Məhkəmə qərarları › İş №2(102)-2503/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2503/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2503/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə ("xxxx" Mənzil Tikinti Kooperativinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə ("xxxx" MTK) qarşı yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3 aprel 2*24-cü il tarixli, 2(1*3)-2118/2*24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında 23 iyul 2*24-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. G “ üvenli-Servis Management“ MTK (“Grand Hayat“ MTK) ilə İddiaçı arasında 25 avqust 2*2*-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1*54-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 1, mərtəbə 7, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 147,5* kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,38 kv.metr olan, 3 otaqdan ibarət 29 nömrəli mənzili iddiaçı X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 19*.*** manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.288 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.383,23 manat olması barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 137,38 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 147,5* kv.metr göstərilmişdir. X2 müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyərini tam olaraq “Güvenli-Servis Management“ MTK-ya ödəmişdir. Cavabdeh1 MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili təmir etməsi üçün 25 avqust 2*2*-ci il tarixdə təhvil-təslim aktına əsasən X1 təhvil vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1nə ("xxxx" MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1*54-cü məhəllə 1*3 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1*3, M7, m5) daşınmaz əmlakın dövlət reyestrindən 28 mart 2*23-cü il tarixli çıxarışındakı faktiki sahəsi ilə 25 avqust 2*2*-ci il tarixli müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödənilmiş 29.711,78 manat, kredit faizinə görə ödənilmiş 1.724 manat, cavabdehə xidmət haqqı kimi artıq ödənilmiş 32* manat olmaqla, cəmi 31.755,78 manat pulun və ödənilmiş 186 manat dövlət rüsumunun cavabdeh “Güvenli-Servis Management“ MTK-dan (“Grand Hayat“ MTK) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, iddiaçıya satdığı mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı faktiki sahəsi ilə müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq aldığı 29.711,78 manat pulu iddiaçıya geri qaytarmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış 25 avqust 2*2*-ci il tarixli xidmət müqaviləsinə və həmin müqaviləyə 2 saylı əlavəyə əsasən mübahisəli mənzilin hər kv.metrinə, o cümlədən 21,48 kv.metr sahəyə görə iddiaçı *,75 manat xidmət haqqı ödəmişdir. Cavabdehin iddiaçıya mənzili müqavilədə göstəriləndən 21,48 kv.metr az sahə təhvil verdiyini nəzərə alsaq, həmin sahəyə görə iddiaçının artıq ödədiyi 32* man at vəsait də (*,75 manat x 21,48 kv.metr x 2* ay = 32* manat) cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin 7 noyabr 2*23-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2*12-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti 1*54-cü məhəllə 1*3 nömrəli evin 29 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1*3, M7, m5) ümümi sahəsi 115.9 kv.m, faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 147,5 kv.m təşkil edir. Belə ki, mənzilin ümumi sahəsinin 115,9 kv.m təşkil etdiyini, həmin mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 25 avqust 2*2*-ci il tarixli GH-A 1/**22354 saylı müqavilənin tələblərinə (Brut sahə: 147,5 kv.m, net sahə 137,36 kv.m) uyğun olmadığı müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 2(**4)-55/24 saylı iş üzrə 16 yanvar 2*24-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquq i qiymət verərək hesab etmişdir ki, iddiaçı icranın qüsuru barəsində tələbi işi (mənzili) qəbul etdiyi gündən, yəni 25 avqust 2*2*-ci il tarixdən bir il ərzində irəli sürə bilərdi. Lakin o, bir illik iddia müddətini ötürməklə 12 may 2*23-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, 773, 776.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş 12 may 2*23 -cü il tarixdən məhkəmənin icraatındadır. 7 aydan artıq uzanan məhkəmə icraatı müddətində cavabdeh iddia müddətinə dair hər hansı fikir bildirməmişdir. İş materiallarına əsasən 15 yanvar 2*24cü il tarixdə, yəni məhkəmə qətnaməsinin qəbulundan cəmi bir gün əvvəl iş üzrə keçirilmiş ekspertizanın rəyindən narazı qalan cavabdeh təkrar ekspertiza keçirilməsinə dair vəsatət vermişdir. Maraqlıdır ki, həmin cavabdeh bu vəsatətlə bərabər iddia müddətinin tətbiqi barədə ərizə də təqdim etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini podrat müqaviləsi hesab edən məhkəmə qeyriqanuni olaraq iddia müddətini 25 avqust 2*2*-ci il tarixdən hesablamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin 3 aprel 2*24-cü il tarixli, 2(1*3)-2118/2*24 nömrəli qətnaməsi ilə (A.İsgəndərov (sədrlik edən, məruzəçi), M.Rüstəmli, V.Sadıqov) İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2*24-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1nə ("xxxx" MTK) qarşı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1*54-cü məhəllə 1*3 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1*3, M7, m5) daşınmaz əmlakın dövlət reyestrindən 28 mart 2*23-cü il tarixli çıxarışındakı faktiki sahəsi ilə 25 avqust 2*2*-ci il tarixli müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödənilmiş 29.711,78 manat, kredit faizinə görə ödənilmiş 1.724 manat, cavabdehə xidmət haqqı kimi artıq ödənilmiş 32* manat olmaqla, cəmi 31.755,78 manat pulun və ödənilmiş 186 manat dövlət rüsu munun cavabdeh “GüvenliServis Management“MTK-dan (“Grand Hayat“MTK) tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsini qət etmişdir. (hakim A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli)

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz hüququnun pozulduğunu 28 mart 2*23-cü il tarixdə, yəni mənzilə mülkiyyət hüququna dair çıxarış alarkən bilmiş, bundan 1 ay 24 gün sonra məhkəmədə hazırkı tələbi irəli sürmüş və bu zaman qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən bu tələb üzrə iddia müddəti beş ildir və iddiaçı bu müddəti ötürmədən məhkəmədə iddia qaldırmışdır.

13. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdük ləri öhdəliklərin xarakteri onu deməyə əsas vermişdir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.

14. Bundan əlavə, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 147,5 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.

15. Beləliklə, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır.

16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 25 avqust 2*2*-ci il tarixli müqavilənin şərtlərinə görə iddiaçı 147,5* kv.m. brut sahəsinin hər bir kv.m.-nə görə 1.288 manat hesablamaqla cəmi 19*.*** manat ödəməlidir və iddiaçı tərəfindən bu məbləğ tam ödənilmişdir. Ekspert rəyi ilə 147,5* kv.m. brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Deməli, iddiaçı mənzilə görə nə artıq (əlavə), nə də müqavilədən kənar heç bir məbləğ ödəməmişdir.

17. Belə ki, iddiaçı hazırkı işdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmadığından ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 375.2, 377.1, 752.1, 773, 776.1-ci və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4, 59.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək,Bakı Apellyasiya Məhkəməsinin 3 aprel 2*24-cü il tarixli 2(1*3)2118/2*24 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 25 avqust 2*2*-ci il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən “mənzilin net sahəsinin (Daşınmaz Əmlakın Dövlət R eyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 1 m²-nin qiyməti 1.383,23 (Bir min üç yüz səksən üç manat 23 qəpik) manat müəyyən edilmişdir.”

22. Lakin, məhkəmə hamıya məlum olan halı nəzərə almamışdır ki, mənzilin alqı-satqısında çıxarışda göstərilən sahə əsas götürülür. Bu baxımdan hazırki iş üzrə mübahisəli mənzilin satışı həyata keçirildiyi tədqirdə alıcı tərəfindən onun çıxarışında göstərilən sahə nəzərə alınmışdır.

23. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə təqdim etdiyi 7 noyabr 2*23-cü il tarixli 3-16-16/21*/5111 nömrəli ekspert rəyinə əsasən, iş üzrə mübahisəli mənzilin ümumi sahəsinin 115,9 kv.m. təşkil etdiyini, həmin mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m. təşkil etdiyini n əzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 25 avqust 2*2*-ci il tarixli GH-A 1/**22354 saylı müqavilənin tələblərinə (Brut sahə: 147,5 kv.m., net sahə 137,36 kv.m.) uyğun olmadığı müəyyən edilmişdir.

24. Qeyd olunanlara əsasən, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzilin sahəsini iddiaçıya 21,48 kv.metr az təhvil vermiş, bununla da iddiaçıya zərər vurmuşdur. Belə ki, mənzilə görə iddiaçının cavabdehə 29711,78 manat artıq ödəniş etməsi ilə nəticələnmişdir.

25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2,385.1,386.1, 1*96.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə gör ə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəll əsi

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 4*5. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, h abelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə

443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

34. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

35. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilm əli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

38. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

39. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

40. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.

44. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəaməsinin mövqeyi

47. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

49. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər müqavilə ilə brud və net sahəsinin ölçüsü həmin sahə üzrə öldənilməli məbləğ ilə bağlı razılaşma əldə etmişlər. Brut sahənin yerdə faktiki mövcudluğunu tərəflər mübahisələndirmirlər. Lakin iddiaçı net sahəsinin müqavilə ilə razılaşdırılmış ölçüdə deyil, daha az o lmasını göstərir və həmin az sahəyə görə artıq ödənilmiş məbləği geri tələb edir.

50. Qeyd edilməlidir ki, ekspert rəyi və iddiaçının adına verilmiş texniki pasportdan görünür ki, əmsal tətbiq olunduqdan sonra faktiki ölçüləri daha artıq olan eyvan ölçü daha az 8,5 kv.m. (faktiki ölçüsü isə 28,3 kv.m.) kimi göstərilmişdir. Beləliklə, aşkar olaraq müəyyən olunur ki, reyestr qeydində müəyyən edilən sahə mübahisəli mənzilin faktiki sahəsini deyil, əmsalın təbiqindən sonra müəyyən edilmiş sahədir. İddiaçının mənzilin net və brud sahəsi isə müqavilədə razılaşdırlmış sahələrə uyğun gəlir. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin qiymətləndirməsi düzgün olmuşdur.

51. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma ması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-2118/2*24 nömrəli, 3 aprel 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar