Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Firuddin oğlunun Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmə hüququ, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Firuddin oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, yaradılmış manelərin aradan qaldırılması və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-89/2024 nömrəli, 2 7 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın və AA 007410 saylı, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinin xx.xx.2015-ci il tarixli, 49-1445 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə hüquq sahibi İddiaçı Firuddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı hagqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 006358 saylı, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədin surətinə əsasən Samux şəhərində yerləşən 0,11 ha yaşayış məntəqəsi tayinatlı torpaq sahəsi Samux rayon Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 40-08 reyestr nömrəli alqı-satqı mü qaviləsi, DTXK Samux rayonu şöbəsi, xx.xx.2006-cı il tarixli, JN865F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2015-ci il tarixdə hüquq sahibləri Cavabdeh, X6, X7, X8 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi, koordinatları və ölçüləri yerində müəyyən edildikdən sonra kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materialları üzərində dəqiqləşdirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə dair tərtib olunmuş, AA 007410 saylı, xx.xx.2015-ci il tarixli planı və ölçüsü sənədində göstərilən koordinatlara istinadən iddiaçıya məxsus 0,04 ha torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir.
4. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 3-16-16/2-10/621 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Firuddin oğlu xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,04 ha torpaq sahəsini, xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 alınmışdır. İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmadığından, qə rardad suallarının cavablandırılması üçün, X3 adına tərtib olunmuş AA007410 nömrəli plan və ölçü sənədinə istinad edilmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ilə, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********25 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0,11 ha torpaq sahəsi 4 (dörd) kv metr hissədə üst-üstə düşür. xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Firuddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsindən çıxarılması, yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin sərhədlərini müəyyən edilməklə ölçülüb naturada ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı Firuddin oğlu tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən 0,04 ha həyatyanı torpaq sahəsi xüsusi mülkiyyətindədir və bu barədə adına verilmiş müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi mövcuddur. Cavabdeh həmin torpaq sahəsini zəbt edir. Dəfələrlə cavabdehdən bu hərəkətlərə son qoymasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır. 2022-ci ilin əvvəlində eyni iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərardadına əsasən ekspertiza təyin edilmişdir. Alınmış ekspert rəyi ilə cavabdehin ona məxsus torpaq sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. Lakin həmin iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır.
7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli çıxarış və xx.xx.2015-ci il tarixli, AA006358 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Samux şəhərində alqı-satqı yolu ilə aldığı, ümumi birgə mülkiyyətdə olmaqla ona, dörd övladına məxsus 0,11 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçının torpaq sahəsinin ona heç bir aidiyyatı yoxdur. Ekspertlər torpaq sahəsini yerində ölçməyiblər. Qapının ağzında onunla danışıb gediblər.
8. Samux Rayon Məhkəməsinin 28 noyabr 20 22-ci il tarixli 2(058)-1057/2022 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin edilərək, Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsindən çıxarılması, maneələr aradan qaldırılmaqla torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir.
9. Məhkəmə tərəfindən ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, ******** **81 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyi araşdırılmış və həmin rəydə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə dair tərtib olunmuş, AA 007410 saylı, xx.xx.2015-ci il tarixli planı və ölçüsü sənədində göstərilən koordinatlara istinadən iddiaçıya məxsus 0,04 ha torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, mülkiyyətçinin hüquqlarının pozulduğu müəyyən edildiyindən iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, 158.2 və 158.4-cü maddələrinə, həmç inin Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mütəxəssis düzgün rəy verməmişdir. Çünki, həmin mürəxəssis ümumiyyətlə heç bir texniki, elmi üsullardan istifadə etmədən, araşdırma aparmadan, ayaqüstə formal şəkildə onun danışaraq iddi açının maraqlarına uyğun rəy tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Məhkəmə isə öz növbəsində qətnamədə həmin rəyə istinad etmişdir. Ümumiyyətlə, mülki işin ədalətli araşdırılmasının təmin edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tikinti-texniki ekspertizsı təyin edilməli və araşdırılma peşəkar ekspertlərə həvalə edilməli idi. Lakin, bunların heç biri baş verməmişdir. Torpaq sahəsinə dair çıxarışı vardır və mütəxəssis çıxarışın hansı torpaq sahəsini əhatə etdiyini müəyyən etməmişdir.
14. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 3-16-16/2-10/621 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı Firuddin oğlu xx.xx.2021-ci il tarixli, ***** ***** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,04 ha torpaq sahəsini, xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsi əsasında X1 alınmışdır. İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmadığından, qərardad suallarının cavablandırılması üçün, X3 adına tərtib olunmuş AA007410 nömrəli plan və ölçü sənədinə istinad edilmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ilə, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********25 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0,11 ha torpaq sahəsi 4 (dörd) kv metr hissədə üst-üstə düşür. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-89/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəss is rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsindən çıxarılması” hissədə dəyişdirilməsi, Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsinin 0,0396 ha hissəsindən çıxarılması və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər: İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev).
16. Apellyasiya məhkəməsi məhkəmə iclasın da tədqiq olunmuş sübutlara istinad edərək işin faktik halları kimi müəyyən etmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bundan başqa, həmin dövlət orqanı tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı hagqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux şəhərində yerləşən 0,11 ha yaşayış məntəqəsi tayinatlı torpaq sahəsi Cavabdeh, X9, X10, X11 və X5 ümumi mülkiyyətindədir.
17. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyini işdə olan digər sənədlərlə müqayisədə daha əsaslı hesab etmişdir. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmədə hər hansı şübhə yaratmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Samux rayonu Nəb iağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir. Eləcə də müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,04 ha həyatyanı torpaq sahəsinin koordinatları ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,11 ha torpaq sahəsi 4 (dörd) kv metr hissədə üst-üstə düşür.
19. İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyətində olan 0,11 ha torpaq sahəsinin koordinatlarının 4 kv metr hissədə üstüstə düşməsi müəyyən olunur. Nəzərə almaq lazımdır ki, tərəflərə məxsus qeyd olunan torpaqlara dair hüquqmüəyyənedici sənədlər hazırkı məqamda hüquqi qüvvədədir. Belə olduqda isə, tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşən 4 kv metr hissəsinin, əslində, tərəflərdən hansının mülkiyyətində olmasını, habelə hansı biri tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün deyildir.
20. Bu baxımdan da məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 0,04 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 4 kv metr hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyi kimi qiymətləndirilə bilməz.
21. Bu qənaətinə uyğun olaraq apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 0,04 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən digər hissəsi, yəni (0,04 ha - 4 kv.m=0,0396 ha) 0,0396 kv metr hər hansı hüquqi əsas olmadan Cavabdeh tərəfindən zəbt edilməklə iddiaçının qanunla müəyyən edilmiş və dövlət t ərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh İddiaçı məxsus Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin zəbt edilən 0.0396 ha hissəsindən çıxarılmalıdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 152 və 157-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 119.1, 124.1, 217.3 və 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli qətnaməsini ləğv edərək, idd ia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 006358 saylı, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədin surətindən görünür ki, Samux şəhərində yerləşən 0,11 ha yaşayış məntəqəsi tayinatlı torpaq sahəsi Samux rayon Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 40-08 reyestr nömrəli alqı-satqı müqaviləsi, DTXK Samux rayonu şöbəsi, xx.xx.2006-cı il tarixli, JN865F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2015-ci il tarixdə hüquq sahibləri Cavabdeh, X6, X7, X8 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının cavabdehin çıxarılması tələb etdiyi torpaq sahəsi də yuxarlda qeyd olunan çıxarışın və AA 006358 saylı, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun olaraq cavabdehin mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin tərkibinə daxildir. Həmin torpaq sahəsi 35 il cavabdehin istifadəsində olmaqla onun hasarının daxilində yerləşir. Belə ki, 2015-ci ildə cavabdehin adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilərkən həmin torpaq sahəsi cavabdehin istifadəsində və hasarı daxilində olmuş və buna müvafiq reyestr xidməti tərəfindən ölçmə işləri aparıldıqdan və koordinatlar müəyyən edildikdən sonra mülkiyyət hüququnu təsdiq edən sənədlər verilmişdir. Əgər qeyd olunan sahə zəbt olunmuş olsaydı X4 xx.xx.2015-ci il tarixli AA007410 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi və eyni zamanda iddiaçıya xx.xx.2021-ci il tarxili çıxarış verilə bilməzdi. Eyni zamanda iddiaçı da, cavabdehə məxsus çıxarışı və torpaq sahəsinin planı və ölçüsü sənədini məhkəmədə mübahisələndirməmişdir. Mülki Məcəllənin 148 və 149-cu maddələrinin tələblərinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə mübahisə li torpaq sahəsinə mövcud olan mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Belə hal isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1, 2 və 3-cü hissələri baxımından məqbul hesab edilə bilməz.
25. Kassasiya şikayətində qeyd olunan dəlillər Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 140 və 148-ci və Mülki Prossesual Məcəlləsinin 88, 99, 217, 218 və 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mü lkiyyət növündə ola bilər.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
29. Maddə 60. hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər f ormalarda suiistifadə edilməsinə yol verilmir
31. Maddə 27.2 on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
32. Maddə 140 reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 152.6 hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
36. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 164.1. sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
40. Maddə 165.1. sahiblik qadağan edi lmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
41. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
42. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
43. Maddə 560.3.4 maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. Cavabdeh Məlik oğlunun kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlill əri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sü but qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Məlik oğlu tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-89/2024 nömrəli iş üzrə 27 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.