Məhkəmə qərarları › İş №2(102)-2501/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2501/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2501/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, paylı mülkiyyət, mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2213/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tə rəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4040/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) X2 “xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin qismən ləğv olunaraq, X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X2 hər birinin 1/3 hissədə irs alması barədə yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri 18 saylı notariat ofisinə həvalə edilməsi” barədə iddia tələbi təmin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-630/2023, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Rəşad Həsənov) X2 apell yasiya şikayəti apellyasiya icraatında qalmış hissədə qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya icraatında qalmış hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, X2 iddiasının apellyasiya icraatında qalmış hissəsi qismən təmin edilmiş, X3 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina № 12-də yerləşən 57 №-li mənzili üzərində ½ hissədə payının müəyyən edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə X1 arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2020-ci il tarixli 4Ə-204 reyestr nömrəli “Bağışlama müqaviləsi”nin qismən, həmin müqavilənin predmeti olan mənzilin mərhum X6 aid ½ hissəsinin bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi, iddian ın apellyasiya icraatında qalmış qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)695/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: Rahib Nəbizadə (məruzəçi), Zakir Quliyev, Səyyad Kərimov) Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsindəki 27 saylı evin 4 nömrəli mənzilinə hüququn X6 məxsus olması haqqında çıxarışın və ya arayışın onun varislərinə verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 4. ünvan 1 ünvanında digər şəxslərlə yanaşı Cavabdeh1, Cavabdeh2 və İddiaçı övladları - xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X8 qeydiyyatdadır. 5. 23.09.2023-cü il tarixdə verilmiş “Qanun üzrə v ərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDK VƏ RPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X6 verilmiş **********01- 05101-093007 reyestr nömrəli, ƏXM/720 Çıxış nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27, 4 saylı mənzil Cavabdeh2 (1/3 hissədə), Cavabdeh1 (1/3 hissədə), İddiaçı (1/3 hissədə) adına qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətlərindədir.

7. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27, 4 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (1/3 hissədə), Cavabdeh1 (1/3 hissədə), İddiaçı (1/3 hissədə) adlarına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 1/3 hissəsinin mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının və övladl arının - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 27 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır və uzun müddət həmin ünvanda yaşamışdır. Lakin son zamanlar cavabdehlər onun həmin ünvanda yaşamasına icazə vermirlər. Halbuki həmin ev atası X3 evidir və orderlə atasına verilib. xx.xx.2020-ci il tarixdə atası vəfat etmiş, Bakı şəhəri, Xətai rayonu 18 saylı notariat ofisində vərəsəlik işi açılmış və atasının vərəsəsi kimi tanınmış, bu barədə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Atasından qalan ünvan 1 ünvanına qeydiyyatdadır. Həmin ünvanın atasından qa lmasına, atasının vərəsəsi olmasına və həmin ünvana qeydiyyatda olmasına baxmayaraq cavabdehlər qanunsuz olaraq onun həmin ünvanda yaşamasına maneə yaradırlar və evə daxil olmağına imkan vermirlər

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6776/2023 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin təmin edilməsi, İddiaçı və onun övladları - xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm iddiaçı, həm də cavabdehlər xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri olmaqla, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov k üçəsi ev 27 ünvanında yerləşən 4 saylı mənzilin paylı mülkiyyətçiləri kimi tanınmışlar. Mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı övladlarının mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və 29-cu maddəsinin İ, İİ hissələrinə, Mülki Məcəlləsinin 27.2, 152.1, 152.4, 152.5, 157.4, 215.4, 228.2-ci, Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci, Azərbaycan Respublikasının MPM-in 4.1, 14.2, 77.1, 81, 88, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər apellyasiya şi kayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6776/2023 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını tam araşdırmamış, iddiaçı cavabdehləri digər miras predmeti olan bağ sahəsinə buraxmadığı üçün onların da mübahisəsi gedən mənzilə buraxmadıqlarını, yəni ləngitmə hüquqlarından istifadə etdiklərini nəzərə almamış, cavabdehlərin iddiaçının hüququnu pozmuş olduqlarının sübuta yetirilmədiyi arqumentlərlə əsaslandırmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2213/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit B əhramzadə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, həm iddiaçı, həm də cavabdehlər ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləridirlər.Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı uşaqlarının mənzilə köçürülməsini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İ, 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.2, 213, 215.1, 215.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 81, 88, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2213/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlardan sui – istifadə qadağandır. Daha əvvəldən mülkiyyət sənədi mövcud olmuş miras predmeti əmlak - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı ümumi sahəsi 0,05931 ha olan bağ sahəsi tərəflərin ümumi paylı mülkiyyətində olmasına baxmayaraq, faktiki iddiaçının təkbaşına sahibliyində və istifadəsindədir, onları oraya buraxmır. Özü onların hüquqlarını pozduğu halda, cari iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində iddiaçı ilkin olaraq onları həmin paylı mülkiyyət olan evə buraxmadığına görə, onların da digər mənzillə bağlı anoloji davranış hüquqları (ləngitmə hüququ) vardır. İş materiallarında olan qətnamələrdən və sənədlərdən bu fakt təsdiqini tapsa da, aşağı instansiya məhkəmələri bu hüququ nəzərə almamışdır. Qəribədir ki, birinci instansiy a məhkəməsi öz qətnaməsinin 7 – ci bəndində Xətai Rayon Məhkəməsinin e2(011)-4040/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticəvi hissəsini məhz təhrif edərək (əmlakın adı göstərilməyərək) qeyd etmişdir. Bununla da, iddiaçının cavabdehlərdən narazılıq etdiyi əməlin əslində başqa bir əmlakla bağlı cavabdehlərə qarşı özünün törətməsindən diqqət yayındırılmışdır.

21. Qətnamə qanuni və əsaslı deyil, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamışdır. İş materiallarında cavabdehlərin iddiaçının hüququnu pozduğuna dair sübut yoxdur. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi cavavdehin şikayətinin dəlillərinə qətnaməsində qiymət verməmişdir.

22. İddiaçı tərəf cavabdehlərin onun hüququnu pozduğunu sübut etməmişdir. Digər tərəfdən, apell yasiya instansiya məhkəməsi cacavdehin şikayətinin dəlillərinə qətnaməsində qiymət verməmişdir.

23. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16, 560, 562.1 və 562.2-ci, Azərbaycan Respublikasının MPM-in 77.1, 217.1ci, 217.3-cü və 217.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sər bəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

34. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

35. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelly asiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm iddiaçı, həm də cavabdehlər ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləridirlər.Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı uşaqlarının mənzilə köçürülməsini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin daha əvvəldən mülkiyyət sənədi mövcud olmuş miras predmeti əmlak - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı ümumi sahəsi 0,05931 ha olan bağ sahəsi tərəflərin ümumi paylı mülkiyyətində olmasına baxmayaraq, faktiki iddiaçının təkbaşına sahibliyində və istifadəsində olduğu, onları oraya buraxmadığı, özü onların hüquqlarını pozduğu halda, cari iddia ilə məhkəməyə müraciət etdiyi, əslində iddiaçının ilkin olaraq onları həmin paylı mülkiyyət olan evə buraxmadığına görə, onların da digər mənzillə bağlı anoloji davranış hüquqları (ləngitmə hüququ) olduğu barədə dəlillərinə əsasən bildirir ki, cavabdehlərin davranışı ləngitmə hüququ çərçivəsində dəyərləndirilə bilməz. Cavabdehlərin dəlildə göstərilən şəkildə hüquqları pozulmuşdursa, onlar hüquqlarının müdafiəsi məqsədilə ayrıca iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cav abdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “28” mart 2024-cü il tarixli 2(103)-2213/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar