Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2507/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3920/2021 nömrəli, 27 dekabr 2021-ci il tarix li qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə ödənilməsi şərtilə 19600 manat məbləğində kredit verilmişdir.
2. Tərəflər arasında borcun təminatı olaraq xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri müqavilədə 28000 manat göstərilmişdir. İpotekaya qoyulan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Tərəflər 25 yanvar 2017-ci il tarixdə borcun restrukturizasiyasına dair əlavə saziş imzalamış, borc alanın borcu əsas borc kateqoriyasına keçirilmiş, adi faizlərin və penyanın kapitallaşdırılması hesabına kredit üzrə əsas borc 13.893,67 manat məbləğində (8.138,04 manat əsas borc, 5.152,51 manat vaxtı keçmiş əsas borc, 482,15 manat adi faiz, 120,97 manat isə penya olmaqla) müəyyən edilmişdir.
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışında, Cavabdeh kredit müqaviləsi üzrə vaxtı keçmiş borcunun 8 392,81 manat, kredi t müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (18%) ilə hesablanmış adi faiz borcunun 1 804,66 manat, xx.xx.2020-ci il tarixinə cərimə faizləri üzrə borcunun 4 175,29 manat, kredit müqaviləsinin bitməsi tarixindən (xx.xx.2018) xx.xx.2019-cu il tarixədək 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən məhkəməyə verilmə tarixinədək (xx.xx.2021) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış faydanın 4 290,58 (dörd min iki yüz doxsan manat əlli səkkiz qəpik) manat, cəmi borcunun 18 663,34 manat təşkil etdiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2014-cü il tarixli **********87914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və xx.xx.2014-cü il tarixli **********87914 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 8.392,81 manat məbləğində əsas borc, 1.804,66 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 4.290,58 manat məbləğində zərərin (əldən çıxmış faydanın), xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 4.175,29 manat məbləğində penyanın, cəmi 18 663,34 manat məbləğində pul vəsaitinin və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 (iyirmi səkkiz) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin – 28 000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 10.197,47 manat məbləğində olmuşdur ki, bunun da 8.392,81 manatını vaxtı keçmiş əsas borc, 1.804,66 manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2020-ci il tarixinə bu məbləğ 4.175,29 mana t təşkil edir. Qeyd edilən tarixdən sonra bankın daxili qərarına əsasən penyanın hesablanması borc alanın xeyrinə dayandırılmışdır. Borc alan tərəfindən əsas borc məbləğinin qaytarılması və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsi barədə öhdəliyi icra edilmədiyindən bankın öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır.
7. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, indiyə kimi iddiaçıya 21.000 manata yaxın ödəniş etmişdir. Sonuncu dəfə banka olan borcunu ödəmək istəmiş, lakin bank ondan 18000 manat tələb etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən faizlər və cərimənin məbləği yüksək göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, ƏEM/Y 114-114/18 saylı mütəxəssis rəyi ilə Cavabdeh məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 25 yanvar 2018-ci il tarixinə ilkin satış dəyəri 52 000 manat müəyyən edilmişdir.
9. Qusar Rayon Məhkəməsinin 2(029)-21/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia tələbi qismən təmin edilərək, xx.xx.2014-cü i l tarixli **********87914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus olan Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və xx.xx.2014-cü il tarixli **********87914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 8.392,81 manat məbləğində əsas borc, 1.804,66 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 1000 manat məbləğində penya, cəmi 11.197,47 man at məbləğində pul vəsaitinin; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ipoteka predmeti olan Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzəri ndəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyərinin (ilkin satış qiyməti) 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borclarının məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. B u səbəbdən də, məhkəmə kredit müqaviləsi üzrə həmin məbləğin azaldılaraq 1000 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
11. Bundan başqa, məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən iddiaçı ASC “Xalq” Bankına əldən çıxmış fayda növündə zərər vurulması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut, yəni üçüncü şəxslərlə işlərin görülməsi, malların təqdim edilməsi və s. hallarla bağlı müqavilə bağlamaqla real olaraq gəlir əldə edəcəyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə həmin hissədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əldən çıxmış fayda növündə zərər tələbinə dair hissədə rədd edilməlidir. İpoteka predmeti olan Cavabdeh məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin to rpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti yuxarıda göstərilən rəyə uyğun olaraq 52000 manat məbləğində müəyyən edilməlidir.
12. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 443.1, 443.2, 443.3, 443.4, 445.1, 445.2.1, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 279, 295-ci maddələrinə və “İpoteka haqqında” Qanunun 1.0.9, 34.1, 34.1.1, 39.3.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Qətnаmədən nаrаzı qаlаn iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əldən çıxmış faydanın hesablanmasında kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə illik 5 %-i, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi isə müvafiq arayışlarda göstərilmiş orta illik faiz dərəcəsini (18 %) əldə rəhbər tutmağı əsaslı hesab edir. Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq Bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır. Lakin nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərin i və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdimedilməsinə baxmayaraq əldən çıxmış faydanın tutulması hissəsində Bankın iddiasını əsassız olaraq təmin etməmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş N 2(105)-3920/2021) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkili Vəkil1) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarına görə kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirməsi kifayətdir. Məəhkəmələr qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbl ərini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq əldən çıxmış faydanın tutulması hissəsində bankın iddiasını əsassız olaraq təmin etməmişdir.
19. Birinci instansiya məhkəməsi cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Qeyd olunan mövqe Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də dəyişilməz olaraq qalmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 4 62.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər k reditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu p ul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olma q üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiy a instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları iddianın əldən çıxmış zərərin ödənilməsi hissəsində düzgün tətbiq edilməmişdir və qətnamə həmin hissədə ləğv edilərək yenidən baxılması üçün göndərilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
27. Belə ki, iddiaçı tələbinin artırılması barədə ərizəsində əldən çıxmış fayda olaraq vaxtı keçmiş əsas borc məbləğinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % dərəcəsi ilə hesablanmış cəmi 4290,58 manat zərərin ödənilməsini tələb etmişdir. Bununla bağlı maliyyə arayışında kredit müqaviləsinin bitməsi tarixindən (xx.xx.2018) xx.xx.2019cu il tarixədək 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən məhkəməyə verilmə tarixinədək (xx.xx.2021) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda olaraq 4.290,58 manat borc hesablamışdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında q eyd etmişdir ki: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir....icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Məhkəmə kollegiyası kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun tutulmasına dair kassatorun dəlilini (bax yuxarıda § 34) əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddianın, kredit müqaviləsinin bitməsi tarixindən (xx.xx.2018) xx.xx.2019-cu il tarixədək 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən məhkəməyə verilmə tarixinədək (xx.xx.2021) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda olaraq 4.290,58 manat borcun tutulması tələbi hissəsində rədd edilməli olması qənaətinə gələrkən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bank bu zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
30. Halbuki Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bir şərtlə ki, kreditor d igər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin.
31. Həmin normadan və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, belə işlərdə borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır. Analoji tələb üzrə məhkəmə təcrübəsi də məhz bu istiqamətdə formalaşmışdır. Hazırda kassatorun mübahisələndirdiyi hissə, «kredit müqaviləsinin bitməsi tarixindən (x x.xx.2018) xx.xx.2019-cu il tarixədək 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən məhkəməyə verilmə tarixinədək (xx.xx.2021) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda olaraq 4.290,58 manat zərərin» tutulması hissəsinin rədd olunmasıdır.
32. Apellyasiya instansiyası məhkəməsinin dəbbə pulu ilə bağlı gəldiyi nəticə isə əsaslıdır. Çünki iddiaçı xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 4.175,29 manat məbləğində penyanın tutulmasını tələb etmiş, məhkəmə tərəfindən həmin məbləği tənasübsüz hesab edilmiş və 1000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi dəbbə pulunun məbləği tənasübdür.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3920/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi «xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 4.290,58 manat məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması tələbinin təmin olunmaması» hissəsində ləğv olunsun və mülki iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanısın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.