Məhkəmə qərarları › İş №2(102)-251/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-251/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh və XXXna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-251/2022 (Açar sözlər: evdən çıxarma və vurulmuş zərərin ödənilməsi ) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Bağırov Abdul Madar oğlunun iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh və XXXna qarşı evdən çıxarılma barədə ilk tələb, cavabdehlər Cavabdeh və XXXnın İddiaçı2 qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 2(104)-2761/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və XXX tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.60 kv.m olan fərdi yaşayış evi 0.20 ha torpaq sahəsi ilə birlikdə İddiaçı2 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 21.02.20-ci il tarixdə 47 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin əmlak xüsusi mülkiyyətə keçməmişdən uzun müddət əvvəl orada Cavabdeh və XXX yaşamış və tikinti-təmir işləri aparmışlar. Mülkiyyətçi Cavabdeh və XXXnın 2005-ci ildən ona məxsus olan əmlakda qanunsuz yaşamasına istinad edərək hazırkı mübahisəni başlatmışdır. Qarşı tə rəf isə həmin evi faktiki olaraq satın aldığına israr edərək pul tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı2 cavabdehlər Cavabdeh və XXXna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlara məxsus əşyaların xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 2 ünvanında 0.2 ha torpaq sahəsindən və onun üzərində yerləşən 84.6 kv.m daşınmaz əmlakdan məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında 0.2 ha torpaq sahəsi üzərində yerləşən 84.6 kv.m daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21.02.2020-ci il tar ixli çıxarış verilmişdir. Cavabdehlər 2005-ci ildən ona məxsus evi zəbt edərək orada yaşayırlar. Cavabdehlərə dəfələrlə zəbt etdikləri evdən çıxmaları təklif edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək əmlakdan çıxmaqdan imtina edirlər.

4. Cavabdehlər Cavabdeh və XXX İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək ilkin İddiaçı2 ünvan 4 ünvanında 0.2 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.6 kv.m olan yaşayış evinə çəkdikləri 40.000 (qırx min) manat xərcin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Qarşılıqlı iddia belə əsaslandırılmışdır: Onlar qeyd edilən mübahisəli evi 2003-cü ildə Suqra adlı qadından 1500 ABŞ dollar pula razılaşaraq almışlar. Həmin evi iddiaçıdan Suqranın mərhum oğlu satı n almışdır. Suqranın oğlu 7 il əvvəl faciəli surətdə vəfat etdiyi üçün Suqra orada yaşamamış və evi onlara satmışdır. Həmin vaxtdan sonra 17 il ərzində mübahisəli evin damını dəyişdirmiş, hamam, tualet və bir çox tikinti işləri aparmışlar. Qeyd olunan təmir-tikinti işlərinə 40.000 manatdan çox xərc çəkmişlər. Evi alanda İddiaçı2 tanımamışlar. Sonradan Yusifi tanımış, ilk vaxtlar Yusifin qardaşı oğlu Mübariz adlı şəxsin əmisi Yusifdən evi öz adına sənədləşdirib onlara satmaq istədiyini, sonradan İddiaçı2 axtarıb Bakı şəhərində taparaq evi alan adam olduqlarını demişlər. Yusif yay aylarında ailəsi ilə gələrək onlarda qonaq kimi qalmışlar. Sonra evin sənədləşməsi üçün onlara etibarnamə vermişdir. Yusifin adından verilmiş etibarnamə əsasında evi onlar sənədləşdirmiş, sənədləri alaraq alqı-satq ının həyata keçirilməsini istəmişlər. Lakin, ev Yusifin adına sənədləşəndən sonra onların evdən çıxarılması ilə bağlı mübahisə başlamışdır. Ona görə evin təmir-tikintisinə çəkilən xərc mülkiyətçidən tutulmalıdır.

6. Göygöl Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(066)-85/2021 nömrəli qətnaməsi ilə (hakim Q.Ə.Abbasov) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsi, 29; Mülki Məcəlləsinin 146.2, 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh və XXX apellyasiya şikayəti vermişlər. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (h akimlər L.Süleymanov - sədrlik edən və məruzəçi, A.Hüseynzadə və Ə.Abdullayev) 15 iyul 2021ci il tarixli 2(104)-2761/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(066)-85/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh və XXX kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh və XXX apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və i şə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Onda məlum olacaq ki, həqiqətən mübahisəli evə 40000 manatdan çox xərc çəkmişlər. Bundan başqa, ilkin iddiaçının əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi vardır. Yuxarıda qeyd edildiyi kimi ilkin iddiaçı etibardan sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir. Belə ki, 2 dəfə onlara etibarnamə verərək evin bütün sənədlərini ona düzəltdirmiş, onları evdən çıxaracağını arzu etdiyi halda 17 il ərzində 40000 mindən çox pullarını ələ keçirmişdir. Ona görə də iş üzrə xüsus i qərar çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməlidir. Onlar apellyasiya kollegiyasına da vəsatət verərək təkrar ekspertiza keçirilməsini xahiş etmişlət, lakin vəsatətə heç bir qiymət verilməyib. Buna səbəb də ilkin iddiaçının dayanmadan bütün orqanlara ərizələr yazmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili Bağırov Abdul Madar oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olm adan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

17. Maddə.

26. Hissə İİ Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

18. Maddə

29. Hissə İ Hər kəsin mülkiyyət hüququ vardır.

19. Maddə

29. Hissə. İİİ Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.6. Hüquqdan sui-is tifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə on a qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.

29. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

30. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcb uri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Hazırkı işdə ilk və qarşılıqlı iddia tələbləri var. İlk iddia tələbini mülkiyyətçi irəli sürüb və cavabdehlərdən ona məxsus olan evi boşltmalarını tələb edir. İddiaçının mülkiyyət hüququnu qarşı tərəf mübahisələndirməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin həmin əmlaka qanuni əsaslarla hüquqlarının yaranması təsdiq olunmamışdır. Ona görə məhkəmələr mülkiyyətin müdafiəsinə dair maddi hüquq n ormalarını tətbiq etməklə ilk iddianı təmin etməkdə haqlı olmuşlar. Ona görə ilk iddia ilə bağlı Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunur.

35. Lakin, məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Beləki, Apellyasiya Məhkəməsi qarşılıqlı iddianı rədd edərkən gəldiyi nəticəni iki halla əsaslandırmışdır. 1-ci hal kimi məhkəmə ona istinad etmişdir ki, cavabdehlər əmlaka vicdanlı sahiblik edən şəxs olmadıqları üçün Mülki Məcəllənin 157.7. maddəsinə əsasən əmlakın yaxşılaşdırılmasına çəkilən msərəfləri tələb edə bilməzlər. 2-ci hal isə, cavabdehlər əmlaka vəsait xərcləmələrini sübuta yetirə bilməmişlər.

36. Məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin hər iki halla bağlı gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, cavabdehlər in mübahisəli əmlaka vicdanlı sahiblik etməmələri işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ilə təkzib olunur. Məhkəmələr müəyyən etmişlər ki, cavabdehlər 2003-cü ildən mübahisəli əmlakda yaşamış, bu barədə iddiaçı məlumatlı olmuş, iki dəfə əmlaka dair cavabdehlərin adına etibarnamə verilmiş, əmlakın sənədləşdirilməsi ilə cavabdehlər məşğul olmuş(həmin etibarnamə işə tikilmişdir), iddiaçı tərəf cavabdehdlərin evdə təmir-tikinti işləri aparması ilə vaxtında məlumatlı olmuş, uzun illər buna susaraq qəbul etmiş, buna heç bir etiraz etməmiş, evi onların adına sənədləşdirəcəyi görüntüsü yaratmış, ev xüsusi mülkiyyət kimi qeydiyyata alındıqdan sonra hazırkı mübahisə başlamışdır. Cavabdehlər israr etmişlər ki, iddiaçı ilə yaxşı münasibətləri olmuş, yay aylarında iddiaçı ailəsi ilə birlikdə qonaq kimi həmin evdə dincəlmiş, evi onların adına rəsmiləşdirmək üçün onlarla birgə notariusa getmiş, etibarnamələr vermiş, evdə aparılan təmir-tikinti işlərini bəyənmişdir. İddiaçı tərəf həmin dəlilləri təkzib etməmişdir. 37. 1-ci instansiya məhkəməsində dindirilmiş şahid X2 təsdiq etmişdir ki, həmin əmlakı mərhum oğlu İsmayıl üçün 15.000 manata satın almış, oğlu vəfat etdikdən sonra isə 1500 ABŞ dollarına cavabdehlərə satmışdır. Həmin məhkəmədə dindirilmiş şahidlər X1, X4, X5, X6, X3 cavabdehlərin evi uzun illər əvvəl satın aldıqlarını və orada təmir-tikinti işləri apardıqlarını təsdiq etmişlər. Həmin şahidlər əmlakın yerləşdiyi kəndin sakinləri olmaqla hadisə ilə bağlı məlumatlı şəxslər, eləcə də evdə təmir-tikinti işləri görmüş şəxslərdilər. Məhkəmələr dindirilən şahidlərin ifadələrinin mötəbərliliyini şübhə altına almamışlar.

38. İddiaçı öz iddia ərizəsində cavabdehlərin evi özbaşına zəbt etdiklərini bildirsə də, bu halla bağlı heç bir sübut gətirməmiş, cavabdeh tərəfin dəlillərini təkzib etməmişdir. 17 il ərzində iddiaçıların əmlakda təmir-tikinti işləri aparmaları və iddiaçının bunu bilərək susması, ona etiraz etməməsi, cavabdehlərin adına etibarnamə verməsi sahibiliyin vicdanlı olmasına dəlalət edir. İşə baxan Apellyasiya Məhkəməsi həmin halları nəzərə almamış və məhkəmənin özü tərəfindən müəyyən edilən işin faktiki hallarına MPM-nin 88ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir.

39. Apellyasiya məhkəməsinin qarşılıqlı iddianı rədd etmək üçün istifadə etdiyi 2ci hal da əsaslı deyil. Beləki, cavabdehlərin evdə əsaslı təmir-tikinti işləri aparılmas ı işin mübahisəsiz hallarıdır. Buna görə 1-ci instansiya Məhkəməsi iş üzrə müvafiq ekspertiza təyin etmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli, 10/4304 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2-də yerləşən fərdi yaşayış evində yerləşən tikililərin orta təmirli vəziyyətdə olması, baxış keçirilən zaman iddiaçı tərəfindən verilən izahatların fərdi yaşayış evinin faktiki vəziyyəti ilə uyğun gəlməməsi, eləcə də fərdi yaşayış evinin daxilində müxtəlif növ gizli gözlə görünməyən təmir işləri aparıldığından və mənzilin təmirinə dair mülki iş materiallarında layihə və smeta sənədləri olmadığından, əlavə olaraq təqdim olunmadığından tədqiq olunan fərdi yaşayış evində aparılan təmirə sərf olunan materialların növlərini, həcmləri ni, dəyərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması müəyyən olunmuşdur.

41. İşə baxan məhkəmələr yuxarıda qeyd olunan ekspertiza rəyinə tənqidi yanaşmaq və həmin sübutu digər sübutlarla birlikdə qiymətləndirmək əvəzinə, onu iddianın rədd olunmasının əsası kimi mötəbər sübut olaraq qəbul etmişlər. Hansıki, həmin rəylə ekspert əslində qarşıya qoyulan sualları cavablandırmaqdan yayınmışdır. Beləki, ekspertin rəydə qeyd etdiyi hallar -iddiaçı tərəfindən verilən izahatların fərdi yaşayış evinin faktiki vəziyyəti ilə uyğun gəlməməsi, eləcə də fərdi yaşayış evinin daxilində müxtəlif növ gizli gözlə görünməyən təmir işləri aparıldığından və mənzilin təmirinə dair mülki iş materiallarında layihə və smeta sənədləri olmaması əsası ilə təmir-tikinti işlərinə çəkilən xərclərin müəyyən edilməsinin m ümkün olmaması barədə qənaət əsaslı deyil.

42. Ekspertiza ona görə təyin edilir ki, bu sahədə xüsusi biliyə malik olan məsələlərlə bağlı rəy verilsin. Yəni, ekspert özünün bu sahədə xüsusi biliyindən istifadə etməklə təmir-tikintiyə çəkilən xərcləri hesablamalıdır. Tikintinin layihə smeta sənədlərinin olmaması belə hesablamanın aparılmasına mane olan hal deyil. Mövcud tikilinin dəyəri, ona çəkilən təmirin dəyəri ilə bağlı hesablama aparmaq hazırkı ekspertiza fəaliyyətinin sadə bir sahəsi hesab olunur. Eyni zamanda, təmir işləri görülərkən gizli gözlə görünməyən təmir işlərinin görülməsi də həmin işin mövcud dəyərinin müəyən edilməsini istisna edən hal hesab oluna bilməz. Ekspert hansı gizli təmir işlərini nəzərdə tutması, hansı işlərin qiymətləndirilməsində çətinlik çəkməsi aydın deyil. Be lə bir çətinlik ortaya çıxdığı təqdirdə ekspert bununla bağlı əsaslandırma, əlavə tədiqaqat apara bilərdi (məsələn, suvanmış divarın hansı materialdan inşa inşa edildiyini görə bilmirdisə, bunun tərəfərin iştirakı ilə müəyyən edə bilərdi, və.s.).

43. Məhkəmələr müəyyən etmişlər ki, həmin evdə 2003-cü ildən cavabdehlər yaşayır və aparılmış təmir-tikinti işləri (evin daxili və damının təmiri, hasarlama, və.s.) onlar tərəfindən icra edilmişdir. İddiaçı özü həmin evdə hansısa tikinti aparması və hansısa təmir işləri görməsini israr etməmişdir. Deməli, möcud tikilinin təmir-bərpa işlərinin hamısının cavabdehlər tərəfindən icra edilməsi halında mövcud tikiliyə sərf edilmiş xərclərin hesablanması işini daha da asanlaşdırır.

44. Hazırkı qərarın 28-30-cu bəndlərində nəzərdə tutulan normalara görə e kspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. İşə yenidən baxan məhkəmə mübahisəli əmlakın təmir-tikintisinə çəkilən xərclərin müəyyən edilməsi ilə bağlı yenidən ekspertiza (əlavə və yaxud təkrar ekspertiza) təyin etməli və cavabdehlər tərəfindən evə çəkilən xərclərin məbl əğinin müəyyən edilməsini təmin etməlidir.

46. Apellyasiya Məhkəməsi cavabdehlərin tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasını tapmamış onun bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını yoxlamamışdır. Hansıki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ondan başlayır. Cavabdehlərin tələbinin qanuni əsasına əsassız varlanmadan irəli gələn maddi hüquq normaları uyğun gəlir. Lakin işə baxan məhkəmələr işin faktiki hallarının həmin normaların dispozisiya şərtlərinə uyğunluğunu yoxlamamışlar.

47. Belə ki, hazırkı qərarın 23-25-ci bəndlərində qeyd olunan maddi hüquq normalarına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

48. Göründüyü kimi hazırkı işdə cavabdehlərin 17 il ərzində mübahisəli evdə apardıqları və götürülməsi mümkün olmayan yaxşılaşdırma işləri (təmir tikinti işləri) ilk iddia tələbi təmin olunduğu üçün iddiaçının sahibliyinə keçir. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan kontekstdən iddiaçının əsassız varlanıb-varlanmaması ilə bağlı hallara qiymət verməli, mübahisəyə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiqi imkanlarını yoxl amalıdır.

49. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apellyasiya Məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin həmin hissədə ləğv olunması üçün əsasdır.

50. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh və XXXnın kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2761/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv olunaraq, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmə dən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar