Məhkəmə qərarları › İş №2(102)-2507/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2507/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2507/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Abid oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2295/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış ilə, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzil (reyestr nömrəsi: **********38-05101-093001) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 283 nömrəli reyestr kitabının 27100 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə (qeydiyyat nömrəsi: 1********) qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 a vqust 2017-ci il tarixli 2(008)4781/2017 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evdən iddiaçı Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin istifadəsi ilə əlaqədar cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzildən iddiaçının və onun ailə üzvlərinin maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh İddiaçı qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Abud oğluna və Cavabdeh2 qarşı həmin ünvanda yerləşən evdən cavabdeh İddiaçı 10000 manat kompensasiya verilməklə, Cavabdeh2 kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almışd ır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-494/2018 saylı, 5 mart 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində yerləşən 48 saylı evin İddiaçı adına özəlləşdirilməsinə dair iddiaçı Cavabdeh1 adından verilmiş xx.xx.1997ci il tarixli ərizənin etibarsız hesab olunması, həmin evə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(103)-7682/2018 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli 2(102)7394/2018 nömrəli qərardadı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək mübahisə inzi bati məhkəməyə aid olduğu üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2020 nömrəli 18 mart 2020-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üçüncü şəxs İddiaçı adına özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (seriya MH № 0051695) etibarsız hesab edilməsi qərara alınmışdır.

8. B akı Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2-1(103)-1277/2020 nömrəli qərardadı ilə 3-cü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-2077/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı tərəfindən ümumilikdə 20000 manat kompen sasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə iddiaçının mülkiyyət hüququnu tanımışdır. Buna baxmayaraq, cavabdehlər qeyd olunan evin bir hissəsində yaşadığı üçün iddiaçı ev üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Uzun müddətdir ki, cavabdeh və ailə üzvlərinə mübahisələndirilən fərdi yaşayış evində yaşamaq imkanı tanınsa da, artıq onların evdə yaşaması iddiaçı üçün çətinliklər yaradır. Həmçinin, sözügedən fərdi yaşayış evində ailə üzvlərindən başqa şəxslər də yaşadığına görə iddiaçı mənzil və kommunal xid mətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlər faktiki olaraq fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətinə keçdiyi andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Odur ki, cavabdehlərin iddiaçıya məxsus mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun məhrum edilməsi zəruridir.

11. Cavabdeh1 iddia tələbinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, tərəflər arasında daha öncə də bu mübahisəyə məhkəmə qaydasında baxılmışdır. Hazırkı iş üzrə iddiaçı hələ 6 il öncə belə bir iddia qaldırmış, həmin iddia tələbində kompensasiya kimi 10000 manat təklif edilsə də, bu məbləğ məhkəmələr tərəfindən ədalətli və ağ labatan hesab edilməmiş, məbləğdən əlavə, məhkəmələr qeyd etmişdirlər ki, iddiaçı tərəfindən bu tip iddianın qaldırılması “mülkiyyətçi hüquqlarından sui-istifadədir”. Daha sonra Cavabdeh1 tərəfindən “özəlləşdirmənin ləğv edilməsi” barədə qaldırdığı iddialarla sübuta yetirilmişdir ki, mübahisəli fərdi yaşayış evinin özəlləşdirilməsi zamanı İddiaçı tərəfindən saxtalakarlığa yol verilmişdir, xüsusən də Cavabdeh1 evin qardaşının adına özəlləşdirilməsinə dair hər hansı ərizə verməmişdir. Təəssüf ki, bir sıra prosessual pozuntulara görə həmin qətnamələr qanuni qüvvəsini almadan ləğv edilmişdir, amma iş məhkəmələr tərəfindən baxılarkən kifayət qədər mötəbər sübutlar toplanılmışdır. Cavabdeh qeyd etmişdir ki, istifadə hüququ yaranan dövrdə qüvvədə olan qanunvericiliklə hər hansı məbləğdə kompensas iya təklif edilməklə istifadə hüququna xitam verilməsi nəzərdə tutulmamışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli 10/3635-9/3798 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən evin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 85000.0 manat məbləğində müəyyən olunur. ünvan 5 ünvanında yerləşən 57.9 kv.metr evin və həmin ərazidə yerləşən ona oxşar şəraitli evin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 300,00 manat müəyyən edilir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ( bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2023-cü il tarixli, 2(006)-1869/2023 nömrəli qətnaməsi ilə (hakim Günay İbadova) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, mübahsələndirilən fərdi yaşayış evi dövlət mənzil fonduna aid olmuş, xx.xx.1992-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, İddiaçı və Cavabdeh1 digər ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmış, 1997-ci ildə mübahisəli mənzil orada qeydiyyatda olan digər şəxslərin, o cümlədən Cavabdeh1 razılıq ərizəsi əsasında İddiaçı adına özəlləşdirilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2002-ci ildən, Cavabdeh4 isə 2004-cü ildən bəri mübahisəli evdə qeydiyyatdadır. xx.xx.2007-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarış ilə ev İddiaçı adına qeydiyyata alınmışdır.

15. Məhkəmə iddia tələbi və etirazla bağlı qeyd etmişdir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmağa iddiaçının subyektiv hüququnun olması işin mübahisəsiz halıdır. Bu hal Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışı sübut olunmuşdur.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazıkı iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli evdə 1992-ci ildən qeydiyyatda olmaqla həmin evdən istifadə hüququna malik olması, Cavabdeh2 isə həmin evdə 2002-ci ildən qeydiyyatda olmaqla istifadə hüququna malik olmaması mübahisələndir ilmir. Bu fakt tərəflər arasında olan əvvəlki mülki mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş üzrə də mübahisələndirilməmişdir.

17. Məhkəmə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdən istifadə hüquqlarının olub-olmaması ilə bağlı isə onu qeyd etmişdir ki, Cavabdeh3 xx.xx.2002-ci ildə anadan olmuş və mübahisəli evə qeydiyyata alınmış, Cavabdeh4 isə xx.xx.2004-cü ildə anadan olmuş və mübahisəli evə qeydiyyata alınmışdır.

18. Məhkəmə hesab etmişdir ki, onların 14 yaşına çatana qədər yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaşayış yeri ataları Cavabdeh1 yaşayış yeri olan mübahisəli ev olduğundan və 14 yaşlarına çatdıqdan sonra da istifadə hüquqları başqa əsaslarla itirilmədiyindən, hazırda evdən istifadə hüquqları saxlanılmışdır.

19. Məhkəmə iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinə münasibətdə isə hesab etmişdir ki, cavabdehlərə 20.000 manat məbləğində kompensasiya verilməklə onların evdən istifadə hüquqlarına xitam verilməsi ədalətli hesab oluna bilməz.

20. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hələ 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi qarşılığında İddiaçı 10.000 manat məbləğində kompensasiya təklifi məhkəmə tərəfindən ədalətli kompensasiya məbləği kimi qiymətləndirilməmişdir. Məhkəmə hazırda həmin qətnaməni sadəcə müqayisə məqsədilə misal göstərərək vurğulamağı zəruri hesab etmişdir ki, kompensasiya məbləğinin ədalətli olub-olmamasını müəyyən etməkdə məhkəmə qiymətləndirmə sərbəstliyinə malikdir.

21. Məhkəmə hesab etmişdir ki, qeyd olunan qətnamənin qəbul edildiyi tarixdən ötən 6 il ərzində daşınmaz əmlak bazarında nəzərəçarpan dərəcədə qiymətlərin yüksəlməsi hamıya bəlli olan faktdır. Məhkəmə tərəfindən mübahisənin obyektiv həllinə nail olmaq və ədalətli kompensasiyanın məbləğini müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin edilmiş, lakin verilən ekspert rəyi cavabdehlər tərəfindən mübahisələndirildiyindən, mübahisə predmeti olan evə yerli baxış keçirilməsi zərurəti yaranmış və yerli baxış zamanı təqdim edilən ekspert rəyinin ziddiyyətli olması məhkəmə tərəfindən müəyyən edilmişdir.

22. Məhkəmə ədalətli hesab etdiyi 35.000 manat məbləğində kompensasiya verilməsi təklifini iddiaçı tərəfə bildirmiş və tələbin dəqiqləşdirilərək 35.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə cavabdehlərin istifadə hüququna xitam verilməsi məzmununda qoyulması üçün iddiaçı tərəfə vaxt vermiş, lakin iddiaçı tərəf 20.000 manat kompensasiya məbləği barədə olan yekun tələbini dəyişdirməmiş, məhkəmə təklif etdiyi kompensasiya məbləğinin iddiaçı tərəfindən qəbul edilməməsi kimi qiymətləndirmişdir.

23. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kompensasiya qismində təklif olunan 20.000 manat məbləğində pul vəsaitinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət etməsi qənaətinə gəlməyə əsas deyildir. Çünki daşınmaz əmlak bazarında olan mövcud qiymətlər nəzərə alındıqda, təklif olunan kompensasiya məbləği göstərilən meyarlar çərçivəsində cavabdehlərin iddiaçının hesabına yaşaması üçün kifayət edəcək ağlabatan məbləğ hesab oluna bilməz. Bu məbləğin kifayətedici olub-olmaması yalnız bir cavabdehə münasibətdə deyil, ailəyə münasibətdə, yəni digər cavabdehlərdən olan arvadı və işləməyən, təhsil alan 2 uşağının olması, mübahisəli evin iddiaçının mülkiyyətinə keçməsində Cavabdeh1 razılıq ərizəsinin rolu, onun qardaşına olan güvən və etimadının göstəricisi olması, cavabdehlərin bundan sonra təkbaşına mənzil əldə etmək imkanının inandırıcı görünməməsi və sairə bu kimi hallar nəzərə alınmaqla qiymətləndirilmişdir.

24. Məhkəmə xüsusilə qeyd etmişdir ki, mübahisə li ev iddiaçının şəxsi vəsaiti hesabına, alqısatqı yolu ilə deyil, özəlləşdirmə yolu ilə əldə edilmişdir. İddiaçı evə qardaşı və ailəsi ilə birlikdə köçən zaman ev mənzil fondunun mülkiyyətində olmuşdur. Daha sonra mənzilin iddiaçının mülkiyyətinə keçirilməsinə Cavabdeh1 razılığı da əsas olmuşdur. Cavabdehin bu razılığı iddiaçının mülkiyyətinə keçəcək evdə yaşamasının gələcəkdə ona problem yaratmayacağına dair iddiaçıya olan güvəni və etimadının nəticəsi olmuşdur. Bu hal isə mülkiyyətçinin hüquqlarından sui-istifadə etməsinə gətirib çıxarmamalıdır.

25. Məhkəmə iddia tələbinə etiraza münasibətdə qeyd etmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsini n birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəll əsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəfləri n hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

26. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəyə daha əvvəl baxılıb yekun məhkəmə qətnaməsinin qəbul edilməsinə baxmayaraq, istifadə hüququnun əmlak hüquqlarından biri olmaqla davamedici xarakter daşıması və əvvəlki məhkəmə qətnaməsində ədalətli kompensasiya məbləğinin dəqiq müəyyən edilməməsi, eyni zamanda, həmin vaxtdan ötən müddət ərzində yeni əsasların meydana gələ bilməsi hazırkı mübahisəyə məhkəmə tərəfindən baxılmasına əsasdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci, 13-cü maddənin 1-ci, 29-cu maddənin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 6.1.4, 152.1, 152.5, 152.6, 157.1-157.2, 158, 178.1, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi)123, 53, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1,5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin mülkiyyətdən istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmayıb. Tərəflər arasında heç bir yazıl ı şəkildə razılaşma olmayıb. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında iddiaçının tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə istifadə hüququna xitam verilməsini tələb edib. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı qeyd etmişdir ki, ekspert rəyi işə əlavə olunsa da, birinci instansiya məhkəməsi ekspert rəylərini hansısa meyarlara əsasən şübhə altına almışdır. İş materiallarında n aydın olur ki, birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin təqdim etdiyi sübutları bir kənara qoyaraq öz mülahizəsinə əsasən qətnamə qəbul etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2295/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, İddiaçı tərəfindən 30.000 manat kompensasiya verilməklə cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış s ahəsindən ibarət 2 otaqlı - nömrəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması, kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılması eyni vaxtda icra edilməsi qət edilmişdir.

31. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, bu cür mübahisələrə baxarkən iddia edənin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyi və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğu müəyyən edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində ye rləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil 1997-ci ildə orada qeydiyyatda olan digər şəxslərin, o cümlədən Cavabdeh1 razılıq ərizəsi əsasında İddiaçı adına özəlləşdirilmiş və sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır.Mənzilə aid çıxarışın mübahisələndirilməsi barədə həm mülki, həm də inzibati icraat qaydasında bir neçə məhkəmə mübahisəsi olmuş və yekun nəticə bundan ibarət olmuşdur ki, həmin mənzil üçüncü şəxs İddiaçı adına özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin qeydiyyat əs asında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (seriya MH № 0051695) etibarsız hesab edilməsi barədə iddia iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Yəni, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir və hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcuddur.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, digər məhkəmə mübahisələri ilə bağlı keçirilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, 8 iyul 1997-ci il tarixli Cavabdeh1 Abud oğlunun adından olan razılıq ərizəsində “İmza:” yazısı önündə imza Cavabdeh1 Abud oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub. Lakin hazırki iddia üzrə bu məsələ müzakirə predmeti olmadığından məhkəmə tərkibi bu hala toxunmamış, çünki qeyd edildiyi kimi mübahisəli ünvana aid qeydiyyatın ləğvi barədə iddia prosessual səbəbdən mümkün sayılmasa da, bu hal İddiaçı sözügedən mənzilin tam mülkiyyətçisi olduğunu istisna edə bilməz.

34. Apellyasiya instansiya məhkəməsi də kompensasiyanın məbləğini müəyyən edərkən birinci instansiya məhkəməsinin əsaslı mövqeyi yəni, “Cavabdeh1 Abud oğlunun bu razılığı iddiaçının mülkiyyətinə keçəcək evdə yaşamasının gələcəkdə ona problem yaratmayacağına dair iddiaçıya (qardaşına) olan güvəni və etimadının nəticəsi olmuşdur” ilə razılaşmış və bu halın təklif olunan kompensasiyanın məbləğinə əhəmiyyətli təsiri olduğunu qəbul etmişdir.

35. Məhkəmə kollegiyası tərəflər arasında olan uzunmüddətli məhkəmə çəkişmələrinin birdəfəlik həlli məqsədilə kompensasiyanın məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən bi r qədər az, yəni bazar qiymətinə uyğun olaraq 30000 manat müəyyən edilməsini məqsədə uyğun hesab etmişdir.

36. İddiaçının nümayəndəsi və vəkili də bu məbləğlə razılaşaraq ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 30000 manat olmasına etiraz etməmiş, cavabdeh tərəf isə məbləğindən asılı olmayaraq ümumiyyətlə kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmişlər.

37. Məhkəmə kollegiyası özünün müəyyən etdiyi və iddiaçının bununla razılaşaraq cavabdehlərə təklif etdiyi 30000 manat məbləğində kompensasiya məbləğini ağlabatan hesab etmişdir.

38. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, kompensasiya verilməklə cavabdehlərin istifadə hüququna xitam verilərək onların qətnamə ilə sözügedən mənzildən çıxarılmalarının qət edilməsi heç bir halda iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki kompensasiya ödənilməklə cavabdehlərin qeyd olunan mənzildən istifadə hüququna xitam verilsə də, onlar bu və ya digər səbəbdən evdən çıxmaya bilər yaxud icra mərhələsində qətnamədə belə bir göstərişin olmadığı üçün kompensasiya almış və istifadə hüququna xitam verilmiş şəxslərlə bağlı məcburi icra tədbirləri həyata keçirilməsi mümkünsüz vəziyyətə düşə bilər. Başqa sözlə, kompensasiya almış şəxsin istifadə hüququna ona görə xitam verilir ki, onun, həmin mənzillə bağlı artıq heç bir hüququ və imtiyazı qalmır. Məhz kompensasiya alaraq istifadə hüquqularına xitam verildiyi üçün cavabdeh şəxslər evdən çıxmağa borclu olurlar. Bunun üçün ayrıca məhkəmə qərarının olmasına ehtiyac və zərurət olmur. Bunun üçün, yəni cavabde hlərin evdən çıxarılması barədə yenidən iddianın irəli sürülməsi də prosessual qənaət prinsipinə açıq-aşkar zidd sayılır.

39. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2 mübahisə predmeti olan mənzildən istifadə hüququnun yaranmadığı da işin mübahisəsiz halıdır. Buna baxmayaraq iddiaçı cavabdehlərin vahid ailə olduğu üçün onlara ümumilikdə 30000 kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini və onların birlikdə evdən çıxarılmasına nail olmaq istəmişdir. Bu mənada 30000 manat kompensasiya ödənilməklə mübahisəli mənzildə istifadə hüququ olan şəxslərin bu hüquqlarına xitam verilməklə onlar həmin mənzildən çıxarılmalıdır.

40. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsin in və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Şikayət onunla əsaslandırılmışdır ki, təklif edilən kompensasiya məbləği real bazar qiymətinə uyğun deyildir, ailə üzvlərinin sayı nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma, yerli baxış, ekspertiza və sair hallar Bakı Apellyasiya Məhkəməsi tərəfindən heç bir şəkildə nəzərə alınmamışdır.

43. Həmçinin məhkəmə iddiaçını mülkiyyətçi kimi qəbul etsə də, faktiki işin halları ilə mübahisəsiz müəyyən edilir ki, onun mülkiyyətçi olması qanunsuzluq və saxtakarlıqla baş vermişdir. Məhkəmə ötəri qeyd etmişdir ki, Cavabdeh1 evin özəlləşdirilməsinə dair etiraz etməməsi barədə ərizədə imza ona məxsus deyildir, sonra isə məhkəmə qeyd etmişdir ki, bu hazırkı işin mahiyyətinə aid deyildir. Halbuki, hazırkı iş üzrə iddiaçıya iddia qaldırmağa subyektiv hüquq verən əsas sənəd saxta və cinayətkarcasına əldə edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

44. Kassator şikayətini Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 9,14.1, 14.2, 77.1, 97-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

48. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və x itamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya şikayətinə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün 30.000 manat ədalətli kompensasiyadır.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyas ı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Kassasiya şikayətinin bəzi dəlilləri hazırkı işin predmeti olmayan faktiki hallarla əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2295/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar