Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2512/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh 8 saylı xüsusi təyinatlı yol istismarı Məhdud Məsuliyyətli Cəmiyyətə və “Azərbaycan Avtomobil Yolları dövlət agentliyi”nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və “Azərbaycan Avtomobil Yolları dövlət agentliyi”nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-/114672021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 01.06.2018-ci il tarixli 285 saylı əmrə əsasən "xxxx" MMC-yə texnik operator vəzifəsinə təyin olunmuş, 03.03.2020-ci il tarixli 147 saylı əmrə əsasən isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç” bəndinə əsasən vəzifədən azad edilmişdir. 2. "xxxx" MMC-nin 147/K/Ş seriya nömrəli 03.03.2020-ci il tarixli əmrinə əsasən İddiaçı 07.01.2020-ci il tarixdən üzürsüz olaraq işə gəlməməsi haqqında sahə rəislərinin təqdimatı, bununla əlaqədar ünvanına göndərilmiş 2 ədəd teleqrama məhəl qoymaması, işə gəlməməyinin səbəblərini əsaslandırmaması əsa s götürülərək, ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə 03.03.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 3. 26.02.2020-ci il tarixli teleqrama əsasən İddiaçı "xxxx" MMC-nin göndərdiyi teleqramı 25.02.2020-ci il saat 17:16-da aldığını göstərmişdir. Bu barədə poçt əməkdaşının sənədlərində qeyd aparılmışdır. İşdə olan 16.02.2020-ci il tarixli teleqrama görə İddiaçı bayram günləri daxil olmaqla işdə olmasını və buna görə də çağrışa gələ bilməməsini rəhbərliyə izah etməyə çalışmışdır. 4. 24.02.2020-ci il tarixli teleqramdan görünür ki, İddiaçı 07.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixə kimi işə gəlməməsinin səbəbləri araşdırılması məqsədi ilə 25.02.2020-ci il tarixdə saat 11:00 "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 61k ünvanında yerləşən inzibati bi nasında keçiriləcək iclasına dəvət olunmuşdur. 5. 25.02.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 07.01.2020-ci il tarixdən etibarən işə çıxmamasının səbəblərinin araşdırılması məqsədi ilə 25.02.2020-ci il tarixdə təyin edilmiş iclasın vaxtı və yeri barədə işçiyə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. 6. "xxxx" MMC-nin Yerli Həmkarlar Komitəsinin iclasının 03 saylı 02.03.2020-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC ilə həmin cəmiyyətdə operator işləyən İddiaçı arasında bağlanmış 01.06.2018-ci il əmək müqaviləsinə AR ƏM 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
7. İddiaçı "xxxx" MMC-nin 03.03.2020-ci il tarixli 147/K/Ş nömrəli əmrinin ləğv edilməsi, işə b ərpa edilməyi və məcburi iş buraxmağa görə əmək haqqının ona ödənilməsi məqsədilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Azərbaycan Avtomobil Yolları dövlət agentliyi”nə qarşı 147/K/Ş saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında "xxxx" MMC-də işə başlamışdır. İlk dəfə Şamaxının Quşçu kəndində Çarıxı yol çəkilişində katok (asfalt basan) operatoru vəzifəsində çalışmışdır. Daha sonra bu vəzifə üzrə X1 kəndində, İsmayıllının Lahıc kəndində işləmişdir. 2018-ci ildə Şirvan-Salyan yolunun çəkilişində çalışmışdır. Xələc-Qarabağlı yolunda operator vəzifəsində çalışmış, bir müddət sonra onun Ağacanlı yolunda, 2018-ci ildən yenidən Salyan-Şirvan yolunun çəkilişində işləməyə qaytarılmışdır. Bundan sonra ona qarşı işdə təzyiqlər başlamış, bu barədə 2018ci ilin sentyabr ayında müvafiq dövlət qurumlarına şikayət etmişdir. Düzgün işlədiyinə görə ona “Mitsubishi “markalı **-PT-*** dövlət qeydiyyat nişanlı “Pikap” maşın vermişlər ki, ərazilərə o nəzarət etsin. Nəzarətçi vəzifəsi üzrə Sabirabad, Salyan, Kürdəmir və Xaçmaz rayonlarında işləmişdir. Bundan əlavə onun işi olmayanda “Shacman” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı yük maşınını sürmək üçün yol vərəqi verilmiş və boş vaxtlarında yük maşını ilə Sabirabadın Moranlı, Salyanın Qarabağlı kədlərində yük daşınmasında köməklik etmişdir. 2020-ci ilin yanvar ayında dekabr və yanvar aylarının əmək haqqı gecikdirildiyi üçün dövlət qurumlarına müraciət etmişdir. Bundan sonra ona qarşı təzyiqlər başlamışdır. "xxxx" MMC-nin 03.03.2020-ci il tarixli 147/K/Ş saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-ni n 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qanunsuz əmrdə onun 7.1.2020-ci il tarixdən üzrsüz səbəbdən işə gəlməməsi haqqında sahə rəislərinin təqdimatı, bununla əlaqədar ünvanına göndərilmiş 2 ədəd teleqrama məhəl qoymamasını, işə gəlməməsinin səbəblərinin əsaslandırılmaması əsas göstərilmişdir. 5.3.2020-ci il tarixdə əmək kitabçası, əmək müqaviləsi və həmin vaxt 216 manat bir, 740 manat da pul verilmişdir. O, məhkəmənin diqqətinə çatdırmışdır ki, 2019-cu ilin son aylarında “Mitsubishi” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı ”Pikap” maşınla nəzarətçi işləmişdir. Yanvar ayının 31-ə qədər ona qeyd olunan avtomobili idarə etmək üçün yol vərəqi verilmiş və həmin avtomobili yanvar ayının axırına yaxın Xaçmazda servisə vermişdir. Bundan sonra əraziləri özünə məxsus olan “Lada 015” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəzmişdir. 16.02.2020-ci il tarixli teleqramında bayram günlərində Şirvanda işlədiyini MMC-yə bildirmişdir. 24.02.2020-ci il tarixdə MMCnin rəhbərliyi tərəfindən 07.01.2020-ci il tarixdən bu günədək işə gəlməməsinin səbəblərini araşdırılması məqsədilə 25.02.2020-ci il tarixdə keçiriləcək iclasda iştirak etməsinin zəruruliyini bildirilmişdir. Həmin teleqramı işdə olduğu üçün 25.02.2020-ci il tarixdə saat 17:16–da almışdır. O, bu teleqrama 26.02.2020-c i il tarixdə cavab yazaraq Hacıqabul və Şirvanda yol təmiri və tikintisi layihəsində nəzarətdə işlədiyini, yanacağın qurtarması ilə bağlı işin dayandığını və texnikaların yanında olduğunu bildirmişdir. Bütün bunları nəzərə alaraq, "xxxx" MMC-nin 03.03.2020-ci il tarixli 147/K/Ş nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3045/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia təmin edilməmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Konstitusiyanın 12, Əmək Məcəlləsinin 10, 68, 70, 71.2, 72, 76, 80, 186, 187, 292, 300-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ki icraat
12. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 20.12.2021-ci il tarixli, 2(103)-11467/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3045/2020 saylı, 14 sentyabr 2020-ci qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılm ası üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır:
1. Apellyasiya instansiya məhkəməsi iddiaçının onun iş yerində olmasını sübüt edən, işəgötürən tərəfindən avtomobillərin idarə edilməsi ilə bağlı verilmiş yol vərəqələrini işçinin iş yerində olmasını təsdiq edən sübut kimi qiymətləndirməmişdir.
2. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının işdən çıxarıldığı günə qədər iş yerində olmasını sübüt edən faktları nəzərə almamışdır.
3. İş materiallarında iddiaçının həmkarlar ittifaqının iclasına çağrıldığı və ondan izahat tələb olunduğu görünmür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
17. Maddə 43. “e” bəndi. Əmək müqaviləsində işçinin əmək funksiyası mütləq göstərilməlidir.
18. Maddə 70. ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. Maddə 71. 2 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
20. Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
21. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. İşdən görünür ki, iddiaçının dəlilləri işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçı 7 yanvar 2020-ci il tarixdən işə çıxmamaqla əmək müqavilə üzrə funksiyalarını yerinə yetirməmişdir.
31. Göstərilən vəziyyətdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsaslar olduğundan məhkəmə iddianı əsassız sayaraq rədd etmişdir.
32. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə müvafiq olaraq həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır.
33. İddiaçının işdən qərəzli olaraq çı xarılması barədə dəlilləri də apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və həmin dəlillərin də əsassız olması müəyyən olunmuşdur.
34. Göstərilənlərlə əlaqədar kollegiya iddianın əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11467/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən s