Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-249/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)238/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıl arı müəyyən etdi: İşin halları:
1. Sadə yazılı formada tərtib olunan qəbzə əsasən Cavabdeh tanışı İddiaçı 21 may 2021-ci il tarixdə borc olaraq 10.000 manat pul almış və həmin borcu 2021-ci ilin iyun ayının sonunda qaytarmağına öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat əsas borcun, 100 manat hüquqi xidmətə görə, 121 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə, cəmi 10.224 manat pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2021-ci ilin may ayında iddiaçıya müraciət edib pula eht iyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. 21 may 2021ci il tarixdə Ramilə cəmi 10.000 manat pul borc vermişdir. Cavabdeh borcu 2021-ci ilin iyun ayının sonunda iddiaçıya qaytarmalı idi. Cavabdeh bu barədə öz xətti ilə qəbz yazıb iddiaçıya vermişdir. Lakin vaxt keçməsinə baxmayaraq borc qaytarılmamışdır. Cavabdeh iddiaçıdan gizlənir, telefon zənglərinə cavab vermir və borcun qaytarılmasından boyun qaçırır. Hüquqi xidmət məqsədi ilə "xxxx" MMC-yə müraciət etmiş və 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa, məhkəmədə iddia qaldırmaq üçün 121 manat və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də iddiaçıdan tutulub ona ödənilməlidir.
4. Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(033)-527/2023 nömrəli qətna məsi ilə (hakim T.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh 10.000 manat məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 100 manat xidmət haqqı, 121 manat dövlət rüsumu, 3 manat notariat hərəkətlərinə görə çəkilmiş xərclər olmaqla, cəmi 10.224 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu Cavabdeh yazılı borc müqaviləsinə (qəbzə) əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək qəbzi təqdim etməklə Cavabdeh ondan 10.000 manat pulu götürdüyünü sübut etmiş və cavabdeh həmin sübutları təkzib etmək üçün mötəbər sübutlar təqdim etməmişdir.
6. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 100 manat xidmət haqqının, cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutur.
7. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumu və 3 manat notariat hərəkətlərinə görə çəkilmiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 739.1, 739.2, 740.1, 740.2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 121.1, 21 7.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi sadə yazılı formada qəbzdəki imzanın ona məxsus olub-olmaması araşdırmamışdır. Cavabdeh iddiaçıdan sələmə 2900 manat borc götürmüş və həmin borcun 2000 manatını bank vasitəsi ilə qaytarmışdır. Yerdə qalan, 900 manat borca isə iddiaçı 290 manat faiz gəlmiş və cavabdeh ümumilikdə 1190 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan faktı təsdiq edəcək səs yazıları da mövcuddur. İddiaç ı “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi həmin səs yazısında onun iddiaçıya 1190 manat borcunun olduğunu bildirir.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən, mülki işin 10-cu vərəqində, əsli isə 20-ci vərəqində olan Cavabdeh adından olan borc qəbzində “Ramazanov.R.Q” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
12. İş apellyasiya icraatında olduğu dövrdə, 30 dekabr 2023-ci il tarixdə İddiaçı vəfat etmiş və anası X1 iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)-238/2024 nömrəli qətnaməsi ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidovdan və E.Mehdiyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(033)-527/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı 21 may 2021-ci il tarixdə 10000 manat məbləğində borc pul almışdır. Bu hal cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək imzalanmış qəbzlə də öz təsdiqini tapmışdır. Cavabdeh 10000 manat borcu 2021-ci ilin iyun ayının sonuna qaytarmağı vəd etmişdir. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır.
15. İddiaçının məhkəməyə təqdim etdiyi sadə yazılı formada qəbzdəki imzanın cavabdehə məxsus olub-olmamasının araşdırılmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, ekspert rəyi ilə mülki işdə olan Cavabdeh adından olan borc qəbzində “Ramazanov.R.Q” sözünün qarşısındakı imzanın - Cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
16. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İddiaçı sələmə 2900 manat borc götürməsi və həmin borcun 2000 manatını bank vasitəsi ilə ona göndərilməsi, yerdə qalan 900 manat borca isə iddiaçının 290 manat faiz gəlməsi və o da ümumilikdə 1190 manat pulu ödəməyi öhdəsinə götürməsi, qeyd olunan faktı təsdiq edəcək səs yazılarının da mövcud olması, iddiaçının “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi həmin səs yazısında onun iddiaçıya 1190 manat borcunun olduğunu bildirməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
17. Belə ki, cavabdeh 11 yanvar 2024-cü il tarixdə məhkəməyə səs yazıları olan disk təqdim etmiş, məhkəmə kollegiyası həmin yazılı sübutu məhkəmə iclasında müzakirə etmiş və sübut kimi qəbul etməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutun qəbuledilməz olmasını onunla əsaslandırmışdır ki, həmin sübut birinci instansiy a məhkəməsinə təqdim edilməmiş, cavabdeh tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir.
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf yazılı sübutu təqdim edə bilməməsinin səbəbi kimi birinci instansiya məhkəməsinin ona məlumat verməməsi ilə əsaslandırmışdır. İş materiallarının 52-ci vərəqində olan SMS xəbərdarlıqdan görünür ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən Cavabdeh məxsus ***-***-**-** mobil nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmişdir.
19. Apellyasiya kollegiyası cavabdehin sübutu təqdim edə bilməməsinin bu əsaslandırması ilə razılaşmamış və hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş yazılı sübutun üzrlü səbəbdən təqdim edə bilməməsini əsaslandıra bilmədiyindən həmin yazılı sübut apellyasiya mərhələsində qəbul edilə bilməz.
20. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, diskdə olan səs yazısının məhz iddiaçıya aid olduğuna dair cavabdeh tərəfindən əlavə əsaslandırma aparılmamış və hər hansı sübut növü təqdim etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 529.3, 529.6, 529.7, 739.1, 739.2, 740.1, 740.2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)-238/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdr ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.1, 76, 82.3, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh hərbi xidmətdə olduğu üçün birinci instansiya məhkəməsində keçirilən məhkəmə proseslərində iştirak edə və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halını araşdırmamış, iddiaçının səs yazısını nəyə görə birinci instansiya məhkəməsində yox, apellyasiya instansiya məhkəməsinə təqdim olunmasının üzürlü əsaslarını müəyyən etməmiş və iddiaçının səs yazılarının əks olunduğu, iş üçün mühüm əhəmiyyət kəsb edən elektron daşıyıcıdakı məlumatları tədqiq etməmişdir. Qeyd olunan səs yazılarından açıq-aşkar müəyyən olunur ki, cavabdehin iddiaçıya ödəməli olduğu qalıq borc ümumilikdə 1190 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsi cavabdehin təqdim etdiyi səs yazısının tədqiqindən imtina etsə də, qəbzdəki imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən etmək məqsədi ilə ekspertiza təyin etmişdir. Hansı ki, həmin məntiqlə apellyasiya məhkəməsi ekspertiza da təyin etməməli idi.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə etiraz ve rilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etm əklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425. 1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübah isəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi i zahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə təsdiq edildiyi halda, həmin pulun qaytarılması və ya qəbzdə göstərilən məbləğdən fərqli vəsaitin cavabdehə verilməsi sübut edilməmişdir.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Kassasiya şikayətinin dəlilləri cavabdehin təqdim etdiyi yeni sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməməsi ilə bağlıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən bu zaman prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
36. Belə ki, cavabdeh in birinci instansiya məhkəməsindəki icraat barəsində məlumatlı olması mübahisə mövzusu deyildir. Lakin, cavabdeh hərbi qulluqçu olması səbəbi ilə məhkəmədə iştirak edə bilməməsinə istinad etsə də, məhkəmə iclaslarının təxirə salınması barədə vəsatətlər verməmiş, hazırda qeyd etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etməmiş, ən azı onların mövcudluğu barədə məlumat verməmişdir.
37. Odur ki, bununla apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə riayət olunmuşdur.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında xüsusilə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2- ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icra atı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.... Apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı qaydalarını dəyişdirmək, tərəfləri ədalətli məhkəmə araşdırılması hüququndan və ya məhkəmə müdafiə təminatlarından məhrum etmək, məhkəmələrin ədalət mühakiməsini həyata keçirmək təyinatını məhz qanun əsasında həyata keçirməsini şübhə altına qoymaq hüququ yoxdur. Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının qaydal arı üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar. Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin hüquqlarının pozulması ilə nəticələnə bilər.
39. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin məntiqi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirməli olmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmaq məqsədi ilə ekspertiza təyin etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ekspert rəyi ilə cavabdehin apellyasiya şikayətinin bu dəlilinin həqiqətə uyğun olmayan (yalan) olması müəyyən olunmuşdur.
40. O na görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)-238/2024 nömrəli qətnaməsi dəyişdirilm ədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.