Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-251/2023 (Açar sözlər: mənzildən çıxarılma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-905/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş seriya MA ******* nömrəli Çıxarışa əsasən Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 2 otaqlı, 33,1 kv.metr ümumi sahədən ibarət olan 7 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 14 yanvar 2010-cu il tarixdə qeydə alınmışdır.
2. İddiaçı ilə Cavabdeh 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə həyatı qurduqdan sonra Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömr əli mənzilinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 16 iyun 2014-cü il tarixdə X2 və 05 fevral 2016cı il tarixdə X3 adlı iki övladları doğulmuşdur.
3. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 18 sentyabr 2013-cü il tarixli nikah qeydi pozulmuş, onların birgə nikahdan olan iki övladı cavabdehin himayəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilindən çıxarıl masına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil cavabdehlə onun birgə nikah müddətində əldə etdikləri əmlak olmamış və onun ayrıca mülkiyyətindədir. Hazırda cavabdehlə rəsmi olaraq ayrıldığından, ailə bağlılığı olmadığından artıq eyni ünvanda yaşamaları mümkünsüz olmuşdur. Odur ki, cavabdeh qeyd-şərtsiz olaraq mənzildən çıxarılmalıdır.
6. Cavabdeh iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir.
7. Yevlax Rayon Məhkəməsinin 2(039)-726/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddianın təmin edilməsi, cavabdehin Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilindən çıxarılması, qətna mənin 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən onun mübahisəli mənzildən istifadə hüququ da saxlanmır.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin maddi vəziyyəti, adına başqa yaşayış yerinin mövcud olmasına, onun hazırda özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmasına dair sübutların olmaması, eləcə də, yay aylarının olması nəzərə alınmalı, onun həmin mənzildən istifadə hüququ 01 oktyabr 2022-ci il tarixədək saxlanılmalı, həmin tarixdən sonra o, həmin mənzildən çıxarılmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4-cü mad dələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehin nümayəndəsi və vəkili X1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehi mənzildən çıxararkən maddi hüquq normalarını pozmuşdur. Cavabdehin himayəsində 2 azyaşlı uşağı var. Həmin mülkiyyət cavabdehin keçmiş həyat yoldaşının, yəni iki azyaşlı uşaqlarının atasının əmlakıdır. Cavabdehi evdən çıxarması qanuni və ədalətli deyildir. Tərəflər 2013cü il tarixindən hal-hazıradək mübahisəli evdə yaşayırlar. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçılə cavabd ehin arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 18 sentyabr 2013cü il tarixli nikah qeydi pozulmuş və birgə nigahdan olan iki övladları cavabdehin himayəsində saxlanılmışdır. Məhkəmə bu qərarı qəbul edərək, cavabdehi mənzildən çıxararkən onların mənzilə olan istifadə hüququnu nəzərə almamışdır. Məhkəmə bununla da Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin tələblərini pozmuşdur. Uşaqları həmin evdə doğulmuşlar. Onların hazırki tələblə bağlı mövqeləri Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Onlar həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşamışlar. Aralarında notarial qaydada yazılı razılaşma olmasa da, mübahisələri Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq həll edilməli idi.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 07)-905/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ələddin Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olunaraq, cavabdehin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilində istifadə hüququnun 3 il müddətində saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olmuşlar. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2013-cü ilin sentyabr ayında, yəni cavabdehin iddiaçının evinə gəlin kö çdüyü vaxtdan yaranmışdır. Qanunvericiliyə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsi bunu nəzərə almadan iddia tələbini təmin etmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ 3 il müddətə saxlanılmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisə predmeti olan yaşayış mənzilində 3 il müddətində istifadə hüququnun saxlanılması mülkiyyətçi olaraq iddiaçının istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozmuşdur. Mübahisə predmeti olan yaşayış mənzili iddiaçının xüsusi mülkiyyətinə daxildir və mülkiyyət hüququ cavabdehlə nikahdan öncə qazanılmışdır. Qeyd edilən əmlakla bağlı cavabdehin hər hansı bir hüququ olmamışdır. Cavabdehlə birgə nikah müddətində mübahisə predmeti olan mənzilin yaxş ılaşdırılması ilə bağlı heç bir işlər görülməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddia tələbindən kənara çıxılaraq cavabdehə mübahisə predmeti olan mənzildə 3 il müddətində istifadə hüququ saxlanılması qət edilmişdir. Halbuki, cavabdeh ona daimi və ya müvəqqəti olaraq istifadə hüququ verilməsi ilə bağlı məhkəməyə iddia tələbi verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinə gəldikdə isə, məhkəmə iddia tələbimi təmin etmiş, lakin qətnamənin icrasını qısa müddət üçün təxirə salmışdır.
19. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 17 may 2022-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh Yevlax şəhəri, Heydər Əliyev prospekti, 60 nömrəli binanın 6 saylı mənzili üzərində tam mülkiyyət hüququ qazanmışdır. Bunun la bağlı məlumat əldə edən kimi vəkil sorğusu verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən 26 sentyabr 2022-ci il tarixdə arayış əldə olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edən zaman cavabdehin hər hansı bir yaşayış sahəsinə malik olub – olmaması ilə bağlı sorğular edilsə də, cavabdehin mülkiyyətində yaşayış sahəsi olmaması ilə bağlı məlumatlar əldə edilmişdir. Məhz buna görə də iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən qismən narazı qalsa da, həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Çünki, övladların azyaşlı olmasını və onların yeni mənzilə köçmələri və uyğunlaşmaları üçün vaxtın lazım olmasını nəzərə a lmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən cavabdehin mülkiyyət hüququ üzrə yeni mənzil əldə etməsindən tam məlumatsız idi. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən sonra iddiaçı yeni məlumatlar əldə etmiş və cavabdehin mülkiyyətində yaşayış mənzili olması aşkarlanmışdır. Cavabdehin tam mülkiyyət hüququ üzrə yaşayış mənzilinə malik olmasını nəzərə alaraq, onun qeyd şərtsiz olaraq iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılması barədə qərar qəbul edilməsi mübahisənin qanuni və ədalətli həlli olardı.
20. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasını qət etsə də, qətnamənin 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunmasını qət etmişdir. Artıq 01 oktyabr 2022-ci il tarixi gəlib çatmış və cava bdeh yeni yaşayış mənzilinə malik olmuş və cavabdehin iddiaçıya məxsus mənzildə yaşamasına, istifadəsinə olan ehtiyacları aradan qalxmışdır.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə istinad edilərək əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razıla şma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarix li Qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. 28. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.
38. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
39. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli i lə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
48. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 18 sentyabr 2013-cü il tarixdə nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra Cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilə gəlin köçmüşlər. İddiaçı ilə cavabdehin həmin nikahlarından iki övladları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan nikah 25 oktyabr 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur.
49. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2013-cü ilin sentyabr ayında yaranmışdır. Qanunvericiliyə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bunu nəzərə almadan iddia tələbini təmin etməsini qeyd edərək, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsini nəzərə aldığını göstərməklə mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən cavabdehin müəyyən müddətə istifadə hüququnun 3 il müddətə saxlanılmalı olması qənaətinə gəlmişdir.
50. İlk öncə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində, cavabdehin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən iddiaçının mülkiyyətində olan mənzilində istifadə hüququnun 3 il müddətində saxlanılmasını qət etsə də, iddianın həlli ilə bağlı hər hansı nəticəyə gəlməmiş, məhkəmənin iddiaya münasibəti anlaşılmaz qalmışdır.
51. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi əks olunmalıdır. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 6.8-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
53. Həmin qərarın 6.9-cu bəndində isə göstərilmişdir ki, məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır.
54. Həmin qərarın 9.1-cu bəndində isə göstərilmişdir ki, 9.1. iddia tələbi qismən təmin e dildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.
55. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi əks olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinin tələbi pozulmuşdur.
56. Həmçinin hazırki işə sədrlik edən Mahir Əsədli, hakimlər Vəzirxan Məlikov və Ələddin Məcidovdan ibarət məhkəmə tərkibində baxılaraq xx.xx.2022-ci il tarixli yekun qərar qəbul edilsə də, həmin tarixli məhkəmə iclas protokolunda sədrlik edən kimi hakim X5, hakimlər Vəzirxan Məlikov və Ələddin Məcidovdan ibarət məhkəmə tərkibində işə baxıldığı qeyd olunmuşdur.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
58. Bundan başqa qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı ilə Cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmin mənzildə istifadə hüququnun saxlanmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.
59. Lakin istin ad olunan normanın davamında isə göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 60. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir.
61. Konstitusiya Məhkəməsi Plenumu həmçinin qərarında göstərmişdir ki, “mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış s ahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”.
62. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin mənzildən istifadə hüququnun 3 il müddətə saxlanılmalı olması qənaətinə gələrkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsini nəzərə aldığını göstərsə də, həmin mövqe yanlışdır. Belə ki, hazırda mənzildən istifadə hüququnun məhz 3 il müddətə deyil, 2 il müddətə saxlanıl ması barədə məhkəmə təcrübəsi formalaşmışdır.
63. Baxılan iş üzrə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən normanın göstərilən hissəsi üzrə hər hansı araşdırmanın aparılması müəyyən edilmir. Belə ki, iddianın təmin olunması zamanı məhkəmə ilkin olaraq cavabdehin mübahisə edilən mənzildə yaşamaqda davam etdiyini nəzərə almalı, onun başqa yaşayış yerinə (mülkiyyət hüquq və ya hər hansı digər əsasla) malik olmasını, özünü yaşayış yeri ilə təmin etmək imkanına malik olmasını araşdırmalı və bundan sonra isə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmalı olub-olmamasını müzakirə etdikdən sonra nəticəyə gəlməli idi.
64. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, tam və hərtərəfli araşdırma aparılmamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət verməmişdir, bu baxımdan iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
65. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin cavabdehin yeni yaşayış mənzilinə malik olması və onun iddiaçıya məxsus mənzildə yaşamasına, istifadəsinə olan ehtiyaclarının aradan qalxması barədə dəlili və şikayətə bununla bağlı əlavə etdiyi sübutla əlaqədar qeyd edir ki, kassasiya məhkəməsi sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olmadığından, kassasiya şikayətinin işin faktiki halları ilə əlaqədardır olan həmin dəlili kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.
66. Bu baxımdan məhkəmə kollegi yası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
67. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən prosessual pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-905/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.