Məhkəmə qərarları › İş №2(102)-2511/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2511/2023

19.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2511/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi) X7 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “tikintinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-121/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ucar şəhəri, Oğuz küçəsi, 3 3 ünvanında yerləşən 76.7 kvm qeyri-yaşayış binası 26 oktyabr 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

2. Cavabdeh da həmin qeyri-yaşayış binasının qonşuluğunda özünə məxsus qeyriyaşayış binası vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Cavabdeh (bundan sonra “cavabdeh”) onun xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində və həmin qeyri-yaşayış binasına bitişik inşa etdiyi tikintilərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ucar şəhəri, Oğuz küçəsi, 33 ü nvanında iddiaçının xüsusi mülkiyyətində ümumi sahəsi 76,7 kv.metr olan qeyri-yaşayış binası vardır. Cavabdehin də həmin qeyri-yaşayış binasının qonşuluğunda özünə məxsus qeyri-yaşayış binası vardır. Lakin cavabdeh heç kimdən, o cümlədən iddiaçıdan və həmin binanın ondan əvvəlki mülkiyyətçisindən razılıq almadan həmin qeyri-yaşayış sahələrinin, o cümlədən ona məxsus olanların da üzərində əlavə tikinti tikmiş, eyni zamanda iddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə bitişik qanunsuz bina (anbar kimi istifadə edir) tikərək, iddiaçının arxaya açılan qapısını çıxarıb atmışdır.

5. Cavabdehin apardığı həmin tikinti işləri iddiaçının mülkiyyət hüquqlarını pozmaqla bərabər təhlükəsizlik qaydalarına da uyğun deyil və tikintiyə icazə alınmadan və fövqəladə hallar orqanları ilə razılaş dırılmadan tikildiyindən qanunsuzdur.

6. İddiaçı cavabdehdən həmin tikintilərin sökülməsini dəfələrlə tələb etsə də, bunun heç bir nəticəsi olmamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 10/3012 nömrəli ekspert rəyinə əsasən, Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış əlavə tikinti işlərinin iş materiallarında olan və təqdim edilən texniki pasportda öz əksini tapmaması və eyni zamanda həmin aparılmış tikinti işləri barədə müvafiq qurumlardan razılaşdırılmış sənədlər təqdim ed ilmədiyi səbəbindən cavabdeh tərəfindən Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış tikinti işlərinin (mansard tikilisi) şəhərsalma tikinti normaları və qaydalarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının üzərində cavabdeh tərəfindən aparılmış tikinti işlərində (mansard tikilisi) ara məsafəsinin gözlənilibgözlənilməməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənmir. İddiaçının mülkiyyət hüququnun pozulub- pozulmaması tikinti-texniki ekspertizanın səlahiyyətinə aid olmadığı və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər.

10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, tikinti işləri iddiaçı həmin qeyri-yaşayış sahəsini almamışdan əvvəl aparılmışdır, əvvəlki mülkiyyətçi də buna razı olmuş, iddiaçının da heç bir hüququ pozulmamışdır. Qeyd olunan tikililərə dair müvafiq sənədlərin verilməsi ilə bağlı bir neçə gün əvvəl Ucar Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətinə baxılması barədə ona məlumat verilməmişdir.

11. Ucar Rayon Məhkəməsinin 2(063)-130/2022 saylı, 21 sentyabr 2022-ci il ta rixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində tikdirdiyi tikintinin sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pulun müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Hilal Xəlilov)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanda yerləşən ümumi sahəsi 76.7 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 26 oktyabr 2021-ci ildə qeydiyyata alınmışdır. Ekspert rəyinə əsasən Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış əlavə tikinti işlərinin iş materiallarında olan və təqdim edilən texniki pasportda öz əksini tapmaması və eyni zamanda, həmin aparılmış tikinti işləri barədə müvafiq qurumlardan razılaşdırılmış sənədlər təqdim edilmədiyi səbəbindən cavabdeh tərəfindən Ucar şəhəri, ünvan 1 ünvanlarında aparılmış tikinti işlərinin (mansard tikilisi) şəhərsalma tikinti normaları və qaydalarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənpalnlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədl əri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında aparılmış tikinti işləri (mansard tikilisi) barədə məhkəməyə sübut təqdim etməmişdir, qanunun tələbinə görə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanlnda yerləşən qeyri-yaşayış binasının üzərində tikdirdiyi tikinti sökülməlidir. Lakin iddiaçı iddia tələbinin qalan hissəsi ilə bağlı istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, buna görə də iddia qalan hissədə təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllə 15.1, 180.1, 180.4cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv, həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə etməsini heç kim məhdudlaşdırmır, əksinə, idd iaçı mülkiyyətindən olan həmin qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə edə bilir, buna heç bir maneə yoxdur; - iddiaçının xüsusi mülkiyyətində olan Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə etməsinin məhdudlaşdırılması ekspertiza rəyində müəyyən olunmur; - cavabdeh tərəfindən tikili inşa ediləndən 10 il sonra iddiaçı Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən qeyri-yaşayış binasını əldə etmişdir. İddiaçı ötən müddət ərzində tikintinin sökülməsi barədə iddia qaldırmamışdır; - iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasının obyektiv araşdırılması baxımından qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi tikintiyə heç bir hüququ yoxdur. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikintinin iddiaçının xüsusi m ülkiyyətində olan qeyri-yaşayış binasından sərbəst şəkildə istifadə etməsinə maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. İş materiallarında belə bir sübut yoxdur, nə də ki, məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir; - cavabdeh tərəfindən tikilmiş tikintinin altında yerləşən torpaq sahəsi tikinti məqsədi ilə ayrılmışdır, həmin torpaq sahəsindən cavabdehin qanunsuz istifadə etməsi müəyyən olunmur.

18. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən tikililərin yerləşdiyi yerə baxış keçirmişdir.

19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-121/2023 nömrəli mülki iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. (hakimlər Ə ləddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, verilmiş sorğulara cavab olaraq məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərə əsasən sökülməsi iddia olunan tikintinin üzərində yerləşdiyi qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanana qədər Şahid mülkiyyətində olmuşdur.

22. Daha öncə, həmin qeyri-yaşayış sahəsi Ucar rayon kooperativ cəmiyyətinin balansında olmuşdur. 17 fevral 2004-cü il tarixdə keçirilmiş müvəkkillər yığıncağının qərar ı əsasında Ucar rayon kooperativ cəmiyyəti idarə heyətinin 22 iyul 2004-ci il il tarixli iclas protokolunun qərarı ilə KC-nin balansında olan 1967-ci ildə tikilmiş, H.Ə.Əliyev küçəsi 33 saylı ünvanda yerləşən, 1 (2,4,x 8,6x4,0 ölçülü) “Uşaq aləmi” mağaza binasının KC-nin üzvü, payçı X3 qərara alınmışdır. 2 avqust 2004-cü il tarixli müqavilənamə ilə həmin qeyriyaşayış sahəsi olan “Uşaq aləmi” adlı mağaza binası 2.000.000 (iki milyon) manata X2. Bina 4 aprel 2011-ci ildə X5 adına qeydiyyata alınmış, xx.xx.2016-cı ildə sonuncu öldükdən sonra xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə onun vərəsəsi Şahid keçmiş, xx.xx.2020-ci ildə sonuncunun adına qeydiyyata alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, mübahisəli tikinti X5 mülkiyyətində olduğ u dövrdə inşa edilmişdir. İşin bu halı o nəticəni yaradır ki, mübahisəli tikilinin tikilməsi ilə bağlı münasibətlər Cavabdeh ilə X5 arasında yaranmışdır. Qeyriyaşayış binası vərəsəlik qaydasında Şahid keçdikdə və daha sonra alqı-satqı müqaviləsi ilə 15000 manata İddiaçı satıldıqda, üzərində özbaşına inşa edilmiş tikili ilə yüklü şəkildə keçmişdir. Yəni həmin tikintinin tikilməsi ilə bağlı Cavabdeh ilə İddiaçı arasında hər hansı münasibət yaranmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisəli tikinti qeyriyaşayış binasının həmin vaxt mülkiyyətçisi olan X5 razılığı ilə inşa edilmiş, daha sonra Şahid tərəfindən də həmin tikintinin mövcudluğuna və cavabdeh tərəfindən istifadəsinə razılıq verilmişdir. Həmin qeyri-yaşayış binası xx.xx.2021-ci ildə İddiaçı satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Bu hal Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan suiistifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayıb ki, Ucar şəhər İƏD üzrə nümayəndəliyinin 18 yanvar 2023-cü il tarixli 118 nömrəli məktubuna əsasən 2015-ci ildə Ucar şəhərində abadlıq işləri görülərkən Ucar şəhər sakini 1986-ci il təvəllüdlü Cavabdeh tərəfindən şəhərin Oğuz küçəsində yerləşən ticarət xidmət obyektinin dam örtüyü mansart tipli əsaslı surətdə təmir edilərək dəyişdirilmiş və qeyd olunan ərazinin arxitekturasına uyğun iş görülmüşdür. Qeyd olunan obyektin tamamilə dəyişdirilməsində Cavabdeh başqa heç kim, o cümlədən rayon və şəhər bücəsindən vəsait xərclənməmişdir. Bundan əlavə, ünvan 2 ünvanında yaşamış X9 xx.xx.2016-cı ildə vəfat etmiş, varisləri ona məxsus olan Oğuz küçəsində yerləşən qeyri yaşayış binasının birinci mərtəbəsini şəhər sakini X1. Binanın dam örtüyü dəyişdirilərkən mərhum F.Sadıqovaya məxsus obyektin dam örtüyü də onun razılığı ilə Cavabdeh tərəfindən dəyişdirilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əraziyə keçirdiyi yerli baxışda müəyyən etdiklərini də nəzərə alaraq göstərmişdir ki, mübahisəli tikili təqribən 7 il öncə – 2015-ci ildə Ucar şəhərində abadlıq işləri görülməsi ilə əlaqədar olaraq aidiyyatı qurumların etirazı olmadan, əksinə, onların razılığı ilə, həmçinin həmin tikintinin üzərində yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X5 razılı ğı ilə müəyyən məbləğdə vəsait sərf edilməklə inşa edilmişdir. Həmin tikili şəhərin ümumi görkəmi ilə ahəngdar olaraq uzlaşır, davam edən silsilə şəbəkəsinin ayrılmaz hissəsidir. Ötən dövr ərzində aidiyyəti qurumlardan, həmçinin Ucar şəhəri, Oğuz küçəsi, 33 ünvanında yerləşən 76.7 kvm qeyriyaşayış sahəsinin ayrı-ayrı vaxtlarda mülkiyyətçisi olmuş şəxslərdən həmin tikilinin mövcudluğuna etiraz edilməmişdir.

27. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisəli tikilinin sökülməsi şəhərin ümumi görkəminə xələl gətirəcəkdir. Həmçinin, iddianın təmin olunmamış hissəsində də sökülməsi tələb edilən tikililərin də təyinatını itirməsi ilə nəticələnəcəkdir. Cavabdehin həm mövcud tikiliyə çəkdiyi xərclər, həm də həmin tikilini sökməklə bağlı çəkəcəyi xərclər sonuncunu arz uolunmaz maddi itkilərə məruz qoymaqla yanaşı, iddiaçının hüququndan sui-istifadəsinin nəticəsində şəhərin ümumi görkəminə də zərər vuracaqdır. Mübahisəli tikilinin hazırki iddiaçıdan öncəki mülkiyyətçisi olan Şahid özünün mülkiyyətində olmayan əmlakı da qeyri-rəsmi olsa da, hazırki iddiaçıya satmaqla, hazırki cavabdehin maraqlarına ziyan vurmuşdur. İddiaçı isə mübahisəni qeyri-yaşayış sahəsini ona satan şəxslə həll etməli olduğu halda, hazırki cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 560.3.4, 567, 568 və 572-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 2.2., 152.1, 180.1, 180.2, 180.3, 180.4, 567, 572.1, MPM-in 88, 386, 418.1, 418.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbi üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə həmin maddənin tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etməmiş, nəticədə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırd a mübahisələndirilən qətnamədə sərgilədiyi mövqeyi Ucar şəhər İƏD üzrə nümayəndəliyinin 18 yanvar 2023-cü il tarixli 118 nömrəli məktubu ilə və mübahisəli əraziyə keçirdiyi yerli baxışda müəyyən etdiyi hallarla əsaslandırmışdır. Halbuki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli tikili qanunsuz tikili olmaqla, cavabdehin həmin tikili üzərində heç bir hüququ yoxdur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikili inşa edilərkən cavabdehə hər hansı etiraz edilməməsi, sonuncunun həmin tikili üzərində hər hansı hüququnun yaranması üçün əsas ola bilməz. İşin faktiki hallarını istinad olunan qanun normaları baxımından dəyərləndirdikdə məlum olur ki, apellyasiya instansiyası məhkəməsi işin gerçək hallarını düzgün müəyyən etməmiş, istinad etdiyi maddi hüquq normalarını səhv t əfsir etmiş, Şahid mülkiyyətində olan qeyri-yaşayış binası iddiaçıya satılarkən hər hansı bir şəxsin, yəni qanunun dili ilə deyilsə, üçüncü şəxsin hüquqları ilə yüklü olan əmlak olmamışdır. Sökülməsi tələb olunan tikili özbaşına tikilidir. Özbaşına tikilidən istifadə “üçüncü şəxs”ə hər hansı hüquq verə bilməz. Həmçinin, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Şahid tərəfindən sözügedən qeyri-yaşayış binası satılarkən həmin özbaşına tikili var idi. Alğı-satqı baş tutarkən mübahisəli özbaşına tikilinin mövcud olması cavabdehə həmin tikiliyə hüququnun yaranmasına əsas kimi qiymətləndirilə bilməz. 2015-ci ildə mübahisəli özbaşına tikilinin inşa edilməsi ilə mərhum X9 ilə cavabdeh arasında münasibət yaranmışdır. Bu münasibəti (tikilidən istifadəni) girov təminatı kimi də qiymətləndirmək ol maz. Beləliklə, faktiki olaraq, apellyasiya məhkəməsi özbaşına tikilidən istifadəni qanuniləşdirmək cəhdi etmişdir. Hüququn əmələ gəlməsi və yüklülüyün yaranmasına dair mülki qanunvericilik normaları bunu istisna edir. Bu mənada apellyasiya instansiyası məhkəməsi, əslində Cavabdeh “olmayan hüquqdan sui-istifadə” imkanı yaratmışdır. Qətnamə mübahisəli hüquq münasibətini nizama salan maddi hüquq normalarına uyğun çıxarılmamış, eləcə də tətbiq edilən maddi hüquq normalarının tələbləri səhv təfsir edilmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin y alnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

568. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 7 2.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları” Bənd 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyi şikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti cavabdehin şikayəti əsasında iddianın yalnız təmin edilən hissəsi olub, qətnamə də həmin hissədə qəbul edilib. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə mübahisəli tikinti hazırda iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının X5 mülkiyyətində olduğu dövrdə inşa edilmişdir. Mübahisəli tikinti qeyri-yaşayış binasının həmin vaxt mülkiyyətçisi olan X5 razılığı ilə inşa edilmiş, daha sonra Şahid tərəfindən də həmin tikintinin mövcudluğuna və cavabdeh tərəfindən istifadəsinə razılıq verilmişdir. Həmin qeyri-yaşayış binası xx.xx.2021-ci ildə İddiaçı satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2127-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

39. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

40. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri – Şahid mülkiyyətində olan qeyri-yaşayış binası iddiaçıya satılarkən hər hansı bir şəxsin hüquqları ilə yüklü olan əmlak olmaması, sökülməsi tələb olunan tikilinin özbaşına olması – Mülki Məcəllənin 173.3-cü maddəsinə əsasən qəbul etmir. Belə Mülki Məcəllənin 173.3cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-121/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar