Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2495/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və Cavabdeh3ə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2495/21 (Açar sözlər: işə bərpa və əmək haqqı) Bakı şəhəri, xxx-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X4 oğlunun və Cavabdeh3 vəkili Vnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2475/2020 nömrəli iş üzrə xxx-ci il tari xli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xxx-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və Cavabdeh3ə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3də ibtidai siniflə təmin olunması və 16 sentyabr 2019-cu il tarixdən işə bərpa olunacağı tarixədək ibtidai sinif müəlliminin əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini ibtidai təhsilin pedaqogikası və met odikası ixtisası üzrə bitirmişdir. Cavabdeh2 11.09.2014-cü il tarixli, 97 saylı əmri ilə 15.09.2014-cü il tarixdən Cavabdeh3ə ixtisası üzrə müəllim götürülmüş, onunla 13.09.2014-cü il tarixli, 2SGYVT000201 saylı müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin dövrdən hal-hazıra kimi orada ixtisası üzrə müəllim işləmişdir. Lakin bu ilin sentyabr ayında məktəb direktoru X3 bildirmişdir ki, ona ibtidai sinif verilməyəcək. Bundan sonra ona cəmi 6 saat dərs verilmişdir. Məktəb direktoru bunu onunla izah etmişdir ki, guya o, 2014-cü ildə məktəbə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmədən işə qəbul edilmişdir. Halbuki işə qəbul edilərkən müvafiq əmr verilmiş və sonradan işə qəbul üzrə müsabiqədə iştirak edərək 46,2033 bal toplamışdır. Həmçinin 22.11.2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək, 50 bal toplayaraq 83,33% nəticə göstərmişdir. Müvafiq ixtisasartırma kurslarında, təlimlərdə və formlarda iştirak edərək sertifikatlar almışdır. Lakin məktəb direktoru əsassız olaraq qeyd olunan hallara qiymət vermədən ona sinif verməkdən imtina etmiş, ondan aşağı bal yığan müəllimləri isə siniflə təmin etmişdir. O, işə qəbul olunarkən əmək müqaviləsində ibtidai sinif müəllimi kimi qeyd olunmuşdur. Deməli həmin işlə də təmin olunmalıdır. Onun razılığı alınmadan başqa işə keçirilməsi qanunsuz haldır. Göstərilən məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx-ci il tarixli, 2(027)-371/2020 s aylı qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia tələbi təmin edilərək, İddiaçı Quba şəhər tam orta məktəbində əvvəlki işinə bərpa edilməsi və onun ibtidai siniflə təmin olunması, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Dövlət Pedoqoji Universitetin ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsi almış, 13.09.2014-cü ildə Cavabdeh2 11.09.2014-cü il tarixli, 97 saylı əmri ilə Cavabdeh3ə ixtisası üzrə ibtidai sinif müəllimi işinə qəbul edilmiş, müqavilə müddətsiz bağlanmışdır. Bu müddət ərzində o, müvafiq ixtisasartırma kurslarında, təlimlərdə və formlarda iştirak etmiş, diaqnostik qiymətləndirmədən yüksək nəticə əldə etmişdir. Sonradan məktəbin direktoru tərəfindən, iddiaçının MİQ imtahanından keçməyərək, qeyri-qanuni yolla, ehtiyac olmadığı halda Cavabdeh3ə müəllimi təyin edilməsi əsas gətirilərək, faktiki olaraq əmək müqaviləsinə dəyişiklik edilərək, onu öz razılığı olmadan ibtidai sinif müəllimliyindən başqa işə keçirmişlər. Bu zaman onun əmək haqqında ciddi fərq (azalma) olmuş və iradəsinin əleyhinə müqavilədə nəzərdə tutulmayan işə cəlb edilmişdir. Cavabdeh tərəf rəsmi qaydada məhkəmə iclasında iştirak etməyərək, qeyd olunan halları əsaslandıracaq dəlillərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, İddiaçı əmək funksiyasının dəyişdirilməsinə əsas olmuş əmr (sərəncam, qərar) ümumiyyətlə mövcud olmadığından və həmin proses qeyri-rəsmi qaydada aparıldığından onun işinin bu form ada dəyişdirilməsi əsassız hesab olunmalıdır. Göründüyü kimi iddiaçı əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Onun ləğvi, etibarsız hesab edilməsi və ya dəyişdirilməsi barədə hər-hansı bir əsaslandırılmış əmr (sərəncam, qərar) mövcud deyildir. Həmçinin hazırki əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hərhansı bir vəzifəli şəxsin əmri, göstərişi və ya tapşırığı həmin qanunvericiliyə uyğun olmalıdır. İşçinin işdən azad edilməsi və ya onun əmək funksiyalarının dəyişdirilməsi daxili təlimatla deyil, qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan proseslər rəsmi şəkildə aparılmalı və buna əsas olan müvafiq maddənin normaları göstərilməlidir. İddiaçı işə hansı qaydada götürülməsindən asılı olmayaraq, ali pedoqoji təhsil almış, bu müddət ərzində hətta diaqnostik qiymətləndirmədə n keçərək yüksək nəticə əldə etmiş, Təhsil Nazirliyinin xətti ilə müvafiq ixtisasartırma kurslarından keçmişdir. Həmçinin qeyd olunan dəyişiklikdən sonra onun əmək haqqında azalmağa doğru ciddi fərq yaranmışdır. Lakin bununla əlaqədar (əmək funksiyasının dəyişməsi və əmək haqqının azaldılması) iddiaçıya əvvəlcədən heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hesab edilsə belə iddiaçı əsassız şəkildə işə qəbul edilmişdir, belə olan halda bağlanmış müqavilənin əsaslı və ya əsassız olduğu iddia müddəti nəzərə alınmaqla mübahisələndirilə bilərdi. Daxili təlimat deyil, əmək qanunvericiliyi yol verdiyi halda əsassız işə qəbul edilmiş şəxs işdən azad edilməli idi. Qanunvericilik əsassız işə götürülmüş şəxsin iş yerinin, əmək funksiyalarının və sair halların dəyişdirilməs ini nəzərdə tutmamışdır. Lakin cavabdeh tərəf öz mülahizəsinə görə, qanuna əsaslanmadan, təkbaşına qərar verərək, bu hərəkətləri ilə əsassız şəkildə iddiaçının əmək hüquqlarını pozmuşdur. Həmçinin cavabdeh tərəf əgər hesab edirsə ki, iddiaçının işə qəbul edilməsi əsassız şəkildə baş vermişdir və o, müsabiqədən kənar qaydada bunu etmişdir, bu halda hansı əsasla əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Cavabdeh2 nümayəndəsi - işəgötürən X1 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cavabdeh tərəfin bu hərəkəti İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin etibarlılığını təsdiq edir. Cavabdeh tərəf həmin vaxt qəbul etmişdir ki, tərəflər arasında olan müqaviləni tanıyır və onun elektron inform asiya sistemində qeydiyyata alınmasına etiraz etmir. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6, 57.3, 82, 292-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh3 qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadəsədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xxx-ci il tarixli, 2(105)2475/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-371/2020 saylı, xxx-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3də əvvəlki işinə bərpa edilməsi, ibtidai siniflə təmin olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsini bildirmişdir. Lakin iş materiallarında iddiaçı tərəfindən belə bir iddianın dəqiqləşdirilməsi barədə iddia ərizəsi mövcud olmamışdır. Bundan başqa məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı halhazıradək Quba şəhər 6 saylı orta məktəbdə işləyir, heç bir vaxt işdən azad edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dərs yükü bölüşdürülərkən mövc ud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında heç bir əmək müqaviləsində dəyişiklər baş verməmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4 oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkə n işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normallarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Onun əmək funksiyasının dəyişdirilməsinə əsas olmuş əmr (sərəncam, qərar) ümumiyyətlə mövcud olmadığından və həmin proses qeyri-rəsmi qaydada aparıldığından işinin tələbində göstərdiyi formada dəyişdirilməsi əmək qanunvericiliyinə zidd və əsassız hesab olunmalıdır. O, əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Müqavilənin ləğvi, etibarsız hesab edilməsi və ya dəyişdirilməsi barədə hər hansı bir əsaslandırılmış əmr (sərəncam, qərar) mövcud deyildir. Hazırki əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hər hansı vəzifəli şəxsin əmri, göstərişi və ya tapşırığı həmin qanunvericiliyə uyğun olmalı, işçinin işdən azad edilməsi və ya onun əmək funksiyalarının dəyişdirilməsi daxili təlimatla deyil, qanunvericiliklə tənzimlənməlidir. Bundan başqa, o, məhkəmə gedişatında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instnasiya məhkəməsi həmin ərizəsinə uyğun formada iddia tələbini təmin etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək göstərmişdir ki, iş materiallarında iddianın dəqiqləşdirilməsi barədə ərizə olmamış, həmçinin o, hazırda 6 saylı orta məktəbdə işləyir və işdən azad edilməmişdir. O, iddianın dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmiş, ərizənin işə əlavə edilib-edilməməsi barədə qətnaməni əldə etdikdən sonra məlumatlı olmuşdur. Belə bir tələb olsa idi, həmin ərizəni apelyasiya məhkəməsinə təqdim edə bilərdi. O, iddia ərizəsi ndə işdən azad edilməsini göstərməmişdir. Mübahisə faktiki olaraq onun razılığı alınmadan əmək funksiyalarının dəyişdirilməsindən, əmək müqaviləsində qeyd olunan işdən başqa işə keçirilməsindən və bunun nəticəsində əmək haqqında azalmağa doğru kəskin fərqin yaranmasından əmələ gəlmişdir. Birinci instansiya məhkəməsi də bu məsələni əsaslandırarkən göstərmişdir ki, bu proseslərə əsas olmuş əmr (sərəncam, qərar) ümumiyyətlə mövcud deyildir. Proses işə götürən qurumun qeyri-rəsmi üslubda apardığı işin nəticəsidir. O, məhkəmədən əvvəlki işinə bərpa edilməsini, yəni keçirilməsini və ya qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məktəb direktoru iştirak etsə də, qeyd olunan halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qətnaməsini on unla əsaslandırmışdır ki, dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Məhkəmə yuxarıda göstərdiyi halları qiymətləndirmədən, yəni mövcud əmək qanunvericiliyinin tələblərinin pozulmasını, onun diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri təhlil etmədən məsələyə səthi yanaşmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Quba şəhər Təhsil Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X4 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili V kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edili r. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı hal-hazıradək Quba şəhər 6 saylı orta məktəbdə işləyir, heç bir vaxt işdən azad edilməmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsində hər hansı dəyişiklik edilməmişdir. Hazırki kasasiya şikayətində də iddiaçı qeyd olunan xüsusatları etiraf etmiş, onun əmək müqaviləsində qeyri-rəsmi dəyişiklik edilməsini bildirmişdir. Lakin o, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə dair dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı bu barədə ərizəsinni surətini kasasiya şikayətin ə əlavə etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həmin ərizə iş materiallarında mövcud olmamış, ona görə də bu barədə apelyasiya kollegiyası düzgün hüquqi mövqeydə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2475/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.