Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2504/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, kassasiya şikayətinin geri qaytarılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Məhkəməsinin 2(104)-1064/202 5 saylı, 26 may 2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinə 20 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı “itirilmiş məhkəmə icraatının bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) ərizənin təmin o lunması, ərizəçilər Ərizəçi və X1 qohumluq münasibətində olma faktının müəyyən olunmasına dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 2-342/2007 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən olunması qət edilmişdir.
3. Məhkəmə gəldiyi nəticəni “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavənin 2, 3, 10 və 15-ci bəndlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Məhkəmə qətnaməsindən na razı qalan maraqlı şəxs Ərizəçi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1447/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), Rəhman Şaban oğlu və X3) Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2342/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Məhkəmənin qətnaməsindən narazı qalan maraqlı şəxs Ərizəçi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)192/2025 nömrəli xx.xx.2025-ci il qərarı ilə Ərizəçi kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(104)1447/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin 02 may 2025-ci il tarixlə qərardadı maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “Elektron Məhkəmə” informas iya sistemindəki elektron kabinetində 05 may 2025-ci il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti isə 20 may 2025-ci il tarixdə elektron kabinet vasitəsilə verilmişdir. Bununla da kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülməklə verilmiş və buraxılmış müddətin bərpası barədə vəsatət təqdim edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 405, 405.0.1 və 405.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X5 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı Fondun elektron kabinetinə yerləşdirilməmiş, yalnız poçt vasitəsilə Fonda təqdim olunmuşdur. Bu qeydlərə baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsi qərəzli mövqe sərgiləyərək, hər hansı bir əsas olmadan kassasiya şikayətini geri qaytarmışdır. Eyni vəziyyət hazırda mübahisələndirilən məhkəmə qərardadında da təkrarlanır. Yəni hazırda mübahisələndirilən qərardad da Dövlət Sosial Müdafiə Fondunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməmiş, yalnız poçt vasitəsilə təqdim edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə h əmin qərardaddan Fondun nümayəndəsi və vəkili tərəfindən e-məhkəmə vasitəsilə kassasiya şikayəti verilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməmişdir. məhkəmə üzərinə düşən vəzifələri düzgün icra etməmiş, məhkəmə qərardadının Fonda çatdırılması halını lazımi qaydada araşdırmamışdır.
15. Maraqlı şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2 və 10-1.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
18. Maddə
62. Hər kəsin onun işi nə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
23. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qərardad maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bü tövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətini dəlillərinə əsasən araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir.
33. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, maraqlı şəxs tərəfindən 02 may 2025-ci il tarixli qərardaddan kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülməklə verilmişdir.
34. Ərizəçi qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərinin üzrlü hesab olunması barədə qeyd etdiyi hallar, yəni mülki məhkəməyə deyil, ilk növbədə inzibati orqana, müraciəti müsbət həll olunmadığı halda isə inzibati məhkəməyə ərizə verməli olm ası barədə Sumqayıt Şəhər Məhkəməsinin göstərişlərinə əməl etməsi müddətin ötürülməsi üçün üzrlü səbəblər sayıla bilməz, ərizəçi müddətin ötürülməsinin üzrlü səbəblər olmasına dair sübutla təqdim edə bilməmişdir.
35. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin 2 may 2025-ci il tarixli qərardadı 5 may 2025-ci il tarixdə işdə iştirak edən şəxslərə poçt vasitəsilə göndərilmiş, həmin tarixdə, saat 11:51də də Ərizəçi nümayəndəsi Nümayəndə elektron kabinetində yerləşdirilmişdir.
36. İş materiallarında 2 may 2025-ci il tarixli qərardadın maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, yaxud onun nümayəndəsinin elektron kabinetində yerləşdirilməsi müəyyən edilmir. Qərardadın surəti 13 may 2025-ci il tarixdə poçt vasitəsilə təqd im edilmişdir.
37. Göründüyü kimi maraqlı şəxs tərəfindən apellyasiya şikayəti vermək üçün müddətin ötürülməsi barədə apellyasiya məhkəməsinin qənaəti iş materiallarında olmayan sübutlara əsaslanmışdır. Ona görə də qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (104)-1064/2025 saylı iş üzrə 26 may 2025-ci il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərinin yerinə yetiril məsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.