Məhkəmə qərarları › İş №2(102)-2499/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2499/2023

12.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2499/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və kompensasiya” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)413/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə “12” iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 2. xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı töhmət verilmişdir.

3. Cavabdeh Sığorta Şirkəti ASC-nin ASX/012-1-2022 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqailəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam verilmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işə bərpa edilməsi və əsassız kəsilmiş pulların əvəzi olan 30000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Namiq Səhərov Cavabdeh Sığorta Şirkəti ilə xx.xx.2013-cü il tarixdən 600 manat maaşla razılaşıb şəxsi maşını ilə benzin 55 qəpik olduqda 100 manat benzin limiti ilə öz telefonu ilə işləməyə başlamışdır. İşə başlamazdan əvvəl görüşdüyü bütün rəhbər işçilərə bildirmişdir ki, o, zabit olmuşdur, hərbi xidməti zamanı İİ qrup əlil olmuşdur, işə qəbul edilərmi? Bildirmişlər ki, heç bir problem yoxdur. xx.xx.20 13- cü il tarixdə onunla əmək müqaviləsi bağlamışlar. Müqavilədə göstərilmişdir ki, işçi, yəni o, həftənin 7 günü 24 saat sığorta hadisəsi yerinə getməyi, foto, video çəkiliş etməyi, raport yazmağı, sığorta dələduzluğunu aşkar etməyi, mümkün qədər hadisəni yerində tənzimlənməyi, şöbə müdirinin bu işlə bağlı tapşırıqlarını yerinə yetirməyi üzərinə götürmüşdür. Şirkət işçiyə, yəni ona, hər ay 600 manat əmək haqqı verməyi, bu əmək haqqının 450 manat əsas maaş və əsas maaşın 1/3-i qədər əlavə maaş verməyi öhdəsinə götürmüşdür. İşçinin iş keyfiyyətinə şirkətin durumuna görə əlavə maaş dəyişdirilə bilər, işçinin maaşına əlavə mükafatlar verilə bilər və iş, istirahət vaxtı üzrə həftədə 40 saat normallaşdırılmamış iş rejimi tətbiq olunur. O, ilk 3 ayı 500 manat əmək haqqı almışdır. 600 manata razı laşdıqlarını dedikdə ona 3 ay sınaq müddəti ərzində 500 manat alacağını bildirmişlər. 3 ay 500 manat, 4-cü ay 720 manat maaş almışdır. Çox olduğunu bildirəndə demişlər ki, Novruz Bayramı günlərini işləmişdir, hər işlənən bayram günü üçün 20 manat əlavə maaş hesablanmışdır. Sonradan 601 manat maaş almışdır. Bayram günlərini işləyəndə hər bayram günü 20 manat almışdır. Bir ildən sonra demişlər ki, bayram pulları olmayacaq. Avtomobilinin kasko sığortası var idi. xx.xx.2013-cü il tarixdə hadisəyə gedərkən özü qəzaya düşmüş, şirkət ona hər hansı bir kömək əvəzinə dəymiş zərərin 38 manatını kəsmişlər. Növbəti il kasko sığorta edərkən ona artım tətbiq etmişlər. 2 il 6 aydan sonra heç bir səbəb olmadan şirkətdə yalnız onun əmək haqqından 100 manat kəsib 500 manat etmişlər. Səbəbini soruşanda heç b ir səbəb göstərməmiş, demişlər ki, işləməsə işdən çıxardacaqlar. O, ayda təxmini 15-20 arası kasko hadisələrə çıxmış və bundan sonra bildirmişlər ki, icbari sığorta hadisələrə də çıxacaq. Bundan sonra hadisə sayı 50-60 arası qalxanda bildirmişlər ki, sürveyidə onlar qəza komissarları edəcəklər və hər qəza komissarı öz işlədiyi regionda şirkətin məhkəmə proseslərində səlahiyyətli nümayəndə kimi çıxacaq. Çarəsizlikdən işləmiş, sonradan benzinin qiyməti qalxmış, 100 manatlıq limit qalxmamış, öz hesabına benzin tökmüşdür. Növbəti ayın 15-ə nağd şəkildə onlara əlavə benzin pulu vermişlər. xx.xx.2017-ci il tarixdə Vergi Məcəlləsinə edilən dəyişikliyə görə 2500 manatadək əmək haqq alanların əmək haqqından yaşayış minimumu çıxılmış, qalan puldan vergi tutulmüş, bu dəyişiklikdən sonra vergi yükü azalması hesabına əmək haqqları 22 manata qalxmışdır. Həmin 22 manatı 1 ay vermişlər, sonra verməmişlər. Dəfələrlə “mən əliləm, mənə nəsə güzəşt varmı?” soruşanda, nəinki güzəşt, ona demişlər ki, “sağ ol de ki, səni işlədirik”. Sonra o, bilmişdir ki, əlillərə ildə 42 gün məzuniyyət verilir və əmək haqqının 200 manat hissəsi vergidən azaddır. Dəfələrlə müraciətdən sonra ona 528 manat əmək haqqı verilməyə başlanılmış və məzuniyyətinin bundan sonra 42 gün olacağı deyilmişdir. Hərdən bir şirkətdə hamının əmək haqqından səbəbsiz yerə 7 faiz kəsilmişdir. Təxmini 3 aydan bir onlara 200-400 manat arası mükafat verilmiş, əmək haqqı kartına yüklənməmiş, əlbəəl verilmişdir. xx.xx.2019-cu il tarixdə vergi qanunvericiliyi dəyişmiş, 8000 manata qədər maaş alan özəl qeyri-neft sektorunda çalışan işçilərd ən vergi tutulmaması qeyd olunmuş və bu onlara şamil olunmuşdur. Şirkət qərar verib hamının əmək haqqını 26 manat kəsmişdir ki, onsuzda maaşları qalxacaq. O, bildirmişdir ki, onun pulu 2 manat qalxıb, lakin məhəl qoyan olmamışdır. xx.xx.2019-cu il tarixdə ona əsassız yerə töhmət vermişlər. xx.xx.2020-ci il tarixdə məktub almışdır ki, əmək şəraiti Əmək Məcəlləsinin 56.2-ci maddəsinə əsasən dəyişir və əmək haqqı 432 manat təşkil edəcəkdir. 2020-ci ildə növbəti dəfə əsassız töhmət vermişlər və xx.xx.2022ci il tarixdə məktub almışdır ki, əmək şəraiti dəyişdirilir, əmək haqqı 400 manat təşkil edəcək və bildirilir ki, məktubu aldıqdan sonra 1 ay müddətinə münasibət bildirsin. 1 ay tamam olmamış xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam vermişlər. Qeyd edilənlərə əsasən hesab edir ki, onun hüquqları pozulub, ona maddi, mənəvi və sağlamlığına zərər deyilb. Belə ki, o, əlil olduğu üçün əmək haqqının 200 manat hissəsi vergidən azad idi. Ona görə də o, əlavə 28 manat əmək haqqı almalı idi, əlil olduğu üçün gecə görülən işlərə məcbur cəlb edilə bilməzdi və 7/24 işləmək yolverilməzdir. Yol verilsə belə, növbəlilik olmalı, hava şəraiti və temperatura görə iş dayanmalı, istirahət olmalı idi və əmək haqqı aşağı salına bilməzdi. O, isə hava şəraiti, gecə-gündüz bilmədən bayramlarda istirahətsiz işləmiş, səbəb olmadan əmək haqqı salınmış, ona ilk gündən 200 manat vergi güzəşti tətbiq edilməmiş, bu səbəbdən hər ay 28 manat güzəşt pulunu ala bilməmişdir. 6. xx.xx.2013-cü il tarixli, 03/2013 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2013-cü il tarixdən 1 il müddətinədək bağlanmış, işin ilk 3 ayı sınaq müddəti hesab edilmiş, vergilər daxil olmaqla əmək haqqı 600 manat (450 manat vəzifə maaşı, 150 manat aylıq vəzifə maaşına əlavə ödənc) müəyyən edilmişdir.

7. Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 1 saylı Əlavəyə əsasən müqavilənin 4.2-ci bəndinə dəyişiklik edilmiş, işçiyə hər ay 603 manat məbləğində əmək haqqı ödənilməsi, 452 manat məbləğində vəzifə maaşı, 151 manat məbləğində maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarət olması, müqavilənin digər şərtləri dəyişilməz olaraq qalması müəyyən edilmişdir.

8. Əmək müqaviləsinə dəyişiklik ed ilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bildirişi ilə Cavabdeh Sığorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssis vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqının 525 manat təşkil etdiyi bildirilmişdir.

9. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədrinə xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət edərək hərbi xidmət dövründə baş vermiş xəstəlik ilə bağlı 2-ci qrup əlil olmasını nəzərə alaraq ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə əmək məzuniyyəti təyin edilməsi və əmək haqqına müvafiq vergidən azadolma tətbiq edilməsini xahiş etmişdir.

10. Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə edilmiş 02/2017 saylı Əlavəyə əsasən müqavilənin 4.4.1-ci bəndinə dəyişiklik edilmiş, i şçiyə iş ili ərzində Əmək Məcəlləsi ilə müəyyən edilmiş 42 təqvim günündən ibarət ödənişli əsas əmək məzuniyyətinin verilməsi müəyyən edilmişdir. 11. xxxxxxx000103 saylı, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə Cavabdeh Sığorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək məzuniyyəti 42 təqvim günü müəyyən edilmişdir.

12. Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin müavininin müşaviri Rəhim Əliyev tərəfindən Cavabdeh Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli təqdimatdan görünür ki, Regional qəza komissarlarının fəaliyyətinin yoxlanılması ilə bağlı keçirilən monitorinq zamanı xx.xx.2019-cu il tarixdə baş vermiş “Qazel” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “VAZ” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirak etdiyi yol-nəqliyyat hadisəsinin Qəza Komissarları şöbəsinin administratoru İddiaçı tərəfindən araşdırılması zamanı bir sıra nöqsanların buraxıldığı müəyyən olunmuşdur. Belə ki, o, vəzifə öhdəliklərini kobud şəkildə pozaraq hadisə yerinə araşdırma aparmamış, foto və video çəkiliş etməmiş, hal şahidlərini müəyyən edərək onlardan izahat almamış və sığorta dələduzluğu faktının aşkarlamaq və qarşısını almaq üçün lazımi tədbirlər görməmişdir. Bu faktlar İddiaçı alınmış izahatla sübut olunur. Bundan əlavə İddiaçı dəfələrlə birbaşa rəhbəri tərəfindən verilən şifahi tapşırıqları yerinə yetirməmiş və birbaşa rəhbərin ona həvalə etdiyi vəzifələri həyata keçirməməklə yenidən vəzifə öhdəliklə rini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Qəza Komissarları şöbəsinin administratoru İddiaçı işində buraxdığı nöqsanlara görə töhmət verilməsini və gələcəkdə bu kimi halların təkrarlanmamasından ötrü əməkdaşlarla müvafiq iş aparılması üçün Qəza Komissarları şöbəsinin məsul əməkdaşının xəbərdar olunmasını təklif etmişdir.

13. Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2019-cu il tarixli, AS-ÜƏ/099-2019 saylı əmri ilə Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə idarə heyəti sədrinin müavininin müşaviri Rəhim Əliyevin xx.xx.2019-cu il tarixli təqdimatına əsasən töhmət verilmişdir.

14. Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə heyətinin sədri tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza Komissarları şöbəsinin mütəxəss isi İddiaçı xx.xx.2020-ci il tarixdə əmək şəraitinin dəyişdiriliməsi haqqında bildiriş ünvanlanaraq onunla bağlanmış əmək müqaviləsi üzrə əmək şəraitinin şərtlərinin Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixindən dəyişdiyi və əmək haqqının 432 manat təşkil edəcəyi bildirilmişdir.

15. Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə edilmiş 01/2020 saylı Əlavəyə əsasən müqavilənin 4.2-ci bəndinə dəyişiklik edilməsi, işçiyə hər ay 432 manat məbləğində əmək haqqı ödənilməsi - 324 manat məbləğində vəzifə maaşından, 108 maanat məbləğində vəzifə maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarət olması müəyyən edilmişdir.

16. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000108 saylı, xx.xx.2020ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh Sığorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssis vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqı 432 manat təşkil etmişdir.

17. Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək haqqı ilə bağlı əlavələri imzalamağa dəvət edilməsinə baxmayaraq, ofisə gəlməmiş və əlavələri imzalamaqdan imtina etmiş, bu barədə Gəncə filialının direktoru X6 tərəfindən xx.xx.2020-ci il tarixdə imtina aktı tərtib edilmişdir.

18. Cavabdeh Sığorta Şirkəti ASC-nin Risklərin idarəedilməsi şöbəsinin müdiri Qaya Məmmədov tərəfindən Cavabdeh Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli xidməti qeyddən görünür ki, Qəza Komissarları şöbəsinin Gəncə şəhəri üzrə əməkdaşı İddiaçı sığorta hadisələrinin tənzimlənməsi zamanı kobud nöqsanlara yol vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Şəmkir şəhərində ** BK *** və ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə bağlı yolnəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisə barədə məlumat olmasına baxmayaraq, İddiaçı hadisəyə çıxmamış və yalnız telefon vasitəsi ilə hadisəni qeydə almışdır. Həmçinin raport tərtib edərək, telefonla sürücülərin adınısoyadını müəyyənləşdirib sürücünün əvəhinə raporta imza atmışdır. Hadisə iştirakçılarından alınmış izahatlar zamanı onlar Namiqlə görüşmədiklərini və heç bir sənədə imza atmaqlarını bildirmişdilər. Qeyd edilənlərlə bağlı İddiaçı suallar ünvanladıqda o, suallara cavab verməkdən imtina etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Qəza Komissarları şöbəs inin mütəxəssisi İddiaçı “töhmət” intizam cəzasının verilməsini təklif etmişdir.

19. Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2020-ci il tarixli, AS-ÜƏ/074-2020 saylı əmrinə əsasən Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə risklərin idarəedilməsi şöbəsinin müdiri Q.Məmmədovun xx.xx.2020-ci il tarixli xidməti qeydinə əsasən töhmət verilmişdir.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ilə müəssisə arasında əmək müqaviləsi bağlanılaraq Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edildiyi, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən İddiaçıla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş məktubda İddiaçı əlilliyini təsdiq edən müvafiq arayışı müəssisəyə xx.xx.2017-ci il tarixdə təqdim etdiyi, lakin təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən İddiaçı əmək qanunvericiliyinin tələbləri pozularaq iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödənilmədiyi, həmçinin əmək haqqının birtərəfli qaydada azaldıldığı məlum olmuşdur. Müraciətində yanacaqla bağlı qeyd etdiyi məsələyə dair müəssisən in təqdim etdiyi məktubda sığorta hadisələrini tənzimləmək üçün hadisə yerinə çıxan qəza komissarlarının şirkət tərəfindən müvafiq yanacaqdoldurma məntəqələrinin kartları ilə təmin olunduğu və bu kartlara müvafiq qaydada nəzarət olunduğu, həmçinin İddiaçı iş vaxtı qəzaya düşməsi barədə isə şirkətə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumatın olmadığı bildirilmişdir. Nəzərinə çatdırırlar ki, əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh Sığorta Şirkəti ASC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirlər ki, müxtəlif aylar üzrə əmək və məzuniyyət haqlarının düzgün hesablanıb ödənilməsinin təmin edilməs i barədə Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyinə məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır.

21. Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında məlumatdan görünür ki, əməyin təşkilində dəyişiklik edilməsi zərurətini nəzərə alaraq İddiaçıla bağlanmış xx.xx.2013-cü il tarixli, 03/2013 saylı Əmək müqaviləsi üzrə əmək şəraitinin şərtləri xx.xx.2022-ci il tarixdən aşağıdakı kimi dəyişdirilir: iş saatı: - İşçi gün ərzində 6 saatdan, həftə ərzində isə 30 saatdan çox olmaqla işləyir; - İş saat 09.00-da başlanır, saat 16.00-da qurtarır; - Nahar fasiləsi saat 13.00-da başlanır, saat 14.00-da qurtarır; - İşçi həftədə 5 gün natamam iş günü ilə işləyir; - İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. Əmək haqqı: - Əmək haqqı üzrə şərtlər: - İşçiyə hər ay 400 manat məbləğində əmək haqqı ödənilir; - Əmək haqqı: - 300 manat məbləğində vəzifə maaşından; - 100 manat məbləğində vəzifə maaşının 1/3 hissəsi kimi müəyyən edilən əlavədən ibarətdir. İş yeri: - X8 (Ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti) Vəzifə öhdəlikləri (əmək funksiyası): - Qəza hadisələri ilə bağlı Filiala gələn qarşılamaq, aidiyyəti işçilərə yönəltmək və bu görüşləri qeydə almaq; - Qeydə alınmış qəza hadisələri ilə bağlı Müştəri xidmətləri şöbəsi tərəfindən zəruri hesab edilən sənədlərin surətini çıxartmaq; Birbaşa rəhbəri tapşırığı (yazılı və ya şifahi) olduğu halda qəza hadisələri yerinə çıxmaq, araşdırmalar aparmaq, foto və video çəkilişlər etmək, hal-şahidlərindən izahatlar almaq; Birbaşa rəhbərin ona verdiyi digər tapşırıqları yerinə iyetirmək; - Birbaşa rəhbərin icazəsi olmadan ofisi tərk etməmək; - Birbaşa rəhbərə görülmüş işlər barədə gündəlik və həftəlik hesabat vermək. Bu məktubu aldıqdan sonra 1 ay ərzində əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə məlumata münasibət bildirməsini xahiş olunmuşdur.

22. Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ilə iki dəfə telefonla əlaqə saxlanılmış, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında ona göndərilmiş bildirişə münasibət bildirməsinin zəruriliyi ona izah edilmiş, lakin o, yeni şərtlərlə razı olmadığını bildirərək əmək müqaviləsinə əlavənin imzalanmasından imtina etmiş və bu barədə C avabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin müdiri İ.X.Mirzəyev, Zərərlərin tənzimlənməsi idarəsinin rəisi F.A.Axundov və Kadr kargüzarlığı və əməyin ödənilməsi şöbəsinin müdiri V.V.Abbasova tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir.

23. Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin müavini Orxan Rzayev tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-nin Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, əmək şəraiti şərtlərinin dəyişdirilməsi ilə bağlı İddiaçı xx.xx.2021-ci il tarixli bildiriş verilmişdir. Aparılan danışıqlar zamanı məlum olmuşdur ki, əmək şəraiti şərtlərinin dəyişdirilməsi ilə bağlı İddiaçı təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmə klə yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Başqa işə köçürülməsi mümkün olmadığı üçün, yuxarıda göstərilənləri və Əmək Məcəlləsinin tələblərini rəhbər tutaraq İddiaçıla bağlanmış xx.xx.2013-cü il tarixli 03/2013 saylı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam veriləcəkdir.

24. Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli, AS-X/012-1-2022 saylı əmri ilə Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış xx.xx.2013-cü il tarixli 03/2013 saylı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, istifadə edilməmiş 89,18 gün məzuniyyət üçün pul əvəzi ödənilməsi, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinin 1-ci hissəsinə uyğun olaraq işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi xx.xx.2021-ci il tarixli O-A-20210772 saylı məlumata əsasən əmr edilmişdir. 25. xxxxxxx0001X0 saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin ASX/012-1-2022 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

26. Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən iş yerinə (ünvan: X8, Gəncə şəhəri, Ş.Əliyev prospekti) gəlməməsi ilə bağlı Cavabde h Sığorta Şirkəti ASC-nin Gəncə filialının direktoru Z.M.Qurbanov və Qəza komissarları şöbəsinin müdiri İ.X.Mirzəyev tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir.

27. Cavabdeh Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli əmək kitabçasının təhvil alınması barədə bildirişdə Namiq Səfərola bağlanmış xx.xx.2013-cü il tarixli 03/2013 saylı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi ilə əlaqədar əmək kitabçasını təhvil almaq üçün şirkətin baş ofisinə gəlməsi və ya sənədin hansı ünvana göndərilməsi barədə məlumat verməsinin zəruri olması qeyd olunmuşdur.

28. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(009)921/2022 saylı qətnaməsi ilə (hakim-Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.

29. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən iddiaçının ona səhhəti ilə bağlı, yəni gözlərinin zəif görməsi, gecə avtomobili idarə edə bilməməsi, uzun yol gedə bilməməsi ilə bağlı əmək fəaliyyətinin həyata keçirilməsində çətinlik olmasına dair müraciətini nəzərə alaraq əmək müqaviləsinin şərtlərinin qanunvericilik tələblərinə uyğunlaşdırılması, əməyin təşkilində dəyişiklik edilməsini zəruri hesab edərək, iddiaçı ilə əmək şəraiti şərtlərinin dəyişdirməsi barədə qərar qəbul etmişdir. Əmək şəraitinin dəyişidirilməsinə dair bildiriş rəsmi qaydada işəgötürən tərəfindən iddiaçıya göndərilmiş,həmin bildirişdə onun vəzifəsi saxlanılmaqla ofis şəraitində işləməsinin təmin olunması və iş saatlarının azaldılması üçün əmək şəraitinin dəyişdirilməsi qeyd edilmişdir.

30. M əhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı həmin bildirişi imzalamaqdan imtina edərək yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Cavabdeh iddiaçıya münasibətdə əməyin təşkilində dəyişkənlik edilməsi zəruriliyini nəzərə alaraq haqlı olaraq əmək şəraitinin dəyişdirilməsinə dair qərar qəbul etmiş, lakin iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş və bundan imtina etmişdir. Belə olan halda məhkəmə iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə işdən azad olunmasını əsaslı hesab etmişdir.

31. Həmçinin məhkəmə iddiaçının əmək şəraitinin dəyişdirilməsi barədə bildirişin ona təqdim olunmasına 1 ay müddət keçməmiş əmək münasibətlərinə xitam verilməsi barədə dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə iclasında qan unvericiliyin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən iddiaçıya bildirişin xx.xx.2021-ci il tarixdə göndərildiyi və bir ay müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.

32. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının işə bərpa olunmasına dair hissədə iddiası tam əsassızdır və təmin edilməməlidir.

33. Məhkəmə iddia tələbinin cavabdehdən 30000 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassızdır. Cavabdeh tərəfindən bununla bağlı iddia müddətinin tətbiqinə dair yazılı ərizə verilmişdir.İddiaçı həmin hissədə tələbinin əsası kimi İİ qrup əlil olsa da, işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olduğu tarixdən bu halın nəzərə alınmaması, əlil liyə görə vergi güzəştinin tətbiq edilməməsi, artıq və qeyriiş günlərinə işləsə də, müavinətin verilməməsi, texniki avadanlıqla təmin edilməməsi və sair kimi hallara istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı yalnız 2017-ci ildə rəsmi qaydada ərizə ilə İİ qrup əlil olması barədə işəgötürənə müraciət etmiş, işəgötürən tərəfindən əmək hüquqlarının pozulmasına dair X5 Xidmətinə etdiyi müraciət əsasında aparılmış araşdırma nəticəsində işəgötürən tərəfindən onun əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində əmək qanunvericiliyin tələblərinin pozulması halı aşkara çıxarılmış, bunu nəzərə alaraq işəgötürən tərəfindən həmin dövr üçün ödənilməli olan, lakin ödənilməmiş 2320,02 manat əlavə əmək haqqı iddiaçıya ödənilmişdir. Məhkəmə iclasında iddiaçının əmək haqqına u yğun aylıq ödənişlərin cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan tutmaları həyata keçirilməklə ödənilməsi, işdən azad olunduqdan sonra son haqq-hesabın verilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə iddiaçının işlədiyi müddət ərzində işəgötürən tərəfindən ona ödənilməli olan haqqın tam ödənilməməsi barədə dəlillərini əsassız hesab etmişdir.

34. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb etdiyi pul məbləğini onun işə daxil olduğu vaxtdan ödənilməli olmasını qeyd etsə də, bu müddət ərzində bununla bağlı işəgötürənə müraciət etməmiş, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür. Göründüyü kimi iddiaçı cavabdehlə arasında əmək müqaviləsinin, habelə əmək qanunvericiliyinin və d igər normativ hüquqi aktların tətbiqi ilə bağlı fikir ayrılığının olduğunu hesab etsə də, eləcə də pul tələbləri olsa da, qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, işəgötürənlə əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında son bir il ərzində işəgötürən tərəfindən iddiaçıya ödənilməyən hər hansı bir məbləğin olması, həmin müddət ərzində bununla bağlı öhdəliyin yaranması müəyyən edilməmişdir.

35. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı işəgötürənə qarşı pul tələbi ilə bağlı məhkəməyə qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət keçməklə müraciət etdiyindən, həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, son 1 il ərzində işəgötürənin işçi qarşısında hə r hansı pul öhdəliyin olması məhkəmə iclasında müəyyən edilmədiyindən, 30000 manat məbləğində pulun tutulması hissəsində iddia əsassız hesab edilməli və təmin edilməməlidir.

36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 1ci bəndinə, 56-cı maddəsinin 1-ci hissəsinə, həmin maddənin 2-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, həmin maddənin 2-ci hissəsinə, 76-cı maddəsinə, 83-cü maddəsinə, 296-cı maddəsinin 4-cü bəndinə, 297-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 128.1-ci maddəsinə, 130.1-ci maddəsin ə eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373- cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, onun işə bərpa edilməsi, müvafiq ekpertiza keçirib ona vurulmuş zərərin tam hesablanıb ödənilməsi və 10000 manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müfəttişliyinin də bildirdiyi kimi iş vaxtından artıq işlədilmiş və əlavə əmək haqqının hesablanıb veril məsini tələb edir. Həmçinin iş vaxtı qəzaya düşmüş avtomobilinə ziyan dəymiş və zərəri ödənilməmişdir. Şirkət Əmək Məcəlləsinin tələb etdiyi kimi normal 8 saatlıq iş saatı, həftə arası və istirahət ilə deyil özünün kəşf etdiyi 7 gün 24 saatlıq norma ilə işlətmişdir. Ona 3 aydan bir mükafatı kartla deyil əlbəəl verilmişdir. Bu isə vergidən və DSMF-dən yayınmadır və yanacaq limiti qurtaranda öz vəsaiti hesabına yanacaq tökmüşdür. Növbəti ayın 15-i pulunu əlbəəl vermişlər. Eyni zamanda qanunvericiliyə əsasən əlil olduğu üçün razılığı olmadan başqa işə keçirilə bilməz və əmək müqaviləsinə xitam verilə bilməz. Şirkət isə onu əmək şəraiti dəyişmək adı ilə başqa işə keçirtmiş, əmək haqqını kəsmiş və bezərək ərizə yazıb işdən çıxmasını istəmiş, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş vaxtından artıq işləməsinin pulu ödənilməmiş, istirahət vaxtı verilməmiş, işin icrası üçün heç bir avadanlıqla təmin edilməmişdir, öz telefonu, kompüteri, maşını ilə işləmiş və əvəzi ödənilməmişdir. Həmçinin qeyd edilməlidir ki, şirkətin dediyi mülahizə əsasızdır, belə ki, şirkət bildirirki hadisə olmayan vaxt istirahətdir, lakin nə telefonunu söndürə bilər, nə yaşayış yerini dəyişə bilər və sair. Eləcə də istirahət üçün 1 saat da şərait yaradılmamışdır. Eyni zamanda bayram günlərində də işlətmişlər. Bununla yanaşı, şirkət ona qarşı ayrı-seçkilik etmiş və əmək haqqını özləri onun yerinə imza ataraq kəsmişlər. İddia ərizəsində mənəvi zərərin məbləğini yazmasa da iclasda 10000 manat olduğunu bildirmişdir, səs yazısına baxıla bilər. Amma iddia təmin edil məmişdir. Məbləğ yazsa da, hakim təyin edir, bu səbəbdən də 10000 manat mənəvi zərər tələb edir. Həmçinin hüquqlarının pozulub-pozulmadığını aydınlaşdırmaq üçün əmək müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyinin cavabından sonra bilmişdir ki, hüquqları pozulub və məhkəməyə müraciət etmişdir. Burada isə iddia müddəti keçməmişdir. Qanunvericilikdə hüquqların pozulduğu gün hansı gün olduğunu aydın şəkildə yazılmışdır və həmin vaxtdan 1 il ötməmişdir. Əlavə olaraq şirkət ona əmək müfəttişliyinin qərarından sonra 2053 manat pul ödəmişdir, bu isə müddətin yenilənməsi anlamına gəlir. Eyni zamanda zərər məbləğinin təyini üçün ekspertiza keçirilməsini istəsə də, təmin edilməmişdir. Bundan başqa bildirmişdir ki, şirkət əmək müfəttişliyinə şikayət edəndə onu çağırıb 20000 manat pul və əmək haqqının yerinə qaytarılmasını təklif etmişdir ki, ərizəni geri götürsün və ona sədr müavini sədrin adına bu barədə ərizə yazdırmışdır. Sonradan 2053 manat pul ödəyərək onu işdən çıxarmışlar, şirkətin hüquqşünası yalan olduğunu demiş və məktub təqdim etmişdir ki, ona 60 manat ezamiyyət pulu verilmişdir. Yazılmışdır ki, telefon söhbətinin davamı olaraq sədr müavini ilə görüşməlidir. Məhkəmədə izahatında bildirmişdir ki, yalan deyirsə, onlar izah etsinlər ki, bu görüşün nəticəsi nə olub, lakin bu araşdırlmamışdır. Həmçinin bildirmişdir ki, şirkət ona ünvanladığı məktubu xx.xx.2022-ci il tarixdə almış və 1 ay tamam olmamış əmək müqaviləsinə xitam verilmişdir. Poçta sorğu verilmiş, məktubu alma tarixini dəqiqləşdirilməsini istəmişdir ki, lakin təmin edilməmişdir. Sorğu verilib alınsa idi aydı n görünəcəkdi ki, şirkətin məqsədi əmək şəraiti dəyişmək deyil, onu işdən çıxarmaqdır. Əlavə işə cəlb olunmağı haqqında sənəd təqdim etsə də, şirkətin uydurma etirazına baxılmışdır. Qeyd olunanlardan aydın olur ki, işdən əsassız çıxarılmışdır. Qətnamədə göstərilir ki, otuz min manat iddia əsasızdır. İddia o zaman əssasız olduğu sübut olunardı ki, ekspertiza təyin olunub hesablanardı şirkət ona 2053 manatı səhv hesablayıb ya düz və iddia müddəti ötürülmüşdürsə nə üçün şirkət ona 2053 manat ödəmişdir. Deməli şirkət əmək müfəttişliyinin qərarı ilə razılaşmış və ziyan vurduğunu etiraf etmişdir, sadəcə ekspertiza keçirilmədən, heç nəyə əsaslanmayan rəqəm çıxarıb 2053 manat pul ödəmişdir. Bunun üçün də ekspertiza keçirilib dəqiq məbləğ təyin olunmalı idi. Həmçinin şirkətin sədrinin adına məktub yazmışdır. Həmin məktub şirkətin ona əmək şəraiti ilə bağlı məktubuna cavab ola bilər, ya yox. Bu səbəbdən məktubu təqdim etməmişdir, lakin hazırda məktubu əlavə edir. Həmin məktubu xx.xx.2022-ci il tarixdə göndərilmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 apellyasiya şikayəti ilə razılaşmayaraq iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, apellyasiya şikayətinə etirazı müdafiə etməklə izahatında qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixində İddiaçı və Cavabdeh Sığorta Şirkəti arasında əmək müqaviləsi bağlanılmış, Qəza komissarları şöbəsinə mütəxəssis vəzifəsinə vergilər daxil olmaqla 600 manat əmək haqqı ilə (450 manat vəzifə maaşı, 150 manat aylıq vəzifə maaşına əlavə ödənc) işə qəbul olunmuşdur. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən o, əlil olması və ya əmək fəaliyyətinə mane ola biləcək xəstəliklərinin olması barədə işə qəbul ərizəsində, tərcümeyi-halında və kadrların şəxsi uçot vərəqəsində heç bir məlumat qeyd etməmiş, bununla bağlı heç bir sənəd təqdim etməmişdir. İşə qəbul zamanı, iddiaçı tibbi müayinədən (check up) keçirilmiş və tam sağlam olması təsdiq edilmişdir. xx.xx.2013-cü il tarixli, 03/2013 saylı Əmək Müqaviləsinin şərtlərinə görə iddiaçı aşağıda göstərilən vəzifələrin icrasını öhdəsinə götürmüşdür: - Həftənin 7/24 saatı ərzində sığorta hadisəsi baş verən məkanda olmaq; - Hadisə haqqında foto yaxud video çəkilişlər aparmaq; - Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP, Təcili yardım, yanğınsöndürmə xidməti); - Hadisə yerində zədələnmiş nəql iyyat vasitələrinə baxış keçirmək, ilkin sənədlər toplamaq, hadisə barəsində raport hazırlamaq; - Zədələnmiş nəqliyyat vasitəsini evakuasiya etmək; - Sığorta dələduzluğu faktlarını aşkar etmək; - İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək; - Hadisə nəticəsində zədələnmiş nəqliyyat vasitələrinə tələb olunan yerdə texniki ekspertizanın keçirilməsi zədələnmiş hissələrin fotoşəkillərinin çəkilməsi, zərurət olduqda baxış aktının tərtib olunması; - İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək. Əmək müqaviləsinin “Əmək şəraitinin şərtləri” bölməsinin 4.1.1-ci maddəsinə əsasən işçi həftə ərzində 40 saatdan çox olmamaq şərtilə normallaşdırılmamış iş vaxtı rejimində işləyir. İddiaçı birbaşa rəhbərinə gördüyü işin gündəlik və aylıq yazılı hesabatlarını təqdim etmişdir. Qeydə alınmış hesabatların təhlili onu deməyə əsas verir ki, iddiaçı həftəlik iş norması 40 saatdan çox olmamışdır. Belə ki, işçinin təqdim etdiyi hesabata əsasən, xx.xx.2020- xx.xx.2020-ci il tarixlərində işçi həftəlik olaraq 25 saat, xx.xx.2020-xx.xx.2020ci il tarixi aralığında həftəlik 19 saat ümumi yanvar ayı üzrə 68 saat 30 dəqiqə, fevral ayı üzrə 47 saat, mart ayı üzrə 53 saat işləmişdir. İddiaçının guya cavabdeh tərəfindən çox işlədilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur, göründüyü kimi iddiaçı ancaq əmək vəzifələrini yerinə yetirmiş və iddiaçının iş rejimi həftə ərzində hətta 30 saatı belə aşmamışdır. İddiaçının 2013-cü ildə qəzaya düşməsi barədə Şirkətə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat mövcud olmadığı üçün iddiaçının bu i ddiasını əsassız hesab edirlər. xx.xx.2015-ci il tarixində iddiaçının əmək haqqı vergilər daxil olmaqla 603 manat olmuş və bu barədə iddiaçı əmək müqaviləsinə yazılan Əlavəni imzalamışdır. Odur ki, iddiaçının heç bir əsas olmadan 2 il 6 ay sonra əmək haqqının azaldılması barədə iddiası əsassızdır. İddiaçının cavabdehlə olan əmək müqaviləsinə əsasən, həftədə 7/24 saat ərzində sığorta hadisəsi baş verən məkanda olmaq işçinin əmək funksiyasıdır. Burada hadisələrin və ya sığorta növlərinin sayına məhdudiyyət müəyyən edilməmişdir. Regional qəza komissarlarının işi yol nəqliyyat hadisələri baş verdikdə həmin hadisələrə çıxış edərək, hadisənin tənzimlənməsini təşkil etmək, şirkətin mənafeyini qorumaqla müvafiq sənədləşmələri aparmaqdan ibarətdir. İddiaçının da iş saatları yalnız hər hansı yol nəq liyyat hadisəsi baş verərkən həmin hadisəyə çıxış ilə məhdudlaşır. Yəni, gün ərzində hadisə baş vermədiyi təqdirdə o şəxsi işləri ilə məşğul olur və işə cəlb edilmir. Bundan əlavə iddiaçının imzası ilə razılaşdırdığı vəzifə təlimatına əsasən birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək işinin vəzifə öhdəliyidir. İddiaçının birbaşa rəhbərinin tapşırığına və şirkətin mənafeyi üçün bəzi hallarda Bakı şəhərindən Gəncə şəhərində yerləşən məhkəmələrə rəsmi sənədləri təqdim edilməsi həvalə edilmişdir. Lakin bu daimi və mütəmadi xarakter daşımamışdır. İddiaçı hüquqşünas olmadığı üçün onun məhkəmələrdə iştirakı və prosessual hərəkətlər etməsi mümkün deyildir. Sığorta hadisələrini tənzimləmək üçün hadisəyə çıxan qəza komissarları Şirkət tərəfindən “Azpetrol” və “Socar” benzi n kartları ilə təmin olunur və bu kartlara nağdsız, online qaydada nəzarət olunur. Belə ki, iddiaçıya yanacaq xərcinin ödənilməsi müvafiq sərəncamlarla rəsmiləşdirilmiş və yanacaq xərci kimi 5362,30 manat ödənilmişdir. İddiaçı əlil olması barədə məlumatı və əlilliyi təsdiq edən sənədi cavabdehə xx.xx.2017-ci il tarixində müvafiq ərizəyə əlavə etməklə təqdim etmişdir. Bununla əlaqədar xx.xx.2017-ci il tarixində Əmək Müqaviləsinə 02/2017 nömrəli Əlavə edilmiş, işəgötürən və işçi arasında imzalanmış və işçinin ödənişli məzuniyyət günləri 42 təqvim günü müəyyən edilmişdir. İddiaçının əmək haqqı barədə məlumatından görünür ki, 2017-ci ildən etibarən işçiyə qanunvericiliklə nəzərədə tutulan vergi güzəştləri tətbiq edilmiş. 2019-cu ildən isə işçinin əmək haqqı qanunvericiliyə uyğun olaraq ümumiyy ətlə gəlir vergisindən azad olmuşdur. İddiaçının əmək haqqının 200 manat hissəsinin vergidən azad olması və buna görə də əlavə 28 manat almalı olması barədə iddiasının isə heç bir hüquqi və iqtisadi əsası yoxdur. Belə ki, əlillik barədə sənəd təqdim edildiyi tarixdən 2019-cu ilədək iddiaçının əmək haqqının 200 manat hissəsi vergidən azad olunmuş və müvafiq olaraq da onun əmək haqqından tutulmalı olan gəlir vergisi 200 manat çıxıldıqdan sonra qalan məbləğə tətbiq edilmişdir. Yəni baxılan halda analoji əmək haqqı alan işçinin əmək haqqından iddiaçıya nisbətən daha artıq gəlir vergisi tutulmuşdur. İşçinin əmək haqqından gəlir vergisi və DSMF ödənişindən əlavə, 2018-ci ildən işsizlik sığortası haqqı, 2021-ci ildən isə icbari tibbi sığorta haqqı tutulur. İşçiyə fəaliyyəti dövründə ancaq 2019 və 2020-ci illərdə töhmət verilmişdir. Belə ki, 19 dekabr 2019-cu il tarixli əmrə əsasən işçiyə töhmət verilmişdir. Töhmətin verilməsinə əsas xidməti araşdırma zamanı aşkar edilmiş nöqsanlar olmuşdur. Belə ki, işçi əmək müqaviləsinin vəzifə öhdəlikləri bölməsinin 3.1.1, 3.1.2, 3.1.3, 3.1.4, 3.1.6, 3.1.7, 3.1.8, 3.1.9-cu bəndlərini pozaraq, yol-nəqliyyat hadisəsi baş verən məkana getməmiş, foto və video çəkilişlər etməmiş, hal şahidlərini müəyyən edərək onlardan izahat almamış və sığorta dələduzluğu faktının aşkarlanması və qarşısının alınmasına dair tədbirlər görməmiş, bununla yanaşı birbaşa rəhbər tərəfindən verilən şifahi tapşırıqları yerinə yetirməmişdir. Bu faktlar isə İddiaçı alınmış izahatla sübut olunmuşdur. Bundan əlavə, 4 noyabr 2020-ci il tarixli əmrlə verilən töhmət isə təkrarən y uxarıda göstərilən bəndlərin tələblərini pozmaqla bağlı olmuşdur. Belə ki, qəza komissarı vəzifəsində işləyən İddiaçı hadisə barədə məlumat verilməsinə baxmayaraq, o hadisə yerinə getməyərək, hadisəni yalnız telefon vasitəsilə qeydə almışdır. Həmçinin saxta raport tərtib edərək, hadisə iştirakçılarının əvəzinə raportu imzalamışdır. Hadisə iştirakçıları hadisə yerinə baxış keçirilməsi üçün əməkdaşın gəlmədiyini və heç bir sənədə imza atmadıqlarını bildirmişdirlər. Hazırda iddia ərizəsində iddiaçı ona verilən töhmətlərin əsassız olduğunu iddia etsə də, töhmət verilərkən onu mübahisələndirməmişdir və iddia müddətini ötürmüşdür. İddiaçının işinə laqeyd yanaşması şirkət üçün maddi risklər yaratdığından məhz onunla danışıldıqdan sonra ona həvalə edilmiş ərazi bölünərək 2-ci qəza komissarı ştat vahidi yaradılmış və yeni əməkdaş işə cəlb olunmuşdur. Regiona 2-ci əməkdaş götürüldükdən sonra iddiaçının həm xidmət etdiyi ərazi daha da kiçilmiş, həmçinin iş satları daha da azalmışdır. 2-ci əməkdaş götürüldükdən sonra, iddiaçının xidmət etdiyi qəzalar da 2 dəfə azalmışdır. Belə ki, əgər əvvəl iddiaçı Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Yevlax, Goranboy, Goy-Göl, Samux rayonları ərazisində baş verən hadisələrə çıxırdırsa, dəyişiklikdən sonra iddiaçı ancaq Gəncə, Mingəçevir, Yevlax, Goranboy, Goy-Göl, Samux rayonlarında baş verən hadisələrə çıxmışdır. Yəni əgər iddiaçı əvvəl 12 rayonda baş verən hadisələrə çıxırdırsa, dəyişiklikdən sonra işin həcmi azalmış və cəmi 6 rayona çıxmağa başlamışdır. İşin həcmi nəzərə alınaraq müvafiq olaraq iddiaçının əmək haq qı 432 manat müəyyən edilmişdir. Bununla bağlı ona məlumat verilmiş, lakin iddiaçı əmək müqaviləsinə əlavəni imzalamaqdan imtina etmişdir. Bununla bağlı imtina aktı tərtib edilmişdir. İddiaçı ilə eyni vəzifəyə götürülmüş işçinin də əmək haqqı vergilər daxil olmaqla 432 manat müəyyən edilmişdir. Bununla belə iddiaçı qeyd edilən şərtlə 2020-ci ildən əmək fəaliyyətini davam etdirmiş, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdir. İddiaçının birbaşa rəhbərinə səhhəti ilə bağlı əmək fəaliyyətini həyata keçirməsində çətinlikləri olmasını (gözlərinin zəif görməsi, gecə avtomobil idarə edə bilməməsi, uzun yol gedə bilməməsi) bildirməsini, əmək müqaviləsi şərtlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və əməyin təşkilində dəyişiklik edilməsi zərurətini nəzərə alaraq, əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. İşçinin vəzifəsi saxlanılmaqla ofis şəraitində işləməsinin təmin olunması və iş saatlarının azaldılması üçün əmək şəraiti şərtlərinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixində iddiaçıya məktub ünvanlanmışdır. Həmin məktubda iş saatının gün ərzində 6 saatdan, həftə ərzində isə 30 saatdan çox olmaması, iş saatının 09:00-da başlaması və 16:00-da bitməsi, işçinin həftə ərzində 5 natamam iş günü ilə işləməsi, şənbə və bazar günləri istirahət etməsi və ofis şəraitində vəzifələrində baş verəcək dəyişikliklər barədə məlumat verilmişdir. İddiaçı dəyişikliklə bağlı ona təqdim edilən sənədləri imzalamaqdan imtina etməklə, yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Qeyd edilən fakt iddiaçının birbaşa rəhbərliyi və Gəncə filialının direktoru tərəfindən tərtib olunan aktla rəsmiləşdirilmişdir. Cavabdeh Sığorta Şirkəti xx.xx.2022-ci il tarixində yenidən iddiaçıya məktub ünvanlayaraq, işəgötürən tərəfindən başqa işə keçirilməsinin mümkün olmadığı və yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermədiyi halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixində isə İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən iş yerinə getməməsi barədə akt tərtib olunmuşdur. Faktın doğruluğu Gəncə filialının direktoru X3 və Qəza Komissarları şöbəsinin müdiri X2 imzası ilə təsdiqlənmişdir. Nəticədə Cavabdeh Sığorta Şirkəti əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci his səsinin “c” bəndinə əsasən xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr çıxararaq, istifadə edilməmiş 89,18 gün üçün məzuniyyət üçün pul əvəzinin ödənilməsi və Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində 2534,34 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində iddiaçıya əmək kitabçasının təhvil alınması üçün şirkətin baş ofisinə gəlməsi və ya sənədin göndəriləcəyi ünvanı bildirməsi barədə yazılı bildiriş ünvanlanmışdır. Lakin iddiaçı əmək kitabçasını götürməmiş, əmək kitabçasının göndəriləcəyi ünvanı bildirməmişdir. Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsa sən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraiti şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 27 iyul 2021-ci tarixində X5 Xidmətindən iddiaçının iddia ərizəsi ilə eyni məzmunda olan ərizəsi daxil olmuşdur. Ərizədə qeyd edilənlərlə bağlı Əmək Müfəttişliyində araşdırma apar ılmış və xx.xx.2017-ci tarixindən (iddiaçının əlillik sənədini təqdim etdiyi tarixdən) onun əmək müqaviləsi üzrə həftəlik iş saatının 30 saata salınmalı olması irad kimi bildirilmiş və buna müvafiq olaraq iddiaçıya həmin dövr üzrə 2320,02 manat əlavə əmək haqqı ödənilməsi təmin olunmuşdur. Cavabdeh şirkətin vəzifəli şəxsi isə müvafiq qaydada inzibati cərimə olunmuşdur. İddiaçının əmək şəraiti şərtləri dəyişdirilərkən məhz qeyd edilən pozuntunun da aradan qaldırılması nəzərdə tutulmuşdur. Lakin iddiaçı nədənsə həftəlik iş saatının 40 saatdan 30 saata endirilməsi şərtini də qəbul etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının pul kompensasiyası ilə bağlı tələbləri 2013-2020-ci illəri əhatə edir. Bundan əlavə iddia ərizəsindən görünür ki, iddiaçı qeyd edilən halları bilmiş, lakin cavabd ehə qarşı məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü maddəsinin tələbləri baxımından iddiaçının iddia tələbi irəli sürməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi ilə bağlı fikir ayrılığının olduğunu hesab etsə də, eləcə də pul tələbləri olsa da, qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, cavabdehlə əmək fəaliyyətini davam etdirmişdir. Bununla yanaşı, iş materiallarında da iddiaçının üzürlü səbəbdən iddia müddətini ötürməsi təsdiq olunmur. İddiaçı ona ödənilməyən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən, həmin tələb üzrə id dia müddətini tətbiq etməklə iddianın rədd edilməsini, işə bərpa ilə bağlı tələbinin isə əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6695/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

41. Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/8374 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsi, məzuniyyət əmrləri, Cavabdeh Sığorta Şirkəti ASC üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış əmək haqqı cədvəlləri, eyni zamanda arayışlar, iddiaçıya məxsus əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri və sair sənədlərə əsasən İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-də işlədiyi xx.xx.2021-ci il tarixdən işdən azad olunduğu xx.xx.2022-ci il tarixədək əmək haqqı üzrə ödənişlərin cəmi məbləği 4365,68 manat, aylıq vəzifə maaşlarına əlavə ödəncin cəmi məbləği 2469,22 manat, məzuniyyət pulunun cəmi məbləği 452,58 manatdır. Ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-də işlədiyi xx.xx.2021-ci il tarixdən işdən azad olunduğu xx.xx.2022-ci il tarixədək əmək haqqı, məzuniyyət haqqları, son haqq-hesab üzrə bütün ödənişlərin hesablanıb ödənildiyi müəyyən edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qası mov) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(009)-921/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əmək şəraitinin dəyişidirilməsinə dair bildiriş rəsmi qaydada işəgötürən tərəfindən iddiaçıya göndərilmiş, həmin bildirişdə onun vəzifəsi saxlanılmaqla ofis şəraitində işləməsinin təmin olunması və iş saatlarının azaldılması üçün əmək şəraitinin dəyişdirilməsi qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətində həmin bildirişi 5 yanvar 2022-ci il tarixdə aldığını bildirsə də bu barədə mötəbər sübut təqdim etməmiş, əksinə "xxxx" Ekspress MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, xx.xx.2021-ci il saat 12-30-da Atəşgah Sığortadan qəbul olunmuş zərf qaimə (45286 0) ünvan 3 ünvanına göndərilmişdir. Məktub xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən bildirişdən məlumatlı olmuş, lakin cavabdeh tərəfin əmək şəraitinin dəyişdirilməsi barədə təklifinə müsbət cavab verməmiş və bu təklifdən imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə işdən azad olunmasını əsaslı hesab etmişdir.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının dəlillərinin yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin iddiaçıya hər hansı maddi ziyan dəyməsi və hesablanıb ödənilməyən vəsaitin olması müəyyən edilməmişdir. Eləcə də istinad edilən eks pert rəyinin mötəbərliyini şübhə altına hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğun olmuşdur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tut ulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə apellyasiya şikayətində hüquqlarının pozulub-pozulmadığını aydınlaşdırmaq üçün əmək müfəttişliyinə müraciət etdiyini bildirməklə, əmək müfəttişliyinin cavabından sonra bilmişdir ki, hüquqları pozulub və məhkəməyə müraciət etmişdir.

47. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlili ilə razılaşmamışdır. Belə ki, iddiaçı tələb etdiyi pul məbləğini onun işə daxil olduğu vaxtdan ödə nilməli olmasını qeyd etmiş, lakin bu müddət ərzində bununla bağlı işəgötürənə müraciət etməmişdir.

48. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmrin əsassız olması, eləcə də iddiaçıya maddi ziyanın dəyməsi sübut edilmədiyindən iddiaçıya mənəvi ziyanın dəyməsi də öz təsdiqini tapmamışdır.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlu matlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, mənəvi zərərin təmin edilməsi üçün həmin maddənin qeyd hisisəsində göstərilən əsaslar da müəyyən olunmamışdır.

50. Məhkəmə kollegiyası apellyatorun əlilliyi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, hazırki halda Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 79-cu maddəsinin 3-cü hissəsində göstərilən əsaslar müəyyən edilmir. Belə ki, işəgötürən iddiaçının ona səhhəti ilə bağlı, yəni gözlərinin zəif görməsi, gecə avtomobili idarə edə bilməməsi, uzun yol gedə bilməməsi ilə bağlı əmək fəaliyyətinin həyata keçirilməsində çətinlik olmasına dair mürac iətini nəzərə alaraq, yəni iddiaçının əlilliyi onun peşə vəzifəsini yerinə yetirilməsinə mane olduğu üçün, əmək müqaviləsinin şərtlərinin qanunvericilik tələblərinə uyğunlaşdırılması, əməyin təşkilində dəyişiklik edilməsini zəruri hesab edərək, iddiaçı ilə əmək şəraiti şərtlərinin dəyişdirməsi barədə qərar qəbul etmişdir. Digər tərəfdən iddiaçının müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxs olması, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi olması halları müəyyən olunmamışdır.

51. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 56 (İ və İİ hissə), 68 (İ hissə və İİ hissənin “c” bəndi), 7 6, 83, 296 (İV bənd) və 297-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiya mhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

53. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Sığorta Şirkətinin İdarə Heyətinin sədri adından həmin şirkətin qəza komiss arları şöbəsinin mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixində əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında yazılı məlumat (bildiriş) göndərilmişdir. Həmin bildirişdə onun vəzifəsi saxlanılmaqla ofis şəraitində işləməsinin təmin olunması və iş saatlarının, əmək haqqının dəyişdirilməsi ilə bağlı əmək şəraitinin dəyişdirilməsi qeyd edilmişdir. İddiaçı həmin bildirişi 05 yanvar 2022-ci il tarixdə aldığını bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmiş, əksinə “Azari" MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, xx.xx.2021-ci il saat 12-30-da Cavabdeh Sığorta Şirkətindən qəbul olunmuş zərf qaimə (452860) ünvan 3 ünvanına göndərilmişdir. Məktub xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən qəbul edilmişdir. Bununla bağlı digər təsdiqedici sənədlər məhkəməyə təqdim edilmişd ir. Göründüyü kimi, iddiaçı sözügedən bildirişdən məlumatlı olmuş, lakin cavabdeh tərəfin əmək şəraitinin dəyişdirilməsi barədə təklifinə müsbət cavab verməmiş və bu təklifdən imtina etmişdir. Belə ki, Cavabdeh Sığorta Şirkətinin qəza komissarları şöbəsinin müdiri İ.X.Mİrzəyev, Zərərlərin tənzimlənməsi idarəsinin rəisi F.A.Axundov və Kadr karğızarlığı və əməyin ödənilməsi şöbəsinin müdiri V.V.Abbasova xx.xx.2022-ci il tarixində akt tərtib edərək göstərmişlər ki, Qəza komissarları şöbəsinin mütəxəssisi İddiaçı ilə iki dəfə telefonla əlaqə saxlanılmış, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında ona göndərilmiş bildirişə münasibət bildirməsinin zəruriliyi ona izah edilmiş, lakin o, yeni şərtlərlə razı olmadığını bildirərək əmək müqaviləsinə əlavəni imzalamaqdan imtina etmişdir. İddia çının şikayətlərinin dəlillərinə qiymət verilməsi, eləcə də, işin obyektiv həllinə nail olmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Eksprtizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/8374 nömrəli ekspert rəyinə görə, iş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsi, məzuniyyət əmrləri, Cavabdeh Sığorta Şirkəti üzrə xx.xx.2021 -ci il tarixdən 01,02.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış əmək haqqı cədvəlləri,eyni zamanda arayışlar, iddiaçıya məxsus əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri və.s sənədlərə əsasən İddiaçı "xxxx" Sığorta Şirkətində işlədiyi xx.xx.2021-ci il tarixdən işdən azad olunduğu xx.xx.2022-ci il tarixədək əmək haqqı üzrə ödənişlərin cəmi məbləği 4365,68 manat, aylıq vəzifə maaşla rına əlavə ödəncin cəmi məbləği 2469,22 manat, məzuniyyət pulunun cəmi məbləği 452,58 manatdır. Ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı Cavabdeh Sığorta Şirkətində işlədiyi xx.xx.2021-ci il tarixdən işdən azad olunduğu 01,02.2022-ci il tarixədək əmək haqqı, məzuniyyət haqqları, son haqq-hesab üzrə bütün ödənişlər hesablanıb və ödənildiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının dəlillərinin yoxlanılması zamanı iddiaçıya hər hansı maddi ziyan dəyməsi və hesablanıb ödənilməyən vəsaitin olması müəyyən edilməmişdir. Eləcə də istinad edilən ekspert rəyinin mötəbərliyini şübhə altına alan hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

55. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yeti rmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir.

56. Maddə 56 (İ hissə). İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

57. Maddə 56 (İİ hissə). İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməz dən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

58. Maddə 68 (İ hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

59. Maddə 68 (İİ hissə, “c” bəndi). Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

60. Maddə

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni za manda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

61. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərar ı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

62. Maddə 296. (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

63. Maddə

297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

66. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edi r ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

77. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegi yası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-413/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar