Məhkəmə qərarları › İş №2(102)-2489/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2489/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2489/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-332/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti ü zrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı və cavabdeh arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında cavabdeh tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən giriş 1A, mərtəbə 10, mənzil 59-un tikintisi haqqında 21 iyul 2013-cü ildə müqavilə bağlanmışdır; 3. 21 iyul 2013-cü il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləsinə əsasən "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 59 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 112 m2-dir. Mənzilin dəyəri 52640 manatdır. Alıcı hər ay 527 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir.

4. Sumqay ıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1603/2022 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə artıq ödənilmiş 7379 manat və ödənilmiş dövlət rüsumuna görə 26 manat, iddiaçı X7 xeyrinə artıq ödənilmiş 3780 manat və ödənilmiş dövlət rüsumuna görə 14 manat, iddiaçı X1 xeyrinə artıq ödənilmiş 5940 manat pul və ödənilmiş dövlət rüsumuna görə 25 manat tutulması, İddiaçı və X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, istismara qəbul aktı, mərtəbənin plan eskizi və digər sənədlər) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2023 saylı xx.xx.2023-cü il tarixli qətnam əsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki iş baxılmamış saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 7380 manatın və vurulmuş ziyana görə 1476 manatın və dövlət rüsumu kimi ödənilmiş 101 manatının əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında cavabdeh tərəfindən inşa edilən 14 m ərtəbəli binada yerləşən giriş 1A, mərtəbə 10, mənzil 59-un tikintisi haqqında 21 iyul 2013-cü ildə müqavilə bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Lakin cavabdeh ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 115 kv.m göstərilsə də, ona faktiki 96.3 kv.m mənzil verilmişdir (18.7 kv.m az) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1603/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunmuş, ona 7405 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizası bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230 saylı bina nın 1 A girişinin, 10-cu mərtəbəsində yerləşən və İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsi 96.3 kv.metr, ümumi sahəsi (müqavilədə qeyd edildiyi kimi) 115 kv.metr, fərq isə 18.7 kv.metr təşkil edir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnamədən verilən apellyasiya şikayətlərini qismən təmin edərək, qətnaməni ləğv etmişdir. Hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmiş və belə olan halda iddiaçının şərtləşdirilmiş malı əldə etmədiyi üçün daha az ödəniş etmək və artıq etdiyi ödənişi geri almaq hüququ yaranmışdır. Müqavilədə mənzilin sahəsinin 115 kv.m olması qeyd edilsə də, təhvil verilən mənzilin faktiki sahəsi 96.3 kv.m təşkil edir. İddiaçı 45261 manat ödəməli olduğu halda (96.3*470 manat), 52640 manat, yəni 7380 manat artıq ödəmişdir. Bu və saiti isə əsassız olaraq qəbul edib özündə saxlamaqla cavabdeh həmin vəsait hesabına əsassız varlanmış və iddiaçıya ziyan vurmuşdur. İddiaçı ödənişlərini 2019-cu ildə tam bitirmişdir. Həmin ildən başlayaraq 4 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 7380 manat * 5% * 4 il = 1476 manat

8. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olması səbəbindən və iddia müddəti ötürüldüyündən, həm iddianın əsassızlığı ilə həm də iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut kimi iddiaçı Qərənfil Sülemanovaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək onunla müqavilə də nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Əvvəlki məhkəmə işində birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən Qərənfil Süleymanovaya məxsus mənzilin faktiki sahəsi 104,8 kv. metr, ümumi sahəsi isə 118 kv. metr (müqavilədə göstərilən sahə ilə eyni); İddiaçı məxsus mənzilin faktiki sahəsi 96,3 kv metr, ümumi sahəsi 115 kv. metr (müqavilədə göstərilən sahədən də 3 kv. metr artıq) və Mahir Əsgərova məxsus mənzilin faktiki sahəsi 69,4 metr, ü mumi sahəsi 92 kv. metr (müqavilədə göstərilən sahədən də 10 kv. metr artıq) təşkil edir. Rəyin təsviri hissəsinə görə ekspert mənzillərin faktiki sahələrinin hesablamasını Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8- ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Ekspertiza rəyində mənzillərin ümumi sahələrinin müqavilələrə uyğun və hətta artıq olduğu göstərilmişdir. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğu n deyil. Ekspert rəyindən də göründüyü kimi cavabdeh müqavilələrdə göstərilən ümumi sahələri real olaraq iddiaçılara təhvil vermişdir. Məhkəmə iddia müddətinin əvvəlini iddiaçı Qərənfil Süleymanovanın mənzilinə dair çıxarış aldığı 2021-ci ili yanvar ayından hesablasa da, mənzilin onun və digər çıxarış almamış iddiaçılar tərəfindən nə vaxt təhvil alındıqlarına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olubolmadıqlarına, əgər olmamışlarsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçıların istinad etdiyi qüsurla bağlı öz hüquqlarınun pozulduğunu bilməli olubolmamalarına dair hüquqi qiymətləndirmə aparmamışdır. Hazırkı işdə isə birinci instansiya məhkəməsi yuxarıda qeyd edi lən halları nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. İddiaçı 2015-ci ildə mənzilinin təmirə başlayıb, həmin il də mənzilə köçmüşdür. İşdən də göründüyü kimi Qərənfil Sülemanovadan başqa digər 2 iddiaçı dövlət reystrindən çıxarış almamış, yalnız qonşuları çıxarış alarkən və onun mənzili reyestr xidmətinin əməkdaşları tərəfindən ölçülərkən, guya onlar da həmin mütəxəssisləri dəvət edərək, mənzillərini ölçdürmüşlər. Halbuki, iddiaçılar mənzilləri təhvil alarkən və təmirə başlayarkən mənzillərini ölçməli v ə müqavilə predmeti olan mənzilin ölçülərində qüsur olduğu halda bunu podratçı olan iddiaçıya bildirməli idilər. Bunun əvəzində isə iddiaçılar mənzilləri qəbul etmiş, onları təmir etdirmiş və uzun illər ərzində bu mənzillərdə yaşayaraq, mənzilləri real ölçülərini bilə-bilə iddiaçıya ödənişlər də etmişlər. İddiaçıların özlərinin və nümayəndlərinin bildirdiklərinə görə 7-9 il bundan öncə mənzilləri təhvil almışlar. Bu müddət ərzində iddiaçılar mənzilləri ölçmək və ya ölçdürmək iqtidarında olmuşlar və əldə etdikləri mənzilin dəqiq sahəsi ilə maraqlanmalı idilər. Mənzillərin hamısı təmir edilmişdir. Təmir zamanı isə aydın məsələdir ki, ödənişlər hər kv.metrə uyğun aparılır. Belə olan halda iddiaçılar podrat müqavilələri üzrə qəbul etdikləri əmlakın ölçülərini aydınlaşdırmalı və bu zaman da h üquqlarının pozulub-pozulmadığını bilməli idilər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən: 1-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və X4 məxsus 3 nömrəli mənzilin faktiki sahəsinin 104,8 kv.metr, X6 məxsus 7 nömrəli mənzilin faktiki sahəsinin 84,7 kv.metr, X5 məxsus 45 nömrəli mənzilin faktiki sahəsinin 101,5 kv.metr, X10 məxsus 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 kv.metr, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsinin 96,3 kv.metr və X2 məxsus 70 nömrəli mənzilin faktiki sahəsinin 8 3,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) “Şərq’’ MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən və X4 məxsus 3 nömrəli mənzilin ümumi sahəsi 118.0 kv.metr, X6 məxsus 7 nömrəli mənzilin ümumi sahəsi 107.0 kv.metr, 8-ci mərtəbəsində yerləşən və X5 məxsus 45 nömrəli mənzilin ümumi sahəsi 119;0; kv.metr, 10-cu mərtəbəsində yerləşən və X10 məxsus 57 nömrəli mənzilin ümumi sahəsi 92,0 kv.metr, 10-cu mərtəbədə yerləşən və İddiaçı məxsus 59 nömrəli mənzilin ümumi sahəsi 115,0 kv.metr, 11 -ci mərtəbəsində yerləşən və X3 məxsus 70 nömrəli mənzilin ümumi sahəsi 107,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual ü zrə üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və X4 məxsus 3 nömrəli mənzilin faktiki sahəsi (104,8 m2 ) ilə ümumi sahəsi (118,0 m2 ) arasında 13,2 m2, X6 məxsus 7 nömrəli mənzilin faktiki sahəsi (84,7 m2 ) ilə ümumi sahəsi (107,0 m2 ) arasında 22,3 m2, X5 məxsus 45 nömrəli mənzilin faktiki sahəsi (101,5 m2 ) ilə ümumi sahəsi (119,0 m2 ) arasında 17,5 m2, X10 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi (69,4 m2 ) ilə ümumi sahəsi (92,0 m2 ) arasında 22,6 m2, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsi (96,3 m2 ) ilə ümumi sahəsi (115,0 m2 ) arasında 18,7 m2, X2 məxsus 70 nömrəli mənzilin faktiki sahəsi (84.7 m2 ) ilə ümum i sahəsi (107.0 m2 ) arasında 22.3 m2 fərq olduğu müəyyən edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(060)-5126/2023 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia təmin olunmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mənzilin (icranın) qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən qəbul etmiş bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2013-cü il olmuşdur. Belə ki, məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı mənzilin 2013-cü ildə onun sahibliyinə verildiyini və elə 2013-cü ildən həmin mənzildə yaşadığını bildirmişdir. Məhkəməyə isə iddianı ilk dəfə 2022-cü ildə verməklə qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətlərini ötürmüşdür.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mü lki Məcəlləsinin 372.1, 372.2, 377.1, 377.2, 441.1-441.4, 752.1, 752.2, 759.1, 762.2, 762.3, 763.1, 770, 772.1, 773, 776.1, 776.2, Mülki Prosessual Məcəlləsinin 3.1, 9.3, 77.1, 78.1, 217.2, 217.5, Mənzil Məcəlləsinin 12.2, 12.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində onunla əsaslandırmışdır ki, mübahisə kooperativ mənzil tikintisi haqqında müqavilə üzrə kooperativin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsi ilə bağlıdır. İlkin görünüşdə podrat sifarişinin elementləri olsa da, hesab etmişdir ki, bu mübahisəyə podrat münasibətlərini tənzimləyən normalar deyil, k ooperativə üzvlük, ona əmlak payı qoyulması və onun ümumi mülkiyyətdəki payı ilə bağlı normalar tədbiq edilməli idi. Mülki Məcəllənin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanu nla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 110-1.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının ma raqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. Mübahisəli mənzilə dair bağlanmış müqavilədən də göründüyü kimi, o, podrat müqaviləsi deyil, kooperativə üzv olma və mənzil payı almaqla bağlı müqavilədir. Hesab etmişdir ki, məhkəmə iddia müddəti ilə bağlı normaları yalnış tətbiq edib. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı müqavilə podrat müqaviləsi olmadığı üçün, burada 1 illik deyil, 6 illik iddia müddəti əsas götürülməli idi. Məhkəmədə iddia müddətinin tətbiqi ilə bağlı araşdırma zamanı bildirmişdir ki, mübahisəli mənzili 2013-cü ildə qəbul etsə də, onun yerləşdiyi bina yalnız 2019-cu ildə istismara qəbul edilmiş və yalnız bundan sonra həmin mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyatına başlanılmışdır. Qeydiyyat idarəsinin mütəxəsisslərinin ölçmə işlərindən sonra bəlli olmuşdur ki, mənzillərin sahələrində əksiklik var. 2021-ci ildə 6 mənzil sahibinin birgə sifarişi əsasında mütəxəssis dəvət olunmuş, ölçmə işlərindən sonra 6 mənzilin hər birində sahə əksikliyi aşkar olunmuşdur. Əslində, binanın 2019-cu ildə istismara verilməsi faktı işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddiaçının hüququnun po zulduğunu bildiyi anı 2013-cü illə əlaqələndirsə də, bununla bağlı konkret sübuta istinad etməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(105)-332/2024 nömrəli qətnaməsi ilə (hakimlər A.Süleymanova - sədrlik edən və məruzəçi, G.Cabbarova və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Kollegiya araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, Mərtəbə 10, mənzil 59-un tikintisi haqqında 21 iyul 2013-cü ildə müqavilə bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən icra edilərək mənzil 2013-cü il tarixdə iddiaçıya təhvil verilmiş və sonuncu tərəfindən təmir işləri görülmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verilmədiyini iddia edir və araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

18. Birinci instansiya məhkəməsi iddianı ona görə təmin etməmişdir ki, tərə flər arasında bağlanılmış müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. İddiaçı mənzilin (icranın) qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən qəbul etmiş bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2013-cü il olmuşdur. Belə ki, məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı mənzilin 2013-cü ildə onun sahibliyinə verildiyini və elə 2013-cü ildən həmin mənzildə yaşadığını bildirmişdir. Məhkəməyə isə iddianı ilk dəfə 2022-cü ildə verməklə qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətlərini ötürmüşdür.

19. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 377.1, 385.1, 386.1, 752.2, 759.1, 762.2, 762.3, 763.1, 770, 772.1, 773, 776.1, 776.2, Mülki Prosessual Məcəlləsinin 372.2, 372.6, 372.7, 384.0.1, 402.1 maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” –nın 1.1, 1.2, 3.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia müddəti ilə bağlı normaları yalnış tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlımüqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı müqavilə podrat müqaviləsi olmadığı üçün burada 1 illik deyil, 6 illik iddia müddəti əsas götürülməli idi. Məhkəmə mübahisəli mənzilin 2015-ci ildə təhvil verildiyi qənaətinə gəlsə də, iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

30. Maddə

773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

31. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2013-cü il olmuşdur. İddiaçı mənzilin 2013-cü ildə onun sahibliyinə verildiyini və həmin ildən mənzildə yaşadığını bildirmiş, lakin iddianı ilk dəfə 2022-cü ildə verməklə podrat münasibətləri üzrə idd ia müddətini ötürmüşdür. Cavabdeh tərəf iddia müddətin tətbiqi haqqında ərizə vermişdir. Belə olan halda iddia rədd edilməlidir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayət i təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-332/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar