Məhkəmə qərarları › İş №2(102)-2509/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2509/2024

26.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2509/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanması öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-779/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair 18 yanvar 2018-ci il tarixli, 5/02 nömrəli müqaviləyə əsasən Cavabdeh3 MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, mənzili tikib Cavabdeh2 mülkiyyətinə verməyi, Cavabdeh2 isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 3 otaqlı mənzilin tikintisinə görə Cavabdeh3 MMC-yə 65.000 manat müqavilə imzalandığı gün ödəmək şərti ilə, qalıq məbləğ kimi 85.930 manat həcmində pul vəsaitini xx.xx.2020-ci il tarixinədək ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-750/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə X5 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.2008-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

3. X3 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə nikah bağlamışdır.

4. Cavabdeh2 Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş 12 mart 2022-ci il tarixli ərizəsinə əsasən onunla Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqavilə əsasında ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzildən imtina etmiş və həmin mənzilə dair müqavilənin nəvəsi Cavabdeh1 ilə bağlanmasına etiraz etməmişdir. Mənzilin nəvəsi Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir.

5. İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş 13 mart 2022-ci il tarixli ərizəsinə əsasən atası X4 vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili qanun üzrə vərəsə kimi anası Cavabdeh2 əldə etmişdir. Cavabdeh3 MMC ilə anası Cavabdeh2 arasında bağlanmış x x.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqavilə əsasında ona Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzil verilmişdir. Anası ilə aralarında əldə etdikləri razılığa əsasən o, atasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair hazırda və gələcəkdə heç bir iddia qaldırmayacaq və tələbi olmayacaq, anası da bunun əvəzində Cavabdeh3 MMC ilə müqavilə əsasında əldə etdiyi yuxarıda adı çəkilən mənzili qızı Cavabdeh1 verəcək və sonuncu ilə Cavabdeh3 MMC arasında müqavilə bağlanmasına dair etirazının olmamasına dair ərizə verəcəkdir.

6. Mənzilin əvəzləşdirilməsinə dair 13 mart 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı atası X1 miras qalmış mənzildən Cavabdeh2 xeyrinə imtina etmiş, həmin mə nzilin tam hüquqlu sahibi Cavabdeh2 hesab edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzildən İddiaçı göstərdiyi şəxsin, yəni Cavabdeh1 xeyrinə imtina etmiş və sonuncu ilə Cavabdeh3 MMC arasında müqavilə bağlanmasına etiraz etməmiş, bununla bağlı imtina ərizəsini təqdim etmişdir. Bu müqavilə imzalandıqdan və bu müqavilədə nəzərdə tutulan ərizə, imtina məktubları və bu müqavilənin 3-cü bəndində mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında müqavilə bağlandıqdan sonra tərəflər bir-birlərinə qarşı həm ünvan 1 ünvanında yerləşən mənzil, həm də Bakı şəhəri, Nəsimi rayonu, Sa latın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzil barədə iddia, şikayət və tələbləri olmayacağını öhdəliyə götürmüşlər.

7. Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair 5/02/a nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə 14 mart 2022-ci il tarixli dəyişikliyə əsasən Cavabdeh3 MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzili tikib Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər.

8. Cavabdeh3 MMC-nin 14 mart 2022-ci il tarixli, 194 nömrəli maliyyə arayışına əs asən Cavabdeh3 MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 5/02/a nömrəli, xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən 5-ci blokun, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmiş və həmin mənzilə görə Cavabdeh3 MMC qarşısında heç bir borcu yoxdur.

9. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş AR-İİ seriyalı, 752352 nömrəli, 28 iyul 2022ci il tarixli etibarnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair hərəkətlər etməyi və onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir.

10. Cavabdeh1 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 28 iyul 2022 -ci il tarixli ərizəsinə əsasən o, Cavabdeh3 MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, bina 5/02/a-nın 10-cu mərtəbəsində yerləşən mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir.

11. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

12. Cavabdeh3 MMC-nin xx.xx.2018-xx.xx.2022-ci il tarixli müxtəlif nömrəli mədaxil qəbzlərinə əsasən ödənişlər Cavabdeh2 adından həyata keçirilmişdir. 13. 20.12.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5/02/a saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsg ərova küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118.5 kv.m sahədən ibarət mənzilə dair Cavabdeh3 MMC ilə İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh3 MMC tərəfindən həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə və həmin mənzilə görə heç bir borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14. 02.06.2023-cü il tarixli ərizəyə əsasən e-2(006)-899/2023 saylı iş üzrə İddiaçı başqa iddia ilə məhkəməyə müraciət etdiyindən həmin iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)899/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin HK-1/321 saylı material üzrə xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, bununla yanaşı İddiaçı etmiş olduğu şikayətlə bağlı məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

16. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdehlər və ya ad, soyadı və MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəs i, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair cavabdehlər MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilərək cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməklə, həmin mənzilə dair onunla yeni müqavilənin bağlanması öhdəliyinin cavabdeh MMC-nin (MTK-nın) üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun böyük qızıdır. 2018-ci ildə onun (keçmiş) həyat yoldaşı ilə münasibətləri yaxşı olmadığından öz gələcək təminatı üçün mənzil almaq qərarına gəlmiş, həmin vaxt nikahda olduğundan mənzili anasının adına rəsmilə şdirmək barədə razılaşmışlar ki, sonradan anası mənzili geri onun adına rahatlıqla rəsmiləşdirə bilsin. Bu məqsədlə xx.xx.2018-ci il tarixdə onun istəyi ilə cavabdehlər MMC ilə onun anası Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 6-cı blok, 9-cu mərtəbəsində, 4 otaqlı mənzilə dair müqavilə bağlanmış, mənzilin qiyməti 201.500 manat müəyyən edilmiş, ilkin ödəniş kimi onun tərəfindən 65.000 manat ödənilmiş, qalan məbləğin isə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Onun bacısı Əyyubova (Məmmədova) Aygün Sücayət qızı həmin dövrlərdə (hazırda da işləməkdədir) şirkətdə məsul vəzifədə işləmiş, “sənədləşmə işlərində tərəflərə köməklik göstərmişdir”. Pandemiya dövründə onun maddi vəziyyəti həmin məbləği ödəməyə yetərli olmadığı üçün 4 otaqlı mənzil 3 otaqlı mənzilə dəyişdirilmiş, bütün ödəmələr onun tərəfindən həyata keçirilmiş, müvafiq maliyyə arayışı verilmişdir. Sonradan onun anasından mənzili onun adına geri rəsmiləşdirməyi xahiş etdikdə anası bildirmişdir ki, o, atasından miras qalmış mənzildən onun xeyrinə imtina edəcəyi halda, o, mənzili onun öz adına deyil, yalnız böyük qızının adına rəsmiləşdirə bilər. Onun anasının belə davranmasına səbəb o olmuşdur ki, o, yenidən nikaha daxil olmuş və anası buna razı olmamışdır. Məhz bu hadisədən sonra onun anası və bacıları ondan üz döndərmişdir. Sonra qızı ilə aralarında razılaşmışlar ki, onun anası mənzili iddiaçının qızının adına keçirəndən sonra qızı da mənzili əsl yiyəsi olan anasına, yəni iddiaçıya geri qaytaracaq. Bununla bağlı o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində anasının mənzili qızının adına keçirməsi şərtilə, atasından miras qalmış mənzildən anasının xeyrinə imtina etməsinə dair ərizə yazmış, eyni zamanda o və anası arasında mənzilin əvəzləşdirilməsinə dair müqavilə də imzalanmışdır. Bundan sonra iddiaçının qızı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə onunla razılaşdıqları kimi 5 saylı Bakı “Asan xidmət” mərkəzində mübahisəli mənzilin anasının adına keçirilməsinə etiraz etməməsinə dair ərizə, eyni zamanda anasının adına etibarnamə vermişdir. Sonradan o, mənzili öz adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh1 ona iyulda verdiyi etibarnaməni avqustda ləğv etdirmişdir. Məsələni araşdıran zaman ona məlum olmuşdur ki, qızı nənəsi və xalaları ilə birlik olaraq onu aldatmış, aralarındakı razılığa əməl etməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilələr əslində başqa əqdi - onunla MMC arasında bağlanılmalı olan əqdi pərdələmək məqsədi güddüyündən, əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməli və həmin mənzilə dair onunla yeni müqavilə bağlanması öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

18. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, iddia tələbinin mübahisəli mənzilə dair MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən x ahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək, yenidən eyni cavabdehə qarşı eyni iddia qaldırmışdır. Hər iki iddia ərizəsində eyni mənzilə dair” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması, başqa əqdi pərdələmək məqsədi ilə bağlanması göstərilərək iddianın əsası kimi eyni hallara istinad edilmişdir. Yəni hər iki iddianın predmeti və əsası da eynidir. İddiaçı daha əvvəl verdiyi iddiadan imtina etmiş və bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-899/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh hesab etmişdir ki, göstərilən hissədə iş üzrə icraata xitam verilməli və həmin hissədə işə m ahiyyəti üzrə baxılması davam etdirilməməlidir.

19. Cavabdeh1 eyni zamanda iddiaya qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Mənzil onun nənəsi Cavabdeh2 məxsus olmuş və mənzilin əldə edilməsinə görə alğı-satqının dəyərini də özü ödəmişdir. Bunu iddiaçının özünün məhkəməyə təqdim etdiyi qəbzlər təsdiq edir. Həmçinin, pulun Cavabdeh2 tərəfindən ödənilməsini MMC də təsdiq edə bilər. xx.xx.2022-ci il tarixdə isə nənəsi həmin mənzili onun adına rəsmiləşdirərək, onun mülkiyyətinə vermişdir. Nə iddiaçı, nə də nənəsi mənzilin onun adına rəsmiləşdirilməsinin formal olmasını ona deməmişdir. 2022-ci ilin iyul ayında o, iddiaçının xəbəri olmadan birdəfəlik evdən gedəndən sonra iddiaçı onu cəzalandırmaq üçün evi əlindən almaq qərarına gəlmiş v ə xx.xx.2022-ci il tarixdə iş yerinə gedib psixi və fiziki təsir göstərərək, onu “ASAN Xidmət” mərkəzinə aparmış və aldadaraq iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzildən onu qeydiyyatdan çıxarmaq adı ilə başqa sənədlərə imza etdirmişdir. İddiaçı tərəfindən ona psixi və fiziki təsir göstərilməsi məhkəməyə təqdim etdiyi audioyazı, iddiaçının özünün etirafı, qolundakı cızıqlar və qançır izlərini özündə əks etdirən xx.xx.2022-ci il tarixli fotoşəkil ilə təsdiq olunmuşdur. Bu barədə sonradan xalasına danışmış və onun vasitəsilə öyrənmişdir ki, iddiaçının onu “ASAN Xidmət” mərkəzinə aparmaqdakı məqsədi mənzildən qeydiyyatdan çıxarmaq deyil, ona məxsus mənzillə bağlı sərəncam verə bilmək üçün müvafiq səlahiyyətləri özündə əks etdirən etibarnaməyə imza etdirmək olmuşdur. Odur ki, xx.xx.2023-cü ildə həmin etibarnaməni ləğv etmişdir. Daha sonra iş materialları ilə tanış olan zaman ona məlum olmuşdur ki, iddiaçı həmin vaxt sadəcə etibarnaməyə deyil, həm də mənzilin özgəninkiləşdirilməsinə razılıq ərizəsinə də imza etdirmişdir. Mənzil onun adına rəsmiləşdirilən zaman iddiaçının ona qarşı münasibəti yaxşı olmayıb və ona etibar etməyib. Ona görə də iddiaçı heç vaxt özünə çatası əmlakı onun adına rəsmiləşdirməzdi. Rəsmiləşdirdiyi halda isə ən qısa müddət ərzində mənzili öz adına keçirərdi.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)2780/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəh əri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki çoxmənzilli yaşayış binasının 5-ci blok, 10cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2018-ci il tarixli müqavilə və müqavilə üzrə həyata keçirilmiş ödənişlərin qəbzləri ilə təsdiq olunur ki, müqavilə, həqiqətən də, cavabdehlər MMC ilə Cavabdeh2 arasında bağlanılmış, müqavilə üzrə ödənişlər isə Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Bu müqavilədəki və qəbzlərdəki məlumatları təkzib edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

22. Belə ki, “müqavilə üzrə ödənişlərin əslində iddiaçı tərəfindən edilməsi, müqavilə bağlanarkən əvvəlki həyat yoldaşı ilə münasibətlərinin yaxşı olmaması səbəbindən mənzili öz adına almağa ehtiyat etməsi, buna görə sənədlərdə anasının adının olması”na dair mülahizələr məhkəmədə sübuta yetirilə bilməmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş qətnamədən görünür ki, həqiqətən də, 2020-ci ildə iddiaçının nikahı pozulmuşdur. Lakin bu fakt iddiaçının mülahizələrini kifayət qədər təsdiq etmir və onun məhkəməyə bildirdiyi digər halların da doğru olmasına dəlalət etmir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan anası ilə MMC arasında müqavilənin bağlandığı gün ona məxsus depozit hesabına mədaxil edilmiş və həmin hesabdan məxaric edilmiş məbləğlərin təyinatını da müəyyən etmək mümkün olmamış, beləliklə, iddiaçının ilkin müqavilənin etibarsız olması ilə bağlı təqdim etdiyi sübutlar onun dediklərini təsdiq etmədiyindən və ən əsası, iddiaçının mülahizələri mötəbər sübutlarla təkzib edildiyindən, məhkəmə hesab etmişdir ki, iddia t ələbi “Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair cavabdehlər MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir.

24. İddia tələbinin “xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehlər MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasına əsas olan sənəd iddiaçı ilə anası arasında bağlanmış mənzilin əvəzləşdirilməsinə da ir xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Belə ki, iddiaçı həmin müqavilə ilə anasının mənzili Cavabdeh1 adına keçirməsinə göstəriş vermiş, özü də əvəzində atasından qalmış miras payından imtina etmişdir. Həmin müqavilənin notarial qaydada bağlanması iddiaçının onun nəticələri barədə məlumatlı olmasını, yəni notarius tərəfindən hüquq və vəzifələrinin, müqavilənin nəticələrinin iddiaçıya izah olunmasını deməyə əsas verir. Məhz bundan sonra cavabdehlər Cavabdeh1 ilə MMC arasında hazırda etibarsızlığı mübahisələndirilən müqavilə bağlanmışdır. Mənzil Cavabdeh1 adına keçəndən bir neçə ay sonra onun iddiaçıya ümumi etibarnamə və mənzilin iddiaçının adına keçməsinə etiraz etməməsinə dair razılıq ərizəsi verməsi, lakin sonradan birtərəfli iradə ifadəsi olan həmin sənədlərə elə Cavabdeh1 özü t ərəfindən xitam verilməsi ilə təsdiq olunur.

25. Məhkəmə qeyd etmişdir ki, sənədlərin qüvvədə olduğu bu müddət ərzində iddiaçının mənzili özgəninkiləşdirmək, mənzil barəsində sərəncam vermək, MMC ilə olan sənədləri öz adına rəsmiləşdirmək hüququ olduğu halda, o, bu hüququndan istifadə etməmişdir. İddiaçı MMC-də sənədləşmə işləri üçün 3.000 manat məbləğində ödəniş tələb olunması səbəbindən vaxtında mənzili adına keçirə bilmədiyini, cavabdeh MMC isə ailə üzvləri arasında olan razılığa əsasən sənədlərdə dəyişiklik edilməsi zamanı ödəniş tələb olunmadığını bildirmişdir. Nəticə olaraq, Cavabdeh1 iddiaçıya notarial qaydada təsdiqlənmiş ümumi etibarnamə və razılıq ərizəsi verməsi, sənədlər qüvvədə olduğu müddətdə iddiaçının hərəkətsiz qalması, sonradan müxtəlif tarixlərdə Cavabdeh1 həmin sənədlər i ləğv etməsi işin sübutlarla təsdiq olunan mübahisəsiz halıdır.

26. Məhkəmə Cavabdeh1 etibarnamə və ərizənin məzmununu bilməməsi, anlamaması dəlili ilə bağlı qeyd etmişdir ki, həmin sənədlər notarius tərəfindən təsdiq edilməzdən əvvəl Cavabdeh1 onların mahiyyətinin izah edilməsi ehtimal olunur. Sənədlərin Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı təzyiq altında verilib-verilməməsi mübahisəlidir, lakin faktiki olaraq verilmişdir, eyni zamanda, veriləndən ləğv edilənədək ötən müddət ərzində onunla anası arasında olan münasibətlərin pozulması istisna edilmir, nəticə olaraq, hər iki sənədin qüvvəsinə Cavabdeh1 tərəfindən xitam verilmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, etibarnamə və ərizə verilməsi də, verilmiş etibarnamə və ərizənin ləğv edilməsi də Cavabdeh1 hüququ olmuş və o, bu hüquqlarınd an istifadə etmişdir. Belə olan halda məhz iddiaçının dəlillərinə əsaslanaraq, cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməsi ağlabatan deyil.

28. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin “müqavilələrin etibarsızlığı” hissəsinin təmin edilməməsi, iddianın “həmin mənzilə dair müqavilə bağlamaq öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinin də təmin olunmamasını labüd edir. Çünki “müqavilələrin etibarsızlığına dair” tələb rədd edildiyindən, iddianın digər hissəsinin də əsaslılığı tam aradan qalxır. Belə ki, həmin tələb əsas tələbdən doğan törəmə tələb hesab olunur.

29. Məhkəmə cavabdehin “hazırki iş üzrə icraata müəyyən hissədə xitam verilməsi” barədə vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı əvvəlki iddia ərizəsində yalnız MMC və Cavabdeh1 qarşı “cavabdehlər arasında bağlanmış müqavilənin ləğv edilməsi, özü ilə MMC arasında həmin mənzilə dair müqavilənin bağlanmış hesab edilməsi və MMC tərəfindən ona mənzilə dair maliyyə arayışının verilməsi” tələblərini irəli sürmüşdür. Hazırki iddia ərizəsində isə həmin cavabdehlərlə yanaşı, Cavabdeh2 qarşı da “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və mənzilə dair iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması” tələbləri irəli sürülmüşdür.

30. Məhkəmə hər iki iddia ərizəsini araşdıraraq qeyd etmişdir ki, əvvəlki iddia ərizəsində yalnız cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə, hazırki iddia ərizəsində isə yeni əsas kimi cavabdehlər MMC ilə Cavabde h2 arasında bağlanmış ilkin müqavilənin etibarsızlığı, ondan törəyən tələb kimi də cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsızlığı mübahisələndirilmişdir. Yəni əvvəlki iddia ərizəsindəki cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin ləğv edilməsi tələbinin əsasları ilə hazırki iddia ərizəsindəki cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin əsasları da eyni olmamışdır. Bununla yanaşı, iddiaçı eyni cavabdehlərə qarşı eyni tələblə deyil, müxtəlif tələblərlə məhkəməyə müraciət etdiyindən, hazırki iş üzrə icraata həmin hissədə xitam verilməsi düzgün deyildir.

31. Belə ki, əvvəlki ərizədə qoyulmuş “müqavilənin ləğv edilməsi” tələbi ilə hazırki ərizədəki “müqavilənin etibarsız hesab edilməsi” tələbi təmin edildiyi təqdirdə müxtəlif hüquqi nəticələr doğuracağından tələbə mahiyyəti üzrə baxılması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmişdir.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329, 337, 339, 340, 347, 351, 390.1, 405.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 76, 80, 81, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

33. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, onların iradə ifadələrinin həqiqətən nəyə yönəldiyini, müqavilə bağlanana qədər və ondan sonra tərəflərin davranışlarını nəzərə almamış, ümumiyyətlə, bu halları gözardı etmişdir. Çünki əslində tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilələr əslində başqa əqdi-onunla MMC arasında bağlanılmalı əqdi pərdələmək məqsədi güddüyündən, etibarsız olmuşdur. Bundan əlavə, i stənilən müqavilə üzrə ödəmələr həyata keçirilən zaman qəbzdə müqavilə üzrə tərəfin adı göstərilir. Hazırkı halda da müqavilələr MMC ilə Cavabdeh2 arasında bağlandığından onun müqavilə üzrə ödədiyi bütün məbləğlərlə bağlı qəbzlərdə də müqavilə tərəfi kimi Cavabdeh2 adı göstəriləcəkdir. Çünki müqavilə üzrə ödəmələrin üçüncü şəxs tərəfindən də ödənilməsi mümkündür, qanuni və əsaslıdır, qadağan edilmir, həmin qəbzlərdə onun adının məxsusi yazılması həmin dövrdə gərəkli olmamışdır. Məhkəmə onun tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla bağlı göstərmişdir ki, həmin hesabdan çıxarılmış məbləğin təyinatını müəyyən etmək mümkün olmur. Müqavilə bağlanan tarixlə hesabdan müəyyən məbləğin çıxarılması tarixinin üstüstə düşməsi təsadüf ola bilməz. Bundan başqa, Cavabdeh2 özü həqiqətən də h əmin məbləğləri ödəməsinə dair məhkəməyə ümumiyyətlə, hər hansı sübut təqdim edə bilməmişdir. Ödəmə qəbzlərinin əsillərinin belə onda olması iddianın əsaslı olduğunu təsdiq edir. Həmçinin sübutlar kimi təqdim edilən sənədlər: Cavabdeh1 onunla razılaşdıqları kimi mübahisəli mənzilin anasının adına keçirilməsinə etiraz etməməsinə dair ərizəsi və eyni zamanda anasının adına verdiyi etibarnamə olmuşdur. Məhkəmə buna sadəcə belə qiymət vermişdir ki, ərizə və etibarnamə qüvvədə olduğu müddətdə iddiaçı hərəkətsiz qalmış, mənzili öz adına rəsmiləşdirməmişdir. Mənzilə dair cavabdehdən etibarnamənin və ərizənin alınmasının özü onun heç də hərəkətsiz qalmadığını təsdiq edir. Cavabdeh tərəf bu sənədlərin verilməsi zamanı cavabdehin bunların məzmunundan xəbərinin olmadığını, bunları hansısa mənzildən qeydiyyatdan çıxmaq üçün verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə haqlı olaraq göstərmişdir ki, həmin sənədlər notarius tərəfindən təsdiq edilməzdən əvvəl onların mahiyyətinin Cavabdeh1 izah edilməsi ehtimal olunur. Bundan başqa, iyulda verilən etibarnamə avqustda, ərizə isə hazırkı məhkəmə dövründə cavabdeh tərəfindən ləğv etdirilmişdir. Bununla da aydın olur ki, qarşı tərəfin cavabdehin bu sənədlərin məzmunundan xəbərinin olmaması ilə bağlı dəlilləri əsassızdır. Məhkəmənin özünün istinad etdiyi etibarnamədən görünür ki, etibarnamə xx.xx.2022-ci il tarixdə verilmişdir. Cavabdeh 2003-cü il təvəllüdlüdür, etibarnaməni verdiyi tarixdə 19 yaşı var idi və etibarnaməni 25 il müddətinə vermişdir. Həmçinin qarşı tərəf ərizə və etibarnamənin verilməsini onun tərəfindən qızına hədə-qorxu gəli nməsi ilə əlaqələndirmişdir. Buna dair məhkəməyə sübut kimi disk də təqdim edilmişdir. Halbuki həmin disk məhkəmə tərəfindən tədqiq edilərkən, müəyyən edilmişdir ki, o, qızının şəxsi həyatında baş verən problemlərlə bağlı narahatdır və qızına qarşı hiddəti və narazılığı da məhz bununla bağlıdır. Bundan başqa, iddianın əsaslılığı ilə bağlı digər bir sübut mənzilin əvəzləşdirilməsinə dair müqavilədir ki, məhkəmə ümumiyyətlə, bu sübuta münasibət bildirməmişdir. Məhkəmə işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

35. Cavabdeh MMC arayışla məhkəməyə müraciət edərək, bildirmişdir ki, MMC Bakı şəhəri ərazisində bir neçə layihələri həyata keçirən şirkətdir və şirkətin Nicat adında bir neçə əməkdaşı vardır. Hazırda idd iaçı tərəfindən təqdim edilmiş “whatsapp” yazışmalarında adı Nicat kimi qeyd edilmiş şəxsin, hansı Nicat olduğu, həmin şəxsin MMC-nin əməkdaşı olub-olmadığı onlara məlum deyil. Bu yazışmaların Nicat Sadıqovun şəkli qoyulmaqla aparılması, həmin yazışmaların onunla aparılmasına dəlalət etmir. Həmçinin, Nicat Sadıqov kooperativin direktor müavini vəzifəsində çalışmış, maliyyə, mühasibatlıq məsələlərinə, evlərin alğı-satqısı ilə bağlı ödənişlərin qəbul edilməsi məsələləri ilə məşğul olmamış, bu məsələlər onun vəzifə səlahiyyətləri çərçivəsində olmamışdır. Onun vəzifəsi sırf bina tikintisinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu yazışmaların işə birinci instansiya məhkəməsində baxılan zaman deyil, apellyasiya instansiya məhkəməsində baxılan zamanı təqdim edilməsi, həmin yazışmaların məhkəm ə mübahisələrindən sonra aparıldığına şübhə yaradır. Həmin mənzilin alınması üçün MMCyə müraciət edən şəxs Cavabdeh2 olmuş, müvafiq ödənişləri etmək üçün kooperativə müraciət etmişdir. İddiaçı mənzilə görə ödənişləri özü həyata keçirdiyini göstərməsinə baxmayaraq, onlar onu ümumiyyətlə tanımamışlar, həmin mənzillə bağlı yalnız Cavabdeh2 ilə əlaqədə olmuşlar.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-779/2024 nömrəli, 01 mart 2024-cü il tarixli, qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiya məhkəməsi ilk ön cə qeyd etmişdir ki, mübahisələndirilən iş üzrə iddiaçı özünün şəxsi təminatı üçün mənzil aldığını, lakin əvvəlki nikah dövründə keçmiş əri ilə münasibətləri qaydasında olmadığından həmin müqavilənin öz razılığı ilə anasının adına rəsmiləşdirildiyini, sonradan ikinci dəfə nikaha daxil olduğundan anası ilə münasibətinin pisləşdiyini və bu səbəbdən onun atasından qalmış mənzildəki payından imtina etməsi qarşılığında hazırda mübahisəli müqavilənin predmeti olan mənzilin anası tərəfindən onun böyük qızına bağışlandığını, qızı ilə aralarında razılaşmaya əsasən qızının da həmin mənzili anasına bağışlamalı olduğunu, lakin sonradan qızının razılaşmaya əməl etmədiyini bildirmiş və qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsini xa hiş etmşdir. Cavabdeh1 isə iddia tələbi ilə razılaşmayaraq mübahisəli mənzillə bağlı müqavilənin nənəsi ilə bağlandığını və sonradan ona bağışlandığını, hazırda iddiaçı olan anasına etibarnaməni onun təzyiqi və hədə-qorxusu nəticəsində verdiyini və bir müddət sonra da həmin etibarnaməni ləğv etdirdiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən müqavilənin əvvəlki nikah dövrünə düşdüyündən anasının adına rəsmiləşdirilməsi, qəbzlərin anasının adına verilməsinə baxmayaraq onun tərəfindən ödənilməsi, onun bank hesabından müvafiq pul vəsaitinin çıxarılması tarixi ilə xx.xx.2018-ci il tarixli müqavilənin bağlandığı tarixin eyni olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin dəlillər iddia tələbində göstərilən də lillərlə eyni olduğundan və bu dəlillərə də birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirildiyindən, hazırda da həmin dəlillərlə bağlı yeni hallar müəyyən edilmədiyindən məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin dəlillərə təkrarən münasibət bildirməyə zərurət duymamışdır.

39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, mənzilə dair onun qızı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanan zaman iddiaçının birinci əri ilə nikahı artıq pozulmuşdur. Həm bu, həm də nikah dövündə (artıq ikinci nikah) hədiyyə qismində verilmiş əmlakın birgə mülkiyyət hesab edilməməsi baxımından bu müqavilənin bilavasitə onunla bağlanmasına hər hansı maneə yox idi. Əvəzləşdirmə müqaviləsində də mənzildən məhz iddiaçının göstər diyi şəxsin, yəni xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 xeyrinə imtina edilməsi qeyd edilmişdir. Başqa sözlə, bu məsələdə seçim iddiaçının üzərində olmuş və bu baxımdan mənzil həqiqətən də ona məxsus olduğu halda, imtina onun xeyrinə aparılmış olardı. Həmçinin, iddiaçı tərəfindən mənzilə görə xx.xx.2018-ci il tarixdə 65.000 manat məbləğində pulun ödənildiyi bildirilsə də, iddiaçıya məxsus hesabdan çıxarış məlumatlarına əsasən həmin tarixdə iddiaçı tərəfindən hesabdan cəmi 24.000 manat civarında pulun məxaric edildiyi müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının qəbzlərdə göstərilən məbləğlərin hazırki işdə də cavabdeh olan anası tərəfindən ödənilməsi ilə bağlı anasının da heç bir sübutunun olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki halda sübutetmə yükünün Cavabdeh2 keçməsi üçün iddiaçının özünün tələbləri ilə bağlı mötəbər sübutlar təqdim etməsi labüddür ki, bunun əksi olan arqumentlə bağlı dəlillər Cavabdeh2 tələb olunsun.

41. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli mənzilin əvəzləşdirilməsinə dair müqavilə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, həmin əvəzləşdirmə müqaviləsi də özlüyündə xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsızlığına dəlalət etmir və bu səbəbdən apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş “whatsapp” yazışmalarına münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının işti rakı təmin edilmiş, öz tələbini təsdiq etmək üçün sübutlar təqdim edilməsi üçün şərait yaradılmışdır (belə ki, hazırlıq iclası 4 dəfə təxirə salınmışdır). Lakin buna baxmayaraq həmin yazışmalar birinci instansiya məhkəməsi zamanı təqdim edilməmiş, hazırda da həmin sənədlərin iddiaçının iradəsindən asılı olmayan səbəblərə görə təqdim edilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmin yazışmaları da hazırki mərhələdə iş üzrə sübut kimi qəbul etməmişdir.

43. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, həmin yazışmaların sübut kimi qəbul edildiyi düşünülsə belə, bu yazışmalar da özlüyündə iddianın təmin edilməsi üçün təkzibedilməz sübut hesab edilə bilməz.

44. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri yalnız formal mülahizələrdən ibarət olmuşdur.

45. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 389.1, 404.1, 404.2, 666.1, 666.2ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.1, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

46. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynidir və bu dəlillərə də birinci instansiya məhkəməsi tərəfindən təfsilatı ilə münasibət bildirildiyindən, həmin dəlillərə təkrarən münasibət bildirməyə zərurət duymur. Halbuki birinci instansiya məhkəməsi dəlillərə nəinki təfsilatı ilə münasibət bildirmiş, əksinə dəlilləri sadəcə “Mülahizə” adlandırmaqla, kifayətlənərək, işdəki sübutlara qiymət verməmiş, hətta təqdim etdiyi iddiaçının birinci nikahının pozulmasına dair qətnaməyə belə sübut kimi baxmamışdır. Halbuki, məhz həmin qətnamə iddianın dəlillərinin bir hissəsini təsdiq və sübut edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirm əyə borcludurlar.

49. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

50. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

51. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

54. Ma ddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

57. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

58. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

59. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

60. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasi ya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

75. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

76. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

77. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 37-44-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, mənzilə dair onun qızı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanan zaman iddiaçının birinci əri ilə nikahı artıq pozulmuşdur. Həm bu, həm də nikah dövündə (artıq ikinci nikah) hədiyyə qismində verilmiş əmlakın birgə mülkiyyət hesab edilməməsi baxımından bu müqavilənin bilavasitə onunla bağlanmasına hər hansı maneə yox idi. Əvəzləşdirmə müqaviləsində də mənzildən məhz iddiaçının göstərdiyi şəxsin, yəni xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 xeyrinə imtina edilməsi qeyd edilmişdir. Başqa sözlə, bu məsələdə seçim iddiaçının üzərində olmuş və bu baxımdan mənzil həqiqətən də ona məxsus olduğu halda, imtina onun xeyrinə aparılmış olardı. Həmçinin, ididaçı tərəfindən mənzilə g örə xx.xx.2018-ci il tarixdə 65.000 manat məbləğində pulun ödənildiyi bildirilsə də, iddiaçıya məxsus hesabdan çıxarış məlumatlarına əsasən həmin tarixdə iddiaçı tərəfindən hesabdan cəmi 24.000 manat civarında pulun məxaric edildiyi müəyyən edilmişdir. Bağlanmış müqavilələrin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

78. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

79. Mülki Məcəllənin əqdlərin etibarsızlı ğı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

80. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

81. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçü n tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

84. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-779/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar