli avtomobili özünü "xxxx" MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50000 manata satmaq barədə razılığa gəlmişlər. Sonuncu qeyd olunan nəqliyyat vasitəsinə görə 50000 manatı 23 yanvar 2021-ci il tarixədək iddiaçıya ödəməli idi. Mübahisəli avtomobil 19 yanvar 2021-ci il tarixli etibarnamə əsasında 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Ancaq indiyə qədər nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait iddiaçıya ödənilməmişdir. Mübahisəli əmlaka dair etibarnamə ilə Cavabdeh2 (təmsil olunan) iddiaçını üçüncü şəxslər qarşısında təmsil etmək və öz maraqlarını daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6036/2021 saylı iş üzrə 4 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, Cavabdeh2 iddiaçının xeyrinə 41000 manat pulun tutulması qət edilmiş, iddia tələbi Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı avtomobili Cavabdeh2 50000 manata satmaq barədə razılığa gəlmiş və həmin pulu cavabdeh 23 yanvar 2021-ci il tarixədək iddiaçıya ödəməli olmuşdur. İddiaçı 19 yanvar 2021-ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, 23 yanvar 2021-ci il tarixədək pulun ödənilməsini gözləmişdir.
10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh2 iddiaçı ya məxsus avtomobili 19 yanvar 2021-ci il tarixli etibarnamə əsasında 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 41000 manata satmışdır. Göründüyü kimi Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41000 manata satmış və pulu iddiaçıya verməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomaşına görə pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən etibarnamə yalnız bir dəfə Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 isə qeyd olunan avtomobilin dəyərini vicdanlı alıcı kimi tam olaraq Cavabdeh2 ödəmişdir.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 359.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə mübahisəli avtomobilin 41000 manata iddiaçı tərəfindən digər Cavabdeh1 alqı-satqı müqaviləsi ilə satıldığını, daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41000 manata satıldığın ı qeyd etmişdir. Göründüyü kimi, məhkəmə iki ziddiyyətli məqamı qeyd etsə də, sonda iş materiallarında olan alqı-satqı müqaviləsinin surəti ilə müəyyən etdiyi halı deyil, məhz heç bir sübut olmadan yalnız öz mülahizəsinə görə məhkəmə iclasında müəyyən edildiyini qeyd edərək, ikinci halı əsas gətirərək qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etməmişdir. O yalnız iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında digər şəxsə etibarnamə vermişdir (etibarnamə iş materiallarına əlavə edilmişdir). Digər bir hal da ondan ibarət olmuşdur ki, Cavabdeh2 tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4592/2021 saylı, 19 avqust 2021-c i il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini məhkəməyə təqdim etmiş, məhkəmə qətnaməsində həmin akta istinad etsə də, ona qiymət verməmişdir. Həmin qətnamə ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə qüvvəyə mindiyindən hazırkı işə baxılması mümkün deyildir. Qətnamədə göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas olduğu üçün məhkəmə qətnamə çıxararkən həmin hissələrə istinad etməmişdir. Halbuki, məhkəmə iş materiallarında mötəbər sübut olan alqı-satqı müqaviləsinin surətindən görünən, yuxarıda qeyd edilən, yəni iddiaçı tərəfindən digər cavabdehə avtomobilin satılması halına istinad etsə idi, cavabdehə qarşı iddia rədd edilməli olacaqdı.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2232/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdi yev - sədrlik edən və məruzəçi, İkram Şirinov və Namiq Cəfərov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilmiş, Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən satılması halına istinad etsə də, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mübahisəli avtomobili Cavabdeh1 41000 manata satmışdır. İddiaçı hazırda avtomobilin Cavabdeh2 tərəfindən satıldığını iddi a etsə də, əslində sözügedən avtomobillə bağlı alqısatqı müqaviləsi üzrə iddiaçı özü satıcı olmuş, nəqliyyat vasitəsini Cavabdeh1 41000 manata şəxsən satmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinin tələblərini pozaraq mübahisənin həllində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 avqust 2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə almamışdır.
18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində tərəf (satıcı) olması ilə yanaşı, həmçinin Cavabdeh2 notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixində, yəni alqı-satqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmiş dir.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh1 məhkəmə iclasında video-bağlantı vasitəsilə iştirakını təmin etmiş və cavabdeh izahatında 41000 manatın iddiaçıya verilməsini təsdiq etmişdir.
20. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı sözügedən avtomobilin alqı-satqı müqaviləsində satıcı tərəf olduğundan avtomobilin satış dəyəri olan 41000 manatın cavabdeh tərəfindən alınmasını iddia etməsi nə iş materialları ilə, nə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin müqavilə məhkəmə tərəfindən etibarsız sayılmadığından və müqavilə şərtlərinin yerinə yetirilməsində pozuntu aşkar edilmədiyindən hazırkı işə baxılmasında sübut qismində istinad edilməsi yolveriləndir. Əgər iddiaçı məbləğin özünə deyil, Cavabdeh2 verilməsini iddia edirsə, bu halı sübutetmə yükü də iddiaçının üzərinə düşür. Çünki 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində Cavabdeh2 tərəf olmadığına görə, müqavilə üzrə alıcının ona pul ödəməsi ağlabatan və inandırıcı deyildir. Qeyd edilən hallardan və hüquq normalarının tələblərindən də göründüyü kimi 41000 manatın iddiaçıya deyil, Cavabdeh2 ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında belə bir dəlil aşkar edilməmişdir.
21. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəm əsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi son qənaətində heç bir sənədə əsaslanmadan iddiaçının avtomobilin alqısatqı müqaviləsi üzrə tərəf olduğunu qeyd etmişdir. Yəni bu halın əminliklə sübut olunduğunu vurğulamışdır. Halbuki alqı-satqı müqaviləsinə baxdıqda aydın şəkildə görünür ki, satıcı olaraq müqaviləni Babayev Mehman tərəfindən imzalamışdır. Hansı ki, İddiaçı tərəfindən avtomobilin satılması məqsədilə Cavabdeh2 xx.xx.2021-ci il tarixində etibarnamə verilmiş, sonradan Cavabdeh2 da Babayev Mehmana da eyni məqsədlə etibarnamə vermişdir. Burda əsas məsələ ondan ibarət olmuşdur ki, mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmsilçi) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 öz maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Ancaq apellyasiya məhkəməsi belə bir halın ola biləcəyini təxmin edə bilməmiş və araşdırmasını sona qədər aparmamışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4199/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Eışad Şamayev və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh2 qarşı 22 yanvar 2021-ci il tarixli avtomobilin alqı -satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının özünün qeyd edilən avtomobili Cavabdeh1 41000 manat satmasının müəyyən edilməsinə preyudisial hal kimi, həmçinin alıcı Cavabdeh1 video-zəng vasitəsilə avtomobilin pulunu iddiaçıya verməsi barədə izahatına istinad etməklə kifayətlənmiş, işdə olan alqı-satqı müqaviləsini satıcı adından başqa şəxs tərəfindən imzalanmasına, iş materiallarında müqavilə üzrə pulun iddiaçıya verilməsi barədə sübutun olmamasına diqqət yetirməmiş, iddiaçının və cavabdehin izahatlarındakı dəlillər üzrə ətraflı araşdırma aparmamış, cavabdehin təmsilçi kimi ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməsi və bunun hüquqi nəticələrini mülki qanunvericiliyin normaları baxımından hüquqi təhlil etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə həll edilən iş üzrə iddianın predmeti 22 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuş, iddiaçı etibarnamə verdiyi Cavabdeh2 tərəfindən aparılmış alqı-satqının qanunsuz olduğunu iddia etmiş, məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 19 yanvar 2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Məhkəmə Cavabdeh2 verilmiş etibarnamənin qanuni və əsaslı olduğunu, əqdin təmsilçi vasitəsilə bağlanmasına dair maddi hüquq normalarına əsaslanaraq, iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməmişdir. Lakin həmin qətnamədə məhkəmə, həmçinin baxdığı iddia tələbinin predmetini müqavilə üzrə pulun ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsi təşkil etmədiyi halda, müəyyən etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin satıcısı iddiaçı olmuşdur, alıcı tərəfindən 41000 manat ödənilmişdir, həm satıcı, həm alıcı öz öhdəliklərini icra etmiş, müqavilə şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır, müqavilənin ləğv edilməsi üçün əsas yoxdur.
27. Etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilən adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alqı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X1 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri cavabdeh 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Eyni zamanda, məhkəmənin Cavabdeh1 video-zəng vasitəsilə aldığı izahatına istinad edərək pulun iddiaçının özünə verilməsi barədə əsaslanması da MPM-in 106.1-ci maddəsinin tələbinə uyğun deyildir. Həmin normaya əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izah atları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Qanunvericiliyə görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
29. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 364.2, 782.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsind ə ikinci icraat
30. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1017/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə müəyyən etmişdir ki, avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 19 yanvar 2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan alqı-satqı müqaviləsinə ə sasən, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X1 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri Cavabdeh2 xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 pulun iddiaçının özünə verilməsi barədə izahatı da özü-özlüyündə iddianın əsassız olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmış, lakin iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübah isəli avtomaşına dair alqısatqı müqaviləsi ilə əldə etdiyi pulu iddiaçıya verməmişdir.
34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 364.1, 364.2, 782.1-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
35. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmıdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21.1-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, iddiaçı və avtomobilin alıcısı arasında avtomobilin alqı-satqısına dair müqavilə olmuş və həmin müqavilə üzrə tərəflər öz öhdəliklərini icra etmiş və bu hal Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və yekun nəticəyə gəlinmiş və qətnamə qanuni qüvvəsini almışdır. Digər tərəfdən, Cavabdeh2 ümumiyyətlə alqı-satqı prosesində iştirak etməmiş, sadəcə iddiaçının hüquqlarını etibarnamə əsasında digər şəxsə ötürmüşdür. Məhkəmə iddianı təmin edərkən dolayısı ilə alqı-satqı müqaviləsinin etibarlı olmasını qəbul edir, alıcı Cavabdeh1 tərəfindən pulun ödənilməsi halını da qəbul edir. Lakin həmin pulun iş materiallarında heç bir sübut olmadan nədənsə Cavabdeh2 tərəfindən alınmasını müəyyən edir və ondan pulun tutularaq, iddiaçıya verilməsini qət edir. Halbuki, pulun verilməsi halı alıcının yəni Cavabdeh1 tərəfindən şəxsən məhkəmə iclasında iştirak edərkən iddiaçıya verilməsini təsdiq edir. Pulun Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sübut yoxdur, iş üzrə yeganə mötəbər sübut alıcının, yəni Cavabdeh1 məhkəmədə bildirdiyi haldır ki, avtomobilin pulunu iddiaçıya vermişdir. İş üzrə digər cavabdeh yəni avtomobilin alıcısı Cavabdeh1 məhkəmədə verdiyi izahatında göstərdiyi dəlillər (pulun harada, necə, hansı şəraitdə, müqavilədən əvvəl yaxud sonra) məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə əslində gəldiyi nəticə ilə bağlı hansı maddi hüquq norması hansı münasibətə tətbiq edilməli olmasını qeyd etməlidir, lakin məhkəmə deklarativ olaraq maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2930/2023 saylı 4 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Əhməd Nurməmmədov və Zəki Babayev) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qanuni əsasını müəyyən etməmiş, öz qətnaməsində yalnız Mülki Məcəllənin zərərlə bağlı ümumi norma olan 21-ci maddəsinə və əqdlərin təmsilçi tərəfindən bağlanmasını mümkün hesab edən 359.1-ci maddəsinə istinad etmişdir.
39. Birinci instansiya məhkəməsinin qətnaməsini baxılan hissədə qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün iddia tələbinin qanuni əsasının tapılmasının əhəmiyyətini qeyd etsə, həmçinin qətnamənin “Tətbiq edilən hüquq” bölməsinə Mülki Məcəllənin 364 və 782.2-ci maddələrinin mətnin əlavə etsə də, hazırkı iddia tələbin in təmin olunmuş hissəsində iddianın qanuni əsasının hansı mülki qanunvericilik norması olduğunu, onun dispozisiya şərtlərinin nədən ibarət olduğunu müəyyən etməmiş və işin müəyyən olunmuş hallarının həmin şərtlərlə üst-üst düşüb düşmədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparmamışdır.
40. Halbuki kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında MPM-in 420-ci maddəsinə əsasən işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, mübahisə həll edilərkən, Mülki Məcəllənin təmsilçiliklə bağlı 359, 364-cü, tapşırıq müqaviləsi ilə bağlı 782.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparılmalıdır.
41. İşə baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-c i il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir.
42. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 avtomobilin Cavabdeh1 satılması barədə xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasında iştirak etməmişdir. İşə baxılarkən Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə üzrə səlahiyyətləri Mehman Babayevə ötürərkən iddiaçıya məlumat verib-vermədiyi ilə bağlı tərəflərlə heç bir müzakirə, habelə bu müzakirənin nəticəsindən asılı olaraq Mülki Məcəllənin 364-cü maddəsi üzrə hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır.
43. Belə olan h alda birinci instansiya məhkəməsinin hansı maddi hüquq norması əsasında mübahisəli avtomobilin alqı-satqı dəyərinin məhz Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qənaətə gəldiyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də qeyd olunan məsələyə aydınlıq gətirmədən və heç bir əlavə əsaslandırma aparmadan qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır.
44. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 364.2, 777.1,782.1-ci maddələrinə istinad etmişdir. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
45. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-577/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Xəyal S arıyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsi və əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, 41000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında avtomobilin satılması ilə bağlı razılığın olduğunu təsbit etmiş, mübahisəyə maddi hüquq normaları kimi isə Mülki Məcəllənin 21 və 359-cu maddələrini tətbiq etmişdir.
47. Lakin, məhkəmənin gəldiyi nəticəyə müvafiq tətbiq olunan maddi hüquq normaları baxımından hər hansı araşdırma aparılmamış, zərərin və əqdlərdə təmsilçilik institunun ümumi anlayışlarını təsbit edən həmin normaların hazırkı mübahisəyə, tərəflər arasındakı faktiki münasibətlərə aidiyyətini, iddianın qanuni əsasının bu normalardan hansı olduğunu əsaslandırmamışdır.
48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın əsaslılığı baxımından isə, Ali Məhkəmənin qərarındakı göstərişlərin icrası yönündə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında tapşırıq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən iddianın faktiki əsaslandırması məhz cavabdehlə avtomobilin satılması barədə razılığa gəldikləri, lakin cavabdehin bu razılaşma üzrə öhdəliyini tam icra etməyərək avtomobilin satılmasından əldə olunan məbləğin o na qaytarılmaması üzərində qurulmuşdur.
49. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə də avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 19 yanvar 2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri 22 yanvar 2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, 22 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Cavabdeh2 avtomobilin Cavabdeh1 satılması barədə 22 yanvar 2021-ci il tarixli müqavilənin bağlanmasında iştirak etməmişdir.
50. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş tapşırığın icrası yönündə avtomobil Cavabdeh1 satılmışdır ki, satılmış avtomobilin dəyəri də iddiaçıya qaytarılmalı idi.
51. Lakin, müqavilə tərəfi kimi Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.
52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayət dəlilində Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etmədiyini bildirmişdir.
53. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etməməsi onu öhdəliyin icrasından azad edən hal kimi dəyərləndirilə bilməz. Əvvəla, cavabdeh avtomobilin satılması barədə əldə etdiyi səlahiyyətləri başqa şəxsə ötürdüyündən məsuliyyət daşımadığını iddia edirsə, o bu barədə iddiaçıya məlumat verməli idi ki, belə bir məlumat iş materialları ilə müəyyən edilmir.
54. Digər tərəfdən, avtomobilinin satılmasında maraqlı olan tərəf – iddiaçı üçün avtomobilin satılmasınd a cavabdehin iştirak edib-etməməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir. İddiaçıya lazım olan avtomobilinin satılması və satışdan götürülmüş pulu əldə etmək idi.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 avtomobili özü də birbaşa sata bilərdi ki, etibarnamə üzrə ona bu səlahiyyət verilmişdi.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin digər dəlili hazırkı mübahisəyə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin preyedusiyal əhəmiyyət kəsb edən məhkəmə aktı kimi tətbiq edilməli olması barədə olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin qətnamə ilə İddiaçı müqavilənin etibarsızlığı barədə iddia tələbi rədd edilmişdir, qətnamə ilə hazırki mübahisənin həlli baxımından əhəmiyyət kəsb edən hər hansı hal müəyy ən edilməmişdir və cavabdehin iddianın rədd olunmasına yönəlmiş şikayətin dəlilləri işin halları öz təsdiqini tapmamışdır.
57. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 364.1, 364.2, 777.1, 782.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
58. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
59. Şikayət apellyasiya şikayəti və digər kassasiya şiayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında pulun kimdən kimə ödənilməsi barədə sübut yoxdur, Cavabdeh2 yalnız iddiaçının tapşırığı əsasında hüquqları etibarnamə əsasında digər şəxsə ötürmüş və alqı-satqı prosesində iştirak etməmişdir.
60. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 359.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
62. Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ti carətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
63. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
64. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
65. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəx sin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
66. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
67. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh2 iddiaçı qarşısında tapşırıq müqaviləsindən və təmsilçiliklə bağlı qanundan irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının tələbi 41000 manat həcmində əsaslıdır.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericil iyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığında n və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-577/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.