Məhkəmə qərarları › İş №2(102)-2484/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2484/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2484/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-7/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şərur rayonu Xanlıqlar kəndində yerləşən 1,55 ha torpaq sahəsi X8, Cavabdeh1, X17, X9 və X2 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi üzərində hüquqları 06 dekabr 1999-cu il tarixli, JN-305 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir.

2. Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyun 1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayonu Xanlıqlar kəndində yerləşən 0,08 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, bu torpaq sahəsi üzərində mülkiyyət hüququ 19 iyun 2000-ci il tarixli JN-037A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir.

3. İddiaçı1 və İddiaçı2, 2008-ci ildən 2022-ci ilin fevral ayınadək Cavabdeh1 ilə razılaşmaya əsasən, sonuncunun sahibliyində olan Şərur rayon Xanlıqlar kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 manat, torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş 1000 manat xərclərin, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kə ndindəki ev üçün 2100 manat, Vərməziyar kəndindəki ev üçün 950 manat, borc olaraq aldıqları 400 manat, mənəvi zərərə görə 10000 manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu olaraq ödədikləri 180 manat pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçılar 2008-ci ildə çəpər qonşuları Cavabdeh1 ilə aralarında olan şifahi razılaşma əsasında Şərur rayon Xanlıqlar kəndində sonuncunun mərhum qayınanasından miras qalmış 3 otaqlı fərdi yaşayış evini 6000 manata qiymətləndirərək satın alınması barədə razılaşıblar. Cavabdeh pulu onlardan alsa xərclənəcəyini, pulun onlarda qalmasını, lazım olduqda götürəcəyini bildirmiş, iddiaçılar bundan sonra evdə təmir işləri aparmağa başlamış, təmir üçün 1800 manat, ə l xərci olaraq usta-fəhlə pulu 300 manat xərcləmiş və 2020-ci ilin fevral ayınadək onlar həmin evdə yaşamağa başlamışlar. Bu müddət ərzində iddiaçılar dəfələrlə Cavabdeh1 evin qiymətinin yenidən razılaşdırılması və alğı-satqısının rəsmiləşdirməsini tələb etsələr də, hər dəfə cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Sonradan cavabdeh Hüseynova X1 mərhum əri və qayınanasının adına olan çöl torpaq sahələrini də iddiaçıya satmaq barədə razılaşmış, iddiaçılar ilkin olaraq 3300 manat pulu cavabdehə vermişlər. Həmin müddətdə Cavabdeh1 Şərur rayon Vərməziyar kəndində yerləşən ata evini təmir etdirmiş, İddiaçı1 orada usta kimi işləmiş, cavabdehin onlara 950 manat borcu qalmış, əlavə olaraq 100 manat və 300 manat da cavabdehə vermişlər. Bütün bunları Xanlıqlar kəndində cavabdehin qayınanasının adı na olan fərdi yaşayış evini pulundan çıxacaqları barədə razılaşdıqları üçün etmişlər. Cavabdehə sonradan 800 manat pul göndərmiş, cavabdehin qızının nişanı üçün 330 manata ət almış və nişan üzüyü alınması üçün əlavə borc olaraq 400 manat pul vermiş, borcdan qalan 1700 manat pulu 2017-ci il dekabr ayında Şərur rayon Vərməziyar kəndində Cavabdeh1 anası X5 yanında verərək torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarını ondan almışlar. İddiaçılar dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evini və çöl torpaq sahələrinin alğı-satqısını rəsmiləşdirmək istədiklərini bildirdikdə, müxtəlif bəhanələrlə alğı-satqının rəsmiləşdirilməsindən yayınmışlar. Cavabdeh1 həmkəndliləri YYY vasitəsilə 5000 manat pul göndərmiş və torpağı satmaq istəmədiyini bildirmişdir. İddiaçılar ondan t orpağı 5000 manata yox, 6000 manata aldıqlarını, əlavə olaraq torpaq sahələrinin düzəldilməsi və əkinə hazırlanması üçün 1000 manat xərc çəkdiklərini, ona görə də 7000 manat pullarını qaytardığı təqdirdə torpağı geri qaytaracaqlarını bildirmişlər. Cavabdeh1 pulun qalanını kirayə haqqı olaraq çıxdığını və ona görə də 5000 manat pul göndərdiyini bildirmişdir. Sonradan iddiaçılara məlum olmuşdur ki, cavabdeh torpağı başqası ilə baha qiymətə razılaşaraq satmışdır. İddiaçılar YYYə evin sənədlərini verərək 5000 manatı cavabdehdən almaq qərarına gəlmiş, sənədləri verdikdən sonra YYY onda 5000 manat pulun olmadığını, yalnız 1000 manat verə biləcəyini bildirmişdir. YYYi bir həmkəndli kimi tanıdıqlarından ona inanaraq 1000 manat pulu almışlar. YYYlə aralarında mübahisəli torpaq sahəsində yonca biçil məsi ilə bağlı mübahisə yaranmış, polis sahə inspektoru YYYə torpaq sahəsinə girməməsini, sənədləri qaytarıb verməsini, iddiaçıya isə ondan aldığı 1000 manat pulu və yoncanın biçilməsinə çəkdiyi xərci qaytarmağı tapşırmışdır. YYY həmin gün sənədləri gətirib verərkən onun sahə inspektoruna sənədlərin əsli olmadığını sənədin surəti olduğunu bildirmiş, YYYin isə onlardan aldığı sənədlərin bunlar olduğunu, onda başqa sənəd olmadığını bildirərək sənədin əslini verməkdən boyun qaçırmışdır. Torpağın pulunu - 6000 manatı 2017-ci ildə razılaşdıqları kimi cavabdehlərə tam ödəməklə almışlar, əlavə olaraq torpağın əkin üçün yararlı vəziyyətə gətirilməsi üçün 1000 manat xərc çəkmişlər. Bu gün həmin torpaq sahəsinin qiyməti təqribən 15500 manatdır. 2017-ci ildə onlar Cavabdeh1 aldıqları torpaq sahələrin i bu gün 15500 manata satsa idilər, 9500 qazanc əldə edəcək və bu pulla Xanlıqlar kəndində istənilən bir yerdə torpaq sahəsi və ya fərdi yaşayış evi ala biləcəkdilər. Həmçinin, cavabdehlər onlara qarşı törətdikləri qanunsuz hərəkətləri, onları aldatmaları və bu müddət ərzində onların xoş niyyətindən istifadə etmələri nəticəsində ailəliklə mənəvi sarsıntı keçirərək şüurlarında mənfi psixoloji reaksiyaya səbəb olmuş, sağlamlıqları pozulmuş və nəticədə fiziki əzab çəkərək iztirab keçirmişlər, ona görə də cavabdehlər keçirdikləri mənəvi sarsıntı və iztiraba görə onlara mənəvi zərər olaraq 10000 manat ödəməlidir.

6. Cavabdeh1 məhkəmə iclasındakı izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2005-ci ildə özünün Xanlıqlar kəndində yerləşən evi boş olduğundan iddiaçıya və ailəsinə evdə yaşayıb evə baxmaları üçün orada yaşamağa icazə vermişdir. Özü Bakı şəhərində yaşayır, evi iddiaçılara satmamışdır. LLL atası ilə öz aralarına 3-4 metrlik palçıq hasar çəkmış, hasarı onları evdən çıxardıqdan sonra görmüşdür. İddiaçılar 14 il onun evində yaşamış, pul belə almamışdır. İndi gəlib ondan 3-4 metrlik divarın pulunu istəyirlər. İddiaçı1 qayınanasından qalan torpaq sahələrini ona icarə verməyini xahiş etmişdir. O, əvvəlcə illik 500 manata, sonradan isə illik 1000 manata torpaq sahəsini ona icarə verməyə razılaşmış, 2020-2021-ci illərin haqqını isə ödəməmişdir. 2019-cu ilin fevral ayında kəndə gələndə LLLun kənddə hamıya mərhum ərinə məxsus evi və torpağı, mərhum qayınanasına məxsus torpağı guya ondan satın aldığını dediyini eşitmişdir. Daha sonra LLLun onlara məxsus torpaq sahələr inin yarısını özbaşına X adlı şəxsə satdığını öyrənmişdir. İddiaçı1 ilə aralarında alğı-satqı barədə heç bir razılaşma olmamışdır. Torpaq sahələri hal-hazırda LLLun istifadəsindədir, həmin torpaq sahələrini onun qanunsuz sahibliyindən geri alacaqdır.

7. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirmişdir ki, LLLun anasıdır, cavabdehlə qonşu olmuş, o, həmişə “boş evdir, satsam sizə satacağam” demiş, LLLla ailəsi 2008-ci ildə həmin evdə yaşamağa başlamış, 2020-ci ilin fevral ayında o evdən çıxmışdır. Evin şiferini, sökülən yerlərini düzəltmişlər, 1 illik kirayə haqqı olaraq 500 manat vermişlər. 2017-ci ildə LLL Tın torpağını 6000 manata almış, sonra T torpağı qaytarmaq istəmişdir.

8. Məhkəmə iclasında şahid X23 ifadə verərək bildirmişdir ki, 2000-ci ildən 2010-cu ilə qədər həmin mübahisəli torpaq sahəsini özü əkib-becərmiş, 2010-cu ildən qardaşına icarəyə vermiş, 2015-ci ildə icarə haqqını gecikdirdikləri üçün torpaq sahəsini qardaşıgildən almış, T xanım 2016-ci ildən 2019-cu ilə kimi həmin torpaq sahəsini LLLa əkib-becərməsi üçün vermişdir. Onların arasında razılaşmadan məlumatı yoxdur. T ona zəng vuraraq LLLa zəng çatmadığını demiş, o, LLLun evinə getmiş, LLLla Tın danışdıqlarını, telefonda LLLun Ta “yer sənindir, kimə istəyirsən ver” demiş, T da ona “LLLa 1000 manat pul ver” demiş, o vermişdir. Sonra yeri özü əkib-becərmiş, biçin vaxtı LLL gəlib ona “biçə bilməzsiniz” demiş, aralarındakı mübahisəyə polis əməkdaşları da gəlmişlər, həmin yeri özü biçməmiş, LLL biçib satmış, sonra verdiyi 1000 manatı ona qaytarmışdır.

9. Məhkəmə iclasında şahid X24 ifadə verərək bildirmiş dir ki, Knin qardaşıdır, öz avtomobili ilə LLLla birlikdə Tgilə getmiş və Ta 3200 manat pul vermişlər. Mübahisə olduqdan sonra 2021-ci ildə YYYə “6000 manatı qaytar məsələ həll olunsun” demiş, onun isə həmin ayın sonu qaytaracağını demiş, lakin qaytarmamışdır. Mübahisəli torpaq sahəsi YYYdən alınıb LLLa verilmişdir.

10. Məhkəmə iclasında şahid X13 ifadə verərək izahatında LLL onun xalasının həyat yoldaşı olduğunu, özünün 3-4 il əvvəl həmin torpaq sahəsinə yonca toxumu əkdiyini, 2017-ci ildə torpaq sahəsindəki daşları traktorun qoşqusuna yığaraq daşıdığını, həmin torpaq sahəsindəki yoncanı 2021-ci ilin payız aylarında biçdiyini, 2020-ci ildə YYYin ona zəng vurub yoncasını biçməyi dediyini, LLLun qoymadığını, sonra LLLun ondan biçməyi istədiyini, yoncanı biçib yığdığını, preslədiyini, pulunu LLLun verdiyini, başqa məlumatı olmadığını bildirmişdir.

11. Məhkəmə iclasında şahid X29 ifadə verərək bildirmişdir ki, LLL Tın evində yaşayanda ona evin şiferinin qırıldığını demiş, evin 4-5 ədəd şiferini və çürüyən navalçaları dəyişmişdir. LLLun həmin evi satın aldığından və ya kirayə yaşadığından məlumatı yoxdur.

12. Məhkəmə iclasında X4 ifadəsində traktor işlətdiyini, LLLun müraciəti ilə bir dəfə həmin torpaq sahəsini şumladığını, qarğıdalı əkdiyini, gübrəsini verdiyini, sonra da biçdiyini, LLLun ona pul vermədiyini, LLLun pulu şirkətə ödədiyini, pulunu şirkətdən aldığını, torpaq sahəsinin kimin olduğundan xəbərinin olmadığını bildirmişdir.

13. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirmişdir ki, bənna işləyir. Tın evi ilə LLLun atasıgilin evinin arasına divar hörmüşdür. Həmin v axt o evdə LLLun yaşamış, fəhlə kimi də LLL və qardaşının işləmişdir, hörgü üçün LLLdan 100 dolar pul almışdır. Həmin ev boş olduğu üçün T evi LLLa qalmaları üçün vermişdir.

14. Məhkəmə iclasında şahid X18 izahat verərək bildirmişdir ki, öz maşını ilə LLLgili ailəliklə Xanlıqlar kəndindən Vərməziyar kəndinə, Tgilin evinə aparmış, onların oraya nə məqsədlə getdiklərini bilməmişdir.

15. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, Knin bacısıdır. LLLla K birlikdə Tın evinə yaşamaq üçün köçmüş, sonra həmin evi satın almaq barədə razılaşmaq istəsələr də, razılaşa bilməmişlər. Daha sonra T torpaq sahələrini sataraq uşağını müalicə etdirmək istəmiş, Kgil inəklərini satıb pulunu Ta vermişlər.

16. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında Naxçıvan Muxtar Respublikasının Daşın maz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəyi ilə, 0,28 ha həyətyanı torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 2700 manat müəyyən edilmişdir.

17. Şərur Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsi ilə (hakim S.Qarayev) iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsı gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar cəmi 30000 manat ziyanın ödənilməsini tələb etsələr də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməməsi, eyni zamanda Cavabdeh1 isə iddianı qəbul etməyərək izahatında iddiaçılarla evin və torpaq sahələrinin alğı - satqısına dair heç bir razılaşmalarının olmadığını, mə rhum ərinə məxsus fərdi yaşayış evini onların yaşayış evi olmadığı üçün müvəqqəti yaşamaları üçün verdiyini, özlərinə və mərhum qayınanasına məxsus mübahisəli torpaq sahələrini LLLla razılaşmalarına əsasən 2016-cı ildə onlara icarəyə verdiyi, LLL tərəfindən 2020-ci ilədək icarə haqqını ödədiyi, 2020-2021-ci illərə dair isə icarə haqqını ödəmədiyi, iddiaçıların tələb etdikləri digər pulların da həqiqətə uyğun olmadığını bildirməklə iddia tələbini rədd etməsi, eyni zamanda iddiaşıların təşəbbüsü ilə dəvət edilmiş şahidlərin verdikləri ifadələrlə də iddiaçıların qeyd etdikləri hallar öz təsdiqini tapmamışdır.

19. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçılar iddia tələblərinin əsaslı olmasını sübut etməlidir. Bununla da cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində iddiaçılara qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır.

20. Məhkəmə iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçılara ziyаn vurulmаsını, cavabdehlərin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçıların vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, iddiaçıların iddia tələbləri əsassızdır və rədd edilməlidir.

21. Məhkəmə öz mövqeyini, Azə rbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1, 1094, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4, 218.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.

23. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdarlıq edilsə də, cavabdeh heç bir üzrlü səbəb göstərmədə n məhkəmə iclasına gəlməmiş, iddia tələbi ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində onlara qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin gəldiyi bu qənaət məhkəmə baxışında verdikləri izahatlarla, həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə uzlaşmır. Belə ki, iş üzrə dindirilmiş şahidlər məhkəmə baxışı iclasında verdikləri ifadələrdə iddia tələbində irəli sürdükləri tələblərin həqiqi olmasını bir daha təsdiq etmişlər. İşə baxan hakim isə ümumiyyətlə şahidlərin ifadələrinə hüquqi qiymət vermədən, onların ifadələrinin sübut kimi qəbul edilməsini n yolverilməzliyini əsaslandırmadan tələblərini rədd etmişdir. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, cavabdehlərin mənafeyinə uyğun qətnamə qəbul edilmişdir.

24. Cavabdeh1 həmçinin məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək iddiaçılardan təqribən 7 il müddətinə torpağının icarə haqqı qismində hissə-hissə 5000 (beş min) manat pul aldığını qeyd etmişdir.

25. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-7/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Kuimova (sədrlik edən və məruzəçi), Y.Qurbanov və F.Abbasov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia təl əbi qismən təmin edilərək Cavabdeh1 5000 manat pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ərizəsində və məhkəmə baxışı iclasındakı izahatında iddiaçılardan təqribən 7 il müddətinə torpağının icarə haqqı qismində hissə-hissə 5000 manat pul aldığını qeyd etmişdir. Göründüyü kimi Cavabdeh1 5000 pul aldığı faktını etiraf etmiş və bu etiraf faktı ilə iddia tələbi ümumilikdə 30.000 manat olsa da, iddiaçıları iddia tələblərini müvafiq hissədə, yəni 5000 manata dair hissədə sübutetmə yükündən azad etmişdir.

27. Kollegiya müvafiq faktın etirafına münasibətdə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş (iş vərəqə İ cild 112) “NaxçıvanPoçt” Publik Hüquqi şəxsinin Şərur Rayon Filialının 11 aprel 2022-ci il tarixli, 41 nömrəli məktubunda göstərilmişdir ki, 2017-ci ilin 06 iyun tarixində İddiaçı1 tərəfindən Cavabdeh2 300.0 (üç yüz) manat, həmin ilin 04 oktyabr tarixində isə 800.0 (səkkiz yüz) manat məbləğində vəsaitlər göndərilmişdir. Həmçinin Cavabdeh1 kollegiyadakı izahatında da İddiaçı1 bir dəfə onun göstərişi ilə Bakı şəhərinə oğluna 300 manat, bir dəfə də onlara 800 manat göndərdiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəf arasında 5000 manat barədə münasibətlərin yaranmasına münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən Cavabdeh1 İddiaçı1 torpağın satılması ilə bağlı müəyyən pul məbləğini alması şahid X15 ifadəsində də öz təsdiqini tapır.

29. Kollegiya həmçinin qeyd etmişdir ki, Cavabdeh1 5000 (beş min) manatı iddiaçılardan torpaq sahəs inin icarə haqqı kimi aldığını qeyd etsə də, izahatında göstərdiyi dəlilləri, yəni iddiaçılarla arasında müvafiq icarə müqaviləsinin bağlanmasını, eyni zamanda aldığı 5000 (beş min) manatı torpaq sahəsinin icarə haqqı kimi aldığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

30. Cavabdeh 5000 manat pulu iddiaçılardan torpaq sahəsinin yalnız icarə haqqı kimi aldığını qeyd etsə də, iş materiallarından da aydın olur ki, onlar arasında icarə müqaviləsi olmamışdır.

31. İddiaçılar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün ödədikləri 6000 manatın alınmasını tələb etsələr də, müvafiq halı təsdiq edəcək hər hansı bir sübutu kollegiyaya təqdim etməmiş, cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətlər i nəticəsində iddiaçılara qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır.

32. Ona görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 5000 manatdan artıq olan pulun, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 manat pulun, torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərc olan 1000 manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 manat, Vərməziyar kəndindəki ev üçün 950 manat, borc olaraq aldıqları 400 manat, toyuq setkası üçün öd ədiyi 50 manat, cəmi 20.000 manat, mənəvi zərərə görə 10000 manat pulun iddiaçılara ödənilməsinə dair hissədə rədd etməkdə qanuni və əsaslı qərar qəbul etmişdir.

33. Cavabdeh1 iddiaçılardan 5000 manat pul alması faktı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməklə iddianın qismən təmin olunması üçün əsas təşkil edir.

34. Apellyasiya instansiya məhkəməsi qənaətini Mülki Məcəllənin 385.1, 710.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarına, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu nun 10-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmayan hissəsində ləğv edərək iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə klollegiyası bir tərəfdən cavabdehin “icarəyə vermək” ifadəsinin əsassız olduğunu, cavabdehin 5000 manat aldığını etiraf etməsi qənaətinə gəldiyi halda digər sübutlara bu gəldiyi qənaətin əksinə qiymət vermişdir. Belə ki:

1. Cavabdeh 1-ci instansiya məhkəməsində “LLL atası ilə öz aralarına 3-4 metr lik palçıq hasar çəkdiyini onları evdən çıxardıqdan sonra gördüyünü, 14 il onun evində yaşadığını, ondan bir qəpik pul belə almadığını, indi gəlib ondan 3-4 metrlik divarın pulunu istədiyini” deyərək hasarın iddiaçılar tərəfindən çəkildiyini etiraf etsə də, məhkəmə kollegiyası bu fakta hüquqi qiymət verməmişdir. Hasar 15 m daş və briketlə inşa edilmiş, 35 m şiferlə çəkilmiş, 40 m dəmir tor ilə çəkmişdir.

2. Cavabdehin “2016-cı ildə həmin torpaq sahələrini LLLa əkib-becərməsi üçün verdiyini” bildirsə də, icarə münasibətlərinin olmadığı məhkəmə kollegiyası tərəfindən təsbit edilsə də, iddiaçı tərəfindən 1000 manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərə hüquqi qiymət verməmişdir.

3. Şərur rayon məhkəməsinin iddiaçının evin təmiri ilə, o, cümlədən sayğacların dəyişd irməsi ilə bağlı iddiası üzrə yerində baxış keçirmədən, ekspertiza təyin etmədən iddianı rədd etməsi və apeliyasiya instansiyasının həmin hissədə heç bir araşdırma aparmadan (sayğacların dəyişdirilməsi müvafiq orqanda qeydiyyatının aparılması ilə, təmir-tikinti işlərinin ekspertiza vasitəsi ilə müəyyən edilməsi ilə müəyyən edə bilərdi), şahid Elçin Əliyevin şiferlərin dəyişdirilməsi barədə şahidliyini nəzərə almadan həmin hissədə şikayəti təmin etməmişdir. Sayğaclar sovet hökuməti dövründən qoyulanlar olduğundan onun dəyişdirilməsini müvafiq qurumlar tələb etdiyindən məcbur qalıb dəyişdirilmişdir. Cavabdeh yalan ifadə verərək guya iddiaçının atası ilə münasibətləri pis olduğundan ona bu evdə yaşamaq hüququ vermişdir. İddiaçının atası 2003-cü ildə rəhmətə getmiş, iddiaçı 2006-cı ildə evlənm iş, 2008-ci ildə bu evi alaraq ora köçmüşdür. 3 metr enində, 7 m uzunluğunda həyətə beton tökülməsi, 3x3 kv.m balkona beton tökülməsi, balkonun şüşəbəndinin taxta çərçivəsi mövcud olduğu halda şüşələri salınmamışdır, həmin şüşələr iddiaçı tərəfindən salınmışdır.

4. İddiaçı torpağa görə 2017-ci ilin dekabr ayında qalan 1170 manat pulu Şərur rayon Vərməziyar kəndində Cavabdeh1 anası X5 yanında verərək torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarını ondan aldıqlarını bildirsə də, G.Muradovanı şahid qismində dəvət edilməsini tələb etsə də, məhkəmə cavabdehin anasını şahid qismində dindirmədiyindən iddiaçının mövcud olan sübutuna qiymət verməmişdir.

5. Tın sifarişi ilə Vərməziyar kəndindəki evin təmiri üçün (rəngkar işləri, materiallar) yaranmış 950 manat borcuna yerində baxış keçirmədən, ekspertiza təyin etmədən, cavabdehin anasını şahid qismində dindirmədən təmin etməmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdehin anası qeyd edilən pulu iddiaçıya verilməsi üçün Ta verdiyini bildirir. Anası sonradan öyrənmiş ki, T həmin pulu anasından alsa da iddiaçıya verməyib. Maraqlısı odur ki, həmin evdə işləyən digər ustanı belə məhkəmə şahid kimi dindirməkdən imtina etmişdir. Bundan başqa Məhkəmə 2008-ci ildən 2023-cü ilədək inflyasiyanı, əldən çıxmış faydanı nəzərə almamışdır. Məhkəmə 11 il, öz evi hesab etdiyi, həyat bacasına baxdığı, ağaclar saldığı, təmir etdiyi evindən məhrum edən cavabdehin ona vurduğu mənəvi zərərə də qiymət verməmişdir. Cavabdeh yalan ifadələri ilə, onu aldatmaları ilə ona mənəvi zərər vermişdir. Naxçıvan Ali Məhkəməsi işi mahiyyəti üzrə tam araşdırma dan, cavabdehə qohum olan və işin həqiqətini bilən şahidləri dindirmədən, yerində baxış keçirmədən, ekspertiza təyin etmədən, cavabdehin etiraflarını tam qiymətləndirmədən qəbul etdiyi qətnamə maddi və prosessual tələblərə tam cavab vermədiyindən iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməlidir. b)

37. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın.

40. Maddə 21.2. zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür.

41. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüqu qi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

46. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb e də bilər.

47. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

49. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu

51. Maddə 1

0. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyə verən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. İddianın təmin olunan hissəsi mübahisələndirilmədiyinə görə hazırki kassasiya araşdırmasının predmeti deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Belə ki, məhkəmələr tərəfindən iddiaçının «maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 manat, torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş 1000 manat xərclərin, ümumilikdə 16500 manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 manat, Vərməziyar kəndindəki ev üçün 950 manat, borc olaraq aldıqları 400 manat, mənəvi zərərə görə 10000 manat, cəmi 30000 (otuz min) manat pulun və dö vlət rüsumu olaraq ödədikləri 180 manat pulun tutulması» tələbinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

61. Nəzərə alınmalıdır ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

63. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

64. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, y əni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

66. Məhkəmə kollegiyası iddiaçının ziyana məruz qalması barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, bu hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

68. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-7/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar