Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2512/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli 2(104)-3421/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl rayon məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.R.Məmmədov, iş 2(066)-691/2018) iddiaçı “xxxx” BOKT ASC-nin Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıx arılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilməklə yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ş.Muradov, Ş.M.Əliyeva və Ç.B.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl rayon məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Göygöl rayon Məhkəməsinin 10 dekabr 2010-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh məxsus N saylı mənzil X2 Barədə 05/08 saylı 13.01.2012-ci il tarixli protokola əsasən “xxxxbank” ASC-yə satılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qərarına əsasən məcburi ləğv prosesində olan “xxxxbank” ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunaraq “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-yə çevrilmişdir. 2018-ci ilin mart ayında “xxxx” BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan mənzildən çıxarılmasını və həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməs inə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil verilmiş kreditin təmina tı olaraq ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə borc vaxtında ödənilmədiyinə görə yaranmış borc üzrə tutma ipoteka qoyulmuş əmlaka yönəldilmişdir. İş materiallarına əlavə edilmiş X2 barədə 05/08 saylı protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Göygöl şəhəri, S.Hacıyev küçəsi, bina 84, 2 saylı mənzil tələbkar “xxxxbank” ASC-yə satılmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, S.Hacıyev küçəsi, bina 84, 2 saylı mənzilin mülkiyyətçisi “xxxxbank” ASC-dir. Beləliklə, mübahisəli mənzil iddiaçıya məxsus olmaqla cavabdeh hüquqi əsas olmadan orada yaşadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin mənzildən çıxarılmasını qan uni saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (157.2.) Kollegiya işin göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2512/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2512/2019
24.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver