Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2509/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı, Cavabdeh1 İddiaçı və maraqlı şəxslər Göygöl rayon Notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasda payın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (mə ruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasda payının bölünməsi” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(104)-271/2023 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Xanlar rayon XDS İcraiyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli, 8 nömrəli protokolundan çıxarışın kserosurətinə əsasən Topalhəsənli kənd sakini İddiaçı ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 28 kv.m olan iki otaqlı yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.
2. Fərdi yaşayış evinin 137 reyestr nömrəli, xx.xx.1988-ci il tarixli texniki pasportunun kserosurətinə əsasən Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evi Hüseynov Rəşid Kərim oğlu və İddiaçı adına qeydə alınmışdır.
3. X9 Bürosu tərəfindən 20 mart 1986-cı il tarixdə inventarlaşma aparılmış, texniki pasportda Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter “A” və ümumi sahəsi 149,3 kv m olan liter “B” fərdi y aşayış evinin Hüseynov Rəşid Kərim oğlunun və İddiaçı oglunun adına tərtib edildiyi göstərilmişdir
4. Torpağın mülkiyyətə verilməsinə dair JN-064A seriyalı, KOD 50800038 nömrəli şəhadətnamənin surətinə əasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə keçmiş Xanlar, indiki Göygöl rayonu Topalhəsənli kənd sakini X7 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verilmişdir.
5. Göygöl rayonu, Topalhəsənli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 062819 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Hüseynov Rəşid Kərim oğlu 12 fevral 1999-cu ildə ölmüşdür.
6. Göygöl rayonu, Topalhəsənli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 768710 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 22 mart 2015-ci ildə ölmüşdür.
7. Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən Göygöl Rayon Məhkəməsinə yazılmış notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli ərizələrə əsasən onlar ataları Hüseynov Rəşid Kərim oğlu və anaları X5 adına Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.12 hektardan ibarət torpaq sahəsindən öz paylarına düşən hissəsindən qardaşları Cavabdeh1 xeyrinə imtina edirlər. 8. "xxxx" ASC-nin Göygöl Elektrik şəbəkəsi tərəfindən verilmiş 994 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən Topalhəsənli kəndində yaşayan İddiaçı 2013-cü ildən abonent kimi Göygöl EŞ-nin dövriyyəsində qeydiyyatdadır 9. “Azəriqaz” İB-nin X25 İstismar idarəsinin 132 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən Göygöl rayonu, Topalhəsənli kəndində yaşayan İddiaçı Göygöl xidmət sahəsində **********00000 abonent kodu olmaqla qeydiyyatdadır və hazırki tarixə istehlak edilən qaza heç bir borcu yoxdur
10. Göygöl rayonu, Topalhəsənli kənd E.Bayramov adına tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 45, 46 və 47 nömrəli arayışlarına görə X12 xx.xx.1997-ci il tarixdən, X13 və X14 xx.xx.1995-cı il tarixdən həmin məktəbin birinci sinfinə daxil olublar.
11. Göygöl rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 400 nömrəli arayışa əsasən İddiaçı atası Hüseynov Rəşid Kərim oğlu xx.xx.1999-cu ildə, X1 xx.xx.2015-ci il vəfat edib. Valideynləri vəfat etdikdən sonra İddiaçı mərhum atası Hüseynov Rəşid Kərim oğlu ilə birgə mülki yyəti olan evdə qeydiyyatda olmaqla yaşayır.
12. Göygöl rayonu İcra Hakimiyyəti başçısının Topalhəsənli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 137 nömrəli arayışa və təqdim edilmiş təsərrüfatbaşına kitabdan çıxarışlara əsasən nümayəndəliyin 5 saylı təsərrüfatbaşına kitabın 399 saylı şəxsi hesab nömrəsində İddiaçı məxsus 0,04 ha həyətyanı torpaq sahəsi, 76 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 5 saylı təsərrüfatbaşına kitabın 414 saylı şəxsi hesab nömrəsində Cavabdeh1 məxsus 0,06 ha həyətyanı torpaq sahəsi, 78 kv.m ümumi yaşayış sahəsi və bundan əlavə digər qeyriyaşayış sahəsində 0,06 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilib ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.1988-ci il tarixli Texniki Pasport ilkin inventarizasiya zamanı Hüseynov Rəşid Kərim oğlu və İddiaçı adına işlənmişdir. Lakin sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, arxiv materiallarında heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. xx.xx.1988-ci il tarixli Texniki pasportda 122,9 kv.m olan 3 otaqla “A” literli və 149,3 kv.m olan 4 otaqlı “B” literli fərdi yaşayış evləri qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində ic raat
14. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra “cavabdeh”), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl Rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, onun və Cavabdeh1 mərhum atası Hüseynov Rəşid Kərim oğlu və X1nın vərəsələri hesab edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum X1ndan miras qalan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həmçinin ½ hissəsi mərhum atası Hüseynov Rəşid Kərim oğlunun mülkiyyətində olmuş evin (X10 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli Texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhə sənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter “A” və ümumi sahəsi 149.3 kv.m olan liter “B”) qanun üzrə vərəsəlik qaydasında onun və Cavabdeh1 aralarında paylarının ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər eyni cavabdehlərə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(066)-413/2021 nömrəli qətnaməsinə əsasən həmin iddia təmin edilməklə qarşılıqlı iddia qismən təmin edilmiş, JN-064A KOD 50800038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən qeyd edilmiş mərhum Hüseynova "Nazilə" Əzim qızının adı Hüseynova "Nəzirə" Əzim qizi kimi qeyd edilməklə sənədin şəxsə məxsus olması faktı müəyyən edilmişdir. Cavabdeh1 və İddiaçı mərhum Hüseynov Rəşid Kərim oğlu və X5 vərəsləri hesab edilmişdir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri müəyyən edilmişdir. X3 miras qalan (Göygöl rayonu Topalhəsənli kəndində yerləşən JN-064A, KOD 50800038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş) 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən hissəsi Hüseynov Rəşid Kərim oğlunun mülkiyyətində olmuş ev (X10 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli Texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter A və ümumi sahəsi 149.3 kv.m olan liter B ) qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh1 aralarında payları bəra bər olmaqla ½ hissədə müəyyən edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
16. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(104)-444/2022 nömrəli qətnaməsinə əsasən apelyasiya şikayəti iddianın sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi hissəsində təmin edilməmişdir.
17. Həmçinin Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(104)-444/2022 nömrəli qərardadına əsasən apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(066)-413/2021 nömrəli qətnaməsi Cavabdeh1 və İddiaçı mərhum Hüseynov Rəşid Kərim oğlu və X5 qanun üzrə vərəsələri hesab edilmələri, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi, X3 miras qalan (Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən JN064A, KOD 50800038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şahadətnamə ilə müəyyən edilmiş) 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ½ hissəsi Hüseynov Rəşid Kərim oğlunun mülkiyyətində olmuş ev (X10 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli Texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter A və ümumi sahəsi 149.3 kv.m olan liter B) qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh1 aralarında payları bərabər olmaqla ½ hissədə müəyyən edilməsi hissəsində ləğv edilərək ərizə baxılmamış saxlanılmış, ümumi əsaslarla yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir.
18. İddiaçı Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatdadır və həmin ü nvanda yaşayır. Yaşadığı evin ½ hissəsi iddiaçının özünə və ½ hissəsi isə atası Hüseynov Rəşid Kərim oğluna məxsus olmuşdur. İddiaçının atası 12 fevral 1999-cu il tarixdə vəfat etdikdən sonra atasının adına olan ev və onun qarşısında olan 0,12 ha torpaq sahəsi anası mərhum X5 adına qeyd edilmişdir.
19. X1 22 mart 2015-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı mirası qəbul etmək üçün ərizə ilə Göygöl rayon Notariat kontoruna müraciət etməmiş, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin mirası faktiki qəbul etmişdir. Notariat kontoruna vaxtında müraciət etmədiyinə görə və sonradan da cavabdehlə aralarında olan mübahisə və münaqişə səbəbindən onlar analarından miras qalmış əmlakı başqa cür sənədləşdirə bilməmişlər.
20. İddi açı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1159.1.1, 1243.1 və 1243.2ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh1 da iddiaçıya qarşı qarşılıqlı iddia verərək, onun, yəni Cavabdeh1 mərhum Hüseynov Rəşid Kərim oğlunun və X5 qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 8 otaqlı yaşayış evinə və 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Göygöl rayon Notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşılıqlı idia üzrə maraqlı şəxslər qismində qoyulublar.
23. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, atası Rəşid Hüseynov 1999-cu ildə, anası Nəzirə isə 2015-ci ildə vəfat etmişlər. Onlar vəfat edənə kimi cavabdelə yaşayıblar və evin kiçik o ğlu kimi vlideynlərinə cavabdeh qulluq etmişdir. Cavabdehin valideynləri onun yanında vəfat etmiş, onların dəfn xərcini və digər xərclərini də cavabdeh çəkmişdir.
24. İddiaçı cavabdehin böyük qardaşıdır. İddiaçı 1990-cı ilin əvvəllərindən Göygöl rayonu, Qızılqaya qəsəbəsinə köçmüş və 30 ildən artıqdır orada öz evində yaşayır. Evin böyük oğlu kimi ailə üzvləri 1990-cı ilin əvvəllərində birləşərək iddiaçıya Qızılqaya qəsəbəsində ev tikmişlər. Valideyinləri vəfat edəndən sonra bacı və qardaşları miras qalmış əmlakı cavabdehin qəbul etdiyini və həmin əmlakdan cavabdehin xeyrinə imtina etmələri barədə notarial qaydada ərizə vermişlər. Qeyd olunan miras əmlak 12 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 və 4 otaqlı yaşayış evlərindən ibarətdir. Torpaq sahəsinə dair mülkiyyət şəhadət naməsi olsa da, ancaq yaşayış evlərinin texniki pasportu vardır. Atadan miras qalmış yaşayış evini cavabdeh və mərhum anası Nəzirə qəbul etmişlər. Anası Nəzirə 2015-ci ildə vəfat edəndən sonra isə anasından qalan mirası faktiki olaraq cavabdeh qəbul etmişdir və hazırda da cavabdeh idarə edir.
25. Mirasın evə aid hissədə açılmasından 22 il, torpağa aid hissədə isə 5 il keçir, buna baxmayayaraq iddiaçı mkirası qəbul etdiyini göstərir.
26. İddiaçı 2017-ci ildə Gəncə İnzibati-İqtisadi məhkəməsində iddia qaldıraraq hazırda pay istədiyi torpaq sahəsinib qanunsuz olaraq anaları Nəzirənin adına sənədlələşdirildiyini bildirib, Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarının ləğv edilməsini xahiş etsə də, iddiası rədd edilmişdir.
27. Qarşılıqlı iddiaçı tələbinin hüquq i əsası kimi Mülki Məcəllənin 1243.1, 1243.2 və 1246-cı maddələrinə istinad etmişdir
28. Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi ilə ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin olunmuş, ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri müəyyən edilərək mərhum Hüseynov Rəşid Kərim oğlu və X5 qanun üzrə vərəsələri hesab edilməsi, X3 miras qalan (Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən JN-064A, KOD 50800038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş) 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ½ hissəsi Hüseynov Rəşid Kərim oğlunun mülkiyyətində olmuş evin (X10 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il t arixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh1 aralarında ½ hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əyyub Kərimov)
29. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı və cavabdehin atası xx.xx.1999-cu ildə anası isə 22 mart 2015-ci ildə vəfat etmişlər. Onların ölümündən sonra birinci növbə vərəsələri olan İddiaçı, Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Mətanə Hüseynova qalmışdır. Miras qoyanların ölümündən sonra İddiaçı və Cavabdeh1 miras qalan əmlakda yaşayır və onu faktiki idarə edirlər. Miras qoyanlar vəsiyyətnamə qoymayıblar.
30. Birinc i instansiya məhkəməsi qeyd edib ki, ilk növbəsdə miras toplusuna daxil olan əmlakların dairəsi müəyyən edilməlidir. Miras əmlakın toplusuna JN-064A, KOD 50800038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X8 məxsus 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ½ hissəsi Hüseynov Rəşid Kərim oğluna məxsus ev daxildir. İddiaçı və cavabdeh miras əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda digər birinci növbə vərəsələr mirası qəbul etməmişlər və onlar ataları öldükdən – 16 il, anaları öldükdən isə – 5 ay 26 gün sonra miras paylarından imtina etmişlər.
31. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçıların atasından qalan mirasa münasibətdə 1964-cü il Mülki Məcəlləsinin, anasın dan qalan mirasa münasibətdə hazrırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir.
32. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsas belə nəticəyə gəlib ki, mirasın açıldığı dövrün qüvvədə olan qanunvericiliyi tətbiq edilməklə ddiaçı və cavabdehin hər birinin miras əmlaka 1/2 payı olmalıdır.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139, 1133, 1151, 1159, 1194, 1209, 1243, 1256-cı, 1964-cü il Mülki Məcəlləsinin 527, 528, 529, 530, 537, 538, 552-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
34. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini x ahiş etmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın dəlillərinə uğyun olaraq ondan ibarət olub ki, iddiaçı mirası qəbul etməyib.
36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-271/2023 nöməli mülki iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – İddiaçı və Cavabdeh1 mərhum Hüseynov Rəşid Kərim oğlunun qanun üzrə vərəsələri hesab edilməsi, ½ hissəsi Hüseynov Rəşid Kərim oğlunun mülkiyyətində olmuş evin (X10 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh1 aralarında ½ hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia tələbi qismən təmin edilməklə N 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşən, X10 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda göstərilən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evləri üzərində qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh1 hər birinin ½ (ikidə bir) hissədə payları müəyyən edilmiş, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Aygül İsgəndərova (sədrlik edən və məruzəçi) Rəşad Mamedov, Azər Bayr amov)
37. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən evin miras kütləsinə aid olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə qismən razılaşaraq qeyd etmişdir ki, mərhum R.Hüseynovun adına tərtib edilmiş texniki pasport hüquq müəyyənedici sənəd deyildir və hüquqların qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmamışdır.
38. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı müəyyən edilmiş, həmin siyahının 1.11-ci maddəsinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar və 2.4-cü maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsas hesab edilmişdir.
39. Hazırki iş üzrə texniki pasport qeyd olunan fərman üzrə müəyyən edilən sənədlər siyahısına daxil deyildir. Lakin fərdi yaşayış evlərinin yerləşdiyi JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə həmin evlər üzərində hüquqların qeydə alınması üçün əsasdır.
40. Belə ki, Mülki Məcəllənin 139-1.1.5 və 139-1.1.9-cu maddələri, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5.5 və 8.0.9-cu maddələrinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən şəhadətnamələr və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hüquqların dövlət reyestrində qeydə alınması üçün əsasdır
41. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd ed ib ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-444/2018 saylı, xx.xx.2018-ci il tarixli inzibati iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Layihə Tədqiqət İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evi JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan torpaq sahəsinin üzərində yerləşir.
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum R.Hüseynovun adına tərtib edilmiş texniki pasport hüquqmüəyyənedici sənəd hesab edilməsə də, JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə fərdi ya şayış evləri üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün əsas olduğundan fərdi yaşayış evləri N.Hüseynovanın miras kütləsinə daxil edilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisəli fərdi yaşayış evləri JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşir və şəhadətnamə fərdi yaşayış evləri üzrə hüquqların N.Hüseynovanın adına dövlət reyestrində qeydə alınması üçün əsasdır.
44. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, torpaq sahələrinin dövlət qeydiyyatına alınmasının qanunla nəzərdə tutulan qaydaları müəyyən edilmişdir. Şəxsin həmin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır. Ona görə belə hüquqlar mi ras aktivinə daxildir.
45. Apellyasiya instansiyası məhkəməsinə görə hazırki iş üzrə müəyyən edilməli olan digər hal miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsidir.
46. Maraqlı şəxs2, Maraqlı şəxs3 və X6 münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırki işdən görünür ki, qanunla müəyyən edilmiş müddət ötürülmüş və maraqlı şəxslər mərhumun digər övladları Maraqlı şəxs2, Maraqlı şəxs3 və X4 anaları öldükdən - 5 ay 26 gün sonra miras paylarından imtina etmişlər.
47. Tərəflərin miras əmlakı faktiki qəbul etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, işdə olan təsərrüfatbaşına kitabdan çıxarışlardan, tərəflərin verdiyi izahatlara əsasən hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin biri faktiki olaraq N.Hüseynova öldükdən sonra İddiaçı istifadəsində və sahibliyində olmuşdur. Həmin fərdi yaşayış evləri JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşir. Faktiki olaraq torpaq sahəsi iki hissəyə bölünüb və hər biri ayrı-ayrı olmaqla iki fərdi yaşayış evi mövcuddur. Göründüyü kimi 12 sot torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evlərinin hər birini analarından qalmış mirası pay kimi ayrı-ayrılıqda Cavabdeh1 və İddiaçı faktiki olaraq yaşama qla və təsərrüfatı idarə etməklə qəbul etmişlər.
48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.4-cü, Mülki Məcəllənin 139, 1133.1, 1133.2, 1134.1, 1159.1, 1243.1, 1243.2, 1256, 1291-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7.1, 7.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdedh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün hə min məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası mirasın Nəzirə Hüseynovadan digər vərəsələr İddiaçı və Cavabdeh1 keçməsi qənaətinə gəlməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, X15 Hüseynovun yanında vəfat etmiş, sonuncu anasını dəfn edərək bütün xərcləri çəkmişdir. Digər vərəsə İddiaçı anasının sağlığından onunla danışmamışdır. Beləliklə, İddiaçı mirası nə faktiki olaraq, nə də notariat orqanına müraciət edərək qəbul etməmişdir. Məhkəmə kollegiyası isə, miras əmlaka payların ½ hissədə müəyyən edilməsi qərarına gəlsə də, miras qoyan şəxsi müəyyən edə bilməmişdir. Belə olduğu halda, məhkəmə kollegiyasının İddiaçı birinci növbə vərəsə kimi miras əmlaka ½ hissədə payının müəyyən edilməsi qanunsuz dur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz verərək, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynləri (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmla ka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllə (1964-cü il tarixli) Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoy an şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç a ydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimat: Bənd 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tə rtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Bənd 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericil iklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çı xarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 4 17.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. M addə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
53. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Apellyasiya instansiyası məhkəməsi iddia və qarşılıqlı iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3647-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi miras əmlakın toplusuna evin bir hissəsinin və evin yerləşdiyi torpaq sahəsinin daxil olmasını, mirasın qəbul edilm əsi və iş üçün əhəmiyyətli olan sair halları müəyyən etmiş, hər bir əmlaka mirasın açılma tarixinə uyğun olaraq hansı qanunvericilik normalarının tətbiq edilməli olmasını müəyyən edərək düzgün nəticəyə gəlmişdir.
59. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
60. Kassasiya şikayətində dəlil ondan ibarətidr ki, iddiaçının mirası qəbul etməməsinə baxmayaraq, məhkəmələr düzgün nəticəyə gəlməyiblər.
61. Məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlil apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya instansiyası həmin dəilə qiymət verərək, iddiaçının mirası faktik qəbul etməsini müəyyən etmişdir.
62. Mülki Məcəllənin (1964) 552-ci maddəsinin 5-ci hissəsinə görə qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus olur. Hazırda tətbiq edilə n Mülki Məcəllənin 1255-ci maddəsinə görə də qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-271/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.