Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-250/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1497/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1951-ci ildə, Abşeron rayonu, Şurabad kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh3 xx.xx.1982-ci ildə, Cavabdeh1 xx.xx.1973-cü ildə, Cavabdeh2 isə xx.xx.1983-cü ildə anadan olmuşlar və onlar ünvan 2 ünvanda (bundan sonra– mübahisəli mənzil) qeydiyyatdadırlar. Mənzildə həmçinin xx.xx.2006-cı il təvəllüdlü Gülnaz Hüseynli, xx.xx.2011-ci il təvəllüdlü Rəsul Hüseynli də qeydiyyatdadırlar.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6592/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər İddiaçı, X5 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ tanınmışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x x.xx.2021-ci il tarixli, 2(105)-2275/2021 saylı qətnaməsi ilə X2 İddiaçı, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınmaqla köçürülməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3726/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2275/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavab deh2 uşaqları 2006-cı il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X10 oğlu ilə birlikdə, həmçinin Cavabdeh3 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 02 saylı evin, 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli orderə əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evin, 46 saylı mənzili ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 isə qızıdır. Cavabdehlər uzun müddətdir onunla yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 ünvan 3 ünvanda özünə məxsus fərdi yaşayış evi inşa etmiş və həmin ünvanda da yaşayır. Həmin fərdi yaşayış evi yüksək səviyyədə inşa edilmiş və bütün kommunal xidmət sahələri ilə təchiz edilmiş, oğlu da X1 vergi ödəyicisidir. Cavabdehlər mənzilə dair heç bir hüquq, vəzifə yerinə yetirmirlər. Mənzildə onlara dair heç bir əmlak mövcud deyildir, əksinə oğlunun ayrıca evi olmasına baxmayaraq, iddiaçının da öz evində rahat yaşamağına imkan vermir. Qızı isə 10 ildən çoxdur ailə həyatı qurub və daimi yaşamaq üçün həyat yoldaşının Bakı şəhərində yerləşən mənzilinə köçmüşdür. Mənzil ilə onun heç bir əlaqəsi yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1708/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilərək, Cavabdeh3 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2-də yerləşən, 46 saylı mənzilə istifadə hüququnun itiri lmiş hesab olunması qət edilmişdir
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, yalnız Cavabdeh1 vergi ödəyicisi kimi həmin torpaq sahəsi və ev üzrə bələdiyyədə qeydə alınmışdır. Bu hal isə həmin ünvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri olması qənaətinə gəlməyə imkan vermir. Həmçinin iş üzrə məhkəmə iclasında ifadə verən şahidlər öz ifadələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ağoğlan Rzayev küçəsi, ev 9 “A” ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh2 qardaşı Yarbala Zeynalova məxsus olduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda deyil, mübahisəli mənzildə daimi ya şadıqlarını, həmin fərdi evə isə bəzən nəzarət etmək üçün gedibgəldiklərini bildirmişlər. Eyni zamanda cavabdehlərin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan videomaterialdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sərbəst şəkildə mübahisəli mənzilin qapısını açaraq mənzilə daxil olduğu, mübahisəli mənzildə onlara məxsus otağın və məişət əşyalarının olduğu aydın olur. Qeyd edilənlər isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə yaşadıqlarını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilə bilməz.
8. Məhkəmə öz hüquqi mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil M əcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, Mənzil Məcəlləsinin 51, 53-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın təmin olunmayan hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli orderə əsasən, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 30.06 kv. metr, 2 otaqdan ibarət olan 46 saylı mənzil ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1-oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdehlər uzun müddətdir onunla yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 ünvan 5 ünvanda özünə məxsus fərdi yaşayış evi almış və həmin ünvanda da yaşayır. Fərdi yaşayış evi yüksək səviyyədə inşa edilmiş və bütün kommunal xidmət sahələri ilə təchiz edilmiş, həmçinin oğlu X1 vergi ödəyicisidir. Cavabdehlər mənzilə dair heç bir hüquq və vəzifə yerinə yetirmirlər. Mənzildə onlara dair heç bir əmlak mövcud deyildir, əksinə oğlunun ayrıca evi olmasına baxmayaraq, onun da öz evind ə rahat yaşamağına imkan vermir. Yuxarıda qeyd etdiyi kimi oğlu ailəsi ilə birlikdə özlərinə hazırki evin kvadratından 3 dəfə artıq torpaq sahəsini də nəzərə alsaq, 10 dəfə artıq müasir tipli yeni yaşayış evi inşa etmiş və daimi əsaslarla orada yaşayırlar. Lakin bu yaşlı vaxtında ona iki otaqlı kiçik mənzilində rahat yaşamağına imkan vermirlər. Məhkəməyə müraciət etdikdən sonra tələm-tələsik bəzi xırda əşyalarla onun mənzilində yaşayırlarmış kimi görüntü yaratmışlar, guya təcili tibbi yardım uşağa baxmaq üçün ora gəlmiş, ailə dostları şahid kimi ifadə verərək, guya uşaqları məktəbə onun mənzilindən aparmış, Xızı rayanonun Şurabad kəndində yaşayan oğlunun qaynı da şahid kimi ifadə verərək, guya evin ona məxsus olduğunu, lakin oğlunun adına alındığını söyləmişdir. Bütün bunlar məhkəmədə görü ntü yaratmaq üçün təqdim edilmiş sübutlar olmuş, məhkəmə də bu sübutlara inanmışdır. Lakin Sumqayıt şəhəri Z.Tağıyev bələdiyyəsinin verdiyi arayışa, həmçinin Mənzil İstismar Sahəsinin verdiyi rəsmi arayışlara hüquqi qiymət verməmişdir. Bununla da iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi onun hüquqlarını kobud şəkildə pozmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1497/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər– İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Elman Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1708/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 1977-ci il tarixdən Su mqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzildə mənzilin kirayəçisi X3 ilə birlikdə ailə üzvü kimi yaşamaqla həmin vaxtdan mübahisəli mənzildən istifadə hüququ əldə etmiş, digər Cavabdeh2 da iddiaçının oğlu ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığından icarədarın ailə üzvü hesab edilməklə mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.
13. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən cavabdeh iddiaçının övladı olmaqla, 1977-ci il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Bu halda, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən cavabdehin mənzil qanunvericiliyinin tələbinə ə sasən mübahisə predmeti olan mənzilə dair istifadə hüquqları yaranmışdır. Mənzil qanunvericiliyinin qeyd edilən normalarının tələbinə əsasən həmin şəxsin mənzildən istifadə hüququndan məhrum edilməsi yalnız onun həmin mənzildən daimi olaraq başqa yaşayış sahəsinə köçürüldüyü halda mümkündür. İndiki halda isə Cavabdeh1 hazırda da həmin evdə yaşaması işin mübahisəsiz halı olduğundan, habelə həmin mənzildən daimi köçüb getməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən (iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyindən), məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən yeganə sübut qismində qonşular tərəfindən tərtib olunmuş akt təqdim edilmişdir ki, həmin aktd a qeyd edilən hal yəni cavabdeh həmin mənzili daimi tərk etməsi halını məhkəmə araşdırması müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir.
14. Cavabdeh2 iddiaçının gəlini olmaqla iddiaçının oğlu, yəni digər Cavabdeh1la xx.xx.2005-ci il tarixdə nikaha daxil olaraq mübahisəli mənzildə yaşamağa başlamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən Cavabdeh2 mübahisəli mənzilin sahibi Şükufə Hüseynova ilə birlikdə onun ailə üzvü kimi yaşayıb onunla birgə təsərrüfat apardığından məhkəmə qətnaməsi ilə mənzilə dair istifadə hüququ tanınmışdır. İndiki halda isə qeyd edilən Cavabdeh2 da həmin mənzili daimi tərk edib getməsi halı, həmin yaşayış sahəsi nə ehtiyacının olmaması hal müəyyən edilmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir.
15. Beləliklə, hazırki iş üzrə məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi halı təsdiq olunmamış, əksinə birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə, eləcə də məhkəməyə təqdim edilmiş videodiskə baxış zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə yaşadıqları, eləcə də sərbəst şəkildə mübahisəli mənzilin qapısını açaraq mənzilə daxil olduqları, mübahisəli mənzildə onlara məxsus otağın və məişət əşyalarının olduğu müəyyən edilmişdir.
16. Məhkəmə kollegiyası iddiaçının “cavabdehin ünvan 3 ünvanda olan fərdi yaşayış evi inşa etməsi və həmin evə görə bələdiyyəyə vergi ödəməsi dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə məxsus olduğunu iddia etdiyi evə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmiş, eləcə də həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda isə həmin ev özbaşına tikili hesab edilir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə məxsus olduğunu iddia etdiyi ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və həmin evə dair hər hansı bir hüquq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmadığından, həmin evin cavabdehə məxsus olması ilə bağlı dəlillər əsassızdır. Belə ki, əmlaka dair mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Bu hal isə həmin ünvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri olması qənaətinə gəlməyə əsas vermir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli evdən iddiaçı kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da istifadə etmək hüquqları olduğundan İddiaçı mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinin Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci maddələrinin, habelə Konstitusiyanın 43-cü maddəsinin, Mənzil Məcəlləsinin 60, 80-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassator qeyd etmişdir ki, o, məhkəməyə rəsmi orqanlar tərəfindən sübutlar təqdim etmişdir. H.Z.Tağıyev qəsəbəsi üzrə bələdiyyənin arayışından açıq-aşkar görünür ki, oğlunun adına olan fərdi yaşayış evdə o, ailəsi ilə birlikdə yaşayır. Həmçinin, həmin ev və torpaq sahəsinə görə vergi ödəyəciyisi kimi qeydiyyata almışdır. Bundan əlavə, qo nşuların təqdim etdiyi aktla müəyyən olunur ki, onlar kassatorun mənzilində yox, özlərinin fərdi evlərində yaşayırlar. Bu rəsmi sübutları təkzib etmək üçün cavabdehlər öz yaxın qohumlarını məhkəməyə şahid kimi gətirib və bildirirlər ki, guya yaşadıqları ev onların yox, Xızı rayonu, Şurabad qəsəbəsində yaşayan qaynına məxsusdur. Məhkəmə, şahidlərin bu ifadələrinə tənqidi yanaşmır, rəsmi dövlət qurumlarından alınmış sənədlərə tənqidi yanaşır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxl anılması, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş və icarə hüquq münasibətlərini tənzimləyən Mənzil Məcəlləsi
22. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.
23. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bü tün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
24. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
25. Maddə 87. 2-ci hissə. İcarədar və onun ailə üzvləri d aimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 178.1.3 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində q ətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddian ın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 1977-ci ildən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evin 46 saylı mənzildə iddiaçı ilə birlikdə ailə üzvü kimi yaşamaqla həmin vaxtdan mənzildən istifadə hüququ əldə etmiş, digər Cavabdeh2 isə iddiaçının oğlu ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığından icarədarın ailə üzvü hesab edilməklə mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiy a şikayətinin dəlilləri ilə razılaşmayıb ilk növbədə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən cavabdeh iddiaçının övladı olmaqla, 1977-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Qeyd edilən faktlar işin mübahisəsiz hallarıdır.
43. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 sözügedən mənzildən qanunvericiliyin tələbinə əsasən mübahisə predmeti olan mənzilə dair istifadə hüquqları yaranmışdır. Mənzil qanunvericiliyinin qeyd edilən normalarının tələbinə əsasən həmin şəxsin mənzildən istifadə hüququndan məhrum edilməsi yalnız onun həmin mənzildən daimi olaraq başqa yaşayış sahəsinə köçürüldüyü halda mümkündür. İndiki halda Cavabdeh1 hazırda da həmin mə nzildə yaşaması işin mübahisəsiz halı olduğundan, habelə həmin mənzildən daimi köçüb getməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, (iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyindən), iddianı Cavabdeh1 münasibətdə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
44. Belə ki, iddiaçı tərəfindən məhkəməyə yeganə sübut qismində qonşular tərəfindən tərtib olunmuş akt təqdim edilmişdir ki, həmin aktda qeyd edilən hal, yəni Cavabdeh1 həmin mənzili daimi tərk etməsi halını məhkəmə araşdırması müəyyən etmək mümkün olmamışdır.
45. Digər Cavabdeh2 isə iddiaçının gəlini olmaqla oğlu, yəni digər Cavabdeh1la xx.xx.2005-ci il tarixdə nikaha daxil olaraq mübahisəli mənzildə yaşamağa başlamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassas iya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən Cavabdeh2 mübahisəli mənzilin sahibi iddiaçı ilə birlikdə onun ailə üzvü kimi yaşayıb onunla birgə təsərrüfat apardığından, qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 həmin mənzildən istifadə hüququ tanınmışdır.
47. Hazırkı halda, Cavabdeh2 mübahisəli mənzili daimi tərk edib getməsi halı, həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh2 münasibətdə də rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
48. Göstərilən lərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2(105)-1497/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.