Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2508/2023 26.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-236/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən veri lmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 2-ci qrup Qarabağ əlili olaraq ona verilmiş ünvan 1 ünvanından Cavabdeh əşyaları ilə birgə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1047/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilmişdir.
3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
4. G əncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-236/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi) Rəhman Muradov və Ədil Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin 2(125)-1047/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən İddiaçı (Vəkil) tərəfindən kassasiya şikayəti verilmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
6. Maddə 405.0.1. Apellya siya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzala nmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası kassasiya şi kayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göst ərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
14. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)236/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti iddiaçı X1 Gəncə Apellyasiya Məhkəməsində 02 fevral 2023-cü il tarixdə təqdim edilmiş və bununla bağlı o, məhkəmə qəbzini imzalamışdır. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülməklə 19 aprel 2023-cü il tarixdə verilmiş, kassasiya şikayətinə müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir.
15. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 402-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şi kayətini geri qaytarmalı idi.
16. Beləliklə, qanunvericilikdə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
18. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-236/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.