Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-25/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi 28.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2147/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri 225 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir və əmək haqqını ödəniş kartı vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – cavabdeh və ya Bank) açılmış cari bank (fərdi kart) hesabından alır. 2. 2019-cu ilin mart ayında ödəniş kartının istifadə müddəti bitdiyi üçün iddiaçı Banka müraciət etmiş, təqdim edilmiş Özünüqiymətləndirmə anketini doldurmaqdan imtina etdiyi üçün ona yeni kart verilməmişdir. 3. 02.05.2019-cu il tarixdə iddiaçı Bankın Yasamal filialına müraciət edərək əmək haqqı hesabından çıxarış istəmiş və çıxarışın verilməsi üçün ondan 10 manat xidmət haqqı tutulmuşdur.
4. İddiaçı 25.06.2019-cu ildə cavabdehə rəsmi müraciət edərək bank hesabından əmək haqqının ona nağd qaydada verilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. 5. 27.06.2019-cu il tarixdə iddiaçı ilə “xxxx” ASC arasında 2000 manat həcmində pulun verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditin alınma tarixi onun hesaba köçürüldüyü tarix hesab olunur (bənd 2.5), kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır (bənd 4.1) və illik 24 faiz təşkil edir (bənd 4.2).
6. İddiaçının bank hesabında 31.05.2019-cu il tarixdə 888,77 manat vəsait olmuş, 04.07.2019-cu il tarixdə 1264,60 manat, 06.09.2019-cu il tarixdə 62,12 manat vəsait köçürülmüş və 14.09.2019-cu il tarixdə qalıq 2215,49 manat vəsait tam həcmdə məxaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqının qanunsuz verilməməsi nəticəsində maddi, mənəvi zərərin əvəzinin, hüquqi xidmətə, etibarnamənin yazılmasına görə çəkilmiş xərclərin, ödənilmiş dövlət rüsumunun, əmək haqqının gecikdirilməsinə görə faizlərin ödənilməsi, əmək haqqı kartının verilməsi, özünüqiymətləndirmə anketinin məcburi doldurulmasının qadağan edilməsi, hesabdan çıxarışa görə ödənilmiş məbləğin tutulması və ödəniş alınmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqının qanunsuz verilməməsi nəticəsində dəymiş mənəvi zərə görə 1000 manat; maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat; hüquqi xidmətə çəkilmiş xərclərə görə 500 manat, iddiaçının əvəzindən çıxış etmək üçün etibarnamənin yazılma sına görə 5 manat, dövlət rüsumu 30 manat; əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə görə 2% faizi məbləğində ödənişin; “Özünüqiymətləndirmə anketi”nin məcburi doldurulmasının cavabehə qadağan edilməsi və əmək haqqı kartının verilməsi; hesabdan çıxarış verilməsinə görə ondan alınmış 10 manatın cavabdehdən alınaraq ona ödənilməsi və cavabdehə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin" 3.1, 3.2, 3.3. 3.4, 3.5. maddələrində qeyd edilən həcmdən az olduğu halda ödəniş alınmasının qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, qanunla iddiaçının özünüqiymətləndirmə anketini imzalamaq öhdəliyi yoxdur və bu səbəbdən iddiaçı onu imzalamaqdan imtina edib. Nəticədə əmək haqqından istifadə etmək və ona sərəncam verməkdən məhrum olub. Bank öz imtinasını Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və Azərbaycan Respublikası Vergilər Nazirinin 2018-ci il 17 aprel tarixli, **********288300 nömrəli əmri ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”na istinadla əsaslandırıb. Halbuki həmin əmr iddiaçıya aid deyil, onun xarici dövlətin fiziki şəxsi olmadığını bildirməsinə baxmayaraq, hər hansı bir tədbir görülməyib. Həmçinin Bankın əmək haqqı olan kart hesabından çıxarışın verilməsi üçü n məcburi qaydada 10 manat rüsum tələbi qanunsuzdur. Kart iddiaçının əmək haqqı kartıdır və ona Təhsil Nazirliyi tərəfindən verilib, iddiaçı müəllim vəzifəsində çalışır və Bankla hər hansı müqaviləsi yoxdur və üzərinə hər hansı bir öhdəlik götürməyib. Banka hər hansı sənəd üçün ödəniş etməyə razılıq verməyib. Kartın verilməsindən qanunsuz imtinaya dair iyun ayının 25-dək yazışma və şikayətləri heç bir fayda verməyib. Carı il iyun ayının 25-də Banka öz şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edərək əmək haqqı kartından (hesabından) ona məxsus əmək haqqının verilməsini xahiş edib, lakin tələbi yenidən qanunsuz olaraq rədd edilib. Bankın Yasamal filialına şikayət etmək istədikdə şikayət ərizəsinin qəbulundan qanunsuz imtina edilib. Bu barədə Bankın 196 nömrəli qaynar xəttinə şikayət edib, həmin şikayətin səs yazısı mövcuddur. Şikayətin araşdırılması və nəticəsi barədə məlumat veriləcəyi deyilsə də, hər hansı bir tədbir görülməyib. Nəhayət iyul ayının 1-də iddiaçı xarici ölkəyə müalicə məqsədi ilə getməli olduğundan və öz əmək haqqını istifadə etməkdən qanunsuz olaraq məhrum edildiyindən digər bankdan kredit müqaviləsi bağlayaraq 2000 manat məbləğində krediti illik 24% olmaqla götürməyə məcbur olub.
9. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, əlavə olaraq Cavabdeh ASC-nin üzərinə Özünüqiymətləndirmə anketi”nin məcburi doldurulmasını qadağan edilməsi və əmək haqqı kartının verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi bir daha artırılaraq, əlavə olaraq Cavabdeh ASC-nin üzərin ə hesabdan çıxarış verilməsinə görə iddiaçıdan alınmış 10 manatın Cavabdeh ASC-dən alınaraq iddiaçıya ödənilməsi və Cavabdeh ASC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin" 3.1, 3.2, 3.3. 3.4, 3.5. maddələrində qeyd edilən həcmdən az olduğu halda ödəniş alınmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-4931/19 nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əmək haqqı kartı Cavabdeh ASC-y ə məxsus olmuş və kartın müddətinin bitməsi ilə əlaqədar iddiaçı banka yeni kartın verilməsi ilə bağlı müraciət etmiş və ona “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi” doldurulması təklif edilmiş, lakin iddiaçı anketi doldurmaqdan imtina etmişdir. Belə olan halda, Cavabdeh ASC tərəfindən iddiaçıya yeni əmək haqqı kartı verilməsindən imtina olunmuşdur. Hazırda iddiaçı yeni kartın verilməsi üçün bankın “özünüqiymətləndirmə anketi”nin doldurulmasını tələb etməsini və bu anket doldurulmadığına görə əmək haqqı kartının verilməsindən imtina edilməsini əsassız hesab edir və kartın verilməməsi nəticəsində özünün maddi və mənəvi zərərə məruz qaldığını iddia edir. Eyni zamanda, iddiaçı banka təsdiqlənmiş hesabdan çıxarışın verilməsi üçün müraciət etmi ş, buna görə bank tərəfindən 10 (on) manat məbləğində xidmət haqqı tələb edilmişdir. İddiaçı bu məbləğin tələb edilməsini də qanunsuz hesab edir.
13. Məhkəmə eyni zamanda hesab etmişdir ki, mübahisə ilə bağlı müəyyən edilməli olan əsas fakt özünüqiymətləndirmə anketinin doldurulmamasına görə bank tərəfindən əmək haqqı kartının verilməsindən imtina edilməsidir.
14. İşdə olan Cavabdeh ASC ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 01.04.2014-cü il tarixdə bağlanılmış “Cavabdeh ASC-nin əməkhaqqı ödəniş kartlarının istifadə edilməsi və xidmət olunması üzrə Baş Müqavilə”-nin 2.1.2-ci bəndinə əsasən Təşkilat Banka hesabların açılması üçün Qanunvericilikdə və Bankın qaydalarında nəzərdə tutulmuş sənədləri təqdim etməlidir.
15. Həmin Müqavilənin 2.4.6-cı bəndinə əsasən təhsil müəssisələ ri tərəfindən bu Müqavilədə müəyyən edilmiş şərtlərin və öhdəliklər yerinə yetirilmədikdə Bankın kartdan istifadəni dayandırmaq və ya saxlamaq hüququ vardır.
16. Qeyd olunan müqaviləyə əsasən hesabın açılması üçün tələb olunan sənədlərin təqdim olunması sifarişçi təşkilatın öhdəliyi olsa da. Bank ilə təhsil müəssisələri arasında yaranmış işgüzar adətlərə əsasən sənədlərin kart istifadəçiləri tərəfindən təqdim olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, bankın öz ərizəsində istinad etdiyi sazişlər və daxili qaydalara uyğun olaraq müştəri barəsində müəyyən məlumatları əldə etmək məqsədi ilə anket doldurulmasını tələb etməsi qanunazidd əməl hesab oluna bilməz.
17. Yəni hazırda mübahisə yaradan anket yalnız ABŞ ilə əlaqəli şəxslər (xarici rezidentlər) tərəfindən doldurulması üçün deyi l, bütün hesab sahibləri tərəfindən doldurulması üçün nəzərdə tutulmuşdur. Burada məqsəd hesab sahiblərinin xarici dövlət qarşısında hər hansı vergi öhdəliyinin olub-olmadığının müəyyən edilməsidir və bu müəyyən edilməyəcəyi təqdirdə banka vergi sanksiyaları tətbiq edilə bilərdi.
18. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən anketin doldurulmamasına görə əmək haqqı kartının verilməsindən imtina edilməsi əsassız və qanunsuz olmamış, işin halları ilə iddiaçıya maddi və mənəvi zərərin vurulması üçün əsas olan hüquqazidd əməlin mövcudluğu öz təsdiqini tapmamışdır. Hüquqi xidmətə, etibarnamənin yazılmasına görə çəkilmiş xərclərin, ödənilmiş dövlət rüsumunun və əmək haqqının gecikdirilməsinə görə faizlərin ödənilməsi, əmək haqqının qanunsuz verilməməsi nə ticəsində maddi və mənəvi zərərin vurulması yuxarıda qeyd edilən faktlara əsaslandığından və həmin fakt öz təsdiqini tapmadığından məhkəmə iddianın həmin hissələrinə prosessual müəyyənlik prinsipi mövqeyindən yanaşaraq əlavə araşdırma aparmağı zəruri hesab etməyərək iddianın həmin hissələrdə təmin edilməməli olduğu qərarına gəlmişdir. İddiaçı tərəfindən tələb olunmuş 10 manat məbləğində xidmət haqqının tutulmasının qanunsuz hesab edilməsi həqiqətən iddiaçı tərəfindən bu məbləğin ödənildiyi faktı təsdiqini tapmadığından təmin edilməməlidir. Həmin məbləğin tələb edilməsi isə bankdaxili tarif dərəcələrinin tələbi ilə bağlı olduğundan onun tələb edilməsinin banka qadağan edilməsi əsassızdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21,2, 1096, 1097.1-ci, Vergi Məcəlləsinin 16.1.11-4-cü, 76-1, 60.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişlər.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2147/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsinə görə ödənişin və əmək haqqının qanunsuz verilməməsi nəticəsində dəymiş mənəvi zərərin tutulması; hesabdan çıxarış verilməsinə görə alınmış 10 manatın qaytarılması tələblərinin təmin olunmaması hissəsind ə ləğv edilmiş, həmin hissələrdə iddia qismən təmin edilmiş, pul vəsaitinin qanunsuz saxlanmasına və ondan faydalanmağa görə 35,61 manat, mənəvi zərərə görə 150 manat, cari bank hesabından çıxarış verilməsi üçün alınmış 10 manat, çəkilmiş 35 manat məhkəmə xərcinin 20 manatı, cəmi 215 (iki yüz on beş) manat 61 (altmış bir) qəpik pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bankın iddiaçıya maliyyə xidməti göstərərkən ondan müəyyən şəxsi məlumatların açıqlanmasını nəzərdə tutan özünüqiymətləndirmə anketinin doldurulmasını tələb etməsi Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beyn əlxalq müqavilələrlə təminat verilmiş şəxsi və ailə həyatı sirrinə müdaxilə kimi qiymətləndirilə bilər. Lakin yuxarıda sadalanan normativ hüquqi və normativ xarakterli aktlardan göründüyü kimi belə müdaxilə qanunla nəzərdə tutulmuşdur. Həmin qanunlar (normativ hüquqi aktlar) hüquqi müəyyənlik tələblərinə cavab verir, hamı üçün əlçatan və anlaşılandır. İstinad olunan aktlarda müvafiq məlumatların əldə edilməsi üçün müştərilər tərəfindən vahid formalı anketlərinin doldurulmasının təmin edilməsi vəzifəsi maliyyə institutlarının, o cümlədən Bankların üzərinə qoyulmuş və məlumatların təqdim olunmamasına görə maliyyə sanksiyaları müəyyən edilmişdir. Eyni zamanda şəxsi məlumatların əldə olunması qanuni məqsədlərə xidmət etdiyi üçün demokratik cəmiyyətdə zəruridir. Çünki müvafiq məlumatların əldə olunmasının məqsədi vergilərdən qanunsuz yayınmanın və çirkli pulların yuyulması hallarının aşkar edilməsinə və qarşısının alınmasına, başqa sözlə cinayətkarlığın qarşısının alınmasına yönəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin özünüqiymətləndirmə anketində iddiaçıdan tələb olunan məlumatların məzmunu və həmin məlumatların əldə olunması üçün güdülən məqsədləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının şəxsi və ailə həyatına müdaxilə mütənasibdir.
24. İddiaçının Azərbaycan Respublikası vətəndaşı olduğuna və ya başqa dövlətin vətəndaşı olmadığına istinad etməklə anketi doldurmaqdan imtina etməsi də əsassızdır. Normativ aktlarda Bankların üzərinə yalnız əcnəbilərdən deyil, bütün fiziki şəxslərdən özünüqiymətləndirmə sənədini almaq vəzifəsi müəyyən edilmişdir. Digər tərəfdə n müvafiq beynəlxalq sazişlərin və bununla bağlı daxili qanunvericiliyin məqsədi yalnız xarici rezidentlərin deyil, Azərbaycan Respublikası rezidentlərinin də xarici ölkələrin maliyyə institutlarında olan hesabları və xarici rezidentlərlə əlaqələri ilə bağlı məlumatları toplamaqdır. Lakin iddiaçının istinad etdiyi yanaşma müvafiq məlumatların əldə olunması ilə bağlı qanunvericiliyin məqsədlərinə nail olmağa imkan vermir. Bununla yanaşı, anketi dolduran şəxsin anketdəki bütün sualları neqativ cavablandırmaqla onu doldurmaq imkanı istisna edilmir. Həmçinin iddiaçı iddia ərizəsində kartın Bank tərəfindən ona verilməməsi nəticəsində mülkiyyət hüququnun pozulduğuna istinad etməsi də əsassızdır. Çünki Bank tərəfindən emissiya edilmiş plastik kartlara dair mülkiyyət hüququ Banka məxsusdur, kart s ahibləri yalnız kartdan istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Özünüqiymətləndirmə anketi”nin məcburi doldurulmasının cavabdehə qadağan edilməsi və anketi doldurmadan əmək haqqı kartının iddiaçıya verilməsi tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tələbin maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat pul tələbinə dair hissəsi üzrə belə nəticəyə gəlmişdir ki, həmin şərtlərin mövcudluğu müəyyən edilmir. Çünki iddiaçı məhkəməyə 27.06.2019-cu il tarixdə “xxxx” ASC ilə 2000 manat həcmində pulun verilməsinə dair kredit müqaviləsi bağlandığı barədə sübut təqdim etsə də, həmin pulun ona verildiyini təsd iq edən sübut iş materiallarında mövcud deyil. Halbuki kredit müqaviləsinin şərtlərinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən, yəni kredit xətti üzrə ayrılmış kredit məbləği tam və ya onun bir hissəsi borcalan tərəfindən istifadə edildikdən sonra hesablanmağa başlayır. Digər tərəfdən iddiaçı pul vəsaitinin xaricdə müalicəsi üçün zəruri olduğunu bildirsə də həqiqətən xaricə məhz bu məqsədlə getdiyi barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı əmək haqqının ona nağd qaydada verilməsini tələb etdiyi və kredit müqaviləsi bağladığı dövrdə onun cari hesabında cəmi 888,77 manat vəsait olduğu halda, o, zərər qismində cavabdehdən 2000 manat məbləğə hesablanmış faizləri tələb edir. Eyni zamanda iddiaçının 888,77 manat vəsaitlə müalicə üçün xaricə ge tməsi inandırıcı və ağlabatan deyil. Bu baxımdan birinci instansiya məhkəməsi maddi zərərə görə (kreditin götürülməsi və kreditin faizlərinə görə) 480 manat pul tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi tələbin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş günə görə 2% faiz məbləğində ödəniş və 1000 manat mənəvi ziyan tələbinə dair hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, iddiaçının cari hesabında toplanmış əmək haqqının ona verilməsi barədə ilk müraciəti 25.06.2019-cu il tarixdə olmuş, 14.09.2019-cu il tarixdə isə hesabda olan bütün vəsait ona verilmişdir. İddiaçı cari hesabında olan vəsaitin – öz əmək haqqının nağd qaydada verilməsini tələb etdiyi halda cavabdehin Bankla Azərbaycan Respublikasının Təhsil Nazirliyi ar asında bağlanmış 01.04.2014-cü il tarixli Müqaviləyə istinad etməklə pulu verməkdən imtina etməsi qanunsuz olmuşdur. Çünki mövcud vəziyyətdə nə həmin müqavilədə, nə də qüvvədə olan qanunvericilikdə tərəfin cari hesabına köçürülmüş əmək haqqının ona verilməsindən imtinanın əsasları müəyən edilməmişdir. Bu baxımdan cavabdehin iddiaçının əmək haqqını ona şəxsən və nağd qaydada ödəməkdən göstərilən əsasla imtinası qanunsuz olmuşdur. Eyni zamanda iddiaçı 25.06.2019-cu il tarixdən daha əvvəl pulun nağd qaydada verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi barədə sübutlar təqdim edə bilmədiyi üçün Bankın ona məxsus pul vəsaitini 25.06.2019-cu il tarixdən 14.09.2019- cu il tarixədək qanunsuz saxladığı müəyyən edilir. İş üzrə cavabdehin iddiaçının pul vəsaitini qanunsuz saxladığı, onu qaytarmaqdan boyun qaçırdığı, onun ödənilməsini gecikdirdiyi müəyyən edilir. Eyni zamanda bank fəaliyyətinin əsas istiqaməti öz dövriyyəsində olan vəsaitləri digər şəxslərə verməklə gəlir əldə etmək olduğu üçün Bankın həmin vəsaitdən faydalandığı da hamıya bəlli olan haldır və bu halın sübuta ehtiyacı yoxdur. Ona görə də cavabdehdən iddiaçının pul vəsaitini qanunsuz saxlayaraq ondan faydalandığına görə pul öhdəliyinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə faizlər tutularaq iddiaçıya ödənilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi tələb olunan mənəvi ziyanla bağlı hesab etmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə g örə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birli kdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Baxılan mübahisə üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2 ay 20 gün cari hesabına köçmüş əmək haqqını ala bilməmişdir. Bunun nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bunun nəticəsində iddiaçı müəyyən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə kollegiyası işin sadalanan hallarını, iddiaçının keçirdiyimənəvi iztirab vəsarsıntıların xarakteri və ağırlığını, habelə gecikdirilən məbləğin həcmini nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 150 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Ona görə də pul vəsaitinin qanunsuz saxlanmasına və ondan faydalanmağa görə cavabdehdən iddia çının xeyrinə 35,61 manat, mənəvi zərərə görə 150 manat pul tutulmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələbin cavabdehin iddiaçının cari hesabından çıxarış verilməsi üçün ondan 10 manat xidmət haqqı alması üçün əsas olmamışdır. Ona görə də həmin hissədə qətnaməni ləğv etməklə iddia tələbini həmin hissədə təmin etmiş, iddia qismən təmin olunduğundan iddiaçının çəkdiyi 35 manat məhkəmə xərcinin 20 manatı cavabdehə, 15 manatı isə onun özünə aid etmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 60.3 və 76-1-ci, Mülki Məcəllənin 11.1, 21 və 23-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçının əmək haqqını əldə etməsi ilə bağlı 25.06.2019-cu il tarixdə banka müraciət etməsi qeyd olunsa da bu müraciəti təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə özgəsinin pul vəsaitinin bankda qanunsuz saxlanılması barədə səhv qənaətinə gəldiyinə görə, bununla bağlı mənəvi zərər tələbinin təmin edilməsi hissəsində də haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassas iya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etdi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticəl ənə bilsin (maddə 418.3).
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq
39. Vergilər Məcəlləsinin 60.3 və 76-1-ci maddəl əri maliyyə institutlarının üzərinə yuxarıda qeyd olunan məlumatları müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etmək vəzifəsini müəyyən edib və bu qaydaya əməl edilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutub. 40. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qay danın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinintəmin edilməsi məqsədlərinə zidd olmasın (maddə 2.4, 2.4-1).
41. Qanunda həmin Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi informasiya əldə olunmasının əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6.1.8). İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın (maddə 26.3). 42. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Az ərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323İVQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli, 158 nömrəli qərarı ilə Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri” və Mü qavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları” təsdiq edilmişdir. “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin” sıyahısına əsasən informasiya sahibi sorğuçuya aşağıdakı hallarda haqq ödənilməklə informasiya xidmətləri göstərir: 1) sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 2) sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda; 3) sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda; 4) sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikd ə 43. “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş” Qaydalarına əsasən İnformasiya sahibi tərəfindən informasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın (bənd 2). Təqdim olunan informasiyanın həcmi aşağıdakılardan artıq olduqda, onun hazırlanıb təqdim edilməsinə görə ödəniş alınır: 1) 10 vərəq – A4 formatından; 2) 5 vərəq – A3 formatından; 3) 2 vərəq – A2 formatından; 4) 1 vərəq – A2 formatından böyük; 5) 1 meqabayt – elektron variantda təqdim olunduqda. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, şikayət qanunvericiliyin tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır.
46. Məhkəmə kassatorun iddiaçının əmək haqqını əldə etməsi ilə bağlı 25.06.2019cu il tarixdə banka müraciət etməsi qeyd olunsa da bu müraciəti təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməməsi barədə dəlilinə qiymət verərək hesab edir ki, iddiaçının Bankdan tələb etdiyi məbləğ onun əm ək haqqı olsa da tərəflər arasında əmək münasibətləri mövcud deyil və Bank iddiaçının işəgötürəni deyil.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC –nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2147/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.