Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2500/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh MMC-də təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş və MMCnin direktor müavininin 19 iyun 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun MMC-nin kadrlar şöbəsinin mütəxəssisi Nın ona qarşı olan qərəzli münasibəti nəticəsində işdən azad olunmasını, Aynur Maqsudovanın onu “tərbiyəsiz” adlandırdığı üçün onun ünvanına eyni sözü işlətməklə cavab verməsini, həmin hərəkətinə görə işdən azad olunmasının qanunsuz olmasını və s. əsas göstərməklə onun barəsində olan əmrin ləğv edilməsini və əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi və mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 5000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-813/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Əliyev) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçının səlahiyyətli nümayəndəsi Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək işdən azad olunmasına Həmkarlar İttifaqı orqanının razılığının alınmamasını, mübahisələndirilən əmrdə onun işdən azad edilməsinin zəruriliyinin əsaslandırılmamasını, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin ziddinə olaraq onun barəsində intizam tənbehi tətbiq olunmamışdan əvvəl izaha tının alınmamasını, cavabdeh təşkilatda işlədiyi zaman uzun müddət ərzində intizam məsuliyyətinə cəlb edilməməsinin nəzərə alınmamasını, qətnamənin onunla münaqişəli vəziyyətdə olan şahidlərin ifadələri əsasında çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(025)-813/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkə mə icraatı Kassasiya şikayətinin dəlilləri İddiaçının səlahiyyətli nümayəndəsi Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh MMC-nin vəkili kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında c avabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təm in olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işə bərpa və s. tələbinin rədd olunmasını əsaslı sayarkən hesab etmişdir ki, İddiaçı MMC-nin fəhləsi X1 ona əmək haqqının az hesablanması barədə şikayətinə aydınlıq gətirmək üçün mühasibatlıqla əlaqə saxlayıb bunun təsərrüfat şöbəsi tərəfindən təqdim olunmuş tabeldə əmək günlərinin az göstərilməsi ilə bağlı olduğunu müəyyən edən N ilə aqressiv tərzdə mübahisə edib onu təhqir etməsini, orada olan işçilərə qarşı kobud, nəzakətsiz və etikadan kənar hərəkətlərə yol verməsini və müəssisənin iş ahəngini bir neçə müddət ərzində pozmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqavi ləsinə xitam verilməsinin qanuniliyini lazımınca əsaslandırmadığından qətnamə qanuni sayıla bilməz. İşdən görünür ki, iddiaçı ilə kadrlar şöbəsinin mütəxəssisi N arasında mübahisə sonuncunun MMC-nin fəhləsi N ona əmək haqqının düzgün hesablanmaması ilə bağlı göstərdiklərini araşdırmaq cəhdi ilə əlaqədar yaranmışdır. Bundan xəbər tutan iddiaçı Aynur Maqsudova ilə yüksək tonla mübahisə etmiş və sonuncu iddiaçıya qarşı “tərbiyəsiz” ifadəsini işlətdikdə iddiaçı da onun ünvanına eyni sözü işlətmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin hərəkətləri ilə Nı təhqir etmiş, müəssisənin iş ahəngini müəyyən müddət ərzində pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı nın hərəkətlərini əmək vəzifələrinin kobud surətdə pozulması və müəssisənin iş ahəngini pozması kimi qiymətləndirərkən nəzərə almamışdır ki, iddiaçının Na ilə yüksək tonla mübahisə etməsi, eləcə də, Na onun işlətdiyi “tərbiyəsiz” ifadəsinə qarşı eyni ifadə ilə cavab verməsi iddiaçının hərəkətinin əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı X2 Nın təsərrüfat şöbəsinin səlahiyyəti dairəsinə daxil olan işə qarışmasından narazı qaldığı üçün onunla mübahisə etmiş və müəyyən olunduğu kimi həmin mübahisə qarşılıqlı olmaqla onlardan hər biri digərinin ünvanına “tərbiyəsiz” ifadəsini işlətmişdir. İşdən görünür ki, iddiaçı 2006-cı ildən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yo l verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Göstərilən vəziyyətdə iddiaçının barəsində ən ciddi tənbeh tədbirinin tətbiq edilməsinə nə dərəcədə zərurət olması işəgötürən tərəfindən əsaslandırılmamış və işə baxan məhkəmə də tətbiq edilən tədbirin törədilən xətaya nə dərəcədə uyğun olmasını yoxlamamış və həmin hallara qiymət verməmişdir. Kollegiya qeyd olunanlarla əlaqədar işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılması nəticəsinə gəlir və hesab edir ki, iddianın rədd edilməsinin qanuniliyi əsaslandırılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(107)-1990/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2500/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2500/2021
21.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver