Məhkəmə qərarları › İş №2(102)-2495/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2495/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2495/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-24952023 (Açar sözlər: ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi, sahənin qanunsuz sahibliyindən geri qaytarılması tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X6 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1769/2023 nömrəli mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MK T tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X17 və X14 Cavabdeh MKT-ya ünvanladığı xx.xx.2017-ci il tarixli notarial qaydada ərizəyə əsasən adı çəkilən şəxslər ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən hər biri 270 kv.m sahədən 70 kv.m sahəsini özlərində saxlamaqla, qalan 400 (200+200) kv.m sahəsinin X3 adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər.

3. Həmin tarixdə satıcı Cavabdeh MTK ilə payçı X7 arasında qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlanmış və satıcı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyriyaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi, qabaqcadan müəyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. X7 qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MTK-ya vaxtında ödəmiş və sonuncu tərəfindən payçı Məleykə Əfəndiyevanın pay dəyərini tam ödəməsi barədə maliyyə arayışı da verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X2 ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsini payçı kimi 18 oktyabr 2017-ci il tarixli müqavilə əsasında almışdır. X2 817 kv.metr qeyri- yaşayış sahəsinin pay dəyərini payçı kimi tam ödəmiş və Cavabdeh MTK-ya borcunun olmaması barədə maliyyə arayışını almışdır. Qeyd edir ki, qeyri-yaşayış sahəsi tərəflərindən əsaslı təmir olunduqdan sonra təyinatına uyğun istifadə olunur. X4 vəfat etdikdən sonra Bakı şəhəri 46 saylı notariat ofisində vərəsəlik işi açılmış ünvan 2 ünvan ında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə 31 iyul 2021-ci il tarixli X/929 saylı məktubla müraciət olunmuşdur. O, qanunu istifadəsində olan 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsinə köməklik göstərilməsi ilə bağlı MTK-ya rəsmi müraciət etdim. Lakin MTK tərəfindən 15 dekabr 2021-ci il tarixli 19 saylı məktubla bildirdilər ki, guya mən 817 kv.metr sahədən əlavə MTK-ya məxsus 50 kv.metr sahəni də qanunsuz zəbt etmişdir. Hesab edir ki, cavab dehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, mərhum anası X1 ünvanda yerləşən həmin qeyriyaşayış sahəsini kooperativin payçıları olmuş X8 və X12 almışdır. Bu barədə onların həyat yoldaşlarının razılıq ərizələri də vardır. Onlar sözügedən sahəni həmin şəxslərdən alarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılmış, yəni X4 ilə Cavabdeh MTK arasında qeyri-yaşayış sahəsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və qeyri-yaşayış sahəsi satıcılar və MTK tərəfindən onlara təhvil verilmişdir. Həmin vaxtı qeyri-yaşayış sahəsini digər sahələrdən ayıran ortaq divarlar mövcud idi. Onu da qeyd edir ki, həmin sahə təmir olunan zaman dəfələrlə tərəflərindən ölçülmüş və onun faktiki istifadəsində olan sahədə hər hansı artıq sahənin olduğu müəyyən olunmamışdır. MTK-nın bu cavab ından sonra o özündə əmin olmaq üçün qanuni istifadəsində olan qeyriyaşayış sahəsi mütəxəssislər tərəfindən yenidən ölçdürmüş və məlum olmuşdur ki, sahənin faktiki ölçüsü 806,57 kv.metr təşkil edir ki, bu müqavilədə göstərilən ölçüdən 10,43 kv.metr azdır. Hesab edir ki, bu Cavabdeh MTK tərəfindən onlara qarşı böhtandır və əlavə pulun alınması üçün edilən hərəkətdir. Ona məxsus qeyri-yaşayış sahəsinin qeydə alınmaması onun bir çox hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də hesab edir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından çıxarışın, balans arayışının (maliyyə arayışının) və digər zəruri sənədlərin veri lməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinin tələbinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan maddədə sadalanan sənədləri ona verməməsi səbəbindən qanuni istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldıra bilmir.

7. Cavabd eh MKT qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanunsuz sahibliyində olan 50 kv.metr sahənin Cavabdeh MTK-ya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh MKT iddiasını onunla əsaslandırmışdır ki, MM-nin 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı, X20 və X8 xx.xx.2017-ci il tarixli müqavilə əsasında aldığı və istifadə etdiyi iddianın predmeti olan 817 kv.metr qeyriyaşayış sahədən əlavə olaraq Cavabdeh MTK-nin (özgəsinin) mülkiyyətində olan 50 kv.metr sahəyədə qanunsuz sahiblik edərək ümummilikdə 867 kv.metr sahədən istifadə edir. İstinad edilən bu fakt Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Bakı idarəsində 18/04-268 saylı xx.xx.2005 tarixli lahiyəsin razılaşdırılması il ə təstiq olunur. İddiaçı iddia ərizəsində istifadə etdiyi qeyri-yaşayış sahəsinin 817 kv.metr yox, faktiki 806,57 kv.metr olmasını göstərmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 fevral 2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş- ekspertiza mərkəzinin 10/3280 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən və iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi daxili parametrləri nəzərə alınmaqla (içdən içə) 778.48 kv.metr təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilədə göstərilmiş 817 kv.metr sahə ilə qeyri-yaşayış sahəsinin faktiki sahəsi (içdən-içə hesa blanaraq arakəsmələr daxil olmaqla) arasında 38.52 kv.metr fərq mövcuddur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-948/2022 saylı iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilk iddia təmin olunmuş, ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.m qeyriyaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi ilkin iddia üzrə Cavabdeh MTK-ya həvalə edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılı qlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilkin İddiaçı anası mərhum X1 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsinin 400 kv.m-ni kooperativin payçıları olmuş X8 və X12, digər hissəsini isə Cavabdeh MTK-dan almış, mübahisə predmeti olan qeyriyaşayış sahəsi həmin şəxslərdən alınarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılaraq MTK tərəfindən ona təhvil verilmiş və binanın 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərinin X4 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilmişdir.

12. Məhkəmə qarşılıqlı iddi a tələbinə münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi ilə iddiaçının mərhum anasına verilmiş qeyri-yaşayış sahəsinin faktiki ölçüsü müqavilədə göstərilmiş ölçüdən nəinki artıq, 38.52 kv.m əksikdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 206.1, 119.1 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh MTK ilə İddiaçı mərhum anası X 5 arasında hər hansı qeyri-yaşayış sahəsinin alqı-satqısı olmamışdır. Sadəcə olaraq 817 kv metr qeyri-yaşayış sahələrinə dair müqavilə və maliyyə arayışı addan- ada yəni satıcılar Y.Sadiqov və A.Məhərrəmovun adından alıcının adına keçirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nin subyektiv hüququ olmaması səbəblərindən ilkin iddiaşıya qarşı iddia verməsi qanunsuz və əsassızdır. Subyektiv mülki hüquqlar dedikdə mülki hüquq münasibətləri iştirakçılarının qanunla qadağan edilməyən davranış qaydaları faktiki və hüquqi əhəmiyyətli hərəkət etmək, başqalarından vəzifəsinin icrasını tələb etmək və öz hüququnun müdafiəsini tələb etmək başa düşülür. Göründüyü kimi öz hüququnun müdafiəsini tələb edən Cavabdeh MTK-nin mülkiyyətində olan 50 kv metr sahəni özgəsinin qanunsuz sahibliyindən ge ri tələb edir, yani 817 kv metr qeyri-yaşayış sahəsindən əlavə və qanunsuz istifadə olunan 50 kv metr hissəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb edir. Yəni məhkəmə 817 kv metr sahədən əlavə 50 kv metr sahənin qanunsuz zəbt olunub istifadə edilməsini araşdırmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-1769/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), R.Eyvazov və G.Axundov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi ilkin iddianın təmin edilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, ilkin İddiaçı anası mərhum X1 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsiniin 400 kv.m-ni kooperativin payçıları olmuş X8 və X12, digər hissəsini isə Cavabdeh MTKdan almış, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi həmin şəxslərdən alınarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılaraq MTK tərəfindən ona təhvil verilmiş və binanın 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərinin X4 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Qarşılıqlı iddia ilə bağlı kollegiya qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/3280 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən və iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi daxili parametrləri nəzərə alınmaqla (içdən içə) 778.48 kv.metr təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilədə göstərilmiş 817 kv.metr sa hə ilə qeyri-yaşayış sahəsinin faktiki sahəsi (içdəniçə hesablanaraq arakəsmələr daxil olmaqla) arasında 38.52 kv.metr fərq mövcuddur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

21. Ekspert rəyindən də göründüyü kimi iddiaçının mərhum anasına verilmiş qeyriyaşayış sahəsinin faktiki ölçüsü müqavilədə göstərilmiş ölçüdən nəinki artıq, 38.52 kv.m azdır.

22. Kollegiya ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən də, hazırki rəy qarşılqılı iddianın əsassız olmasının təsdiqi kimi qəbul edilməli və qiymətləndirilməlidir.

23. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

24. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin subyektiv hüququn olmaması üçün qarşılıqlı iddianın qanunsuz və əsasın olması barədə nəticəsinin əsassız olması” barədə dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edirkən qarşılıqli iddia üzrə iddiaçının subyektiv hüququnun olubolmaması məsələsinə ümumiyyətlə toxunmamışdır. İşin faktiki hallarına, iş materiallarında olan sübutlara əsasən qarşılqılı iddianın əsassız olması nəticəsinə gəlmişdir.

25. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 139.4, 152.1, 152.5, 157.1, 385.1, 385.2, 386.1-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra - MPM) 14.2, 77.1, 101.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh MKT (Vəkil) kasasiya şikayəti verərək qətnamənin tamamiylə ləğv olunması, tədqiq edilmiş sübutlar əsasında qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, X21 və X9, həyat yoldaşlarının xx.xx.2017 və xx.xx.2017-ci il tarixli notarial təsdiq edilmiş razılıq ərizələrinə əsasən onlara məxsus Bakı şəhəri Binəqədirayonu Pişəvəri küçəsi 3245-ci məhəllədə yerləşən Cavabdeh MTK tərəfindən inşaedilmiş yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 18 oktyabr 2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə ə sasən mərhum anası Məleykə Əfəndiyevanın adına rəsmiləşdirilmiş 817 kv metr qeyri-yaşayış sahəsindən əlavə olaraq Cavabdeh MTK-nin (özgəsinin) mülkiyyətində olan 50 kv metr sahəyə də qanunsuz sahiblik edərək ümumilikdə 867 kv metr sahədən hazırda yeganə vərəsə kimi istifadə edir. İstinad edilən bu dəlil Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Bakı İdarəsində 18/04-268 saylı xx.xx.2005- ci il tarixli layihəsinin razılaşdırılması ilə təsdiq olunur. Ona görə də mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ pozulmuşdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən müəyyən edilmiş qaydalar üzrə 10/3280 saylı xx.xx.2022-ci il tarixli rəyd ə qeyri yaşayış sahəsinin guya 778.48 kv metr, İddiaçı həmin sahənin 806,57 kv metr olmasını göstərməsində hüquqi qiymət verilməməklə maddi hüquq norması pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericil iklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

32. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfində n tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icr asını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilən in məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

39. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəq iq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

40. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh MTK-nın dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil e tmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(103)-1769/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar