Məhkəmə qərarları › İş №2(102)-2493/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2493/2024

03.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2493/2024 03.07.2024 ALİ MƏHKƏMƏ AAAAZ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDAD (Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(105)-343/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 05 mart 2024-cü il tarixli, 2(105)-343/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, cavabdeh “Azərkimya” İstehsalat Birliyi Azərbaycan Respublikası MPM-nin 74-cü maddəsinə uyğun olaraq işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri həyata keçirmək, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi ilə bağlı səlahiyyətlərini 31 dekabr 2024-cü il tarixədək qüvvədə olmaqla "xxxx" MMC-nə həvalə etmiş, sonuncu isə eyni müddətə qüvvədə olmaqla 17 yanvar 2024-cü il tarixli etibarnamə ilə bütün səlahiyyətlərini “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil etibar etmişdir. Azərbaycan Respublikası MPM-in 69.2-ci maddəsinin tələblərinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edirlər. İşdən görünür ki, cavabdeh “Azərkimya” İstehsalat Birliyi tərəfindən bilavasitə Vəkil məhkəmə aktlarından şikayət verilməsi ilə bağlı səlahiyyətləri özündə ehtiva edən etibarnamə verilməyib, yəni cavabdeh “Azərkimya” İstehsalat Birliyi tərəfində n 17 yanvar 2024-cü il tarixli etibarnamə "xxxx"MMC-nə verilib. Halbuki, sözügedən normanın mənasına görə vəkil, hüquqi şəxsi o, halda nümayəndə kimi təmsil edə, məhkəmə aktından şikayət verə və onu imzalaya bilər ki, hüquqi şəxs müvafiq qaydada ona etibarnamə ilə belə səlahiyyətlər vermiş olsun. Göründüyü kimi cavabdeh “Azərkimya” İstehsalat Birliyi sözügedən etibarnamə ilə məhkəmə aktından şikayət vermək və onu imzalamaq hüququnu “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil deyil, "xxxx" MMC-nə etibar etmişdir. Belə olan halda Vəkil nümayəndə kimi cavabdeh “Azərkimya” İstehsalat Birliyinin adından kassasiya şikayəti vermək və onu imzalamaq hüququ olmamışdır və qanunun tələbinə görə kassasiya şikayəti Vəkil ilə yanaşı, "xxxx" MMC-nin qanuni təmsilsiçi tərəfindən də imzalanm alı idi. Daha sonra işdə, cavabdeh “Azərkimya” İstehsalat Birliyi ilə "xxxx" MMC-ti və “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun hüquqi bağlılığını özündə ehtiva edən heç bir sənəd yoxdur və Vəkil cavabdeh “Azərkimya” İstehsalat Birliyinin işçisi deyil. Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddəsində göstərilir ki, kassasiya şikayəti imzalanmamışdırsa, yaxud hüququ olmayan...şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cava b verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, cavabdeh “Azərkimya” İstehsalat Birliyinin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 4041.2, 408.1.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Sumqa yıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli, 2(105)-343/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar