Məhkəmə qərarları › İş №2(102)-2487/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2487/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2487/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, iddia müddətinin tətbiqi) Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi XXXnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(103)5051/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 14 fevral 2007-ci il tarixdə 45E saylı kredit xətti müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 1 il müddətinə ödəməsi şərtilə və illik 18% hesablanmaqla 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 14 fevral 2007-ci il tarixli 45E/G saylı girov müqaviləsi ilə Cavabdeh ona məxsus, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 28 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və ünvan 1v küçələri arasındakı 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmiş, müqavilənin 4.2-ci bəndində girov qoyulan hüququn dəyəri 150000 ABŞ dolları müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə ona 30 oktyabr 2014-cü il tarixdə yazılı xəbərdarlıq olunmuş, həmçinin 17 noyabr 2017-ci, 15 dekabr 2017-ci, 12 yanvar 2018-ci, 23 aprel 2018-ci il tarixlərdə yazılı bildirişlər göndərilmiş, xəbərdarlıq və bildirişlər cavabdeh tərəfindən qəbul edilmiş, 27 aprel 2018-ci il tarixdə isə mənzil sertifikatına tutmanın yönəldilməsi haqqında bildiriş Milli Depozit Mərkəzində qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 30 iyul 2019-cu il tarixli rəyinə görə – mülki işin 23-cü vərəqəsində İddiaçı ASC ilə Cavabdeh arasında olan 45E saylı 14 fevral 2007-ci il tarixli kredit xətti müqaviləsinə 14 fevral 2011-ci il tarixli əlavə razılaşmada (İV) “BORC ALAN” hissəsində “Cavabdeh” yazısı önündəki imza və 24-cü vərəqəsində İddiaçı ASC ilə Cavabdeh arasında olan 45E saylı 14 fevral 2007-ci il tarixli kredit xətti müqaviləsinə 14 fevral 2013-cü il tarixli əlavə razılaşmada (V) “BORC ALAN” hissəsində “Cavabdeh” yazısı önündəki imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə cavabdehin son ödənişi 30 dekabr 2009-cu il tarixdə 2000 ABŞ dolları olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, 14 fevral 2007-ci il tarixli 45E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 80000 ABŞ dolları məbləğində əsas borcun, 18920 ABŞ dolları faiz borcunun və əldən çıxmış faydaya görə 102000 ABŞ dolları olmaqla, cəmi 200920 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cavabdehin adına verilmiş MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifikatında qeyd olunan və ünvan 1v küçələri arasındakı 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi, sahiblik hüquqlarının açıq hərracda sat ılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və vəsait kifayət etmədikdə isə çatışmayan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)5561/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 80000 ABŞ dolları məbləğində əsas borcun, 18920 ABŞ dolları faiz borcunun və 500 ABŞ dolları əldən çıxmış fayda olmaqla – ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 99420 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cavabdehi n adına verilmiş MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifikatında qeyd olunan və ünvan 1v küçələri arasındakı 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi və həmin sahiblik hüquqlarının açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, girov predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixl i, 2(010)-5561/2018 nömrəli qətnaməni qismən, yəni əldən çıxmış faydanın rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)-5561/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2(103)-5147/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)-5561/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzalar cavabdeh tərəfindən həyata keçirilməmiş, bu səbəbdən də həmin razılaşmalar cavabdehin iradə ifadəsi kimi qəbul edilə bilməz. Belə olan halda isə, sonuncu razılaşma kimi 12 fevral 2010-cu il tarixli Əlavə Razılaşma qəbul edilməlidir. Həmin razılaşmanın şərtinə əsasən isə kredit müqaviləsinin son müddəti kimi 14 fevral 2011-ci il müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddianı qaldırmaqda kredit müqaviləsinin (ona əlavə razılaşmaların) şərtlərindən irəli subyektiv hüququ olsa da, iddia - iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddətini tətbiq edərək, hesab etmişdir ki, iddiaçının iddia ərizəsi 14 avqust 2018-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən 4 il 06 ay vaxt keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Eyni zamanda, iddia müddəti İddiaçı ASC müflis elan olunan vaxtadək artıq keçmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2(103)-5147/2019 nömrəli qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli, 2(102)-1245/2020 nömrəli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2(103)-5147/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaya olan mövqeyini bildirərkən 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmaların qanuniliyini mübahisələndirməmiş, apellyasiya şikayətində isə iddiaçının məhkəməyə təqdim etdiyi 14.02.2015-ci il tarixli əlavə razılaşmanın nə vaxt imzaladığını xatırlamadığını göstərmişd ir. Apellyasiya instansiyası məhkəməsinin iclasında isə cavabdeh həm sözügedən Əlavələrdə, həm də kredit müqaviləsində olan imzaların ona məxsus olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında ekspertiza qarşısında yalnız 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzalara dair suallar qoyulmuş və ekspertiza rəyi də həmin suallar əsasında aparılaraq qeyd edilən rəy verilmişdir. Apellyasiya instansiyası məhkəməsi 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalardakı imzaların apellyasiya baxışında ona aid olmamasını mübahisələndirməsinə, eləcə də, buna dair ekspert rəyinə işin digər sübutları ilə birgə hüquqi qiymət verməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki mübahisəyə iddi a müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsinə baxmayaraq, bu mövqeyinin onun cavabdeh qarşısında borcunun olmasını inkar etməməsinə dəlalət etməsinə, iddia müddətini tətbiq edilməsinə dair ərizəyə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.16-cı bəndinin məzmunu baxımından hüquqi qiymət verməmişdir. Halbuki, həmin bəndə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öz hüququnun pozulduğunu bildiyi son tarix 14 fevral 2011-ci il olmasını və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanması qənaətinə gələrkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin qeyd edilən bəndinə əsasən həmin müqavilənin hazırda qüv vədə olub-olmamasına qiymət verməmiş cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin vaxtında yerinə yetirməməsinin səbəblərini araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(103)-5051/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)5561/2018 nömrəli qətnaməsinin cavabdehdən 500 ABŞ dolları əldən çıxmış faydanın, ümumilikdə isə 99420 ABŞ dolları kredit borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh əldən çıxmış fayda qismində tutulmalı olan məbləğ 14000 ABŞ dolları, ümumilikdə tutulmalı kredit borcu 112920 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilərək, qətnamədə “sahiblik hüquqlarının açıq hərracda satılması” və “girov predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi” hissələrində ləğv edilməsi, həmin iddia tələblərinin təmin edilməməsi və mənzil sertifikatı ilə rəsmiləşdirilmiş sahiblik hüququnun qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmalı olduğunun iddiaçıya izah edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, mənzilə sahiblik hüququnun satışından əldə olunmuş pul vəs aiti hesabına banka olan borc ödənildikdən sonra, artıq qalan vəsaitin Cavabdeh qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürərək hesab etmişdir ki, iddiaçı bank müvafiq iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Belə ki, İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qərarı ilə müflis elan olunmuş və iflas proseduruna başlanması qərara alınmış, “X1 Company” MMC bankın ləğvedicisi təyin edilmiş, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qərardadına əsasən həmin MMC-nin fəaliyyətinə xitam verilərək Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Belə olan halda icra müddəti 14 fevral 2015 -ci il tarixdə bitmiş olan müqavilə üzrə iddia müddətinin əvvəli 13 aprel 2017-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə Mülki Məcəllənin 380-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı bankın 30 oktyabr 2014-cü il, 17 noyabr 2017-ci il, 15 dekabr 2017-ci il, 12 yanvar 2018-ci il və 23 aprel 2018-ci il tarixlərdə cavabdehə yazılı bildirişlər göndərib borcun ödənilməsini tələb etməsi ilə iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsinin həmin münasibətlər çərçivəsində cavabdehin öhdəliklərini lazımınca icra etmədiyi barədə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən tutulmasına qərar verdiyi əsa s və faiz borclarının məbləğləri ilə də razılaşmış, birinci instansiya məhkəməsinin iddiaçının “102 000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdehdən bankın xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticəni isə əsaslı hesab etməmişdir. Kredit müqaviləsinin müddətinin bitdiyi 14 fevral 2015-ci il tarixindən iddiaçının məhkəməyə iddia tələbi ilə müraciət etdiyi 14 avqust 2018-ci il tarixədək cavabdehə illik 5%-lə hesablanmış faizin 14000 ABŞ dolları təşkil etdiyinin apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən olunduğunu nəzərə alan kollegiya hesab etmişdir ki, iddiaçının müvafiq tələbi həmin həcmdə təmin edilməli, əldən çıxmış fayda qismində MMC-dən həmin məbləğ bankın xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirak çılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(103)-5051/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş üzrə iddia müddəti ötmüşdür. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə hüquqi qiymət verərkən işin digər hallarını, o cümlədən cavabdehə heç bir bildiriş və ya xəbərdarlığın göndərilməməsi, müqavilə müddətinin uzadılması, 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli əlavə razılaşmalarının cavabdeh tərəfindən imzalanmaması, gir ov müqaviləsinin müddətinin uzadılmaması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədl əri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göst ərə bilər. İddia apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti ye nidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tut ulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 76.3-cü maddəsinə əsasən bankın müflis elan olunması na dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımım dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud old uğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qər arında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq i şə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağ lı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin həlli ilk olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqindən asılıdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, kredit müqaviləsi üzrə müddətin 14 fevral 2015-ci il tarixdə bitdiyini, iddiaçının isə 3 il 6 ay sonra, 14 avqust 2018-ci il tarixdə hazırki iddianı qaldırdığını və bununla da iddia müddətinin ötürdüyünü göstərmişdir. İddiaçı tərəfin isə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibəti ondan ibarət olmuşdur ki, 14 fevral 2008-ci il, 14 fevral 2009-cu il, 12 fevral 2010-cu il, 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə razılaşmaları ilə müqavilənin icra müddəti son olaraq 14 fevral 2015-ci il tarixdə bitmiş, 2016-cı ilin fevral ayında isə iddiaçı ləğv olunmuş, 13 aprel 2017-ci ildə Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi təyin olunmuş və sonuncuya münasibətdə iddia müddəti ötürülməmişdir. Daha sonra cavabdeh birinci apellyasiya icraatında 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə razılaşmalardakı imzalarını mübahisələndirmiş və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin sənədlərdə olan imzaların cavabdeh tərəfindən icra olunmaması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qətnaməni qəbul edərkən əvvəlki kassasiya şikayətində irəli sürülmüş göstərişləri MPM-in 420-ci maddəsinin tələblərinə uyğun tam icra etmə mişdir. Belə ki, həmin qərarda iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinin işin digər sübutları ilə yanaşı hüquqi qiymət verilməsinə, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəalarına (5.16-cı bəndinə) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına uyğun hüquqi qiymət verilməsinə dair göstərişlər verilmişdir ki, həmin məsələlərə mübahisələndirilən qərarda münasibət bildirilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi İddiaçı ASC-nin 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qərarı ilə müflis elan olunması və iflas proseduruna başlanması qərara alınmasına, “X1 Company” MMC bankın ləğvedicisi təyin edilməsinə, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qərardadına əsasən həmin MMC-nin fəaliyyətinə xitam verilərək Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin olunmasına istinad edərək, icra müddəti 14 fevral 2015-ci il tarixdə bitmiş olan müqavilə üzrə iddia müddətinin əvvəlinin 13 aprel 2017-ci il tarixdən hesablanmalı olması qənaətinə gəlsə də, bu mövqeyini hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Belə ki, iddia müddətinin axımının başlanması Mülki Məcəllənin 377-ci maddəsində təsbit olunmuş və həmin maddədə, eyni zamanda “Banklar haqqında” Qanunda ləğv prosesində olan bankaların iddialarına münasibətdə iddia müddətinin başlanmasının ona ləğvedici təyin edildiyini ta rixdən hesablanmalı olmasına dair müddəa mövcud deyildir. Həmin Qanunda yalnız müflis elan olunmuş banka qarşı tələblərə dair iddia müddətinin axımının dayandırılması nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçı bankın ləğv olunmasını nəzərə almaqla da, onun 09 fevral 2016-cı il tarixdən 13 aprel 2017-ci il tarixədək “X1 Company” MMC-nin ləğvedici kimi fəaliyyət etdiyi dövr üçün iddia müddətinin axımının nəzərə alınmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi anlaşılan deyildir. Digər tərəfdən iddiaçı bankın 30 oktyabr 2014-cü il, 17 noyabr 2017-ci il, 15 dekabr 2017-ci il, 12 yanvar 2018-ci il və 23 aprel 2018-ci il tarixlərdə cavabdehə yazılı bildirişlər göndərib borcun ödənilməsini tələb etməsi ilə iddia müddətinin axımının kəsilməsinə dair apellyasiya instansiyası məhkəməsi nin mövqeyi də tam əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk olaraq həmin bildirişlərin cavabdehə faktiki olaraq təqdim edilib-edilməməsini araşdırmamış, digər tərəfdən həmin bildirişlərin MM-in 380-ci maddəsinin tələblərinə uyğun “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə” anlayışı ilə əhatə olunduğuna hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdehin öhdəliklərini icra müddətinin bitmə tarixi müəyyən olunmalı, iddiaçının həmin tarixdən hesablanmaqla iddia müddətini ötürüb-ötürməməsi məsələsinə araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(103)-5051/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar