Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2501/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment öhdəliyindən azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlu hakimlərdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 2(104)-867/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh xx.xx.1998-ci il tarixdə Şəmkirdə doğulmuş, bu barədə xx.xx.2013-cü il tarixli, AZ-İİ № 996073 saylı doğum haqqında şahadətnamə verilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X3 (Şəmkir və Gədəbəy) **********2 nömrəli, 31 oktyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş Nümayəndə hüququ yarandığı tarixdən ömürlük 2-ci qrup ümumi səbəb əlilliyə görə 268,62 manat əmək pensiyası alır, halhazırda ödəniş davam etdirilir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Şöhrət Ramiz oğluna verilmiş xx.xx.2022-ci il tarixli məşğulluq haqqında arayışa görə, xx.xx.2020-ci il tarixli müraciətə əsasən İddiaçı işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmış, arayışın etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. 4. “Tibbi Ərazi Bölmələrini X12” publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs “Gəncə şəhər Təcili və X5 Şöbəsi”nin vəkilə verilmiş xx.xx.2022-ci il tarixli, 83 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü, Gəncə şəhəri Nizami rayonu X10 küçəsi 86, ev 02 ünvanında yaşayan, Cavabdeh ondan ötrü ki, son bir ildə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Təcili və X5 şöbəsindən həmin ünvana heç bir çağırış olmamışdır. Həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü, Nümayəndə xx.xx.2022-ci il tarixdə saat 19:42-də v ə xx.xx.2022-ci il tarixdə 13:35-də X11 çağırılmışdır. xx.xx.2022-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi” və xx.xx.2022- ci ildə isə “nevrastemiya” diaqnozu qoyulmuş və yardım edilmişdir.
5. Gəncə Şəhər Təhsil İdarəsinin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 430 nömrəli, 12 noyabr 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İsmayılova (Şükürova) Şəlalə Şöhrət qızına ondan ötrü ki, o, həqiqətən 2005/2006-cı tədris ilində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin azərbaycan bölməsi üçün birinci sinfinə qəbul edilmiş, 2015-2016-cı tədris ilində məktəbin on birinci sinfini bitirmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibat lıq üzrə Mərkəzi Filialının **********9 nömrəli, 14 noyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Nümayəndə Mərkəzi Filialdan 2-ci qrup əlilliyə görə əmək pensiyası alır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********2 nömrəli, 19 noyabr 2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh Mərkəzi Filialdan 1-ci qrup əlil kimi 220 manat sosial müavinət, 130 manat təqaüd və X2 ona qulluğa görə 80 manat məbləğində təqaüd alır. 8. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı verilmiş uçota dair arayışda qeyd edilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilmişdir ki, onu n vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2599/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh saxlanması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-822 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli qətnaməsinin “İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməsi, həmin hissədə alimentin məbləğinin 130 manat müəyyən edilməsi, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1404/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə Nümayəndə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinin təmin edilməsi və xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda a nadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmiş, qətnamənin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Cavabdeh üzərində qəyyum təyin edilməsi üçün əsas olduğu qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş7706/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış məktubunda qeyd edilmişdir ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13-cü bəndinə u yğun olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.
13. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 223 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Nümayəndə övladı Cavabdeh qəyyum t əyin edilməsi qərara alınmışdır.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ş19646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış məktubunda qeyd edilmişdir ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13-cü bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bə zi şəxslər barəsində inzibati icraat başlanmışdır. O, “İnzibati icraat” haqqında Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin müraciəti qeydə alınmadığından, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Daha sonra müraciət əsasında xx.xx.2024-cü il tarixində yaşayış ünvanında müayinə olunmuş, təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında ona dair hissəvi reabilitasiya qərarı qəbul olunaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. İş materia llarına İddiaçı Gəncə Onkoloji xəstəxanasında müayinə olunmasına dair xx.xx.2019-cu və xx.xx.2022-ci il tarixli “baş beynin nativ KT müayinə protokolları” əlavə edilmişdir. 15. xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh məxsus sosial arayışdan görünür ki, Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli müayinəsinə əsasən o ikinci dərəcə əlil olmaqla əlilliyinin səbəbi ümumi xəstəlikdir, əlilliyin təyin edilmə tarixi xx.xx.2024-cü ildir, əlilliyin müddəti isə müddətsizdir, əmək qabiliyyətsizdir. Həmçinin əsas diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik, ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları və ciddi davranış pozuntuları olmuşdur. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək onun qızı Cavabdeh xeyrinə təyin edilmiş aliment öhdəliklərindən azad edilməsi və qızının əlillik dərəcəsi ləğv edildiyi vaxtdan hazırkı vaxta kimi ödədiyi aliment pullarının ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bacısına məxsus Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 206-da tək yaşayır. Onun 62 yaşı var və o, ümumi xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün səhhəti işləməyə imkan vermir. Beləliklə o, işləyə bilmədiyi üçün dolana bilmir. Eyni zamanda pensiya yaşına çatmadığı üçün pensiya almır. Qardaşbacısının və qonşularının köməyi ilə birtəhər dolanır. Onl ar öz aralarında pul yığaraq ona bazarlıq edir, evini təmizləyir, dava-dərmanlarını alır və onu xəstəxanalara aparıb-gətirirlər. Onun heç bir yerdən gəliri olmadığı və o, özünü dolandıra bilmədiyi halda, bu azmış kimi qızlarından Cavabdeh əvvəllər İ qrup əlil olduğu üçün onu məhkəməyə verərək onun saxlanılması üçün aliment təyin etdirmişdir. Hələ bu da azmış kimi yenidən məhkəməyə müraciət edərək sözügedən alimentin miqdarını artırmışdır. O, təyin edilmiş alimenti qonşularının köməkliyi ilə birtəhər ödəsə də, hazırda isə aliment ödəmək iqtidarında deyil. Aliment təyin edilərkən o, bu dərəcədə xəstə olmamışdır. Qızı Cavabdeh İ qrup əlil kimi keçən ilə kimi pensiya alsa da, 1 ildir ki, qızı Cavabdeh əlillik dərəcəsi dayandırılmışdır. Ona yenidən əlillik dərəcəsi müəyyən olunmamışdır. Onun əl illik dərəcəsi ləğv edildiyi üçün ona təyin olunmuş aliment də ləğv edilməlidir. Buna görə də o, qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya iclasına gəlməmişdir. Məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdehin maddi yardıma ehtiyacı dövlət tərəfindən yetərincə ödənilir, hazırda cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən yaxşıdır.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Nümayəndə himayəsində olan Cavabdeh baxa bilmir, ona görə də Cavabdeh onun himayəsinə verilməlidir, bu halda o, aliment tələb etməyəcək.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, həmçinin izahatında bildirmişdir ki, cavabdeh İ qrup əlil olduğundan əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlad kimi məhkəmə qətnaməsi ilə iddiaçıdan cavabdehin saxlanılması üçün cavabdehə aliment ödənilməsi qərara alınmış, həmin alimentin məbləği məhkəmə qətnaməsi ilə artırılmışdır. Hazırda cavabdehin əlillik dərəcəsi İ qrupdan İİ qrupa dəyişdirilmişdir. Odur ki, zərurət aradan qalxdığından cavabdehin İ qrup əlillik dərəcəsi ləğv edildiyi tarixdən bu günədək cavabdehə ödənilmiş aliment iddiaçıya geri qaytarılmalıdır.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı 26 ildir ki, uşağına baxmır, atanın borcudur ki, uşağının qayğısına qalsın. Qızı Şəlalə əvvəllər İ qrup əlil olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vaxtında müraciət etmədiyindən onun əlillik dərəcəsi dəyişdirilərək İİ qrup olmuşdur. Hazırda uşağa baxdığı üçün işləyə bilmir, təyin olunmuş aliment də uşağın saxlanılması üçün kifayət etmir, həmin alimenti uşağın dərmanlarına xərcləyir. Qızı Şəlalə məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə o, qızı Şəlaləyə qəyyum təyin edilmişdir.
21. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-5872/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia rədd edilmişdir.
22. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən sözügedən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin səhhətində, ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də aliment alan şəxsin mənafeyi nəzərə alınaraq, onun maddi tələbatlarının təmin edilməsi üçün iddia rədd olunmalıdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 və 112-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti birinci instansiya məhkəməsində iddiaçının verdiyi izahatların məzmunu na, habelə iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır.
26. Məhkəmə iclasında iştirak edən İddiaçı cavab olaraq göstərmişdir ki, hər ay 130 manat məbləğində aliment verir, lakin hazırda səhhəti ilə əlaqədar işləyə bilmir.
27. Məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi (qəyyumu) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş, 130 manat aliment ödənişinin belə kifayət etmədiyi bildirilmişdir.
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(104)-867/2025 saylı qətnaməsi ilə (hakimlər – M.Ə.Mustafayev (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdir ilmədən saxlanılması qət edilmişdir.
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlər məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iş üzrə mübahisəsiz haldır ki, xx.xx.1998-ci ildə doğulmuş Cavabdeh sonuncu müayinəsinə əsasən, ikinci dərəcə əlillik təyin edilmiş. Əlilliyinin səbəbi ümumi xəstəlik, əlilliyin təyin edilmə tarixi xx.xx.2024-cü il, əlilliyin müddəti isə müddətsizdir. Cavabdeh əmək qabiliyyə tsizdir. Həmçinin, əsas diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik, ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları və ciddi davranış pozuntuları olmuşdur. O, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Anası Nümayəndə onun qəyyumu təyin edilmişdir.
30. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh doğma atasıdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)822/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli qətnaməsinin “İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi” hiss ədə dəyişdirilməsi, həmin hissədə alimentin məbləğinin 130 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı hazırda pensiya yaşına çatmamış, onun əmək qabiliyyətli olmaması ilə bağlı iş materiallarına heç bir sübut əlavə olunmamışdır. İddiaçının maddi imkanın aşağı olması və ya xəstə olması səbəbindən aliment öhdəliyindən azad edilə bilməsi üçün yetərli sübutlar təqdim edilməmişdir.
31. Məhkəmə iddia tələbinin Cavabdeh maddi yardıma ehtiyacının dövlət tərəfindən yetərincə ödənilməsinə dair dəlilləri ilə bağlı hesab etmişdir ki, elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, Cavabdeh ümumi xəstəlik üzrə 2-ci qrup əlil olmaqla 220 manat pensiya alır. Cavabdeh hazırkı maddi vəziyyətində birinci instansiya məhkəməsi onu maddi yardıma ehtiyacı olan kimi qiymətləndirməklə düzgün nəti cəyə gəlmişdir.
32. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdehin saxlanılması üçün təyin edilmiş alimentin məbləği işə baxan məhkəmələr tərəfindən hazırki iş üzrə iddiaçının maddi durumu nəzərə alınaraq təyin edilmişdir. Cavabdehin xüsusi geyim, qida və tibbi xərcləri ilə bağlı gündəlik tələbatlarının çox olmasını apellyasiya məhkəməsi nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
33. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbinin maddihüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsi təşkil edir. Qanunvericilik aliment borcunun tamamilə və ya qismə n azad edilməsinin əsaslarını müəyyən etmişdir. İddiaçının qeyd etdiyi kimi, özünün qoca və maddi imkanının aşağı olması, onun aliment borclarından azad edilməsi üçün qanuni əsas deyildir. Qanunvericiliyin mənasına görə, yalnız aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edildiyi halda, aliment borclarını ödəməkdən azad edilə bilmə imkanı nəzərdə tutulmuşdur ki, bu hallar da, təsdiq edən sübutlar mövcud deyildir.
34. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 80.1, 80.2, 107.1 və 107.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.3, 372, 384, 385, 402 və 406-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
39. Maddə
34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, h əm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
40. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.
41. Maddə 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.
42. Maddə 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
43. Maddə 107.1. aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.
44. Maddə 107. 2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların ay dınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassas iya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-867/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.