Məhkəmə qərarları › İş №2(102)-2510/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2510/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2510/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-2510/22 (Açar sözlər: mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, çəkilmiş xərclərin əvəzinin tutulması, MPM-in 420-ci maddəsinin tələblərinə əməl edilməsi) 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzilin təhvi l verilməsi və çəkilmiş xərclərin əvəzinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10150/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 avqust 1994-cü il tarixli sərəncamı ilə Suraxanı rayon, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X2 ayrılmışdır. Lakin həmin mənzilə Laçın rayonundan məcburi köçkün olan X4 ailə üzvləri ilə məskunlaşdığından Səadət Primovanın həmin mənzilə köçməsi mümkün olmamışdır.

2. X4 200 3-cü ildə Cavabdeh (bundan sonra “cavabdeh”) ilə nikaha girmiş və sonuncu həmin vaxtdan yuxarıda göstərilən mənzildə yaşamışdır. Səadət Primova isə müvəqqəti olaraq başqa ünvanda yerləşən mənzildə məskunlaşmışdır.

3. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən, mübahisəli mənzilə dair kirayə müqaviləsinin 8 nəfərdən ibarət ailə üzvü olan İddiaçı (bundan sonra “iddiaçı”) adına bağlanması və onun adına şəxsi maliyyə hesabının açılması qərara alınmışdır.

4. X4 20 mart 2018-ci il tarixdə vəfat etmişdir.

5. Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin sonradan ləğv edilmiş 18 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən mübahisəli mənzilə qeydiyyata alınmışdır.

6. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavab dehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı 52 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin həmin mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir.

7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ tanınmışdır.

8. Həmin işlərə bir icraatda baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2018ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir.

9. Həmin qətnamə ilə eyni zamanda Suraxanı Rayon Məhkəməsinin 12 mart 201 9cu il tarixli qətnaməsi də ləğv edilərək Cavabdeh İddiaçı və qeyrilərinə qarşı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, özünün və ailə üzvlərinin həmin mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir.

10. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, bu qətnamə Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.

11. Göstərilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

12. Mübahisə cavabdehin mübahisədə adı keçən mənzildən çıxamamsı ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzilinin qanuni əsaslarla onun və ailəsinin istifadəsinə verilməsini, cavabdehin isə həmin mənzildə yaşamasının qanunsuz olmaqla onun mənzildən istifadə hüququnu pozmasını əsas göstərməklə Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki əsaslarına istinadən tələbini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr tərəfindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Buna görə də, cavabdeh mənzildən çıxarımalıdır.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5 və 157.4-cü maddələrinə istinad etmişdir.

16. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia verərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günə şli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin, 52 saylı mənzilinin əvəzi olaraq İddiaçı ailəsinə verilmiş 1 otaqlı mənzilin İddiaçı alınaraq ona verilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin, 52 saylı mənzilinin təmirinə xərclənmiş 30000 manat pul vəsaitinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin mərhum əri X4 həmin mənzili 1992-ci ildən erməni əsilli bir qadından almış, mənzili aldığı zaman mənzil yararsız olmuş, mənzili tam yararlı hala gətirmiş, həmin dövrdən də fasiləsiz olaraq həmin mənzildə yaşamışdır. Y.Tanrıverdiyev 2003-cü ildən cavabdehlə evləndikdən sonra cavabdeh həmin mənzilə köçüb yaşamış və ev i tam təmir etmişdir. Həmin zaman mənzilin döşəməsi belə olmamış, mənzildə betonun üstünə linonlium salınmış, mətbəx, hamam, sanitar qovşağında divarlar boş suvaq olmuş, su xətləri, heç bir kommunal şəraiti, mənzilin qapıları belə olmamışdır. Onlar həmin mənzilə döşəmə vurdurmuş, qapılar düzəltdirmiş, pəncərələrini dəyişdirmiş, hamam, mətbəx, sanitar qovşağa kafel-metlax vurdurmuş, su xətti çəkdirmiş, vanna və digər zəruri avadanlıqlarla təchiz etmiş, otaqları isə tam təmir etdirmişlər. Bütün bunların isə bu günkü qiyməti ilə 30000 manat dəyəri vardır ki, bu məbləğ iddiaçıdan alınıb ona verilməlidir.

18. Bundan başqa, iddiaçının anası Səadət Pirimova cavabdehin əri X3 qarşı 1994cü ildə mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin Suraxanı Rayon İcra Hakimiyyətinə göndə rilmiş məktubuna əsasən İcra Hakimiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V’’ yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilinin əvəzi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 20 nömrəli evin 28 nömrəli 1 otaqlı mənzilini Səadət Pirimovaya ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Yəni, Səadət Pirimova Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 20 nömrəli evin 28 nömrəli mənzilinin onlara verilməsi ilə razılaşmasaydı, İcra Hakimiyyəti həmin mənzili cavabdehin ərinə verəcəkdi. X7 cavabehin ərinə veriləcək mənzili hazırkı mənzilin əvəzinə aldıqdan sonra, yenidən cavabdehin mənzilini əvəzsiz olaraq əllərindən almağa çalışmışdır. Buna görə də, hazırda yaşadığı cavabde h mənzilin əvəzsiz olaraq iddiaçıya təhvil verilməsinə razı deyil.

19. Cavabdeh qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə istinad etmişdir.

20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilindən çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. (hakim Tural Məmmədov)

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə hüququn yaranması ilə bağlı mübahisə olmuş, qeyd olunan məhkəmə aktları ilə cavabdehin mübahisəli mənzi ldən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi mübahisəli yaşayış sahəsindən cavabdehin çıxarılması və aidiyyəti üzrə iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında olan mübahisə ilə bağlı məhkəmə instansiyaları sözügedən mənzilə iddiaçının istifadə hüququnu tanımış, cavabdehin isə istifadə hüquqlarının yaranmasını tanımamışlar. Mübahisəli mənzil dövlət mülkiyyətindədir və iddiaçının qanuni istifadəsinə verilmişdir. Belə olan halda cavabdehin həmin mənzildə qalmasına qanuni əsaslar yoxdur.

23. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsaslı saymamış və göstərmişdir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaş dırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin işin mübahisələndirilməyən hallarına əsasən cavabdehin mənzilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququ olmamış, başqa sözlə həm cavabdehin, həm də cavabdehin mərhum ərinin mənzilə sahiblikləri qanunsuz hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddia tələbi mübahisəli mənzilin əvəzi olaraq iddiaçının ailəsinə verilmiş 1 otaqlı mənzilin iddiaçıdan alınaraq cavabdehə verilməsi hissəsində də əsaslı deyil, çünki cavabdeh iddiasının bu hissəsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

25. Birinci ins tansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.7, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin rədd edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri: - mənzildə yaşayan zaman mənzilə vicdanlı olaraq sahiblik etmiş, mənzildə yaşayan zaman mənzilin kimə məxsus olmasını bilməmiş, mənzildə cavabdehin əri məskunlaşan zaman mənzil iddiaçıya məxsus olmamışdır; - məhkəmə cavabdehin, X1 mübahisəli mənzilə hüququnun olmamasına istinad etməzdən əvvəl, mübahisəli mənzilin 1992-ci ilədək olan hüquqi statusunu, həmin mənzil ə dair orderin, icarə müqaviləsinin olub-olmamasını, 1992-ci ilədək həmin mənzilin icarədarının kim olmasını müəyyən etməli idi; - X4 mübahisəli mənzildə məskunlaşan zaman iddiaçı (və ya onun anası) mənzilin icarədarı olmamışlar. Ümumiyyətlə, həmin mənzil istər faktiki, istərsə də hüquqi cəhətdən boş olmuşdur. X4 mübahisəli mənzildə müstəqil olaraq məskunlaşan zaman, onun həmin mənzildə məskunlaşması heç kəsin hüquqlarını və qanuni maraqlarını pozmamış, yəni onun mübahisəli mənzildə məskunlaşması qanuni olmuş, onun həmin mənzildən Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq istifadə hüququ yaranmışdır. Məhkəmə isə X1 mübahisəli mənzilə hüququnun olmamasına istinad edərək, onun da həmin mənzildə qanunsuz yaşadığını göstərmişdir. Bu zaman məhkəmə X1 mübahisəli mənzildə qanuni surətdə məskun laşmasını, onun həmin mənzildə məskunlaşan zaman mənzilin cavabdehlərə məxsus olmamasını nəzərə almamış, mənzildə “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məskunlaşan şəxsin həmin mənzildən qanuni surətdə istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə hüquqi qiymət verməmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(103)-1296/2021 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

30. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdeh mübahisəli mənzildə qanuni əsaslarla yaşayıb orada əsaslı təmir işləri aparıb, lakin məhkəmə sübutları düzgün qiymətləndirməyib.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli 2(102)-3843/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmi şdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə düzgün olaraq cavabdehin mənzildən çıxarılması barədə ilk iddianı təmin etmişdir.

33. Bununla belə, kassasiya instansiyası məhkəməsi göstərib ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilməsinin əsaslı olması barədə nəticəyə gələrkən mübahisəli mənzilin əvəzi kimi İddiaçı ayrılmış 1 otaqlı mənzilin ona verilməsi tələbinin formal xarakter daşımaqla məhkəməyə bu barədə hər hansı bir sübutun təqdim olunmamasını əsas göstərmiş, qarşılıqlı iddia tələbinin digər hissəsinə – evin tikintisinə sərf edilmiş vəsaitin tələb olunmasına dair hissəsinə isə heç bir münasibət bildirməmişdir. 34. kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, apellyasiya instansiya məhkəməsi i şə baxarkən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini yoxlamadan, onlara qanunun tələbinə uyğun olaraq qiymət vermədən şikayətin əsassız olması barədə nəticəyə gəlmişdir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10150/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)

36. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə müəyyən edib ki, ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. Yəni cavabdehin mənz ilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququ olmamış, başqa sözlə həm cavabdehin, həm də onun mərhum ərinin mənzilə sahiblikləri qanunsuz olmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh mübahisəli mənzilə köçən vaxt həmin mənzilin istifadəyə yararsız olması, öz şəxsi vəsaitləri hesabına mənzildə təmir-bərpa işləri apararaq mənzili yaşayış üçün yararlı hala salmaları və uzun müddət həmin mənzildə yaşamaqla evdə təmin işləri aparmasına əsaslanıb, təmir-bərpa işlərinə çəkilmiş xərci 30000 manat məbləğində qiymətləndirərək həmin pul vəsaitini iddiaçıdan tələb etsə də, iş materiallarında, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmununda cavabdehin mübahisəli mənzildə hansı təmir işləri aparması və aparılmış təmir işlərinin dəyəri barədə onun özün ün izahatlarından başqa hər hansı bir sübut mövcud deyil.

38. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, apellyasiya məhkəməsinin iclasında apellyatorun vəkilinə mübahisəli mənzildə aparılmış təmir işləri barədə zəruri sübutların təqdim edilməsi təklif olunmuş və bununla əlaqədar işin baxılması təxirə alınsa da, apellyator tərəfindən təmir işlərinin aparılması barədə hər hansı bir sübut təqdim edilməmişdir Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri: - cavabdehin əri mərhum əri mənzildə məskunlaşan zaman mənzil iddiaçıya və ya onun anasına məxsus olmayıb. Buna görə də cavabdeh mənzilə vicdanlı sahi blik etmişdir; - bundan başqa, ekspertiza təyin edilməli idi ki, mənzilə çəkilmiş xərclə bağlı hal sübuta yetsin. Cavabdeh mənzilə öz əmlakı kimi sahiblənmiş, bu əsasla o, mənzili təmir etmişdir; - məhkəmə cavabdehin mənzilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququnun olmamasını əsas gətirərək onun mənzildə etdiyi təmirə çəkilmiş xərci tələb etməkdə haqlı olmaması qənaətinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarına uyğun olaraq ilk iddianın təmin edilən hissəsi sonuncu apellyasiya baxışının predmeti olmayıb. Apellyasiya baxışının predmeti qarşılıqlı iddianın mənzilin təmirinə çəkilmiş xərcin tutulması hissəsi olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

46. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə əlavə araşdırmalar aparaq, mənzilin təmiri ilə bağlı qarşılıqlı iddiaçıya sübut təqdim edilməsini təklif etmiş, lakin belə bir süb utun verilmədiyi müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə hazırki qərarın 36-38-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək qarşılıqlı iddia tələbi üzrə araşdırma aparmış, qarşılıqlı iddiaçıya öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməyi təklif etmiş, hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

48. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yük ü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

49. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi qarşılıqlı iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qarşılıqlı iddiaya dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10150/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar