Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2499/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1778/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2007-ci il tarixdə aparılmış qiymətləndimənin nəticəsi olaraq İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə əlaqədar “keçirilmiş QKBT-nın qalıq əlamətləri. Postravmatik enselofapatiya, serebral anarxoidit, tez-tez qıcolma tutmaları və kəskin nəzərə çarpan ANS” diaqnozu ilə müddətsiz 2-ci dərəcəli əlillik verilmiş, “əmək zəmanəti” bölməsində onun əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir.
2. İddiaçı ilə (bundan sonra - iddiaçı) Cavabdeh İB (bundan sonra - cavabdeh) arasında xx.xx.2012-ci il tarixli 20 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddi açı Birliyin idarəetmə aparatının Tikinti Departamentinin Yeni qazlaşdırma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir.
3. Cavabdeh İB iddiaçının əlilliyi ilə bağlı işə onun yararlılığının müəyyən olunması barədə 17 nömrəli TSEK-ə sorğu vermiş və Komissiyanın cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli 46 saylı məktubda bildirilmişdir ki, “Xəstəliyin xarakteri nəzərə alınaraq İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər”.
4. Bundan sonra iddiaçının əlilliyi nəzərə alınmaqla, onunla əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli, 20/6 saylı əmrlə, xx.xx.2012-ci il tarixli 20 saylı əmək müqaviləsinə dəyişiklik edilmiş, əmək müqaviləsinin 4.16, 4.17, 4.27, 4.28 və 4.29 bəndləri aşağıdakı redaksiyada qə bul edilmişdir: “4.16. İşçi gündə 7.20 saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir; 4.17. iş saatı 09:00-da başlayır, saat 17:20-də qurtarır; 4.27. əsas məzuniyyətin müddəti 46 təqvim günüdür; əlavə məzuniyyət müddəti əmək stajına görə - təqvim günü; 4.29. əmək məzuniyyətinin ümumi müddəti 46 günləridir”. Həmin razılaşdırılmış dəyişikliklərin xx.xx.2018-ci il tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.
5. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-836/2023 nömrəli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən) tutduğu 12-ci d ərəcəli mühəndis vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh İB-yə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 31 avqust 2023-cü il tarixli, № 14-2-2/3-1K-836/2023 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqı və digər ödənişlər ödənilməklə, onun Cavabdeh İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsində əvvəlki 12-ci dərəcəli mühəndis vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlildir. xx.xx.2012-ci il tarixli, 20 saylı əmək müqaviləsinə əsasən işə qəbul olunarkən İİ qrup Qarabağ əlili və eyni zamanda “əmək qabiliyyətsiz” olduğu barədə işəgötürən məlum atlı idi. İşə qəbul olduğu vaxt əmək müqaviləsi bağlanarkən və sonrakı dövrlərdə həmin idarənin X4 tərəfindən müharibə əlilliyini sübut edən bütün müvafiq sənədlər ondan tələb edilərək şəxsi işinə əlavə edilmişdir. Bundan sonra 2018-ci ildə Cavabdeh İB-nin rəhbərliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasına, onun və digər əlilliyi olan şəxslərin hansı işlərdə işləyə bilməsi, işə yararlı olub-olmaması barədə məlumat əldə edilməsi üçün məktubla müraciət edilmiş, Komissiyanın xx.xx.2018-ci il tarixli 46 saylı məktubu ilə iddiaçıya münasibətdə bildirilmişdir ki, “Xəstəliyin xarakteri nəzərə alınaraq İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər”. Cavabdeh İB Tibbi-Sosial Ekspert Komissiyasının qeyd edilən məktubunu nəzərə alaraq, xx.xx.2012-ci il tarixli, 20 saylı əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 28 iyun 2018-ci il tarixli əmr vermiş və əmrə əsasən, onunla 22 fevral 2012-ci il tarixdə bağlanmış 20 nömrəli əmək müqaviləsinin 4.16 (işçi gündə 7.20. saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir) 4.17 (iş saatı 09.00-da başlanır, saat 17:12-də qurtarır). 4.27 (əsas məzuniyyətin müddəti). 4.28.(əlavə məzuniyyətə görə) və 4.29-cu (əmək məzuniyyətinin ümumi müddəti) bəndlərinə dəyişiklik edilmişdir. Yəni, əmrdən göründüyü kimi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli 46 saylı məktubu nəzərə alınaraq, onun gündəlik və həftə ərzində iş saatlarının sayı azaldılmaqla işə yararlı hesab edilmiş və onun həmin işdə və vəzifədə qalaraq, göstərilən şərtlərlə işləməsi məqsədəmüfaviq hesab edilərək işinə davam etmişdir. Lakin 2023-cü ilin təxminən may ayının əvvəllərində Cavabdeh İB-nin X3 rəisi onu və digər əlilliyi olan şəxsləri öz xidməti otağına çağıraraq bildirmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən onlar tutduqları vəzifədə işləyə bilməzlər. Əlilliyi olan şəxslər öz əlillik dərəcələrini ləğv etdirsinlər, əks halda onlarla bağlanan əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəkdir. Bir çox şəxslər işlərini itirəcəyi qorxusundan əlillik dərəcələrini ləğv etdirmişlər və hazırda həmin şəxslər orada işləyirlər. O, isə bu qanunsuz təklifdən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh X4nə dəvət edilərək, xəbərdarlıq edilmədən onun əmək müq aviləsinə xitam verildiyini və işdən azad olunduğunu bildirmişlər. Cavabdeh təşkilata işə bərpa edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, ərizəsinin icrasından imtina edilmişdir.
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, 2018-ci ildə müvafiq Tibbi Sosial Ekspert Komissiyasına sorğu verilmiş və sorğuya cavab olaraq onun yüngül oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir, iddiaçının əmək qabiliyyətsiz olması yazılmamışdır. Elektron portaldan yenilənmə olduqdan sonra onlar iddiaçının əmək qabiliyyətsiz olduğunu bilmiş, bununla bağlı iddiaçı ilə 2023-cü ilin may ayında söhbətlər aparılmış, onun yenidən yoxlamadan keçməsi təklif edilmiş, ona bir ay müddətinə vaxt verilmişdir. Həmin bir ay müddət bitəndən sonra da rəhbərlik humanistlik etmiş, onun sonra da işləməs inə icazə vermiş və 2023-cü ilin avqust ayında onun əmək müqaviləsinə xitam verilmişdir. Əlillik statusu elə bir şeydir ki, müəyyən müddət sonra onun sağlamlığı yaxşılığa doğru dəyişə bilər və tam sağlam şəxs də hesab edilə bilər. Əmək qabiliyyətsiz olan işçinin onların müəssisəsi tərəfindən işlədilməsi qanunvericiliyə ziddir. Buna görə də işçinin əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, iddiaçıya işdən çıxarılması barədə bildiriş və ya xəbərdarlığın verilməməsi barədə qeyd edir ki, iddiaçının işdən çıxarılmasının əsası kimi göstərilən Əmək Məcəlləsinin müvafiq maddəsində qeyd edilməmişdir ki, işəgötürən tərəfindən işçiyə bildiriş verilməlidir. Qeyd etdiklərinə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sos ial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2007-ci ildən (Diaqnoz: Postravmatik enselofapatiya, serebral anarxoidit, tez-tez qıcolma tutmaları və kəskin nəzərə çarpan ANS. Əmək zəmanəti - əmək qabiliyyətsiz) müddətsiz ikinci dərəcə təkrar əlillik statusuna malikdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 2(011)7498/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023cü il tarixli 14- 2-2/3-1K836/2023 nömrəli əmrin ləğv edilməsi, iddiaçının cavabdeh İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçıya cavabdeh tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmamışdan qabaq ikinci dərəcəli əlillik dərəcəsi almış, işəgötürən isə bundan məlumatlı olmuşdur. Əmək Məcəlləsinin göstərişlərindən müəyyən olunur ki, işçinin əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, bundan başqa işdən çıxarılmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki, maddənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, elə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, o, müəssisədə avqust ayına kimi çalışmış, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliy yəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır.
13. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi; Azərbaycan Respublikası Əmək Məcəllənin 16; 74.1 (ç), 83, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(011)-7498/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, əmək haqqı tələbinin mübahisəsi ilə bağlı mediasiyaya müraciət etməmiş və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin t ələbi mübahisələndirməyi, cavabdehdən əmək haqqı tələb etməyi qanunauyğun deyildir. Belə ki, bu halda əmək haqqı tələbinin özü-özlüyündə artıq tərəflər arasında başqa bir fərdi əmək mübahisəsini özündə ehtiva edir və iddiaçı tərəf bu tələblə əlaqədar ayrıca olaraq mediasiyanın tədbiqi barədə təkliflə müraciət etməlidir. İddiaçı məhkəməni inandırmağa çalışmışdır ki, o, İİ qrup əlil olduğu üçün Cavabdeh İB-dən işdən azad edilmişdir və xx.xx.2018-ci il tarixində verilmiş 27 nömrəli TSEK məktubuna əsasən o, ağır fiziki işlər ona əks göstəriş olduğu üçün yalnız yüngül oturaq işlərdə işləyə bilər. İddiaçı İİ qrup əlil olması əsası ilə əlaqədar işdən azad edilməmişdir və 27 nömrəli TSEK tərəfindən Cavabdeh İB-yə kağız daşıyıcıda göndərilmiş xx.xx.2018-ci il tarixli 46 nömrəli məktubda qeyd olunan rəyin nəticəsi öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TS EK-in) 2023-cü il dövrü üçün iddiaçının “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin qiymətləndirilməsi” barədə sonuncu müayinəyə dair məlumatları www.egov.az internet portalına yerləşdirilmiş və həmin məlumatlardan işəgötürənə müəyyən olunmuşdur ki, iddiaçı əmək qabiliyyətsizdir. Bu barədə müayinə məlumatlarının “əmək zəmanəti” hissəsində də müvafiq qeydlər aparılmışdır (TSEK-in müayinə məlumatları şikayətə əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK-in) sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, Cavabdeh İB-də işləyən bəzi işçilər, o cümlədən də iddiaçı əmək qabiliyyətsizdir, yəni ki, həmin işçilərin əməyə olan qabiliyyətləri yoxdur. Həmin işçilərin əmək qabiliyyətsiz olmaları barədə TSEK-in sonuncu müayinə məlumatlarının “əmək zəmanəti” hissəsində müvafiq qeydlər aparılmışdır. Bu fakt Cavabdeh İB-nin İnsan Resursları Departamentinə məlum olduqdan sonra, Cavabdeh İB-də işləyən və TSEK-in sonuncu müayinəyə dair məlumatlarından əmək qabiliyyətsiz olmaları müəyyən olunmuş işçilərin hamısına, o cümlədən də iddiaçıya Cavabdeh İB-nin İnsan Resursları Departamentinin məsul əməkdaşları tərəfindən Cavabdeh İB-nın əsas binasında ümumi olaraq məlumat verilmişdir ki, “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin yenidən qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə təkrarən ƏƏSMNnin tabeliyində olan Tibbi-Sosial Eksper tiza və Reabilitasiya Agentliyinə müraciət etsinlər. Apellyasiya şikayətinə qoşma etdiyi sənədlərdə adı keçən bəzi işçilərin (TSEK-in sonuncu müayinə məlumatlarında adları olan) əmək zəmanətləri tam dəqiqləşdirilmiş və əlillik vəziyyətləri yenidən qiymətləndirilmişdir. Həmin işçilərin bəzilərinin əmək zəmanətləri tam dəqiqləşdirilmiş və onların “oturaq şəraitdə” və “yüngül işlərdə” işləyə bilməsi kimi müayinə nəticələrinə düzəlişlər edilmişdir. Bəzi işçilərin isə əlillik vəziyyətləri yenidən qiymətləndirilmiş və onların “tam reabilitasiya olunması barədə qərar” qəbul edilmişdir (həmin işçilərə dair TSEK müayinə məlumatları apellyasiya şikayətinə əlavə olunur). Lakin iddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə Tibbi-Sosial Eksper tiza və Reabilitasiya Agentliyində yenidən tibbi müayinədən keçməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan fasiləsiz olaraq Cavabdeh İB-də işləmişdir. Bu səbəbdən də iddiaçının əmək müqaviləsinə 6 ay sonrasında Cavabdeh İB-nın xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K836/2023 nömrəli əmri ilə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunanları göstərməklə məqsədi odur ki, iddiaçının TSEK rəyinə əsasən əmək qabiliyyətsiz olması barədə işəgötürən Azəriqaz İB-nin hələ 2023-cü ilin əvvəlindən məlumatı olmuş, lakin iddiaçını həmin an işdən azad etməmişdir. Azəriqaz İB-nin əgər iddiaçını bu əsasla işdən azad etmək niyyəti olsa idi, əmək zəmanəti barəsində iddiaçıya dair ilkin məlumatlar www.e-gov.az internet portalına yer ləşdirildiyi ilk andaca işdən azad edərdi. İşəgötürən isə əksinə, işçiyə “əmək zəmanətinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətinin qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə yenidən ƏƏSMN-nin tabeliyində olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsini təklif etmiş, işçi isə bundan imtina etməklə son 6 aydan çox müddətə fasiləsiz olaraq “əmək qabiliyyətsiz” Azəriqaz İB-də işləmişdir. Əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edilərkən onun səhhəti peşə vəzifələrini də yerinə yetirməyə mane olur, başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün də təhlükə törədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən iddiaçının əmək qabiliyyətinə zəmanət verilmədiyi halda onun əmək qabiliyyətsiz qaydasında iş yerində təhlükəsiz işləməsi ağlabatan və qanuni deyildir. Əmək qabiliyyətsiz olan iddiaçının istehsalat sahəsində (Yeni qazlaşma və inkişaf şöbəsi) mühəndis kimi çalışması və çalışacağı zamanı yol verəcəyi istehsalat xətası hüquqi şəxsin məsuliyyətlə üz-üzə qalmasına və onun vəzifəli şəxslərinin isə CM-in 314-cü maddəsi ilə (səhlənkarlıq) məsuliyyətə cəlb olunmasına zəmin yaradacaqdır. Bundan əlavə, əmək qabiliyyətsiz iddiaçının özünün iş yerində hər hansı bir istehsalat zədəsi alması, iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, iş yerində baş verəcək iddiaçının ölüm hadisəsi və s. kimi arzuolunmaz hallar işəgötürənin məsuliyyətə cəlb edilməsinə zəmin yaradacaq hallardır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) 2(103)1778/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının sağlamlığında müvafiq problemlərin mövcud olmasından işəgötürən, işçi işə qəbul edilən zaman (xx.xx.2012-ci il tarixində) məlumatlı olmuşdur. İddiaçının müayinəsinin nəticələrinə əsasən əlillik statusuna malik olması, onun İB-nin Tikinti Departamentinin Yeni qazlaşdırma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə qəbul olmasına, həmin vəzifədə çalışmasına maneçilik törətməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bə ndinə əsasən işdən çıxarılana qədər tərəfindən əmək vəzifələrinin faktiki icra edilməsi mümkün olmuşdur.
18. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçının məhdud sağlamlıq imkanlarını nəzərə alaraq vəziyyətinə uyğun olan başqa iş ona təklif etməmiş, işçinin sağlamlığı ilə əlaqədar yerinə yetirə biləcəyi başqa işin olmaması barədə məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Halbuki, 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli cavabdehə ünvanlanmış məktubundan görünür ki, xəstəliyinin xarakteri nəzərə alınaraq, iddiaçıya ağır fiziki işlər əks göstərişdir, o, yüngül oturaq işlərdə işləyə bilər.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, onunla əmək müqavi ləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 16, 68,71, 74, 76, 83, 300-cü maddələrinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, əmək haqqı tələbinin mübahisəsi ilə bağlı mediasiyaya müraciət etməmiş və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbi mübahisələndirməyi, cavabdehdən əmək haqqı tələb etməyi qanunauyğun deyildir. Bu arqument apellyasiya şikayətində qeyd olunsa da, apellyasiya məhkəmə kollegiyası öz mövqeyində həmin arqumentinə hüquqi qiymət verməmiş və arqument ilə razılaşmamasını əsaslandırmamışdır. Cavabdeh iddiaçının əlil olduğunu və xx.xx.2018-ci il tarixində kağız daşıyıcıda verilmiş 27 nömrəli TSEK məktubuna əsasən iddiaçıya ağır fiziki işlərin əks göstəriş olduğu üçün yalnız yüngül oturaq işlərdə işləyə bilməsini bilirdi. Lakin, 2023-cü ildə iddiaçıya münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TS EK-in) sonuncu müayinə məlumatlarında dəyişikliklər edilmiş, iddiaçının əmək zəmanətinə dair sonuncu müayinə məlumatları elektron hökümət portalına yerləşdirilmiş və həmin məlumatlardan iş əgötürən cavabdehə məlum olmuşdur ki, iddiaçı əmək qabiliyyətsizdir. Həmçinin bu arqument apellyasiya şikayətində qeyd olunsa da, apellyasiya məhkəmə kollegiyası öz mövqeyində həmin arqumentinə hüquqi qiymət verməmiş, arqumenti ilə razılaşmamasını əsaslandırmamış və cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçı tərəfin əlil olması əsası ilə xitam verildiyini başa düşmüşdür. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının əlil olması əsası ilə deyil, TSEK tərəfindən iddiaçının əməyə olan qabiliyyətinə zəmanət verilmədiyi üçün, yəni iddiaçı tərəf əmək qabiliyyətsiz olduğu üçün xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən arzuolunmaz halların baş verəcəyi ehtimalı nəzərə alınmamış, əmək qabiliyyətsiz bir işçini işə bərpa etməklə işəgötürən hüquqi şəxsi məsuliyyət qarşısında qoymuş və apellyasiya instansiya məhkəməsi özü də bu məsuliyyətə birbaşa ortaq olmuşdur.
23. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə işə baxılması vaxtını ağlabatan saata təyin etmədiyi üçün apellyasiya məhkəmə baxışı iclasına təyin olunmuş saatdan sonra cavabdehin vəkili çatmış və izahat vermək hüququ ondan asılı olmayan üzrlü səbəblərdən pozulmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 11, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları n şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
26. Maddə 12, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək...
27. Maddə 16, 1-ci hissə.... Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
28. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;... d) tərəflərin iradəsindən asılı olmayan hallar; …
30. Maddə 74, 1-ci hissə. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:... c) qanunvericiliklə daha uzun müddət müə yyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
31. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
32. Maddə 76, 1-ci hissə. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
33. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin ira dəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
34. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə
21. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məh dudlaşdırlması qadağandır. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlilləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətra flı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
50. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
51. İş materiallarından göründüyü kimi iddiaçıya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixdə aparılmış qiymətləndimə əsasında müddətsiz 2-ci dərəcəli əlillik verilmişdir. Həmin vaxt iddiaçının “əmək zəmanəti” qrafasında “əmək qabiliyyətsiz” statusu qeyd olunmuşdur. İşəgötürən iddiaçı ilə xx.xx.2012-ci il tarixli 20 saylı əmək müqaviləsi bağladıqdan sonra iddiaçının əlilliyi ilə əlaqədar əmək zəmanəti ilə bağlı məlumatları dəqiqləşdirmək üçün TSEK-ə müraciət etmiş və 27 nömrəli TSEK xx.xx.2018ci il tarixli məktubunda bildirmişdir ki, “xəstəliyin xarakteri nəzərə alınaraq İddiaçı ağır fiziki işlər əks göstərişdir, y üngül oturaq işlərdə işləyə bilər”. Bundan sonra işəgötürən iddiaçının əmək qabiliyyətini nəzərə alınmaqla, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli müqavilə ilə xx.xx.2012-ci il tarixli 20 saylı əmək müqaviləsinə dəyişiklik etmiş, iş vaxtı həftəlik 40 saatdan 36 saata, saat 09:00-dan 18:00-a olan iş müddəti saat 09:00-dan 17:20-yə, 30 gün məzuniyyət müddəti 46 günə dəyişdirilmişdir. Bundan sonra iddiaçının təkrar müayinə olunması, 27 nömrəli TSEK-in xx.xx.2018-ci il tarixli məktubunda göstərilən ağır fiziki işlərin əks göstəriş olmaqla yüngül oturaq işlərdə işləyə bilməsi barədə müəyyən edilmiş əmək zəmanətinin dəyişməsi iş materialları ilə müəyyən olunmur. Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda da göstərmişdir ki, İddiaçı xx.xx.2007-ci ildən müddətsiz ikinci dərəcə təkrar əlillik statusuna malikdir. Cavabdeh iddiaçının əlilliklə bağlı məlumatların yeniləndiyini bildirməsinə baxmayaraq, bu barədə hər hansı sübut təqdim olunmamış, təqdim olunan ƏƏSMN-nin informasiya sistemindən çıxarışlarda, iddiaçının sonuncu müayinəsinin xx.xx.2007-ci ildə keçirilməsi əksini tapmışdır. İşəgötürən iddiaçının əmək zəmanəti ilə bağlı 2018-ci ildən mövcud olmuş vəziyyətdə dəyişiklik olması barədə mötəbər məlumatlar olmadığı halda əmək müqaviləsinə xitam vermişdir.
52. Həmçinin iddiaçıya əmək haqqının ödənilməsi üzrə mediasiya keçirilməməsi barədə kassatorun dəlili də qətnamənin ləğvinə əsas vermir. Çünki Əmək Məcəlləsinin 300-cü maddəsini birinci hissindən göründüyü kimi əmək mübahisəsini həll edə n məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi barədə qərar çıxararkən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsini qət etməlidir. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, əmrin ləğvinin hüquqi nəticəsi kimi çıxış edir və bu tələbin ayrıca icraatda həlli tələb olunmur. Çünki işdən çıxarılma əmrinin ləğvi və işə bərpa olunması özlüyündə, işçinin məcburi iş buraxmasını və həmin müddəti əlavə sübuta ehtiyac olmadan təsdiq edir.
53. Kassatorun bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Çünki MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1778/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə