Məhkəmə qərarları › İş №2(102)-2513/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2513/2022

23.08.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2513/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətin keçməsi ilə bağlı sığorta məbləğinin ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10944/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətn aməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanda qeydiyyatdadır. 2. 20.10.2003-cü il tarixli, ZE № ******* seriyalı Bakı şəhəri Nizami rayon RHK tərəfindən verilmiş hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 yanvar 2013-cü il tarixli 21 sa ylı qərarı ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1994-cü il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «İrinli follikulyar angina» və xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «Kəskin enterokolit. Disbakterioz» (SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2012-ci il tarixli 2152 nömrəli məktubu, göndərişi, xx.xx.2012-ci il tarixli 1178 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2001-ci və xx.xx.2002-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi – terapevtin və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır».

4. İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir.

5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ərizəsinə 22 fevral 2021-ci il tarixdə 07-07-57 saylı məktubla cavab verərək, 2008-ci ildə hərbi xidmətdən tərxis olunub, bu hadisədən 7 ildən artıq müddət keçdikdən sonra, yəni 2015-ci ildə İİ qrup əlillik dərəcəsi aldığından, ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğu iddiaçının nəzərinə çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət S ığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildə orta məktəbi, 1998-ci ildə Bakı Ali Hərbi Məktəbi bitirərək leytenant hərbi rütbəsi, xx.xx.2000-ci ildən baş leytenant hərbi rütbəsi almışdır. xx.xx.2008-ci ildən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar xəsarət almışdır və bu səbəbdən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik dərəcəsi verilmişdir. A ncaq hərbi qulluqçu kimi İİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra ona Dövlət Sığorta Şirkəti tərəfindən ödənilməli olan sığorta pulu ödənilməmişdir.

8. İddia tələbinin hüquqi əsası kimi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 151-ci maddəsinə, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, 5-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə istinad etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)3004/2021 nömrəli qət naməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmişdir.

10. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisənin həlli üçün tətbiq edilməli olan «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Qanunun imperativ tələbindən göründüyü kimi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Hazırkı halda, İddiaçı əlillik xidmətdən buraxıldığ ı gündən 3 il müddətində deyil, bundan xeyli sonra təyin edilmişdir və iddiaçı, qanunun tələbinə görə, sığorta məbləğini almaq hüququna malik deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10944/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(006)3004/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat şəxsi icbari sığorta pulunun tutularaq iddia çıya verilməsi qət edilmişdir.

13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən gəldiyi qənaət əsassız olmuş və maddi hüquq norması səhv tövsif edilmişdir.

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra onun əlil hesab edilməsinə əsas verən fiziki və sosial məhdudiy yətləri artıq yaranıbsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması icbari sığorta haqqında qanunvericiliyin məqsədləri baxımından hərbi qulluqçuların sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz.

15. Apellyasiya məhkəməsi cavabehin sığorta ödənişindən imtinasında istinad olunan dəlili barədə qeyd etmişdir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti zamanı alması ilə bağlı olmasını müəyyən etməkdir. Hazırkı mülki iş materiallarının 4-cü səhifəsində olan arayış və 8-ci səhifəsində olan qərardan müəyyən olunur ki, iddiaçı ikinci qrup əlildir və əlilliyin səbəbi hərbi xidmət dövründə aldığı xəstəlikdir. “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununda nəzərdə tutulan üç illik müd dət hazırkı işin faktiki halları baxımından əhəmiyyət kəsb etmir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarına əsasən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Qətnamənin hüquqi dəyərləndirmə hissəsində Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarına istinad edilmişdir. Həmin Qərar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin ödənilməsinin qayda və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsini nəzərdə tutur və sözügedən qanun qüvvəyə mindikdən sonra baş vermiş sığorta hadisələrinə görə sığorta ödənişinin verilməsi ilə bağlı mübahisələr in hansısa həlli qaydasına toxunmur. Bu səbəbdən həmin Qərarın bu mübahisəyə tətbiqi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə

27. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanunu

22. Maddə 5ç. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya x əstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

30. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzg ün nəticəyə gəlməmişdir.

34. Beləki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 yanvar 2013-cü il tarixli 21 saylı qərarı əsasında 2-ci qrup əlillik dərəcəsi verilmişdir.

35. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Qanunun imperativ tələbindən göründüyü kimi, xidmə ti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Hazırkı halda, İddiaçı əlillik xidmətdən buraxıldığı gündən 3 il müddətində deyil, bundan xeyli sonra təyin edilmişdir.

36. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasında nəzərdə tutulan “üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İV, Vİ hissələri və 38-ci maddəsinin İ və İİİ hissələrinə uyğunluğu baxımı ndan, həmçinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasının “həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar “üç il müddətindən sonra sığortaolunanın əlilliyi müəyyən edildikdə” bunun sığorta hadisəsi hesab edilməsinin və ona görə sığorta ödənişinin həmin Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilməsinin mümkünlüyünün bərabərlik və sosial təminat hüququ baxımından şərh edilməsini xahiş etmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 18 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin müraci ətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir.

38. Həmin qərardadın əsaslandırıcı hissəsi belə olmuşdur:

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarında yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıradək bu əsaslara görə birdəfəlik sığorta məbləğini almamış hərbi qulluqçulara sığorta məbləğinin verilməsi məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qanunun digər müddəalarına Konstitusiya Məhkəməsinin Plenumu öz münasibətini bildirməmiş və mə sələnin həllini konkret baxılan iş üzrə ümumi yurisdiksiya məhkəmələrin mülahizəsinə buraxmışdır.

40. Konstitusiya Məhkəməsinin Plenumu 2014-cü il 28 yanvar tarixli Qərarında qeyd etmişdir ki, şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətən daş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.

41. Bununla belə həmin Qərarda Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrinə əsaslanaraq qeyd edilmişdir ki, konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Belə əsaslar (izahlar) sırasında Qanunun bu və ya digər tələbləri də çıxış edə bilər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinə görə ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə İİ qrup əlilliyə görə (orqanizmin funksiyalarının 61-80%)- 60 faiz məbləğində sığorta ödənişi verilir.

42. Göründüyü kimi, əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilmişdir.

43. Bu səbəbdən hər bir konkret iş üzrə alınmış xəsarətə (yaralanma, travma, kontuziya) və ya xəstəliyə görə əlilliyin dərəcəsinin müəyyən edilməsi üçün Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılması faktı araşdırılmalı və nəticəsindən asılı olaraq Qanunun tələblərinə uyğun qərar qəbul edilməlidir.

44. Hazırkı işdə iddiaçının üç illik müddəti üzrlü olaraq buraxmasına dair heç bir sübut təqdim edilməmişdir.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Kollegiya qeyd edir ki, işin faktiki halları işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən a raşdırılır və tərəflər işin faktiki halları, o cümlədən tələb və etirazlarının əsası kimi istinad etdikləri sübutları həmin məhkəməyə təqdim etməlidirlər. Hal-hazıradək iddiaçı hərbi xidmətdən təxris olunduqdan uzun illər sonra (10 il sonra) əlillik alması halına aydınlıq gətirməmiş və müddətin üzrlü buraxılması məsələsini qaldırmamışdır.

47. Ona görə kollegiya hesab edir ki, hazırkı iş üzrə qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Kollegiyanın fikrincə apellyasiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndində nəzərdə tutulan 3 illik müddət burax ıldığı üçün iddia təmin oluna bilməz. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: C avabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10944/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar