Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2499/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və İddiaçı2 Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 Agalar oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” nə dair dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2254/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-yə məxsus 10PP 122 dövlət qeydiyyat nişanlı Audi A7 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdə “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% sığortalanmışdır. 2. 29 aprel 2019-cu il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər cavabdeh X4 məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəs i ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur.
3. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 barəsində 30 aprel 2019-cu il tarixli TP seriyalı ******* nömrəli X10 haqqında iş üzrə qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyatnişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 (altmış beş min qırx dörd manat otuz qəpik) manat məbləğində müəyyən edilmişdir. 5. "xxxx" Açıq Səh mdar Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 6. **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Agalar oğlu na və X4 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Agalar oğlundan və X1 qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat məbləğində sığorta ödənişinin əvəzinin və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı “PAŞA” Sığorta” Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə 07 noyabr 2019-cu il tarixdə 06 noyabr 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia tələbi 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat artırılaraq, 48.615,92 (qır x səkkiz min altı yüz on beş manat doxsan iki qəpik) manat hesablanması, habelə həmin məbləğə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsümu da əlavə edilməklə, cavabdehlər Cavabdeh1 və X2 ümumilikdə 48.646,32 (qırx səkkiz min altı yüz qırx altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 aprel 2019-cu il tarixində Cavabdeh1 tərəfindən **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər nəticəsində icbari qaydada İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat hissəsi isə bu günə gədər ödənilməmiş qalmaqdadır. Beləliklə, **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi kimi verilmiş 37.562,03 (otuz yeddi min bes yüz altmış iki manat üc qəpik) manat məbləğində pul vəsaiti subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Abdullayeva Xuraman Seyfulla qızından tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
10. Cavabdeh1 Agalar oğlu "xxxx" Açı q Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsinə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona vurulmuş maddi zərərə görə ümumilikdə 7.500 (yeddi min beş yüz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, idarə etdiyi “Mercedes Benz” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 29 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospektində “Vorovskiy” adlanan dairədə Binəqədi isti qamətinə dönüb qayıtmaq istərkən bu zaman yüksək sürətlə işıqforun qırmızı işığında keçən və orada olan piyada keçidinə məhəl qoymayan “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs idarə etidiyi avtomaşını sağ qabaq hissədən vurmuşdur və idarə etdiyi avtomaşın fırlanaraq sol tərəfdə hərəkətdə olan avtomobilə dəymişdir. Nəticədə, ona məxsus avtomaşın tam yararsız hala düşmüşdür və özü də başından xəsarət almışdır. Hadisəni törədən şəxsin X9 olduğu göstərilmişdir. Halbuki, sükan arxasında başqa şəxs olmuşdur. Onda olan məlumata görə hadisəni törədən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin yaxınıdır və işin istindaqda birtərəfli aparılması da onu sübuta yetirir ki, onu zərərçəkmiş deyil, təqsirkar qismində göstərsinlər, belə ki, ona məxsus avtomaşın tamamilə sıradan çıxmasına baxmayaraq sığorta şirkətindən ona bildiriş gəlmişdir və “Audi A7” markalı, 10- PP-122 dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı maddi zərərin qiymətləndirilməsinin aparılmasında iştirak etməyi barədə bildirilmişdir.Belə ki, avtomobilin sahibi tərəfindən ona verilmiş etibarnamənin müddətinin bitməsini bəhanə edərək ona sığorta ödənişi verilməmişdir, bu sığorta ödənişinin verilməməsi üçün əsas ola bilməz, halbuki ona məxsus sənədlər tam qaydasında olmuşdur, onun idarə etdiyi avtomobili vurmuş şəxsin isə heç sürücülük vəsiqəsi olmamışdır. Halbuki, o zərərçəkmiş olduğu halda ona məxsus avtomaşına vurulmuş maddi zərərin müəyyən edilməsi üçün heç bir qiymətləndirmə aparılmamışdır. Ona məxsus avtomaşına 7.000 (yeddi min) manat məbləğində maddi ziyan vurulm uşdur və ola bilər ki, avtomaşının əvvəlki vəziyyətinə bərpa edilməsi üçün bundan da artıq vəsait xərclənməlidir. Nəzərə çatdırılmalıdır ki, hadisə nəticəsində o başından aldığı xəsarətlə bağlı xəstəxanada müalicədə olmuşdur, ona ən azı 15 (on beş) gün stasionar müalicədə olmağı bildirilmişdir, lakin onun həyat yoldaşı xəstə olduğu üçün və köməyə ehtiyacı olması səbəbindən o cəmi 7 (yeddi) gün xəstəxanada müalicədə olmuş və ərizə yazaraq evə buraxılmağını xahiş etmişdir. Ona vurulmuş bu ziyan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Belə ki, sığorta ödənişi əslində ona ödənilməli, ona vurulmuş maddi zərər onlardan tutulmalı olduğu halda sığorta şirkəti qanunvericliyin tələblərini pozaraq bunu etməmişdir, əksinə ondan tələb etməkdə davam edir. Ona sığorta ödənişi h esablanmadığı üçün vurulmuş 7.000 (yeddi min) manat məbləğində maddi zərər və xəstəxanada yatmağı ilə bağlı müalicə xərclərinə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmalıdır. Cavabdehin təqsiri üzündən o çox ciddi stress keçirmiş, idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi, xəsarət alaraq sağlamlığının pozulması cavabdehin təqsiri ucbatından maddi zərərə məruz qalmağı şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, sağlamlığı pozulmuşdur və bütün bunların səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qərardadı il ə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli 9/3263-8/1419 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Audi Q7” minik markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 62760 manat müəyyən edilmişdir. 14.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. 15.Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsas landırmışdır ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında ödənilmiş sığorta ödənişi cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tələb etdiyi 7500 manat məbləğində maddi ziyanı şərtləndirilən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.3, 916.1, 936.1, 936.2, 936.5, 936.6, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1114.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Həmçinin İddiaçı2 Sığorta Şirkəti ASC cavabdehlər X4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və "Audi A7" markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 5030.40 manat pulun cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq “Atəşgah" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi cavabdeh X4 məxsus “Mercedes Benz E280” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və “Audi A7” markalı, **PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X10 haqqında Qərarında öz əksini tapmışdır.xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 312D" markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1075 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz C180" markalı, **-UV*** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata uyğun olaraq, “Audi A7" markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə 65044.30 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 067092, 067556 və 069630 saylı sığorta aktına əsasən “Atəşgah" Sığorta Şirkəti 5000 manat sığorta ödənişi həyata keçirmişdir.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi (hakim S.Ədilova) ilə iddia tələbi təmin edilmişdir.
20. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D" markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və “Audi A7" markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş zərəri aradan qaldırılması üçün “Atəşgah" Sığorta Şirkəti tərəfindən ümumilikdə 5000 manat pul ödənildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək hüququ yaranmışdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.2 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsasl andırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh Hacıyev X6 Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli apellyasiya şikayət verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir.
24. Eyni zamanda cavabdeh Hacıyev X6 Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5954/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə 2(103)-5954/2021 saylı və 2(103)-2254/2021 saylı mülk işlər bir icraatda birləşdirilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 9/4875-8/1584 nömrəli ekspert rəyinə əsasən məlumatların təqdim edilməsi barədə vəsatətə cavab verilmədiyindən yol nəqliyyat hadisəsinin hansı sürücünün təqsiri nəticəsində baş verməsinin müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Audi Q7” minik markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 62760 manat müəyyən edilmişdir.
27. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2254/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi sığorta məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və X2 37.039.09 manat (otuz yeddi min otuz doqquz manat doqquz qəpik) məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Nəriman Hacıyevin sözügedən qəzada təqsirinin olması işin faktiki halları ilə müəyyən edilmiş, digər tərəfdən yol nəqliyyat hadisəsi törədilən zaman "Mercedes Benz E280" markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətində olması, eyni zamanda Cavabdeh1 həmin avtomobili etibarnamə olmadan idarə etdiyi də müəyyən edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırda 2018-ci il buraxılışlı “Audi Q7” minik markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil in təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 62760 manat müəyyən edildiyindən və Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% sığortalandığından (62760 manat təmir-bərpa xərcinin 66,67 faizi) cavabdehlərdən tutulası sığorta ödənişinin məbləği 41842,09 manat müəyyən edilməlidir. Həmçinin iş materiallarından göründüyü kimi **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Belə olan halda da (41842,09–4803=37.039.09) cavabdehlərdən sığorta ödənişinə görə tutulmalı olan vəsaitin məbləği 37.039.09 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 Agalar oğlu (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və İddiaçı2 Sığorta Şirkəti ASC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallartna elave edilmiş, Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, məlumatların təqdim edilməsi barəda vesatətə cavab verilmədiyindən yo l nəqliyyat hadisəsinin hansı surucunün təqsiri nəticəsində baş vermesinin müəyyən edilmesi mümkun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
34. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
35. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.
36. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
37. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən had isələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
38. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
39. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
40. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi mə bləğində keçir.
41. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Qanun
42. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya h üququ həmin şəxsə qarşı yaranır.
43. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Mülki Prossesual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
49. Maddə 417.1.4. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o c ümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apel lyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - İddiaçı2 Siğorta ASC-nin iddiasına aid hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 Siğorta ASC-nin iddiasına aid hissədə qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
55. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC tərəfindən 08 noyabr 2018-ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% hissədə sığortalanmışdır. 29 aprel 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər cavabdeh X4 məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 barəsində 30 aprel 2019-cu il tarixli TP seriyalı ******* nömrəli X10 haqqında iş üzrə qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 19 iyun 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 42.365,03 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti ASC-də sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 man at məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" ASC-ya ödənilmişdir. Sığorta ödənişi məbləğinin 37.562,03 manat hissəsi isə ödənilməmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 21 oktyabr 2019cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinin təmir prosesində əlavə xərclərin miqdarı 16.580 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 oktyabr 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla "xxxx" ASC tərəfindən dəymiş əlavə ziyana görə 11.053 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasi təsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti ASC-də sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Belə olan halda da (41842,09– 4803=37.039.09) cavabdehlərdən sığorta ödənişinə görə tutulmalı olan vəsaitin məbləği 37.039.09 manat müəyyən edilməlidir.
56. İddiaçı2 Siğorta ASC-nin iddiasına aid hissədə apellyasiya instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Mercedes Benz E280” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə olmadan idarə etdiyindən İddiaçı2 Siğorta ASC-nin iddiası təmin edilməlidir.
57. Bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifad əyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunver iciliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.
58. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığ orta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sa hibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil.
59. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti məşğul olan şəxsləri də buna aid etmək olar. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olma masının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kim qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh1 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.
60. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, İddiaçı2 Siğorta ASC-nin iddiasına aid hissədə apellyasiya instansiyası məhkəməsi işin bütün hallarını araşdırsa da həmin hal lara düzgün hüquqi qiymət verməmiş, həmin hissədə nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
61. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 ASC-nin iddiasına aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
62. Belə ki, kassasiya şikayətində İddiaçı1 ASC-nin iddiasına aid hissədə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün qanuni əsas ola bi lməz.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti İddiaçı1 ASC-nin iddiasına aid hissədə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
65. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-2254/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı2 Siğorta ASC-nin iddiasına aid hissədə ləğv edilsin və iddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.