Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2485/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin, iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (Mənzil Kommunal siyasət şöbəsinin) cavabdehlər Cavabdeh1 MMMC (İdarə Heyətinin sədri Cavabdeh3) və Cavabdeh1 MMMC-nin faktiki idarə edilməsini həyata keçirən Cavabdeh2 qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2485/21 (Açar sözlər: MMMC-dən sənədlərin təqdim edilməsi) Bakı şəhəri, 13 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı3 vəkili Vəkil2 və iddiaçı X1 nümayəndəsi İddiaçı6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3533/2020 nömrəli iş üzrə xxxci il tarixli qətnaməsindən Cavabdeh1 MMMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 və qeyriləri, iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (Mənzil Kommunal siyasət şöbəsinin) cavabdehlər Cavabdeh1 MMMC (İdarə Heyətinin sədri Cavabdeh3) və Cavabdeh1 MMMC-nin faktiki idarə edilməsini həyata k eçirən Cavabdeh2 qarşı “mənzillərin dislokasiya üzrə ödəniş siyahısı, ödəniş qəbzləri ilə birgə) və xərclərin siyahısını tam hesabatı rəsmi sənədlərin təsdiq olunmuş surətləri ilə birgə təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 2018-ci ilin sentyabr ayında yaşadıqları binaların mənzil mülkiyyətçilərinin iştirakı ilə Cavabdeh1 təsis edilmişdir. Cavabdeh1 10.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeyrikommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs statusu qazanmış və fəaliyyətə başlamışdır. Həmin vaxta qədər yaşadıqları binada kommunal xidmətlərin göstərilməsinə dair idarəç iliyi “xxxx” MMC həyata keçirmişdir. Cavabdeh1 MMMC-nin tələbi ilə 29.10.2018-ci il tarixdə, “xxxx” MMC ilə Cavabdeh1 MMMC arasında imzalanmış Akt əsasında binaların idarəçiliyinə aid olan, həmin vaxtadək “xxxx” MMC-də olan sənədlər, mənzil mülkiyyətçilərinə dair məlumatlar, binaların mərtəbələrində olan şitlərin açarları və s. (Aktda təhvil verilənlər tam əks olunmuşdur) Cavabdeh1 MMMC-nin rəhbərləri Vya və Cavabdeh3 təhvil verilmişdir. Beləliklə, 2018-ci ilin sentyabr ayından Cavabdeh1 MMMC yaşadıqları binaların idarəçiliyini hüquqi və faktiki cəhətdən tamamilə üzərinə götürmüşdür. Sakinlər 2018ci ilin yayında Cavabdeh1 MMMC-ni təsis edərək binaların kommunal idarəçiliyni ona həvalə edəndə düşünülürdi ki, öz içlərindən, yəni, sakinlərin yaratdığı bu qurum yaşadıqları binaların idarəçiliy ini daha səmərəli həyata keçirəcək, yığılan kommunal haqların təyinatı, xərclənməsi barədə onlara vaxtı - vaxtında məlumat veriləcək, binalarının saxlanması, kommunal, təsərrüfatın idarəçiliyi daha da yaxşılaşacaqdır. Lakin keçən müddət ərzində sakinlərin tərəfindən kommunal xidmət haqlarının ödənilməsinə baxmayaraq, yığılan vəsaitin miqdarı, təyinatı, hansı məqsədlərə və nə qədər vəsait xərclənməsi barədə onlara hər hansı məlumat verilmir. Yığılan kommunal xidmət haqlarının kimlər tərəfindən hansı qaydada müəyyənləşdirilməsi onlara məlum deyil və sorğularına da cavab verilmir. Binanın lift təsərrüfatına su çənlərinin, təmizliyici qurğuların təmizlənməsinə, saz vəziyyətdə saxlanmasına, elektrik enerjisinin verilməsi ilə bağlı qurğuların sazlığına və işlənmə vəziyyətinə, təhlükəsizlik tədbi rlərinə, binaya xidmət göstərən digər təsərrüfat sahələrinin mühafizəsi, saz vəziyyətdə saxlanması və servisin təşkilinə dair onlara hər hansı bir məlumat verilmir və bu xidmət sahələrinin vəziyyəti onlara məlum deyil. Bildirir ki, binanın xidmət sahələrinin servisi ona görə vacibdir ki, içməli su çənlərinin vaxtında təmizlənməsi, elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanması onların yaşayışları, sağlamlıqları, təhlükəsizlikləri üçün bilavasitə zəruridir. Sakinlər tərəfindən aylıq kommunal ödənişlərinin MMMC-yə ödənilməsinə baxmayaraq, Cavabdeh1 MMMC-nin qanunla və nizamnaməsi ilə üzərinə düşən vəzifələri yerinə yetirməməsi, yığılan aylıq vəsaitin təyinatı üzrə xərclənməsinə dair hesabat verməməsi onları narahat edir. Həmçinin, təsis edilməsindən 01 il keçməsinə baxmayaraq, indiyədək, hər hansı görülmüş işlər barədə hesabat verilməmişdir, bank hesabı sakinlərə bildirilməmişdir, “xxxx” MMMC-nin rəhbər orqanları olan İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının üzvlərinin kimliyi barədə onlara məlumat verilməmişdir. Binaların kommunal vəziyyəti ilə bağlı suallar yarandıqda kimə müraciət edilməli olduğunu bilmirlər. Sual yarandıgda sədr adı daşıyan Cavabdeh3 zəng vurulduğda onun həyat yoldaşı olan Cavabdeh2 cavab verir və özünün subyektiv mülahizələri ilə məsələyə münasibət bildirir, çox zaman sakinlərin hüquqlarını pozan qərarlar verir. Faktiki Cavabdeh1 MMMC-nin idarəçilik səlahiyyətlərini əlinə alan Cavabdeh2 sakinlərə qarşı sayqısızlıq, hörmətsiz hərəkətləri ilə narahatçılıqlar yaradır. Belə kİ, məsələn, zirzəmidə yerləşən dayanacaq sahəsində olan ehtiyat qapısını açarla bağlayıb açarı özü ilə götürüb və həmin ehtiyat qapısının qarşısında ödənişlə maşın saxlatdırır. Bununla nə dərəcədə orada maşın saxlayan 60 sakini təhlükə və riskə məruz qoyduğunu başa düşmək belə istəmir. Kommunal xidmətlərə dair ödənişlər edərkən xidmətlərin icraçı tərəfindən qanuna uyğun yüksək səviyyədə və keyfiyyətli yerinə yetirilməsinə inanıb, etibar etmişdilər. Lakin, bir müddət sonra bunun belə olmadığını kommunal xidmətlərin səviyyəsi bərbad hala düşdüyünü və kommunal xidmət haqqının bu səviyyəli xidmət üçün yüksək olduğu aşkar olundu. Belə ki, dislokasiya üzrə Cavabdeh1 MMMC-yə Bir il üçün 8574AZNx12=102888 AZN vəsait daxil olur. Son 1 ildə binaların kommunal vəziyyəti xeyli dərəcədə pisləşmiş, pilləkən qəfəslərinə, binanın ümumi həyətində görsədilməli olan xidmətlər aparılmır, nöqsanlara yol verilir, zirzəmiləri – maşınların parkovka edilən ümümi istifadədə olunan sahələr qətiyyən təmizlənmir və keyfiyyətli işıqlandırılmır, binanin damlarında və texniki mərtəbələrində təmizlik və təmir işləri aparılmır, binanın üçüncü girişində bir ildən artıqdır ki, sərnişin lifti işləmir, qurğulara servis xidmətinin hansı səviyyədə göstərilməsindən məlumatları yoxdur. Kommunal xidmətlərlə bağlı hansı təşkilatlarla, hansı şərtlərlə müqavilə bağlanıb-bağlanmaması, hansı servis işlərinin aparılıb-aparılmaması və s. zəruri məsələlər üzrə hər hansı məlumatı yoxdur. Yığılan kommunal haqlarının hansı məqsədlərə sərfiyyat olunduğu barədə onlara məlumat verilmir. Cavabdeh1 MMMC-nin kommunal yığımını həyata keçirən X4 bəzi hallarda ödənişlərə görə qəbz təqdim etməyir və sakin lər tərəfindən qəbz tələb olunduqda "sonra verərəm”, "biz buradayiq" deyərək ayları ötürür. Belə ki, ödənişlərin tam rəsmləşdirilməməsi və bu günə qədər bank hesabı sakinlərə bildirilməməsi, sakinlərdə kommunal yığımının şəffaflığı barəsində şübhələr yaradır. Odur ki, bir qrup sakinlər üçüncü şəxs olan müstəqil audit yoxlamasını təşkil edib rəy almaq məqsədi ilə Cavabdeh1 MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh3 və İdarə Heyətinin üzvlərinə ünvanladığı 15 İyul 2019-cu il tarixli ərizədə yuxarıda göstərilən narahatlıqlarını diqqətə çatdıraraq və qanunvericiliyə uyğun oaraq sakinlərə hesabat, verilməli olan sənədləri 01,08.2019-cu il tarixədək təqdim olunmasını xahiş etmişdilər. Sakinlərin müraciəti Cavabdeh3 tərəfindən alınmasına baxmayaraq, keçən müddət ərzində sakinlərin istəyinə cavab ve rilməmiş, hər hansı sənəd təqdim edilməmişdir. Ümumiyyətlə, bu vaxta qədər dəfələrlə yuxarıda göstərilən məsələlərlə bağlı Cavabdeh3 və onun əri-faktiki idarəçiliyi həyata keçirən Cavabdeh2 olan müraciətlər nəzərə alınmamış, cavab verilməmişdir. Ona görə də hesab edir ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Qanunvericilikdə Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin binanın mənzil mülkiyyətçilərinə, sakinlərə göstərməli olduğu xidmətlər, cəmiyyətin vəzifələri konkret göstərilməsinə baxmayaraq, Cavabdeh1 MMMC tərəfindən bu vəzifələr yerinə yetirilmir. Bununla, qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tələbləri pozulmaqla yanaşı, onlar sakinlərin - mənzil mülkiyyətçilərinin hüquqları da pozulur. Cavabdeh1 MMMC-nin İdarə heyətinin sədri vəzifəsi Cavabde h3 adına yazılsa da onun Cəmiyyətin işində hər hansı fəaliyyətini görmürlər. Onun əvəzində əri Cavabdeh2 Cəmiyyətə qeyri-rəsmi sahiblik edir. Ona görə də, Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını məqsədəuyğun hesab edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx-cu il tarixli 2(004)-6470/2019 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilərək, “Cavabdeh1" MMMC-nin təsis sənədlərinin təsdiq olunmuş surətinin, “Cavabdeh1" MMMC-nin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi, seçilməsi qaydası, İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının 10.09.2018-ci ildən hazırki vaxtadək qəbul etdiyi qərarların müvafiq qaydada təsdiq olunmuş surətlərinin, “Cavabdeh1" MMMC-yə 10.09.2018-ci ildən hazırki va xtadək işə qəbul edilmiş işçilərin siyahısı, onlarla bağlanmış əmək müqavilələri və əmək haqqının ödənilməsi barədə rəsmi sənədlərin, təsdiq olunmuş surətlərinin -“Cavabdeh1" MMMC-nin bank hesabına dair rəsmi sənədinin sürətinin, “Cavabdeh1" MMMC-nin 10 sentyabr 2018-ci il tarixindən 12.09.2019-cu il tarixədək olan gəlir və xərclərin tam hesabatının, kommunal xidmətlərə görə haqqın məbləği və müəyyənləşdirilməsi (formalaşdmiması) qaydasının müəyyən edildiyinə dair qərarların, “Cavabdeh1" MMMC-nin ümumi əmlakın saxlanılma və təmiri üzrə işlərin siyahısı və rəsmi sənədlərin, o cümlədən: liftlərin cari və əsaslı təmiri, servis müqavilələri və ödəniş qəbzləri, hesab fakturalannın təsdiq olunmuş surətinin, su hovuzunun təmizlənməsi və dərmanlanması (müqavilə, ödəniş qəbzi, laboratoriyanın rəyi). Su vuran motorlannin fıltrlərinin dəyişdirilməsi haqqında sənədlərin, binanın ümumi sahəsində və həyətyanı sahədə dezinfeksiyanın aparılması haqqında sənədlərin, elektrik yarımstansiyasının servisi və yağlanması haqqında sənədin surətinin, Cavabdeh1 MMMC-nin elektrik sərfıyyatt haqqında məlumatların (hesabfaktura, ödəniş qəbzləri), Cavabdeh1 MMMC-yə daxil olan vəsaitin (mənzillərin dislokaciya üzrə ödəniş siyahısı, ödəniş qəbzləri ilə birgə) və xərclərin siyahısının tam hesabatı rəsmi sənədlərinin təsdiq olunmuş surətləri ilə birgə iddiaçılara təqdim edilməsi vəzifəsinin “Cavabdeh1" MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə qoyulması, iddia tələbinin digər cavabdehə münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mə hkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş çıxarışların məcmusundan göründüyü kimi, hazırki iş üzrə iddiaçılar “xxxx” MTK tərəfindən təsis edilmiş binaların məzillərinin mülkiyyətçiləridirlər. Cavabdeh1 MMMC ünvan 2 ünvanında yerləşən 2C və D nömrəli binaların mülkiyyətçilərinin Ümumi Yığıncağı tərəfindən təsis edilmişdir. Bina sakinlərinin MMMC-yə müvafiq rəsmi sənədləri tələb edilməsinə dair müraciəti imtina ilə nəticələnmişdir. Nəticə etibarilə, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçılar haqlı olaraq məhkəməyə müraciət etmiş, odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, müvafiq sənədlər “Cavabdeh1" MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh3 tərəfindən iddiaçılara təqdim edilməlidir. Hab elə, məhkəmə onu da qeyd edir ki, iş üzrə digər Cavabdeh2 iddiaçılar qarşısında hər hansı bir mülki məsuliyyəti daşımadığından, iddia tələbi ona münasibətdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1, 123, 124, 127.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 MMMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov- sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Tal ışinski) 2(103)-3533/2020 saylı, xxx-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6470/2019 saylı, xxx-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apelyasiya şikayətində iddiaçıların cəmiyyətin iştirakçıları olmasının yoxlanılmamasını göstərsə də, nümayəndəsi bu istiqamətdə məhkəməyə hər hansı sübut (iştirakçıların siyası və s.) təqdim etməmişdir. Əksinə, işdə olan sübutlara əsasən iddiaçılar mənzil mülkiyyətçiləri olmaqla, müvafiq ərizələrlə müraciət edərək MMMC-nin iştirakçısı kimi hüquqlarının təmin olunmasını tələb etmişlər. Eyni zamanda qeyd edilməlidir ki, Mənzil qanunverici liyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mə nzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Mənzil Məcəlləsinin 123-cü maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri müəyyən olunmuşdur. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Göründüyü kimi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesab at verən cəmiyyətin icra orqanıdır. Cavabdeh tərəf isə cəmiyyətin idarə heyətinin cəmiyyət iştirakçılarına hesabat verməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini qismən təmi etməkdə haqlı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 MMMC (Vəkil3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi bəzi maddi hüquq normalarını səhv təfsir etmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya instansiyasının qətnaməsində qeyd edilir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Lakin qeyd edilməlidir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etməsə də, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin işində Cəmiyyətin iştirakçısına malik hüquqlardan istifadə etmək üçün müəyyən prosedurdan keçməlidirlər. Yəni Mənzil Məcəlləsinin 121.2-ci maddəsinə görə ərizə ilə müraciət etməlidilər, iddiaçıların Cəmiyyətin iştirakçısı yaxud m ülkiyyətçi kimi çıxış etməsi onların qanunla müəyyən edilmiş hüquq və vəzifələrinə təsir edir. Mənzil Məcəlləsinin 121.1 maddəsi səhv təfsir edilmiş, 121.2 maddəsi tətbiq edilməmişdir. Ərizə verilməməyin sübutedilmə yükü isə cavabdeh yox, iddiaçıların üzərinə düşməlidir. Qeyd edilməlidir ki, İdarə Heyəti MMMC iştirakçılarının Ümumi Yığıncağı qarşısında hesabat verməlidir, idarə Heyətinin hesabat verməsi məsələsi mübahisə predmeti olmamışdır. İddiaçılar Ümumi Yığıncaq qarşısında hesabat verməyi deyil, fərdi qaydada Cəmiyyətin bütün təsərrüfat sənədlərinin surətini verməyi istəmişlər. Məhkəmələr iddiaçıların, özü də Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iştirakçısı olmaq haqqında ərizə verdiklərini təsdiq edə bilmədən, fərdi qaydada təsərrüfat sənədlərinin surətini tələb etmək hüqu qunun mənzil qanunvericiliyinin konkret hansı maddi hüquq normasına istinad etdiyini göstərməmişlər. İddiaçılar iddia ilə məhkəməyə müraciət edən tarixədək MMMC-nin növbəti Ümumi Yığıncağı hələ keçirilməmişdir. Mənzil Məcəlləsinə görə idarə Heyəti hesabatı Ümumi Yığıncağa təqdim edir, iddiaçılar Məcəllədə nəzərdə tutulmuş hüququna istinad edərək, növbədənkənar Ümumi Yığıncağın keçirilməsini tələb edə və hesabatla tanış ola bilərdilər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq etiraz ərizəsində göstərmişlər ki, cavabdeh tərəf kasasiya şikayətinin əsası kimi, iddiaçıların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvü olmadığından, belə bir iddia ilə çıxış etmək hüquqlarının yoxluğunu, yəni, onlar cəmiyyət üzvlüyünə qan unda nəzərdə tutulan prosedur qaydalara AR Mənzil Məcəlləsinin 121.2-ci maddəsinə riayət etməyərək, üzv olması ilə bağlı cəmiyyətə müraciət etməmişlər. Məhkəmə isə bu maddəni tətbiq etməli olduğu halda, 121.1-ci maddəsini tətbiq etməklə səhv təfsir etmişdir. Bu arqumentlə bağlı qeyd edilməlidir ki, AR Mənzil Məcəlləsinin 121.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. İddiaçılardan bəziləri cəmiyyətin yaradılmasında iştirak etmiş və digər iddiaçılar isə sonradan "Cavabdeh1"MMMC-yə iştirakçılıqla bağlı poçt vasitəsi ilə yazılı ərizələr ilə müraciət etmişlər. Bu məsələ hələ işə apelyasiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən qaldırılmış və həmin sakinlərin ərizələri və ərizələrin göndərilməsini təsdiq edən poçt qəbzləri məhkəməyə təqdim edilərək işə əlavə edilmişdir. Bundan əlavə, iddia tələbinin predmetini cavabdehin də şikayətində vurğuladığı kimi, mənzillərin dislokasiya üzrə ödəniş siyahısı, (ödəniş qəbzləri ilə birgə) və xərclərin siyahısını tam hesabatı rəsmi sənədlərin təsdiq olunmuş surətləri ilə birgə təqdim edilməsi təşkil edir. Məhkəmələr işə iddia predmeti çərçivəsində baxaraq, maddi hüquq normalarını düzgün tətbiq etməklə mübahisəyə obyektiv və ədalətli hüquqi qiymətini vermişdir. Ona görə də kasasiya şikayətində göstərilən dəlillərə baxılması üçün işin geriyə qaytarılmasına zərurət yoxdur. Göstərilən hallara apelyasiya v ə birinci instansiya məhkəmələri tərəfindən sübutlara əsasən qiymət vermişdir. İddia ərizəsində təqdim edilməsi nəzərdə tutulan sənədləri tələb edən sakinlər olaraq, əvvəllər "xxxx " MTK tərəfindən təsis edilmiş binaların mülkiyyətçiləri olmuş və sonradan ünvan 3 ünvanında yerləşən, 2 C və D nömrəli binanın mülkiyyətçilərinin Ümumi Yığıncağı tərəfindən "Cavabdeh1" MMMC təsis etmişlər. Qeyd edilən iddiaçılar "Cavabdeh1" MMMC-nin yaradılımasında sahə mülkiyyətçiləri kimi iştirak etmiş və daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsində iştirak etmək hüquqlarını qazanmışlar. Göründüyü kimi iddiaçılar ünvan 3 ünvanında yerləşən, 2 C və D nömrəli binanın sahə mülkiyyətçiləri kimi könüllülük əsasında yaradılmış "Cavabdeh1" MMMC-nin idarəçiliyində bərabər hüquqa malik şəxslər olmaqla, qeyd olunan sənədlərin təqdim edilməsi üçün iddia etmək hüquqları vardır. Hazırda həmin binaların sakinləridirlər. Yaşadıqları binanın idarə edilməsi ilə bağlı sənədlərin "Cavabdeh1" MMMC-nin idarə Heyətinin sədri tərəfindən həmin binanın sakinlərinə təqdim edilməməsi və təqdim edilməsinə süni maneələrin yaradılması başa düşülən deyil. Halbuki, mənzil Məcəlləsinin mahiyyətinə əsasən çoxmənzillı binanın idarə edilməsində cəmiyyət iştirakçılarının maraqlarına uyğun hərəkətlər edilməli və onların hüquq və mənafeləri qorunmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat landırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı11, İddiaçı3, İddiaçı5, İddiaçı7, X2, İddiaçı9, X3, İddiaçı13, İddiaçı14, İddiaçı10, İddiaçı12, İddiaçı2, Cavabdeh1 MMMC-nin vəkili Vəkil3, cavabdehlər Cavabdeh1 MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh3 və Cavabdeh1 MMMC-nin faktiki idarə edilməsini həyata keçirən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasınd a iştirak edən İddiaçı3 vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı X1 nümayəndəsi İddiaçı6 Xudabaxış oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinni tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
124. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Maddə 127.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiy yətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Maddə 128.0.3. Müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh “xxxx” MMMC tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, hazırki iddia tələbi cavabdeh MMMCnin mənzil mülkiyyətçilərinə təqdim etməli olduğu sənədlərin verilməsi ilə əlaqədardır ki, həmin sənədlərin təqdim edilməsi vəzifəsini də MMMC daşıyır. Hazırki vəziyyətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanıdır. Cavabdeh tərəf isə cəmiyyətin idarə heyətinin cəmiyyət iştirakçılarına hesabat verməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3533/2020 nömrəli iş üzrə xxxci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.