Məhkəmə qərarları › İş №2(102)-2488/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2488/2025

20.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2488/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, X1 və X2 cavabdehlər Orucov Sultalı Nur oğlu, Cavabdeh2 Mülküm oğlu və X9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, X5 və X2 cavabdehlər Orucov Sultalı Nur oğlu, Cavabdeh2 Mülküm oğlu və X9 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsində tikilmiş özbaşına ti kilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-80/2025 nömrəli qətnaməsindən cavabdeh Orucov Sultalı Nur oğlunun kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə və Qusar rayon məhkəməsinin 12 aprel 2006-cı il tarixli 158 a saylı qətnaməsi ilə İddiaçı2, X5, X6 və 03 noyabr 2001-ci ildə vəfat etmiş X10 Qusar rayonun Hil kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 2.17 ha torpaq sahəsi verilmişdir. Həmin şəxslərin torpaq sahəsinə dair mülkiyyət hüquqları JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunur. Torpaq sahəsinin şərq istiqamətində 0.06 hektar hissəsi Orucov Sultalı Nur oğlu, qərb istiqamətində 0.099 hektar hissəsi X11 və cənub istiqamətində 30 kv.metr hissəsi Cavabdeh2 Mülküm oğlu tərəfindən istifadə olunur.

2. Həmçinin torpaq sahəsində Orucov Sultalı Nur oğlu tərəfindən ümumi sahəsi 146.5 kv.metr olan fərdi yaşayış evi inşa olunmuşdur.

3. AZ № 097198 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X12 03 noyabr 2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 noyabr 2001-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir.

4. JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətinə əsasən, Qusa r rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə Cavabdeh1 və X13 mülkiyyətlərinə Qusar rayonu Hil kəndi ərazisindən 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı2, X5 və X6 iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən Qusar rayonu Hil kəndində yerləşən torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsinin cavabdeh Orucov Sultalı Nur oğlundan, qərb istiqamətində 0.099 ha torpaq sahəsinin cavabdeh X7, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsinin Cavabdeh2 Mülküm oğlundan alınıb onlara qaytarılması, cavabdeh Orucov Sultalı Nur oğlunun həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə və Qusar rayon məhkəməsinin 12 aprel 2006-cı il tarixli 158a saylı qətnaməsi iddiaçılara və 03 noyabr 2001-ci ildə vəfat etmiş X10 Qusar rayonun Hil kənd ərazisindən kənd təsərrüfatı təyinatlı 2.17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunur. Dövlət tərəfindən ailə üzvilərinə pay verilmiş həmin 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onlar təyinatı üzrə istifadə edərək gəlir əldə edirlər. Lakin son bir neçə ildir ki, həmin torpaq sahəsinin müəyyən hissələri cavabdehlər Orucov Sultalı Nur oğlu, Cavabdeh2 Mülküm oğlu və X11 tərəfindən zəbt edilərək istifadə edilir. Həmçinin həmin torpaq sahəsində cavabdeh Orucov Sultalı Nur oğlu tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Həmin torpaq sahəsini buraxılmasına dair cavabdehlərə müraciət etmişlər. Lakin cavabdehlər onların müraciətlərinə məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam etdirirlər. Torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması səbəbindən onlar öz mülkiyyətlərindən sərbəst şəkildə istifadə edə bilmirlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

7. Cavabdeh Orucov Sultalı Nur oğlu iddiaya etirazında göstərmişdir ki, Qusar rayonun Hil kənd sakinidir. Qusar rayonunun Hil kəndində JN-636 KOD 30111018 saylı dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 0.95 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi var. Onun torpaq sahəsi iddiaçıların torpaq sahəsi ilə yanaşı yerləşir. İddiaçıların torpaq sahəsini tutmamışdır. Artıq beş ildən çoxdur ki, özünə və ailəsinə məxsus torpaq sahəsində yardımçı bina tikib, həmin torpaq sahəsinin 0.31 ha hissəsində bağ salıb. 0.95 ha torpaq sahəsinin qalan hissəsi başqa ərazidə yerləşir. 2001-ci ildə torpaq bölgüsü aparılarkən ona göstərilən torpaq sahəsini istifadə etmiş və ona göstərilən torpaq sahəsində yardımçı bina inşa etmişdir.

8. Qusar Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(029)-535/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpa qşünaslıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2020-ci il tarixli 30572 nömrəli ekspert rəyinə əsasən iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.31 hektardır. Həmin ölçülər hüquq müəyyənedici sənədə uyğun deyil. Torpağın mülkiyyətə verilməsinə dair JN-2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən Qusar rayonunun Hil kəndində yerləşən torpaq sahəsi şərq istiqamətdə (0,06 ha torpaq sahəsi) Orucov Sultalı Nur oğlu, qərb istiqamətində (0,099 ha torpaq sahəsi) X11, cənub istiqamətində isə (30 kv.metr torpaq sahəsi) Cavabdeh2 Mülküm oğlu tərəfindən istifadə olunur. Tədqiq olunan torpaq sahəsində cavabdeh Orucov Sultalı Nur oğlunun fərdi yaşayış evi (146,5 kv.m) tikmişdir.

10. Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilərək, Qusar rayonun Hil kəndi ərazisində yerləşən JN2385 KOD 30111018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçılar İddiaçı2, X3, X4 və mərhum X10 məxsus torpaq sahəsinin şərq istiqamətində 0.06 ha torpaq sahəsindən cavabdeh Orucov Sultalı Nur oğlu, qərb istiqamətində 0.099 ha torpaq sahəsindən cavabdeh X11, cənub istiqamətində isə 30 kv.metr torpaq sahəsindən Cavabdeh2 Mülküm oğlunun çıxarılmaları, həmin torpaq sahələrinin iddiaçılara qaytarılması, cavabdeh Orucov Sultalı Nur oğlunun həmin torpaq sahəsində inşa etdiyi 146.5 kv.metr sahəsi olan fərdi yaşayış evinin Orucov Sultalı Nur oğlunun öz hesabına sökülməsi qət edilmişdir. (hakim Rafiq Kazımov)

11. Birinci instansiya məhkəməsinin mövgeyinə görə mübahisələndirilən torpaq sahəsi iddiaçılara məxsusdur və cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 157.1, 157.2, 157.4, 157.8-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində məhkəmənin iş materiallarındakı ekspert rəyinə əsaslandığını, lakin hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini, rəyin özünün tam olmadığı, torpaq sahəsinin şərq hissəsind ən 0,06 ha ərazinin boşaldılması qətnamədə göstərilsə də, bu ərazinin üçbucaq, dairəvi, ellipis və ya kvadrat, ümumiyyətlə, hansı formada olacağının aydın olmadığını, bununla da məhkəmənin ekspert rəyinə, sübutlara obyektiv hərtərəfli, qiymət verməməsi, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğunu bildirmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2229/2020 nömrəli, 4 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

16. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi və “X18 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçılar İddiaçı2, X5 və X6 cavabdehlər Orucov Sultalı Nur oğluna, Cavabdeh2 Mülküm oğluna və X8 istifadəsində olan to rpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissələrin koordinatları və ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş sxemdə qeyd edilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-58/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. 18. "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli rəyinə əsasən iddiaçılar İddiaçı2, X5 və X4 JN-2385 kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş hissəsi cavabdehlər Orucov Sultalı Nur oğlunun mülkiyyətində olan J N-636 kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunsa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaq sahəsinin müvafiq ölçülərinin və koordinatlarının naturada köçürülməsinə cavabdeh Sultalı Orucov tərəfindən (özünün yazılı ərizəsi əsasında) icazə verilmədiyindən, mütəxəssislər tərəfindən rəyin hazırlanıb verilməsi mümkün olmamışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-c i il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov, Almaz Süleymanova)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək bildirmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı apellyasiya baxışında təmsil etdiyi vəkilinin vəsatəti, o cümlədən məhkəmə kollegiyasının öz təşəbbüsü ilə ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəssis rəyinin alınmasına məhz Cavabdeh1 özü tərəfindən şərait yaradılmamışdır. Buna baxmayaraq, 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında vəkil N.Kərimlinin hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlayaraq bu məsələyə aydınlıq gətirməsi məqsədilə məhkəmə iclasına fasi lə verilməsi barədə vəsatəti təmin edilsə də, sonda cavabdehin razı olmadığını və mülki işin tamamlanmasını xahiş etmişdir. Beləliklə iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, eləcə də iddiaçıların adına olan dövlət aktının ləğvi barədə cavabdeh Sultalı Orucovun iddiası inzibati məhkəmənin aktı ilə mümkün hesab edilmədiyindən, iddiaçıların hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

21. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsini ön plana çəkərək birinci instansiya məhkəməsi tərəfindən istinad olunan hüquq normalarını düzgün hesab etmişdi r. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına geri qaytarılmasını xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-2142/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-7/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin mübahisələndirilən hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

24. Ali Məhkəmənin mövqeyi belə omuşdur: - iddia tələbi iddiaçının mülkiyyət inə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir. - bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər; - baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir; - Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əs ası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; - Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır; - iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir; - apellyasiya instansiyası məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh1 tərəfindən bina inşa edilmişdir. İddiaçı evin inşa edilməsinə razılıq vermədiyini, onun et irazına baxmayaraq cavabdehin evi inşa etdiyini bildirmişir; - bu halda, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tikilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır; - belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərən cam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir; - mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki evin inşa edilməsi zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu halda mülkiyyətçinin evin inşa edilməsinə etiraz edib-etməməsi, tikintinin dayandırılması üçün səlahiyyətli icra hakimiyyəti orqanlarına və ya məhkəməyə müraciət etməməsi sual do ğurur; - bu halı araşdırmaq həm də ona görə zəruri idi ki, cavabdeh evin tikintisinə 2013-cü ildən inşa etməyə başladığını bildirmişdir və iddiaçının torpaq sahəsinin çəpərin içində olması (hasarlanması) və ya digər şəkildə mərzlənməsi görünmür. Əgər mülkiyyətçi onun torpaq sahəsində ev inşa olunmasını bilib inşaat bitənədək olan uzun müddətdə etirazını bildirməmişdirsə, onun hərəkətləri, cavabdehdə iddiaçının həmin torpaqdan arxayın istifadə etməsinə güvən yaradan əməllər kimi qiymətləndirilə bilər; - bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə iddia tələbinin cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara z idd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olub-olmamasını araşdırmamışdr; - dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir; - nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir; - Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır; - beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır; - hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istif adə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı); - baxılan iş üzrə tikintinin inşasına nə vaxt başlanması və hazırkı iddia ərizəsi verilən zaman hansı vəziyyətə gətirilməsi, iddiaçının cavabdeh tərəfindən onun torpaq sahəsində ev inşa etməyə başladığını nə vaxtdan bilməsi, məlumat aldıqdan sonra cavabdehdən tikintini dayandırmanı nə qədər vaxtdan sonra bildirməsi, həmin vaxt tikinti işlərinin hansı mərhələdə olması və s. kimi hallar araşdırılmamışdır; - bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmənin istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi “X18 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyinə əsasən verilmişdir; - həmçinin məhkəmə "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli rəyinə istinad etmişdir; - “X18 və Ekspertiza Mərkəzi” MMC-nin və "xxxx" MMC-nin yerquruluşu üzrə ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin yerquruluşu məsələləri üzrə xüsusi bilik t ələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir; - MPM-nin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-nin 88-ci maddəsində sübutların qiymətləndirilməsi üçün müəyyən olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi barədə qayda, eyni ilə ekspert rəyinin qiymətləndirilməsi üçün də tətbiq edilir; - sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edi r. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır; - bundan başqa, məhkəmə cavabdehin ekspertiza keçirilməsinə mane olmasına istinad etmişdir. Bu xüsusatla bağlı qeyd edilməlidir ki, MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertiza keçirilməsində iştirak etməkdən imtina edirsə, və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etm ir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; - göründüyü kimi, tərəfin ekspertiza keçirilməsində iştirak etməkdən imtina etməsi, hər bir halda ekspertiza təyin edilən faktın, onun hüquqi nəticələrinin təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsi kimi hüquqi nəticə törətmir. Bu halda məhkəmə işin digər hallarına əsasən, ekspertiza təyin edilən faktın hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən fakt ı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; - həmçinin MPM-nin 97.5-ci maddəsinin tətbiq olunması üçün əlavə şərt ondan ibarətdir ki, tərəflər bu nəticələrin mümkünlüyü barədə əvvəlcədən xəbərdar edilməlidir. Çünki MPM-nin 14.1-ci madddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; - iş materiallarından görünür ki, cavabdeh ekspertiza keçirilməsinə mane olmağın hüquqi nəticələri barədə xəbərdar edilməyib; - işə yenidən bax an məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88- ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir; - xüsusilə qeyd edilməlidir ki, MPM-nin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır (MPM-nin 52.4-cü maddəsi); - baxılan işin halları baxımından tərəflərin barışıq yolu ilə işi həll etmələrinə üstünlük verməyə təşviq olunması zəruridir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəflərin barışmaları üçün şərait yaratmış, lakin tərəflər barışığa gəlməmişdir. Buna baxmayaraq, işə yenidən baxan məhkəmə, işin müəyyən olunan nəticələrinə uyğun olaraq tərəflərin mübahisəni barışıq yolu ilə tamamlaması üçün işə yenidən baxılarkən tərəflərlə işin halları müzakirə olunmaqla yanaşı, tərəflərin barışıq əldə etmələri üçün təkliflər verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

25. Təkrar apellyasiya baxışında tikinti-texniki ekspertiz ası təyin edilmişdir.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 10/8795 nömrəli rəyinə əsasən iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.31 hektardır. Həmin ölçülər hüquq müəyyənedici sənədə uyğun deyil. Torpağın mülkiyyətə verilməsinə dair JN-2385 KOD 30111018 saylı Dövlət Aktına əsasən Qusar rayonunun Hil kəndində yerləşən torpaq sahəsi şərq istiqamətdə (0,06 ha torpaq sahəsi) Orucov Sultalı Nur oğlu, qərb istiqamətində (0,099 ha torpaq sahəsi) X11, cənub istiqamətində isə (30 kv.metr torpaq sahəsi) Cavabdeh2 Mülküm oğlu tərəfindən istifadə olunur. Tədqiq olunan torpaq sahəsində cavabdeh Orucov Sultalı Nur oğlunun fərdi yaşayış evi (146,5 kv.m) tikmişdir.

27. Apellyasiya baxışında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil oğlu ə lavə olaraq bildirmişdir ki, tərəflər arasında barışıq olmamışdır. Yenidən məhkəmə-ekspertizası keçirilməsini xahiş edir, vəsatəti də elektron formada məhkəməyə təqdim etmişdir. Hesab edir ki, zəbt olunmuş ərazisinin hansı formada olmasını dəqiqləşdirmək üçün məhkəmə ekspertizası keçirilməlidir. 2013-cü ildə evin tikintisi üçün icazə alınıb. Torpaq sahəsinin hansı formada, oval və yaxud kvadrat formasında zəbt edilməsi göstərilməlidir. Həmçinin, cavabdeh iddia edir ki, yeni elektron xəritələşmə ilə bağlı mübahisəli torpaq sahəsi artıq onun mülkiyyətinə verilmişdir. Eskpert rəyi köhnə mütəxəssis rəyinə əsaslanaraq tərtib olunub, ekspert rəyi ilə razı deyil, qarşı tərəflə barışıq yoxdur. Təmsil etdiyi şəxs torpaq sahəsinin zəbt olunmadığını, ona məxsus olduğunu bildirir.

28. Apellyasiya baxı şında iddiaçı, (eyni zamanda digər İddiaçı1 nümayəndəsi) İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf qohumlarıdır. Barışıq əldə olunması mümkündür. Cavabdehlərdən Cavabdeh2 yarım sot torpağa görə ona 1500 manat pul təklif etmiş, lakin qəbul etməmişdir. Zəbt etdiyini ona bağışlamışdır. Rayonda torpağın sotu 1000 manatdır. Orucov Sultalının oğluna bir neçə dəfə barışıq təkif etmişdir. O da qarşı tərəfin evinin sökülməsini istəmir. Lakin qarşı tərəf razılığa gəlmir. Mübahisəli ev 2017-ci ildə tikilib. Torpağın sərhədlərini bilməmişdir. 2017-ci ilin sonlarında torpaq sahəsinin zəbt olunduğunu öyrənib. Torpağı zəbt edən digər cavabdehlər artıq torpaq sahəsindən çıxıblar. Torpağın təyinatı kənd təsərrüfatlıdır. Hazırda yollar onun torpağından keçir. Yolu bağlayan k imi polisə müraciət edirlər. Qarşı tərəflə razılığın əldə olunmasını və evinin sökülməməsini istəyir, lakin qarşı tərəf razılığa gəlmir. Torpaq sahəsi ona məxsusdur. Torpaq sahəsinin zəbt olunmasını kənd sakinlərinin onun barəsində şikayətindən sonra öyrənmişdir. Belə ki, onlar yol dar olduğu üçün yolun genişlənməsini tələb etmişlər. Ona qədər torpaq sahəsinin zəbt olunmasından xəbərsiz olmuşdur. Zəbt edilmiş torpaq sahəsinin əvəzinə 6000 manat verildiyi təqdirdə, zəbt olunmuş torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçirməyə razıdır. Cavabdeh isə razı olmur.

29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-80/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 13 m art 2020-ci il tarixli, 2(029)-31/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov, Gülnar Cabbarova)

30. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilən hallarına görə JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının birgə mülkiyyətinə 2385 L nömrəli cizgidə 5453,87 kv.m və 2358 nömrəli cizgidə 16242,85 kv.m sahədən ibarət, ümumi sahəsi 2.17 hektar, JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən isə Cavabdeh1 birgə mülkiyyətinə Qusar rayonu Hil kəndi ərazisində, dörd cizgidə yerləşməklə (636 K nömrəli cizgidə 3061,76 kv.m, 636 W nömrəli cizgidə 1326,91 kv.m, 636 A nömrəli cizgidə 1113,38 kv.m və 636 nömrəli cizgidə 4001,22kv.m) 0.95 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçıya məxsus 2385 L nömrəli cizgidə yerləşən 5453,87 kv.m sahədən ibarət torpaq sahəsi cavabdehə məxsus 636 K nömrəli cizgidə yerləşən 3061,76 kv.m sahədən ibarət torpaq sahəsi ilə paralel yerləşməklə, bir torpaq sahəsini digərindən kənd yolu ayırmaqdadır.

31. Mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçının birgə mülkiyyətində olan JN2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında, 2358 L cizgisində yerləşən 5453,87 kv.m torpaq sahəsinin 600 kv.m (0,06 ha) hissəsi cavabdeh Orucov Sultalı Nur oğlu tərəfindən zəbt edimiş, həmçinin həmin zəbt edilmiş hissədə cavabdeh Orucov Sultalı Nur oğlu tərəfindən 146,5 kv.m sahədən ibarət fərdi yaşayış evi tiki lmişdir. Zəbt olunmuş torpaq sahəsinin ölçüsü və konfiqurasiyası mütəxəssis rəyinin plan sxemində göstərimişdir. Bu fakt məhkəmə kollegiyası tərəfindən ekspertizanın keçirilməsi ilə əlaqədar torpaq sahəsinə yerində baxışla, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının plan cizgiləri və “Google Earth” proqramından əldə edilmiş torpaq sahələrinin və fərdi yaşayış edinin peyk görüntüsünün qarşılıqlı təhlili ilə də təsdiq olunmaqdadır. Belə ki, iddiaçıya məxsus JN-2385 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 5453,87 kv.m torpaq sahəsinin 2358 L cizgisindən və iddiaçıya məxsus JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınada qeyd olunan 3061,76 kv.m torpaq sahəsinin 636 K nömrəli cizgisindən görünür ki, həm in torpaq sahələri arasındakı kənd yolu düz xətlə davam etməkdədir. Lakin yerində baxış zamanı müəyyən edilməklə yanaşı, həmçinin “Google Earth” proqramından əldə edilərək iş materiallarında əlavə edilmiş peyk görüntüsündən də göründüyü kimi, cavabdeh özünə məxsus torpaq sahəsinin sərhədlərindən kənara çıxıb, iddiaçıya məxsus kənd təsərrüfatlı torpaq sahəsini zəbt etmiş, zəbt etdiyi torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir ki, cavabdehin bu hərəkətləri həmin torpaq sahələri arasındakı düz xətlə davam edən kənd yolun dəyişməsinə və əyilməsinə səbəb olmuşdur. Hazırda istifadə olunan yol isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, fərdi yaşayış evi sökülmədən, yəni evə gediş-gəliş yolu nəzərə alınmaqla 146,5 kv.m f ərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsi ilə bağlı tərəflər arasında barışığın əldə edilməsi və 0,06 ha torpaq sahəsinin zəbt edilmiş digər hissəsinin iddiaçının sahibliyinə geri qaytarılmasının mümkünlüyü ilə bağlı müvafiq ekspertiza təyin edilsə də, bununla bağlı müvafiq rəy verilməmişdir. Lakin, müvafiq mütəxəssis və ekspertiza rəyi olmadan da həmin halın müəyyən edilməsi qeyri-mümkündür. Belə ki, hazırda iki torpaq sahəsi arasında olan və yol kimi istifadə olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin də iddiaçının faktiki sahibliyinə qaytarılmalı olması nəzərə alındıqda, iddiaçı tərəfindən fərdi yaşayış evi sökülmədən yolun əvvəlki vəziyyətinə qaytarılması halında cavabdehin inşa etdiyi evlə öz mülkiy yətində olan torpaq sahəsi arasındakı əlaqə kəsilir. Yalnız iki torpaq sahəsi arasında olan və yol kimi istifadə olunan torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılması isə kənd yolunun ümumiyyətlə bağlanmasına səbəb olur. Digər tərəfdən isə cavabdeh tərəf istər 0,06 ha torpaq sahəsinin, istərsə də gediş-gəliş yolu nəzərə alınmaqla 146,5 kv.m fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı barışıq təklifinə razılıq verməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırmışdır ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə münasibətdə iddiaçının hərəkətlərində hər hansı bir hüquqdan sui-istifadə halına yol verməsi də müəyyən edilmir. Belə ki, işin mübahisəsiz hallarına əsasən torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaq sahələri olmuşdur. İddiaçı öz torpaq sahəsinin sərhədlərini dəqiq bilmədiyini, mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsindən yalnız ümumi istifadədə olan yolun dar olması və genişləndirilməsi ilə bağlı kənd camaatının tələbləri və şikayətindən sonra məlumatlı olmasını bildirmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaq sahələri olduğundan və adəti üzrə həmin torpaq sahələrinin hasarlanması həyata keçirilmədiyindən torpaq mülkiyyətçilərinin torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən edə bilməməsi mümkün olan haldır.

34. İş materiallarında olan Qusar RİHB Aparatının Mematlıq və Tikinti şöbəsinin 15 aprel 2013-cü il tarixli razılığından görünür ki, JN-636 KOD 30111018 saylı Torpağa mülkiyyət h üququna dair Dövlət Aktınada qeyd olunan 636K cizgisində yerləşən 3061,76 kv.m torpaq sahəsində kənd təsərrüfatlı məhsulların istehsalı üçün yardımçı tikilinin inşasına etiraz edilməmişdir. Lakin cavabdeh Orucov Sultalı Nur oğlu yuxarıda istinad olunan torpaq qanunvericiliyinin tələbini pozaraq, özgəsinin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində 146,5 kv.m sahədən ibarət fərdi yaşayış evi inşa etmişdir. Hərçənd ki, cavabdeh Orucov Sultalı Nur oğlu kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin inşa etdiyi halda ən pis halda öz torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək vəzifəsi daşımışdır.

35. Beləliklə, iddiaçının birgə mülkiyyətində olan 5453,87 kv.m torpaq sahəsinin 600 kv.m hissəsinin cavabdeh Orucov Sultalı Nur oğlu tərəfindən zəbt edilməsi, zəbt edilmiş hissədə cavabdeh Orucov Sultalı Nur oğlu tərəfindən 146,5 kv.m sahədən ibarət fərdi yaşayış evinin tikilməsi və cavabdehin bu hərəkətlərinin torpaq sahələri arasındakı ümumi istifadədə olan kənd yolunun istiqamətinin dəyişməsinə səbəb olması müəyyən edilmişdir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə münasibətdə hüquqdan sui-istifadə halına yol verməmişdir. Bununla yanaşı iddiaçı vicdanlılıq prinsipinə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinin sökülməməsi üçün cavabdeh tərəfindən zəbt edilmiş 0,06 ha torpaq sahəsinə görə 6000 manat müqabilində həmin torpaq sahəsini cavabdehin mülkiyyətinə keçməsinə razı olsa da cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini əsassız olaraq iddia etməklə, iddiaçının bu təklifi ilə razı olmamışdır ki, bununla da inşa etdiyi evin sökülməsi halında düşəcəyi zərərlə bağlı riski özü daşımışdır

36. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası 13, 29-cu, Mülki Məcəllənin 5.3, 152.1, 152.5, 157.2, 157.4, 213.6, 560.1, 560.2.-ci, Torpaq Məcəlləsinin 11, 13, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh1 Nur (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış birinci instansiya məhkəməsi iş materiallarındakı ekspert rəyinə əsaslanmış, lakin həmin rəydə torpaq sahəsinin hansı koordinatlar üzrə zəbt olunduğu görünməməklə həmin rəy tam olmamış, torpaq sahəsinin şərq hissəsindən 0,06 ha ərazinin boşaldılması göstərilsə də bu ərazinin hansı formada olması qətnamədə qeyd olunmamış, nəticədə məhkəmə ekspert rəyinə, sübutlara obyektiv və hərtərəfli qiymət verməməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə ərizə verilməklə iş üzrə əlavə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi xahiş edilmiş və iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlə nməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na müvafiq olaraq tərtib edilmiş TEKUİS-ə əsasən cavabdeh Orucov Sultalı Nur oğlu tərəfindən istifadə edilib edilməməsinin müəyyən edilməsi barədə sualın qoyulması xahiş edilmiş və məhkəmə kollegiyası da düzgün olaraq qeyd olunan sualı ekspert qarşısında qoymuşdur. Lakin iş üzrə verilmiş 28 fevral 2025-ci il tarixli ekspert rəyində qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən həmin suala cavab verilməmiş, buna səbəb kimi Məhkəmə Ekspertiza Mərkəzində torpaq sahələrinə dair baza məlumatlar ının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi və bunun nəticəsində mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarının müqayisə edilməklə tədqiqatın aparılmasının mümkün olmaması göstərilmişdir. Belə olan halda mübahisənin obyektiv həllinin təmin edilməsindən ötrü məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə dair baza məlumatlarının ekspertə təqdim olunması təmin edilməli olduğu halda bunu etməmiş, ekspertin tam olmayan və qoyulmuş bütün suallara cavab verməyən yarımçıq rəyinə əsaslanaraq qeyd olunan qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. (İ) Azərbaycan Respublikas ında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ I.Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üz rə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoyma ğı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 13.

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarı lmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın cavabdeh S. Orucova qarşı təmin edilən hissəsi olub. Bu səbəbdən qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun o laraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlər üzrə iddiaçı tərəfindən hüquqdan suiistifadəyə yol verilib-verilməməsini yoxlayaraq, hüquqdan sui-istifadə halını müəyyən etməmış, Cavabdeh1 torpaq qanunvericiliyinin tələbini pozaraq, özgəsinin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa etməsini müəyyən etmiş, tərəflərin işi barışıqla bitirməsinə şərait yaratmışdır.

49. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, əsasən ekspert rəyinin düzgün olmaması barədə olan bu dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə ekspertiza təyin etmiş, üstəlik yerli baxış da keçirmişdir. Nəticə də həmin dəlillər əsaslı sayılmamışdır.

51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərlə bağlı qiymətləndirməsi ilə razılaşdığı üçün əlavə olaraq onlara qiymət verilməsinə zərurət görmür.

52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-80/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar