Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2490/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh 1 Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(104)-3614/2019 nömrəli qətnaməsindən İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, cavabdeh 1 Cavabdeh2 sonuncunun verdiyi saxta etibarnaməyə görə ondan alınmış 16000 ABŞ dollarının və 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1765/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Axundov) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3614/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməyərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1765/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəfiqə Əliyeva (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Ədil Məmmədov) İddiaçı1 və vəkili Vəkil kass asiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmiş, sübutlara düzgün qiiymət verməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını m ümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin faktiki əsası kimi ona istinad edib ki, 1 Cavabdeh2 verdiyi saxta sənədə görə X1 ona 11800 manata, yəni o vaxtkı kursla 16000 ABŞ dollarına avtomobil satmış və xx.xx.2011 -ci il tarixli xxx seriyalı xxx nömrəli saxta etibarnamə ilə onun pulunu ələ keçirilmişdir. Bütün bunlar 2 saylı notariat kontorunun notarius unun təqsirindən, saxta etibarnamə verməsindən olmuşdur. Onun 16000 ABŞ dolların cavabdeh mənimsəmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddəllərinə istinad edib. Qətnamədən görünür ki, iş materiallarına əsasən apelyasiya instansiyası məhkəməsi 1 Cavabdeh2 xx xxxx 2011-ci il tarixli xxx seriyalı xxx nömrəli etibarnaməni saxtalaşdırılması məsələsinin qanuni qüvvəsini almış hökm, qərar və qətnamə ilə təkzib olunmasını, əksinə, hazırda qüvvədə olan Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(045)-25/2014 saylı qətnaməsi ilə iddiaçı tərəfindən iddia olunan 16000 (on altı min) ABŞ dollarının onun xeyrinə x tutulmasının qət edilməsini, bununla da, Cavabdeh2 əməllərində heç bir qanuna zidd hərəkətlərin olmaması, bu səbəbdən də iddiaçıya ca vabdeh tərəfindən maddi və mənəvi ziyanın vurulmamasını müəyyən edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.2, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 82.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq istinad etdiyi maddi hüquq normalarını düzgün təfsir etmişdir. Belə ki, iddia tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsi barədə olub, delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı özü də tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrini göstərib. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquq la və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələr o hallarda tətbiq edilə bilər ki, cavabdeh hüquq pozuntusu (delikt) törətsin, bunun nəticəsində iddiaçıya zərər dəysin və vurul muş zərərlə delikt arasında səbəbli əlaqə olsun. Başqa sözlə, iddia tələbinin təmin olunması üçün Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozitiv şərtləri mövcud olmalı, bu halı da iddiaçı sübut etməli idi. Hazırki işdə isə nəinki delikt nəticəsində iddiaçıya zərər dəyməsi və vurulmuş zərərlə delikt arasında səbəbli əlaqə olması, hətta cavabdehin hər hansı hüquq pozuntusu törətməsi halı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü və qətnaməsinə əsasən müəyyən etmişdir ki, cavabdehin hər hansı qanunsuz əməldə, yəni saxta etibarnamə verilməsində təqsiri yoxdur, həmçinin hazırki iddiada iddiaçının dəymiş zərərə görə cavabdeh notariusdan tələb etdiy i 16000 ABŞ dolları pul Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2014-cü il tarixli, 2(045)-25/2014 saylı qətnaməsi ilə artıq xxx iddiaçının xeyrinə tutulub. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları iddia tələbinin təmin olunmasına münasibətdə mübahisəyə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin tətbiqini istisna edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bununla da müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-3614/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2490/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2490/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver