Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2507/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə vəzifəsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-892/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı tərəfindən təqdim edilmiş cavabdeh və cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan, həmçinin Şahid2 ilə cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk birinci instansiya məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin diskdə olan 2024-cü ilin aprel ayına təsadüf edən səsyazmalarda iddiaçı və Şahid2 borcunu tələb etmiş, cavabdehin həyat yoldaşı isə konkret borc məbləği göstərməyərək borcu ödəyəcəyini bildirmiş, ona vaxt verilməsini xahiş etmişdir. Həmçinin həmin diskdə olan iddiaçı, cavabdeh və cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan danışıqlara dair səsyazmada cavabdeh uşaqlarına hazırlıq pulu tapıb verə bilmədiyini, bütün qab-qacaqlarının sələmə gör ə satıldığını, iddiaçıya olan borcunu qəbul etdiyini, həyat yoldaşı Elsevərin anası ilə birlikdə borcunu ödəməli olduğunu bildirmişdir. Diskdə olan iddiaçı ilə cavabdeh arasındakı 2024-cü ilin iyul ayında baş verən danışıqlarda iddiaçı cavabdehdən borcunu tələb etmiş, cavabdeh isə imkanının olmadığını, uşağının yenicə əməliyyatdan çıxdığını, qaynanasının pensiyasından ayda 100 manat olmaqla, cəmi 500 manat ödəyəcəyinə imkanının olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 15500 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 325 manat və dövlət rüsumu kimi ödədiyi 135 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 (on beş min) manat, hüquqi yardım üçün vəkilə ödədiyi 325 (üç yüz iyirmi beş) manat və dövlət rüsumu üçün ödədiyi 135 (yüz otuz beş) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, cavabdehin ona borclu olduğu 15500 manat pul vəsaitindən 500 manatı, ayda 100 manat olmaqla cavabdehin qaynanası tərəfindən verilmişdir. Ona görə iddiasına azaltma verərək cavabdehdən 15500 manat yox, 15000 manat borclu olduğu pulu tələb edir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qonşusudur və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Bir neçə il öncə onlar bir yerdə işləmişlər. Qonşu olduqları və bir yerdə işlədiklərindən münasib ətləri daha da yaxşılaşmışdır. Onlar çox yaxın rəfiqə olmuşlar. Hətta onlar bacı qədər bir-birlərinə yaxın olmuşlar. Bir neçə il öncə cavabdeh müəyyən problemləri olduğu üçün ondan köməklik göstərərək borc pul verməyini xahiş etmişdir. O, özündə pul olmadığından və onlar həddən artıq yaxın olduqlarından cavabdehə pul tapmaq üçün bir neçə şəxsə müraciət etmişdir. Beləliklə, bir neçə şəxsə müraciət etdikdən sonra, iş yoldaşı Şahid1 birinci dəfə 9100 (doqquz min yüz) manat, ikinci dəfə 2400 (iki min dörd yüz) manat pul alaraq həmin pulları elə Şahid1 yanında cavabdehə vermişdir. Daha sonra, qonşusu Şahid2 4000 (dörd min) manat alaraq həmin məbləği də Şahid2 evinin qarşısında Şahid2 yanında cavabdehə vermişdir. Həmin vaxt cavabdeh əri Elsəvər Allahverdiyev və uşaqları ilə birgə gəlmişdir. Belə liklə, o cavabdehə ümumilikdə borca 15500 manat pul vermişdir. Cavabdeh ona borc verdiyi pulları qısa vaxt ərzində qaytaracağına söz versə də, hazırki günə kimi qaytarmamışdır. O, cavabdehdən pulunu hər dəfə istəyəndə cavabdeh ona yaxın vaxta qaytaracağına söz versə də, verdiyi sözə əməl etmir. O cavabdehə borc verdiyi pulunu geri ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin pulun cavabdehə onun borc verməsini pulu aldığı şəxslər təsdiq edə bilərlər. Həmin şəxsləri - Şahid2 və Şahid1 məhkəmə iclasında şahid qismində dəvət edəcək.
5. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etmirlər. Belə ki, iddiaçı öz iddiasında bir neçə il bundan öncə cavabdehə pul lazım olduğu üçün Vəfa və Tahirə adlı şəxslərdən 15500 (on beş min beş yüz) manat məbləğində pul alıb cavabdehə borca pul verdiyini və cavabdehin qısa müddətə qaytaracağını söz versə də, bu günə kimi borcun qaytarılmadığını iddia edir. İşin əsli ondadır ki, cavabdeh 21 yanvar 2019-cu il tarixdə qonşusu və iş yoldaşı olan iddiaçıya müraciət edərək ona pul lazım olduğunu bildirmişdir. İddiaçı cavabdehə pul verə biləcəyini qeyd etmiş, lakin faizə (sələmə) verə biləcəyini bildirmişdir. İddiaçı iddia ərizəsində cavabdehə borc verdiyini şahidlər Şahid2 və Şahid1 təsdiq edə bilərlər kimi qeyd etmişdir. Cavabdeh Vəfa və Tahirə adlı şəxsləri ümumiyyətlə görməmiş və onların yanında iddiaçıdan ümumiyyətlə pul qəbul etməmiş, nə də ki, həmin şəxslər həmin anın şahidi ümumiyyətlə olmamışlar. Ona görə də Şahid2 və Şa hid1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Şahid2 və Şahid1 iddiaçıya hansı məbləğdə pul vermələrindən cavabdehin xəbəri olmamışdır. Onlar iş üzrə maraqlı şəxsdirlər, həm də onların ifadələri digər sübut növləri ilə öz təsdiqini tapa bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində həmin pulu bir neçə il öncə verdiyini iddia edir, lakin hansı tarixdə verdiyini dəqiqləşdirməmişdir. Bu barədə sübut etmə yükü iddiaçının üzərinə düşür. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bu hissələrdə iddia tələbinin əsasını sübuta yetirə bilmir, yalnız formal şahidlərə söykənərək tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Qanunvericilinin müvafiq normalarının tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanıl mış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələbini pozmuş və şifahi qaydada verdiyi məbləği iddia edir. Halbuki, cavabdeh iddiaçıdan ümumiyyətlə həmin məbləği qəbul etməmişdir. Hazırki halda isə tərəflər arasında pulun borc verilməsi barədə, predmetinin məbləği 3000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Ona görə də tərəflər arasında bağlanmış predmetinin məbləği 3000 manatdan çox olan həmin borc müqaviləsi etibarsızdır. İddia tələbi əsassızdır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və öz təsdiqini tapmır. Ona görə də etirazda hesab edilir ki, göstərilən xüsusatlar nəzərə alınıb iddia tələbi rədd edilməlidir.
6. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq mübahisəyə iddia müddətinin tətbiq olunmasını və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmiş, qeyd etmişdir ki, tərəflər arasında mübahisə 2019-cu il tarixdə yaranmışdır. İddiaçı iddia ərizəsində həmin pulu bir neçə il öncə verdiyini iddia edir, lakin hansı tarixdə verdiyini dəqiqləşdirməmişdir. Bu barədə sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən iddia ərizəsi qaldırarkən qanunla müəyyən olunmuş iddia müddətini ötürülmüşdür. İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etmir. Məhkəməyə təqdim edilmiş səs yazılarında iddiaçı tərəfindən cavabdehə nə vaxt və nə qədər pul vəsaitinin verildiyi görünmür. Belə ki, şahid ifadələrindən başqa iddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edəcək hər hansı mötəbər sübut əlavə edilməmişdir. Cavabdeh özü məhkəmənin əvvəlki hazırlıq iclasında iddiaçıdan 7000 manat məbləğində borca pul götürdüyünü etiraf etmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən qeyd olunan hal öh dəlikdən azad etməsə də, iddia müddəti keçdiyi üçün iddia tələbi təmin edilməməlidir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə həm iş yoldaşı, həm də yaxın rəfiqədir. Cavabdehlə isə əvvəllər iş yoldaşı olmuşlar. İddiaçı ona cavabdehin vəziyyətinin yaxşı olmadığını, uşağının əməliyyat olunacağını, həmçinin işə düzələcəyini, buna görə pul lazım olduğunu bildirmişdir. İddiaçı həmçinin demişdir ki, cavabdehin Rusiya Federasiyasındakı qardaşı 3 ay müddətinə borcunu qaytaracaq. Məhz buna görə köməklik etmək üçün iddiaçıya iş yerində birinci dəfə 2022-ci ilin noyabr ayının əvvəlində 9100 manat, ikinci dəfə isə 2022-ci ilin noyabr ayının sonlarında 2400 manat borc vermişdir. İddiaçı həmin pulu elə onun yanında cavabdehə vermişdir. Bundan sonr a iddiaçıya müraciət etsə də, o cavabdehin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Məcbur olub özü cavabdehə zəng etmiş, telefonu cavabdehin uşaqları açdığı üçün heç nə deyə bilməmişdir. İddiaçının dediyinə görə cavabdeh ona olan borcundan cəmi 500 manat qaytarmışdır. İddiaçı ilə cavabdeh arasında olan əvvəlki borc münasibətlərindən məlumatı olmamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşının əmisinin həyat yoldaşıdır. Cavabdehi isə əvvəllər tanımamış, sonradan iddiaçının vasitəsilə tanımışdır. İddiaçı ona cavabdehin uşağının xəstə olduğunu, əməliyyat olunacağını, buna görə pul lazım olduğunu bildirmişdir. İddiaçı həmçinin demişdir ki, cavabdehin qardaşı 3 ay müddətinə pul göndərib, borcunu qaytaracaqdır. Cav abdehə kömək məqsədilə iddiaçıya 2022-ci ilin dekabr ayında 4000 manat borc vermişdir. Pulu gətirib iddiaçının evində ona vermiş, sonra öz evinə gedib iddiaçının evinə təzədən qayıdanda cavabdehi və ərini iddiaçının evində görmüşdür. İddiaçı çöldə olan tut ağacının altında 4000 manat pulu onun yanında cavabdehə vermişdir. Bundan sonra cavabdeh telefon nömrələrini dəyişmiş, ona zəng çatmamışdır. Həmçinin digər Şahid1 da əvvəllər işlədiyi bağçadan tanıyır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, cavabdeh onun gəlinidir. Belə ki, 2019-cu ildə gəlini iddiaçıdan 7000 manat məbləğində pulu sələmə götürmüşdür. Gəlini 7000 manatdan xeyli ödənişlər etdikdən sonra 2000 manatı qalmışdı. 2020-ci ilin yay aylarında gəlini ödəməkdə çətinlik çəkdiyi üçün hər ay pensiyasından 100 manat verməklə, qalan borcdan cəmi 500 manat ödəniş etmişdir. Bundan sonra onkoloji əməliyyat olunduğu, həmçinin müharibə başladığı üçün qalan 1500 manat borc ödənilmədi. Həmçinin aralarında sələmlə əlaqədar mübahisələr yarandı, iddiaçı ondan 1500 manatı yox, sələmlə birlikdə daha çox məbləği tələb etdi.
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə üzrə sübut etmə yükü bilavasitə iddiaçının üzərindədir və iddiaçı irəli sürdüyü hüquqi mövqeyini müdafiə etməsi üçün əsaslandığı dəlillərini sübut etməyə borcludur. Lakin iş materiallarından da görünmüşdür ki, cavabdehə məhz 2022-ci ilin qış aylarında – yəni noyabr ayında 9100 manat və 2400 man at, dekabr ayında isə 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini borc verməsi faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı, qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385 və 740-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 89-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin yaxın münasibətləri olmuş, cavabdeh iddiaçıya müəyyən problemlərinin olmasını bildi rməklə ondan borca pul istəmişdir. Yaxın münasibətləri olduğu üçün iddiaçı pul taparaq cavabdehə borca 15500 (on beş min beş yüz) manat pul vermişdir. Cavabdeh isə öz növbəsində aldığı borcu geri qaytarmamışdır. Məhkəmə qətnaməsinə nəzər salınsa və məhkəmə iclasının gedişatının audio-video görüntüsünü dinlənilsə, açıq-aydın görünər ki, cavabdeh iddiaçıdan borca pul almışdır. Bu hal iddiaçının təqdim etdiyi sübutlarda, hətta cavabdehin özünün qismən etirafında da öz əksini tapmışdır. İlk öncə cavabdeh iddiaçıdan qismən, yəni 7000 (yeddimin) manat borc almasını etiraf edir. Sonra həmin borcun qaytarılmasını və iddiaçıya hazırda 1500 (min beş yüz) manat borcu olmasını bildirir. Bu borcun hansı qaydada qaytarılmasına gəldikdə cavabdeh qeyd etmişdir ki, guya ki, ayda 1050 (min əlli) manat ol maqla əri, qızı və iddiaçının oğlu vasitəsilə qaytarmışdır. Cavabdehin deməsinə görə borcunu 2019-2020-ci illərdə qaytarmışdır. Cavabdehin qızının hazırda 15 yaşı var, cavabdeh borcunu qaytaran zaman onun qızın 910 yaşı olmuşdur. 9-10 yaşlı bir uşağa 1050 (min əlli) manat pul verərək kiməsə göndərilməsi ağılabatandırmı? Bu gülməli səslənmirmi? Daha sonra bəzən əri vasitəsilə verməsini bildirir. İddiaçının təqdim etdiyi diskdə cavabdehin əri ilə iddiaçının səs yazısı var ki, cavabdehin əri iddiaçıya borcun yaxın zamanda qaytaracağını bildirir. Həmin səs yazısı 2024-cü ilə təsadüf edir. Əgər cavabdehin dediyi kimi cavabdeh tərəfindən iddiaçıya pul qaytarılmış olsaydı cavabdehin əri həmin danışıqlarda heç olmasa bir dəfə deyərdi ki, o qədər pul qaytarmışıq, qalanını qaytaracaqlar. Bu səs yazı sı hətta iddiaçı ilə cavabdeh arasında da var ki, cavabdeh bir dəfə olsun belə iddiaçıya nə vaxtsa pul verməsini demir. Ancaq pulun əri, qaynanası ilə birgə almasını və qaytaracaqlarını qeyd edir. Onun vəziyyətini başa düşməsini xahiş edir. Bu səs yazısını birinci instansiya məhkəməsi tərəfindən nədənsə sübut kimi qəbul edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 cavabdeh və onun əri ilə danışmış, hətta cavabdeh və əri Elsəvər ona belə etiraf etmişlər ki, borcu yaxın vaxtlarda qaytaracaqlar. Birinci instansiya məhkəməsi də, şahidin ifadəsinə tənqidi yanaşaraq sübut kimi qəbul etməmişdir. İddiaçı borcun 2022-ci ildə verilməsini, cavabdeh isə borcun 2019-cu ildə alınmasını bildirir. Birinci instansiya məhkəməsi iddiaçının deməsini yox, cavabdehin deməsini əsas götürərək borcun 2019-cu ilə təsadüf etməsini qətnaməsində göstərir. Məhkəmə cavabdehin deməsini necə qəbul edə bilər, iddiaçının deməsini isə qəbul etməyə bilər. Cavabdeh bu halı necə sübut etmişdir ki? Əksinə səs yazısı olan diskə nəzər salınsa görünər ki, həmin səs yazısı 2024-cü ilə təsadüf edir. Bu da borcun 2022-ci ildə verilməsinə daha uyğun olması ehtimalına gətirib çıxardır. 2019-cu ildə olsaydı bu səs yazısı 2020, 2021, 2022-ci illərə təsadüf edərdi, 2024-cü ilə yox. Yuxarıda qeyd etdiyi kimi cavabdehin qismən etirafı olduğu halda və pulun müəyyən hissəsini qaytarmasını sübut etmək cavabdehin öz üzərində olduğu halda və cavabdeh bunu sübut edə bilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, əksinə iddiaçının bu qədər sübutları olduğu halda iddiaçının iddiasın ı sübuta yetirə bilməməsini qətnaməsində sadəcə söz yığını yazmaqla qeyd etmişdir. Bundan başqa, qətnamədə qeyd etmişdir ki, borc 2022-ci ilə təsadüf etmir, cavabdehin deməsinə görə borc 2019-cu ildə verilmişdir. Cavabdehin deməsi əsasdırmı, cavabdeh bunu necə sübuta yetirdi ki, borc ona 2019-cu ildə verilmişdir? Göründüyü kimi, cavabdehin qismən etiraf və iddiaçının şahid, disk kimi sübutları olmasına baxmayaraq, birinci instansiya məhkəməsi nədənsə iddiaçının iddiasını təmin etməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(104)-892/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.(hakimlər X3 (sədrlik edən və məru zəçi), X2 və X1 ibarət tərkibdə)
17. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə 2022-ci ildə borca pul verməsini sübuta yetirə bilməmişdir. Əvvəlki borcların qaytarıldığını iddiaçı özü etiraf etmişdir. Lakin hazırkı iddia üzrə cavabdehin iddiaçıya borcunun olması iş materialları və təqdim olunmuş sənədlər ilə sübuta yetirilmir. Belə ki, onlar arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər şəxsi xarakterli olduğunda n işin həqiqi hallarını müəyyən etmək üçün onların verdikləri izahatlar digər sübutlarla qarşılıqlı əlaqəli şəkildə araşdırılmalı və qiymət verilməlidir. Qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı verdiyi izahatlarında cavabdehin ərinin diskdə səs yazısı olduğunu və borcun orada etiraf edildiyini göstərmişdir.
19. Məhkəmə apellyasiya şikayətinin səs yazısına dair dəlili ilə bağlı qeyd etmişdir ki, səs-yazısında borcun nə vaxt verilməsi qeyd edilməmişdir. İddiaçı səs yazısının 2024cü ildə aparılmasını qeyd etmişdir və şikayətini onunla əsaslandırmışdir ki, əgər borc 2019-cu il tarixdə verilmiş olsaydı səs yazıs ı 2021-2022-ci illərə aid olardı. Məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab etmişdir.
20. Həmçinin apellyasiya məhkəməsi apellyasiya şikayətinin cavabdehin iddianı qismən etiraf etməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2019-c il tarixdə 7000 manat aldığını və həmin borcu qaytardığını qeyd etsə də, iddiaçı 2019-cu il tarixdə cavabdehə borc vermədiyini, yalnız 2022-ci il tarixdə borc verməsində təkidlə israr etmişdir. Bu baxımdan məhkəmə apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab etmişdir.
21. Apellyasiya məhkəməsi həmçinin iş üzrə şahid ifadələrini birinci instansiya məhkəməsinin nəzərə almamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş şahidlər Şahid1 və Şahid2 iddiaçının cavabdehə 2022-ci ilin noyabr və dekabr aylarında borc verilməsini ifadələrində bildirməsinə baxmayaraq, həmin pul məbləğlərinin onların özlərinə məxsus olduğunu bildirməsi və bu səbəbindən onların hazırkı iddia tələbinin təmin olunmasında maraqlı olması baxımından həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 739.1 və 739.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 106.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına da ir qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmışdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 560.1 və 560.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3,119.3 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-892/2025 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmə lidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını t əhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
40. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edi b apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirilib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi də həmin hissə üzrə olub. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmü ş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəm əsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericil iyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-892/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy