Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2487/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X15 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi, irsi transmissiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X15 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-116/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları:
1. İddiaçı ilə X13 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X19 doğulmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4441/2019 nömrəli, 15 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, İlqar Cəlilov ilə İddiaçı arasında 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 388 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan uşağın anasının yanında qalması və 20 may 2019-cu il tarixdən İlqar Cəlilovdan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Azərbaycan Respublikası ƏMDK-si Yanında DƏDRX-ti “Hüquqların Dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, ünvan 1, mənzil 30 (Yeni qaydalarla: Az 5000, Sumqayıt şəhəri, Sumqayıt ərazi vahidi, Azərbaycan prospekti, 157, M2,m 3) xüsusi mülkiyyət hüququ əsasında X7 adına qeydə alınmışdır.
4. X14 xx.xx.2021-ci il tarixdə, X13 isə xx.xx.2021-ci il tarixdə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı X15 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə q arşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X11 məxsus olan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsinə xx.xx.2016-cı il təvəllüdlü Elif Cəlillinın miras pay hüququnun müəyyən edilməsi və həmin hissədə Elif Cəlillinın mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, X13 atasından miras qalan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzildən ona düşən payı qəbul edənədək vəfat etdiyindən bu əmlakdan pay almaq hüququ irsi transmissiya qaydasında onun vərəsəsi - qızı X3. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində X5 miras qalan əmlaka dai r 8V192 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Həmin tarixdə X19 (qanuni nümayəndəsi İddiaçı) notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, mirasdan irsi transmissiya qaydasında ona keçən hissəni, yəni miras əmlaka 1/2 hissədə pay hüququnu qəbul etmişdir. Bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisinə müraciət edilsə də, vərəsələr arasında mübahisənin olduğu əsas göstərilərək X15 bu müraciətinin icrasından xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir.
7. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. İlqar Cəlilovun vərəsəsi kimi mərhum əri Afdandil Cəlilovdan qalan miras əmlaka vərəsəlik hüququnun tanı nmasını tələb edən xx.xx.2016-cı il təvəllüdlü X15 anası, İddiaçı mərhum İlqar Cəlilovun mərhum əri Afdandil Cəlilovun vərəsəsi olduğuna dair heç bir rəsmi sənədi məhkəməyə təqdim etməyərək, qanuni vərəsə olduğunu sübuta yetirməmişdir. Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixdə açılmış 8V-192 reyestr nömrəli vərəsəlik işi üzrə iddiaçının müraciətindən imtina edilməsinin səbəbi də məhz qeyd edilən xüsusat olmuşdur. Bundan əlavə iddiaçının qanuni nümayəndəsi nəzərə almamışdır ki, mərhum Afdandil Cəlilovun adına olan ünvan 1, mənzil 30 mərhumla cavabdehin birgə nikahları dövründə əldə etməklə onların ümumi birgə mülkiyyətləri olmuşdur. Bu səbəbdən həmin mülkiyyətin 1/2 hissəsi cavabdeh - Cavabdeh3, 1/2 hissəsi isə mərhum Afdandil Cəlilova məxsus olmuşdur. Bu b axımdan mərhum Afdandil Cəlilovdan qalmış miras əmlakın kütləsinə ünvan 1 ünanında yerləşən 30 saylı mənzilin yarısı (həmin əmlakın 1/2 hissəsi) daxil olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, mərhum Afdandil Cəlilov ilə birgə nikahlarından Leyla adlı qızları da doğulmuşdur. X12 mərhum Afdandil Cəlilovdan miras qalmış ünvan 2 ünvanında yerləşən 30 saylı mənzili faktiki olaraq qəbul etmişdir. Belə ki, cavabdehin ərinin ölümündən bəri qızı cavabdehlə birlikdə həmin mənzilə yiyələnərək, faktiki sahiblik etmişdir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, iddiaçı iddia ərizəsində də göstərildiyi kimi atası İlqar Cəlilova çatası miras payına münasibətdə özünün vərəsəlik payının (irsi transmissiya qaydasında) tanınmalı olduğunu bildirmiş, lakin bunu edərkən cavabdeh (Cavabdeh3 da) İlqa r Cəlilovun vərəsəsi olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən mənzil üzərində Elif Cəlillinin 1/2 deyil, 1/12 hissədə, Cavabdeh3 1/2 pay hüququ olmuşdur. Cavabdeh3 1/2 pay hüququ yarandıqdan sonra yerdə qalan 1/2 hissənin bölüşdürülməsi məsələsi qalmış, həmin yerdə qalan 1/2 hissəyə də 3 nəfərin, yəni Cavabdeh3, Afdandil Cəlilovun oğlunun və qızının və İlqar Cəlilovun da 1/12 hüququ yaranmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(060)-43/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, 16 sentyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum Afdandil Cəlilova məxsus olan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin 1/12 hissəsinə dair 11 dekabr 2016-cı il təvəllüdlü X15 miras pay hüququn un müəyyən edilməsi və həmin hissədə Elif Cəlillinin mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh3 alınaraq iddiaçının qanuni nümayəndəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində atası İlqar Cəlilova çatası miras payına münasibətdə özünün vərəsəlik payının (irsi transmissiya qaydasında) tanınmalı olduğunu bildirmiş, lakin bunu edərkən cavabdeh (Cavabdeh3 da) İlqar Cəlilovun vərəsəsi olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən mənzil üzərində Elif Cəlillinin 1/2 deyil, 1/12 hissədə pay hüququ var, Cavabdeh3 isə 1/2 pay hüququ olmuşdur. Cavabdeh3 1/2 pay hüququ yarandıqdan sonra yerdə qalan 1/2 hissənin bölüşdürülməsi məsələsi qalmışdır. Hə min yerdə qalan 1/2 hissəyə də 3 nəfərin, yəni Cavabdeh3, İlqar Cəlilovun və qızının pay hüququ yaranmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Elif Cəlillinin 1/12 hüququ yaranmışdır. Afdandil Cəlilovun 6/12 hissəsi miras əmlakı 2/12 hissəsi Cavabdeh3, 2/12 hissəsi İlqar Cəlilova, 2/12 hissəsi Leyla Cəlilovaya düşmüşdür. Əlavə olaraq Cavabdeh3 İlqar Cəlilova da vərəsə olduğu üçün Elif Cəlillinin 1/12 hissədə pay hüququ yaranmalıdır (anası Cavabdeh3 1/12 pay, qızı 1/12 pay Elif Cəlilli).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1243.2, 1244, 1252, 1274, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 220.5 və 307.2.9-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri vermişlər.
12. İddiaçının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində qanunsuz və əsassız o lmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzilin 1/2 hissəsinə Cavabdeh3 pay hüququ olduğundan, digər 1/2 hissə miras kütləsinə daxildir və ancaq həmin hissə vərəsələr arasında bölünməlidir. Məhkəmə hüquq normasının tətbiqində səhvə yol vermişdir. Əvvəla, məhkəmə qətnamədə göstərməmişdir ki, Cavabdeh3 mənzilin 1/2 hissəsinə pay hüququ hansı əsasdan yaranmışdır. Bu barədə qətnamədə heç bir açıqlama olmamışdır. Digər tərəfdən Cavabdeh3 mərhum Afdandil Cəlilovun arvadı olsa da, mənzil onların ümumi birgə mülkiyyəti olmamış, əvəzsiz qaydada əldə edilməklə Afdandil Cəlilovun xüsusi mülkiyyəti olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktub undan göründüyü kimi ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil 4/2336 saylı, xx.xx.1989-cu il tarixli orderə əsasən 12.4.2019cu il tarixdə Afdandil Cəlilovun adına ilkin qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil əvəzsiz qaydada əldə edilmiş, o, Afdandil Cəlilovun xüsusi mülkiyyəti olmuşdur. Odur ki, mübahisələndirilən əmlak tam həcmdə miras kütləsinə daxil olmuşdur və o, həmin həcmdə də vərəsələr arasında bölünməlidir. Buna görə də məhkəmənin mənzilin 1/2 hissəsinə Cavabdeh3 pay hüququnun yaranması barədə gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmənin miras payının nisbətində yanlış nəticəyə gəlməsinin digər səbəbi X8 da nəzərə alması olmuşdur. Halbuki, Leyla Cəlilovanın həqiqətən də vərəsə olması və mirası qəbul etməsi faktı sübuta yetirilməmişdir. Belə ki, Leyla C əlilova miras əmlakı qəbul etməmişdir. İş materiallarında miras əmlakın Leyla Cəlilova tərəfindən qəbul edilməsinə dair heç bir sübut olmamışdır. O, mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariusa ərizə təqdim etməmiş, eyni zamanda mirasa faktiki sahiblik edərək onu qəbul etməmişdir. Cavabdeh3 guya miras əmlakın Leyla Cəlilova tərəfindən faktiki qəbul edilməsinə dair məhkəməyə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 344 nömrəli arayışını təqdim etmişdir. Halbuki, bu sənəd Leyla Cəlilovanın həqiqətən də miras əmlaka sahiblik edib həmin əmlakı faktiki olaraq qəbul etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə bir halda nə qədər ki, bu barədə qanuni q üvvəyə minmiş məhkəmə aktı mövcud deyil, miras əmlakın Leyla Cəlilova tərəfindən qəbul edilməsindən və beləliklə də onun miras əmlakda hər hansı payından söhbət gedə bilməz.
14. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdı r. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi, qanunun sözügedən maddəsində qeyd olunan əsas üzrə nə İddiaçı tərəfindən X1 üzrə vərəsəsi olduğunu təsdiq edən mötəbər sübut təqdim edilmiş, nə də digər vərəsələr – Cavabdeh3 və X6 bu barədə yazılı razılığı notariat orqanına təqdim edilmişdir. Belə olan halda X15 transmissiya qaydasında vərəsə olduğundan və mübahisə predmeti olan mənzildə pay hüququndan söhbət gedə bilməz. Doğrudur, X19 mərhum X9 yeganə övladı və birinci növbəli qanun üzr ə vərəsəsidir. Lakin miras açılan zaman X13 vəfat etdiyindən miras qoyan Afdandil Cəlilovun qanun və yaxud vəsiyyət üzrə vərəsəsi olduğu sübut edilə bilməmişdir, məhz bu səbəbdən X19 da sözügedən əmlaka dair mirasçı ola bilməz. Çünki o, Afdandil Cəlilovun deyil, İlqar Cəlilovun vərəsəsidir. Birinci instansiya məhkəməsi isə bu əsasa görməzdən gəlmişdir. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Lakin sözügedən mübahisədə predmet məhz kimlərin vərəsə hesab olunması olduğundan, notariat orqanı tərəfindən Elif Cəlilliyə vərəsəlik şəhadətnaməsi verilməməsi düzgün addım olmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-116/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilməklə, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin 1/6 hissəsinə 11 dekabr 2016-cı il təvəllüdlü X15, 3/6 hissəsinə Cavabdeh3 və 2/6 hissəsinə isə X6 miras pay hüququnun müəyyən edilməsi və həmin hissələrdə mülkiyyət hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi mənzilin birgə nikah dövründə əldə edilməsi əsası ilə həmin mənzilin 1/2 hissə sinə Cavabdeh3 pay hüququnun müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab etmişdir. Bununla əlaqədar iddiaçının apellyasiya şikayətinin dəlilini həmin hissədə əsaslı saymışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil 4/2336 saylı, xx.xx.1989-cu il tarixli orderə əsasən xx.xx.2019-cu il tarixdə Afdandil Cəlilovun adına ilkin qeydiyyata alınmışdır. 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.” Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında verdiyi şərh baxımından nəzərə almaq lazımdır ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil əvəzsiz qaydada əldə edilmiş, o, Afdandil Cəlilovun xüsusi mülkiyyəti olmuşdur. Odur ki, mübahisələndirilən əmlak tam həcmdə miras kütləsinə daxil olmuşdur və o, həmin həcmdə də vərəsələr arasında bölünməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras əmlaka Afdandil Cəlilova məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil daxil olmuşdur. Miras qoyan Afdandil Cəlilovun 16 sentyabr 2021-ci il tarixdə vəfat etməsi günü mirasın açıldığı vaxt sayılmalıdır. Miras açıldığı zaman miras qoyan Afdandil Cəlilovun qanun üzrə vərəsəlik zamanı 3 vərəsəsi olmuşdur:1) arvadı Cavabdeh3, 2) oğlu X13 3) qızı X12. Vərəsələr miras əmlakından imtina barədə notarial qaydada ərizə vermədiklərindən hər birinin pay hüququ tanınmalıdır.
20. Miras əmlakın 3 vər əsə arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmaqla Afdandil Cəlilovun qanun üzrə vərəsələrinin hər birinə miras əmlakı üzrə 1/3 pay hüququ tanınmalıdır. İş materiallarından görünmüşdür ki, X13 atasının ölümdən 10 gün sonra - 27 sentyabr 2021-ci ildə vəfat etdiyindən onun da 1/3 pay hüququ qanun üzrə vərəsələri anası Cavabdeh3 və qızı X19 arasında hər birinə 1/6 pay müəyyən olunmaqla bölüşdürülməlidir. Belə hesablama üzrə Cavabdeh3 mənzilə dair miras əmlakdan 3/6 hissədə pay hüququ (1/3(1/3=2/6)+1/6=3/6), X16 1/6 hissədə pay hüququ, X10 2/6 hissədə pay hüququ yaranmışdır. (1/3=2/6)
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1252-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3, 217.4, 384.0.2 və 385.1.1-ci maddələrinə istinadla əsa slandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd barədə barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin miras əmlaka dair vərəsəlik hüququ ilk öncə əri mərhum X11 münasibətdə yaranmışdır. Cavabdehlə yanaşı, onun övladları X13 və X12 daxil olmaqla 3 vərəsə arasında hərəsinə 1/6 hissə olmaqla bölünür. Atasının ölümündən qısa müddət sonra X13 mirası qəbul edə bilmədən öldüyü üçün mirası irsi transmissiya qaydasında qəbul etmək istəyən iddiaçı onu nəzərə almamışdır ki, atası öldüyü üçün qəbul edə bilmədiyi miras əmlaka dair payı onun da vərəsəl əri arasında bölünməlidir. X19 ilə yanaşı, mərhumun anası Cavabdeh3 da oğluna münasibətdə həmin miras əmlaka 1-ci növbədən vərəsə qismində çıxış edirlər. Bu səbəblə, iddiaçının atasına qalan miras əmlakı bütövlükdə irsi transmissiya qaydasında qəbul etməsi birbaşa cavabdehin konstitusion hüquqlarının pozulması olar. Çünki həmin əmlaka qanunvericiliyə əsasən cavabdehin də vərəsəlik hüququ olmuşdur. Qeyd edilən mənzilin 1/6 hissəsi İlqar Cəlilova keçmiş və onun ölümündən sonra həmin hissə 1/12 və 1/12 olmaqla 2 vərəsəsinə - anası Cavabdeh3 və qızı Elif Cəlilliyə keçməlidir. Nəticə etibarilə, Cavabdeh3 qeyd edilən miras əmlaka münasibətdə həmin əmlakın birgə nikah dövründə əldə olunması səbəbi ilə 1/2 hissə, Afdandil Cəlilovun vərəsəsi olması səbəbi ilə 1/6 hissə və X9 vərəsəsi olması səbəbi ilə 1/12, ümumilikdə, 9/12 hissəsinə mülkiyyət hüququ yaranmışdır. İddiaçının isə həmin əmlaka mərhum atasına münasibətdə 1/12 hissədə pay hüququ yaranmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən miras payının hesablanması prosesinin tamamilə yanlış həyata keçirilməsi nəticəsində Cavabdeh3 və Cəlilova Leylaya məxsus payın əskilərək, bir hissəsinin iddiaçıya verilməsi ilə onların konstitusion hüququ olan mülkiyyət və vərəsəlik hüquqları əsassız olaraq kobud şəkildə pozulmuşdur. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh və onun qızı X6 vərəsə olmasına və mirası qəbul etməsinə dair sübut təqdim edilməmişdir. Halbuki iş materiallarından aydın görünmüşdür ki, miras əmlakın Leyla Cəlilova tərəfindən faktiki qəbul edilməsinə dair məhkəməyə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 344 nömrəli arayışı təqdim edilmişdir. Həmçinin cavabdeh və qızı hal-hazırda həmin evdə faktiki olaraq yaşayır və sahiblik edirlər. Hakim sübutların təqdim edilməsi tələbini yalnız cavabdehə qarşı irəli sürmüşdür. X2 vərəsəsi olmasını və irəli sürdüyü digər faktları əsaslandırması iddiaçının sübut etməməsi onun xeyrinə haqsızcasına qərar qəbul etməyə mane olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli və tam araşdırmamış, təqdim edilmiş sübutlara, verilmiş izahatlara düzgün hüquqi qiymət verməmiş, işə qeyriobyektiv şəkildə və qərəzli yanaşmış, işin mübahisəsiz faktiki halları gözardı edilərək tətbiq edilməli olan qanunvericilik normasını yanlış tətbiq etmişdir. Tətb iq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
24. Maddə
13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
28. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, mir as qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
29. Maddə 1159.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
31. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Re spublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarı.
32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birg ə (ümumi) mülkiyyəti sayıla bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbul u institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, kassasiya şikayətində qeyd olunan dəlilləri araşdırmağa lüzum yoxdur. 50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkə məsi Plenumunun 19 fevral 2021-ci il tarixli Qərarinda qeyd olunmuşdur ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Yekun olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrind ən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-116/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.