Məhkəmə qərarları › İş №2(102)-2488/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2488/2022

31.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2488/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və 8 aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İdd iaçı xx.xx.2011-ci il tarixli, 163 nömrəli əmrlə Cavabdehə xadimə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Ambulator-Poliklinik Şöbənin xx.xx.2020-ci il tarixli arayışına və xx.xx.2020-ci il tarixli epikrizinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə sol süd vəzindən tru-cut biopsiyası aparıldıqdan sonra sol süd vəzinin xərçəngi diaqnozu qoyulmuş, əvvəlcə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə, sonra isə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə 4 kurs müalicə aparılmış, xx.xx.2020-ci il tarixdə soltərəfli radikal mastektomiya əməliyyatı olunmuş, müalicəsi əməliyyatdan sonra stasionarda 5 gün davam etmişdir.

3. Cavabdehin həmkarlar təşkilatının sədri X3 xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Cavabdehin xadiməsi İddiaçı üzürsüz səbəbdən uzunmüddətli iş buraxmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən məktəbin direktoru onun işdə qalıb-qalmamasına görə verdiyi qərara Cavabdehin həmkarlar təşkilatı etiraz etmir.

4. Cavabdehin işçiləri tərəfindən tərtib edilmiş 03 sentyabr 2020-ci il, 07 sentyabr 2020-ci il, 14 sentyabr 2020-ci il tarixli aktlara əsasən, məktəbin xadiməsi X6 həmin tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır.

5. Cavabdeh 21 sentyabr 2020-ci il tarixli akta əsasən, İddiaçı üzürsüz səbəbdən iş yerinə gəlməməsi səbəbi ilə işdən azad olunmasına məktəb direktorunun 15 sentyabr 2020-ci il tarixli əmri ona təqdim olunsa da, götürməkdən imtina etmişdir.

6. İddiaçı həmin əmrin qanunsuz olması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Laçın rayon Muğanlı kənd umumi orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin xx.xx.2020-ci il tarixli, 12 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və 8 aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbini onunla əsaslandırmışdır ki, əmrdə əmək funksiyalarını yerinə yetirməməsi barədə göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, işlədiyi 10 il ərzində öz üzərinə düşən vəzi fələrini layiqincə yerinə yetirmiş, heç bir zaman xəbərdarlıq, tənbeh, töhmət və s. cəza almamışdır. O, xx.xx.2020-ci il tarixdə əmrlə işdən azad edilsə də, həmin əmr barədə ona məlumat verilməmiş, o, 2021-ci ilin may ayına kimi Muğanlı kənd məktəbində xadimə kimi işləməyə davam etmişdir. Onun işindən narazılıq edən olmamışdır. Onun işdən çıxarılması barədə iclas keçirilməmiş, həmkarlar ittifaqının yığıncağı baş tutmamış, həmkarların qərarı olmadan əmr imzalanmışdır. O, onkoloji xəstədir, bununla belə işə ehtiyacı olduğundan daima əmək fəaliyyətini fasiləsiz davam etdirmişdir. Məktəb direktoru özü də onun maddi və sağlamlıq vəziyyətini bilir. Buna baxmayaraq, ona qarşı haqsızlıq etmişdir.

9. Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(047)-590/2021 nömrəli qətnaməsi ilə (hakim C.İbrahimov) iddia rədd edilmişdir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 80, 84, 186, 187, 188, 296, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, Cavabdehin xadiməsi İddiaçı üzürsüz səbəbdən uzunmüddətli iş buraxmasına, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən məktəbin direktorunun onun işdə qalıb-qalmamasına görə çıxardığı qərara Cavabdehin yerli həmkarlar təşkilatı da etiraz etməmiş, iddiaçının işə gəlməməsi barədə müvafiq aktlar tərtib edilmiş, eyni zamanda, İddiaçı üzürsüz səbəbdən uzunmüddət işə gəlməməsi ilə bağlı yazılı izahat verməkdən, həmçinin, xəstə olması ilə bağlı mü vafiq sənədləri təqdim etməkdən, bundan başqa, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli əmri də götürməkdən imtina etmişdir.

12. Göstərilənlərdən əlavə, məhkəmə iclasında İddiaçı izahatında qeyd edilən əmrin surətinin 28 may 2021-ci il tarixdə ona Cavabdehin direktoru X5 tərəfindən təqdim edilməsini, həmin əmr barədə ona heç bir məlumatın verilməməsini və onun 2021-ci ilin may ayına kimi Cavabdehdə xadimə kimi işləməyə davam etməsini bildirsə də, bu halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Bundan əlavə, məhkəmə baxışı iclasında İddiaçı izahatında, həmçinin onkoloji xəstə olduğu üçün fasilələrlə təxminən dörd aya yaxın müddətdə işdə olmadığı zaman onun yerinə xadimə kimi qardaşı qızı X1 işlədiyini qeyd etməklə, məhkəmə belə hesab etmişdir k i, həmin izahatı verməklə iddiaçı bilavasitə işə çıxmadığını özü də öz izahatı ilə təsdiq etmişdir.

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-367/2022 nömrəli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və Z.Zeynalov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(047)-590/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla iddiaçının Laçın rayonu Muğanlı kənd ümumi orta məktəbində xadimə vəzifəsində işlədiyi müddətdə vəzifə borcunu lazımınca yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Belə ki, tərtib olunmuş xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020 tarixli aktlara əsasən iddiaçı ümumiyyətlə işə gəlməmişdir. Bundan başqa, iddiaçının özü birinci instansiya məhkəməsində izahat verərkən fasilələrlə təxminən dörd aya yaxın müddət ərzində işdə olmadığını və həmin zaman onun yerinə xadimə kimi qardaşı qızı X4 işlədiyini bildirmişdir.

17. İddiaçının işdən azad olunarkən məktəbin Həmkarlar İttifaqının rəyinin alınmamasından ibarət arqumentləri də aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh məktəb tərəfindən təqdim olunmuş və iş materiallarında olan məktəbin Həmkarlar İttifaqının sədri A.Şahbazovun məktəb direktoruna ünvanladığı 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı uzun müddət ərzində iş b uraxması ilə əlaqədar işdən azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı şifahi olaraq həmin iclasın ümumiyyətlə keçirilmədiyini qeyd etmiş olsa da, qeyd edilən etirazı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

18. Aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilməmişdir.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti iddia ərizəsində yazılanları təkrarlamaqla əsaslandırılmışdır. Şikayətdə Əmək Məcəlləsinin 3**-cü maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 88, 218.3, 416, 417.0.3, 418.1-ci maddələrinə istinad edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı cavabdeh məktəbin direktoru X2 etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayəti əsassızdır. Buna görə də, kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan ha qq almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 23. 70-ci maddənin ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 24. 72-ci maddənin a) bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizli yi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-t əhlükəli əməllərə yol verməsi 25. 80-ci maddənin 1-ci bəndi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 26. 80-ci maddənin 2-ci bəndi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını i şəgötürənə təqdim etməlidir. 27. 3**-cü maddənin 1-ci bəndi. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfində n ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi akt ının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının tələbinin qanuni əsaslarını tapmağa cəhd göstərməmiş, iddia ərizəsində qeyd edilənlərin işin materialları ilə uyğunluğunu yoxlamamış, apellyasiya şikayətinin dəlillərini aydınlaşdırmamış, onlara qiymət verməmişdir.

42. İşin mübahisəsiz halları bundan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə sol süd vəzindən tru-cut biopsiyası aparıldıqdan sonra iddiaçıya sol süd vəzinin xərçəngi diaqnozu qoyulmuş, əvvəlcə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə, sonra isə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə 4 kurs müalicə aparılmış, xx.xx.2020-ci il tarixdə soltərəfli radikal mastektomiya əməliyyatı olunmuş, 09.2020-ci il tarixli, 1 2 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə üzürsüz səbəbdən uzunmüddətli iş buraxması əsası ilə xitam verilmişdir.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə (§25, §26) əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşk ilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

44. İş materiallarından görünür ki, cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatına ünvanlanmış yazılı təqdimat, müvafiq əsaslandırma sənədləri və həmkarlar ittifaqı təşkilatının iclas protokolu məhkəməyə təqdim olunmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sənədlər tələb edilməmiş və həmin sənədlərin olmamasına hüquqi qiymət verilməmişdir.

45. Digər tərəfdən, həmkarlar ittifaqı təşkilatının sədrinin məktubundan (mülki iş, səhifə 51) görünür ki, xx.xx.2020-ci il tarixli yazılı təqdimata həmin gün keçirilən iclasda baxılmış, elə həmin gün də məktəb direktorunun qərarına etiraz edilməməsinə dair yekun qərar qəbul edilərək cavabdeh məktəbin direktoruna göndərilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edilənlərə münasibətdə bildirir ki, iş materiallarına iddiaçının həmkarlar ittifaqının iclasına çağırılmasına dair sübut əlavə edilməmişdir. İddiaçının həmkarlar ittifaqının iclasına çağırılması, onun iştirak etməkdən imtina etməsi, həmin iclasda neçə nəfərin iştirak etməsi, iclasda iştirak edənlərin sayının iclasının keçirilməsi üçün yetərsay olması iş materialları ilə müəyyən olunmur.

47. Nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsi və şikayətlərində israrla bildirdiyi hallardan biri də məhz əmr verilənə qədər həmkarlar ittifaqının iclasının keçirilməməsidir.

48. Həmçinin, həmkarlar ittifaqı təşkilatının protokolunun qərarının çıxarışından (mülki iş, səhifə 52) görünür ki, həmkarlar ittifaqı təşkilatının qərarı konkret xarakter daşımır. Belə ki, həmin qərarda həmkarlar ittifaqı iddiaçının işdə qalıb-qalmamasına görə məktəb direktorunun verdiyi qərara etiraz etməmişdir. Buradan belə qənaətə gəlmək olar ki, həmkarlar ittifaqı iddiaçının işdə qalmasında maraqlı olmamışdır. Halbuki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

49. Beləliklə, işin yuxarıda qeyd edilə n hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etd irilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar