Məhkəmə qərarları › İş №2(102)-2496/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2496/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2496/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) 09.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5381/2023 nömrəli, 02 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 003391 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 461,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (47 №-li hamam) Cavabdeh məxsusdur.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinə əsasən tərəflər xx.xx.2019-cu il tarixədək mübahisəli obyektə dair 550.000 manat dəyərində alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüş, beh verən İddiaçı tərəfindən beh alan Cavabdeh 250.000 manat behin verilməsi, qalan 300.000 manat məbləğin müqavilə bağlananda ödənilməsi barədə razılaşmışdırlar. Həmin beh müqaviləsi icra edilməmiş, beh verilməmiş, sonrakı alqı-satqı müqaviləsi ba ğlanılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, Cavabdeh (beh alan) və İddiaçı (beh verən) xx.xx.2019-cu il tarixədək mübahisəli obyektə dair 550.000 manata alqı-satqı müqaviləsi bağlamağa öhdəliyi götürmüş, beh verən İddiaçı tərəfindən beh alan Cavabdeh 250.000 manat behin verilməsi, digər 300.000 manat məbləğin müqavilə bağlananda ödənilməsi barədə razılaşmışd ılar. Həmin beh müqaviləsi icra edilməmiş, beh verilməmiş, sonrakı alqısatqı müqaviləsi bağlanılmamışdır. Bu əsasla hüquq mühafizə orqanlarına müraciət olunmuş, cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin iş üzrə təqsirləndirilən şəxslərin (X5, X1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4-cü maddələri, X2 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair) məhkum edilməsinə dair hökm çıxmışdır. Bakı Ağır Cinayətləri Məhkəməsi tərəfindən 1(101)1115/2022-ci il tarixli iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X5 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə mübahisəli obyektin altındakı torpaq sahəsini sonradan öz mülkiyyətinə keçirtmək məqsədilə xüsusi mülkiyyətdə olan həmin əmlakın altında olan torpaq sahəsinə Cavabdeh adına reyestrindən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətlərə görə özü, Mehman Mustafayev, Mübariz Mehtiyev və Qabil Rzayev vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə İddiaçı təhrik etmişdir. Həmin cinayət işində İddiaçı zərərçəkmiş qismində tanınmış, sonradan torpağın pulundan çıxmaq şərtilə İbrahimlə birlikdə 15000 manatın xərclik üçün cavabdehə verdiyi barədə ifadə vermişdir. Həmin cinayət işində Cavabdeh şahid qismində ifadə verərək qeyd etmişdir ki, Azər onun m addi çətinlik çəkdiyini görüb torpağın məbləğindən çıxmaq şərti ilə ona Mehman vasitəsilə 12500 manat pul vermişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 15000 manat pulun tutulmasını istəyir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2304/2023 nömrəli iş üzrə 01 iyun 2023-ci il tarixli qətnaməsi ilə (hakim Əsədova Tahirə) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrinə əsasən, iddiaçı ilə cavabdehin arasında həmin məbləğə dair hər-hansı müqavilə münasibətləri olmamış, iddiaçı həmin məbləği cavabdehə torpaq özəlləşəndən sonra gələcəkdə baş tutası alqı-satqı zamanı ümumi məbləğdən çıxmaq şərtilə şəxsi tələbatları üçün vermiş, lakin iddiaçı kimi cavabdeh də aldanmışdır. Bundan başqa, iddiaçı həmin məbləği verərkən, həmin məbləğin məhz cavabdehə çatdığını bilməmişdir. Bu halda məhkəmə hesab edir ki, hazırki münasibətlərin hüquqi əsasını əsassız varlanmaya aid müddəalar yaradır. Belə ki, əsassız varlanma ilə bağlı Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1,1093.1-ci maddələrindən də göründüyü kimi cavabdehin əməli gözlənilən məqsədə uyğun olmaması onun təqsirindən baş verməmiş, əslində cavabdeh də aldadılmış və aldadılma iddiaçının təqdim etdiyi şəxslər tərəfindən baş vermişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyek tini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni, 1095-ci maddədə 551.1-ci maddəsində nəzərdə tutulan qaydadan ayrı qayda müəyyənləşdirilmişdir, yəni iki illik müddət nəzərdə tutulmuşdur. İddia müddətlərinin hüquqi təbiət ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il qərarına da istinad edilmişdir

7. Məhkəmə mövqeyini Mülki Məcəllənin 372.1,372.2,375.1, 375.2, 377.1, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217. 4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddianı qismən qəbul etmiş, eyni zamanda, iddiaçının ona 12.500 manat pul verdiyini etiraf etmişdir. Lakin qeyd etmişdir ki, o bu pulu qaytarmalı deyil, belə ki, o, obyektini satmaqda maraqlı idi, lakin nəticə etibarilə aldadılmışdır. Cavabdehin iddianı hansı formada qəbul etməsindən asılı olmayaraq, tələb olunan hissədə iddianın qismən qəbul edilməsi mübahisəyə hüquqi qiymət verilməsini asanlaşdırır. Lakin növbəti mərhələ üzrə məhkəmənin dəyərləndirməsi əsaslı deyil və bu nə işin hallar ına nə də qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, məhkəmə iddia tələbi üzrə tələbetmə müddətinin başlanğıcını iddiaçının qarşı tərəfə etimad göstərmədiyini və dolayısıyla aldadıldığına dair şübhələri nəzərə alaraq 2019-cu ildən hesablayır. Bu səbəblə iddiaçı tərəfindən pulun tələb edilməsi də 2019-cu ildən hesablanmalıdır. Lakin bu yanaşma işin hallarına və cavabdehin izahatlarına uyğun deyil. Cavabdeh pulları Mehmandan aldığını bildirir. Buradan, onun pulların necə bölüşdürülməsinə dair dəlilləri möhkəmlənir. Bu vəziyyətdə tələbetmənin başlanğıcı kimi 2019-cu il deyil, istintaqın yekunu üzrə çıxarılmış ittiham aktının imzalandığı tarix nəzərə alınmalıdır. İddiaçı, 2021-ci ilin sonlarında ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmiş, həmin araşdırma üzrə ittiham aktı isə 2022-ci ilin aprel ayında təsdiq olunmuşdur. O, məhz cinayət işinin ibtidai istintaqı zamanı bilmişdir ki, qarşı tərəf pulu hansı miqdarda və necə bölüşdürübdür. Bu baxımdan pulun tələb edilməsi üçün müddətin axımının 2019-cu ildən başlanmasına dair yanaşma əsassızdır. Digər tərəfdən, mübahisə 2021-ci ildə pik həddinə çatmışdır. O, 2019-cu ildə necə bilərdi ki, cavabdehə çatan pulu tələb etmək lazımdır. Beləliklə, məhkəmə tələbetmə müddətinin axımının başlanğıcı kimi 2019-cu ili müəyyən etməklə səhvə yol vermişdir. Bu isə qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bundan əlavə məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və qətnaməni lazımi qaydada əsaslandırmamışdır. Apellyasiya şikayətinə heç bir etiraz daxil olmamışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5381/2023 nömrəli mülki iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X9 və X3) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsini qət etmişdir.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

12. Qətnam ədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(102)-1580/2024 saylı qərarına əsasən (hakimlər- Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayətinin forma və məzmununa uyğun olmaması əsası ilə kassasiaya şikayətinin qeyri-mümkün hesab edilərək apellyasiya məhkəməsinə geri qaytarılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(103)-5381/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5381/2023 nömrəli mülki iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

15. Cavabdeh təkrarən ikinci dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5381/2023 nömrəli mülki iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını həmçinin buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(103)-5381/2023 nömrəli qərardadı ilə cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5381/2023 nömrəli mülki iş üzrə 19 oktyabr 2023-cü i l tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizədə göstərilənlər, habelə hazırki iş üzrə cavabdehə hüquqi xidmət göstərən vəkilin xx.xx.2024-cü il tarixdən dəyişməsi (hazırda Vəkil3dur) müddətin buraxılmasının üzürlü səbəbi kimi qiymətləndirilə bilməz və buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Mövcud vəziyyətdə kassasiya şikayətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən, həmin şikayətin real olaraq yalnız xx.xx.2024-cü il tarixdə verilməsini mümkün edən hər hansı hal müəyyən edilməmişdir. Qeyd edilənlər də öz növbəsində ərizənin təmin edilməmə sini şərtləndirir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5381/2023 nömrəli mülki iş üzrə 2 may 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəyə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, prosessual hüquq normalarının pozuntularına yol vermiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Həmin qərardad qəbul edilərkən əsaslandırılmamışdır, qərardad mövcud qanunvericiliyə uyğun qəbul edilməmişdir. Ona görə də qanunvericiliyin tələb lərinə uyğun gəlməyən hazrki qərardad ləğv olunmalı və prosessual müddət bərpa edilməlidir.

20. Belə ki, qətnamədən vaxtında, müddəti ötürmədən kassasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin qətnaməsini rəsmi aldıqdan sonra qanunla nəzərdə tutulmuş qaydada 2 ay müddətində qətnamədən kassasiya şikayəti vermişdir. Həmçinin prosessual müddəti ötürməmişdir.

21. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Ali Məhkəmə tərəfindən kassasiya şikayəti qeyri-mümkün hesab edildikdə və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə kassasiya şikayəti geri qaytarılan zaman heç bir qərardadda onun hansı müddətdə yenidən kassasiya şikayəti verilə biləcəyi göstərilməmişdir. Ümumiyyətlə qanunda (Mülki Məcəllədə) belə bir qadağa (son müddət) yoxdur. Hakimin istinad etdiyi bir norma yoxdur. Məhkəmə i zah etmişdir ki, guya ki, kassasiya şikayəti ona geri qaytarıldıqdan sonra o 10 gün müddətində yenidən kassasiya şikayəti vermək imkanında olmuşdur. Cavabdeh bu fikirlə razılaşmır və əgər belə hal var idisə onda məhkəmə qərardadda bunu göstərərdi və ona ağlabatan müddət təyin edərdi. Ona görə də hesab edir ki, məhkəmənin çıxardığı qərardad tam qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak e dən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi cavabdehin dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.

32. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən ona təqdim olunan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışd ır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmal ıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5381/2023 nömrəli, 02 may 2024-cü il tarixli qərardadı də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar