Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2514/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinə (əvvəlki adı X5 İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikasının Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinə (əvvəlki adı X5 İdarəsi) qarşı “işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, sənədlərin saxtalaşdırılması və mənəvi ziyana görə təzminat” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-63*/2024 nömrəli 2 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı *997-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsinin Ağcabədi şəhəri, Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsi onunla 2*.*2.20*8-ci ildə bir ilədək, 20.*2.20*9-ci ildə bir ilədək əmək müqaviləsi bağlamışdır.
2. İddiaçı xx.xx.*956-cı il təvəllüdlü olmaqla və dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə *7.04.202*-ci ildə çatmış, onunla Cavabdeh arasında sonuncu əmək müqaviləsi *5.09.202*-ci ildə bağlanmışdır. Həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış, elektron informasiya sistemində əmək müqaviləsinin müddəti *7.04.2022-ci il qeyd olunmuşdur.
3. X5 İdarəsi İddiaçı ilə əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsi nin müddətinin qurtarmasına) əsasən, 2* oktyabr 202*-ci il tarixdən xitam vermişdir.
4. İddiaçı əmək kitabçası 27.*0.202*-ci il tarixdə təhvil verilmişdir.
5. X5 İdarəsi *5.*0.202*-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı *7 aprel 202*-ci ildə tamam olduğuna görə, *7 oktyabr 202*-ci ildən İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 25.*0.202*-ci il tarixli məktubla X5 İdarəsinə cavab verərək, İddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirmişdir.
7. İddiaçı əmək müqaviləsinin surətini təsdiqləmək üçün Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin onun adına ola n 040**66 №-li əmək kitabçasının 57-ci səhifəsində pozulma olduğu üçün notarius əmək kitabçasının surətini təsdiq etməkdən imtina etmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*4 Xidməti Bərdə Regional Ərazi Şöbəsinin İddiaçı ünvanladığı ** yanvar 2022-ci il tarixli, 22*3000522* saylı məktubuna əsasən “çalışmanın yaş həddi 202*-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X5 İdarəsinin Bərdə Regional Ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə *5.09.202*-ci ilin sentyabr ayından *7.*0.202*-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sab iq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Sabiq mühasib X6 izahat verərək bildirmişdir ki, əmək müqaviləsini sistemə daxil edərkən texniki səhv olaraq * ay əvəzinə 6 ay uzadıldığını qeyd etmişdir. İdarənin kargüzarı X3 təqdim etdiyi izahatda isə işdən çıxmağınız barədəki əmr əmək kitabçanıza işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir. Araşdırma zamanı həmçinin əmək müqavilənizə xitam verilərkən, sizə mövcud qanunvericiliyə uyğun olaraq son haqq hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur. Yol verilmiş nöqsanlarla əlaqədar X5 İdarəsinin rəisi Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 23.*2.202*-ci il tarixli *053*70 saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət tələbi i lə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.”
9. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin 2* iyun 2022-ci il tarixli, **/04-*574/2022 saylı məktubuna əsasən, Cavabdeh tabeliyində fəaliyyət göstərən Üzeyir Hacibəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində Nazirlik tərəfindən xidməti araşdırma aparılmış, araşdırma nəticəsində cinayət əməlləri olan hüquqpozmalar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.*-ci maddəsinə uyğun olaraq sözügedən müəssisədə aparılmış araşdırma ilə bağlı sənədləri hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
10. Cavabdeh xx.xx.2022-ci il tarixli, *90 saylı məktubuna əsasən, Ü.Hacıbəyli adına Şəhər uşaq incəsənət məktəbinin keçmiş direktoru İddiaçı son haqq-hesabı 400,65 manat hesablanmış, hesablanmış son haqq-hesabdan (gəlir vergisi 28,09 manat, sosial sığorta haqqı 3 faiz -*2,02 manat, işsizlik 0,5 faiz - 2,0 manat, tibbi sığorta - 8,0* manat və YAP üzvlük haqqı - 4,0* manat) cəmi - 54,*3 manat tutulmaqla kart hesabına 24 dekabr 202*-ci il tarixdə 346,52 manat köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İdarəsi rəisinin 2*.*0.202*-ci il tarixli, *6* №-li əmrinin ləğv edilməsi, onun Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin di rektoru vəzifəsinə bərpa edilməsi, 2*.*0.202*-ci ildən əvvəlki vəzifəyə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutulmaqla ödənilməsi, ona məxsus əmək kitabçasına, X5 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntuları *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * (bir) ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması, işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00.000 manat məbləğində pulun cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə Heydər Əliyev və Yaşat fonduna köçürülmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, elektron imza ilə təsdiq olunmuş xxxxxxx000208 №-li əmək müqaviləsi bildirişinə əsasən bağlanmış əmək müqaviləsinin müddəti *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək dövrü əhatə etmişdir. X5 İdarəsinin rəisi Nümayəndə2 hüquqa zidd nəticələrə səbəb olan hərəkətlər etmişdir. Belə ki, *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək müqavilə bağlanması razılaşdırıldıqdan sonra, içərisi doldurulmamış 2 nüsxə əmək müqaviləsi onun tərəfindən imzalanaraq, idarənin əməkdaşı R.Əmirovaya verilmiş və heç nədən şübhələnmədən əmək fəaliyyətini davam etdirmişdir. 2*.*0.202*-ci il tarixdə iş günü başa çatdıqdan sonra idarənin rəisi Nümayəndə2 idarənin əməkdaşı Rövşanə Əmirovanı məcbur edərək, onun işdən azad olunması barədə əmr və * ay əvvəlki müddətə, yəni * ay müddəti olan müqavilə hazırlamağı tapşırmışdır. Eyni zamanda yeni müqaviləyə məktəbin direktoru, yəni onun imza etdirməyəcəyi təqdirdə onu işdən azad edəcəyini bildirmişdir. Həmin anda qüvvədə olan *5.09.202*-ci ildən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcud olan * nüsxəsini onun gözləri önündə cıraraq məhv etmişdir. Sonradan işdən çıxarılma təhdidi altında olan R.Əmirova təsadüfən qovluğun arasında imzalanmış, lakin içərisi tam yazılaraq doldurulmamış əmək müqaviləsi blankının ikinci nüsxəsini Nümayəndə2 göstərmiş və onun təhriki ilə müəyyən pozuntular aparılmaqla qanunsuz olaraq tərtib etmişdir. Mübahisəli əmrin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi b ildirişinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatların surətini 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*4 Xidməti Bərdə Regional ərazi Şöbəsinə vəkil vasitəsi ilə sorğu ilə müraciət olunaraq əldə edilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tərkibi süni surətdə, əslində ciddi qanun pozuntusuna yol verilməklə yaradılmışdır. Göründüyü kimi *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat portalda mövcud olmuş və məlumat əmək kitabçasına daxil edilmiş *5.09.202*-ci il tarixli 93 №-li əmrlə imzalanmışdır. Ona məxsus əmək kitabçası sonradan tərtib edilmiş, *5.09.202*-ci ildən 2*.*0.202*-ci il tarixədək * ay müddətinə saxta müqavilənin tarixləri dəyişdirilmişdir. X5 İdarəsinin əmr kitabında portalda mövcud olan *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək olan 7 ay müddətli əmək müqaviləsi qeydiyyatının yazılışda pozularaq saxtakarlıq edilmişdir. Əmr kitabından əmək kitabçasına köçürülərkən edilən bu pozuntular virtual olaraq mövcud deyilsə, bu o deməkdir ki, əmr kitabı bütövlükdə dəyişdirilərək, 202*-ci ilin dekabr ayının sonlarında yenidən yazılmışdır. Yuxarıda göstərilən halların ekspertiza edilməsi, “Azercell” mobil operatoru vasitəsi ilə 22.*0.202*-ci il, 23.*0.202*-ci il, 26.*0.202*-ci il, 27.*0.202*-ci il tarixlərdə R.Əmirovaya məxsus 050-529-42-*7 nömrəli mobil telefonu ilə aparılan danışıqlar idarə rəisinin tabeliyində olan R.Əm irovanın saxtakarlığa təhrik edilməsinin sübutudur. Onunla əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin kobud şəkildə pozulması ilə baş vermişdir. Yəni 7 ay müddətinə mövcud olan əmək müqaviləsi ciddi saxtakarlıq edilərək, müdaxilə edilməklə müddətin birtərəfli qaydada azaldılması ciddi qanun pozuntusu olmaqla yol verilməzdir.
13. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşmişdir. Onun müqaviləsinə xitam verilərkən artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilmiş şərtlərlə ehtiva etmişdir. Yəni burada sonrakı gedişat yuxarı orqa n olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Həmin razılıq isə məhkəməyə tədim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, əsaslı olaraq müqavilə müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçı ilə müqavilənin * ay kimi qısa müddətə uzadılmasına səbəb isə, nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır. Həmçinin müqaviləyə işəgötürənin təşəbbüsü ilə xitam verilmədiyi üçün bu məsələdə işəgötürənin hansısa məsuliyyəti mövcud deyil, yəni əmrin ləğv olunması üçün hər hansı bir hüquqi əsas yoxdur. Göründüyü kimi iddiaçının müqaviləsinin * aylıq müddətinə uzadılmasına səbəb onun həmin ərəfədə bu vəzifəyə təyin olunmağı və nazirlikdən rə smi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi olmuşdur. Həmin müqavilə müddətinin elektron informasiya ehtiyatında çox göstərilməsi yalnız texniki səhvdir. İddiaçı özü də elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu bilməmişdir. Əgər bilsə idi, ondan çalışma müddətinin artırılması ilə bağlı Mədəniyyət Nazirliyinə məktub göndərilməsini xahiş etməzdi. Bu faktlar da elektron informasiya qeydiyyat sistemində 2022-ci ilin aprel ayına qədər yazılmış məlumatın texniki səhv olduğunu təsdiq etmişdir. İddiaçı elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu sonradan bilmiş və özü əmək kitabçasında bu barədə qaralama aparmışdır. İddiaçının çalışma müddətinin 2022-ci ilin aprel ayına qədər uzadıldığı barədə idarənin əmrlər kitabında heç bir qeydiyyat aparılmamışdır. O cümlədən, iddiaçının iddia etdiyi kimi əmrlər kitabının dəyişdirilməsi mümkün olmamış, çünki o, 202*-ci ilin avqust ayından vəzifəyə təyin edilmiş, əmrlər kitabı isə onun təyinatından 4 ay öncə tərtib edilmiş, əvvəlki rəhbərlik tərəfindən təsdiq edilmiş, möhürlənmiş və may ayından avqust ayına qədər olan əmrlər əvvəlki rəhbərliyin imzası ilə əmrlər kitabına işlənmişdir. İddiaçı ona son haqq hesabın ödənmədiyi barədə də Əmək Müfəttişliyinə müraciət etmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə qeyd edilmişdir ki, əmrin surəti mühasibatlığa verilsin. Ona son haqq-hesabın verilib-verilməməsi mühasibatlığın öhdəsində olmuşdir. Digər tərəfdən iddiaçı bildirir ki, onunla 2022-ci ilin aprel ayına qədər baş kargüzar Rövşanə Əmirova tərəfindən doldurulub imzalanmış, onun tərəfindən imzalanmış və möhürlənmiş müqavilə olmuşdur. Göründüyü kimi belə bir müqavilə heç vaxt mövcud olmamışdr. 20.09.202*-ci tarixdə aktla elektron imzanı keçmiş baş mühasib N.Muxtarova təhvil vermiş və 0*.**.202*ci il tarixdə elektron imzanı geri təhvil almışdır.
14. Xocavənd Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(069)-*43/2022 nömrəli *7 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək hüquq nəzəriyyəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisədə əmək müqaviləsi ilə çalışan 65 yaşa çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orq anının rəhbərinin və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsin hüququdur, vəzifəsi deyil. İş materiallarındakı sənədlərdən göründüyü kimi, cavabdeh idarənin rəisi Nümayəndə2 iddiaçı ilə *5.09.202*-ci il tarixdən *7.*0.202*-ci il tarixədək öz hüququndan istifadə edərək * ay müddətli əmək müqaviləsi bağlamış, həmin müddət ərzində təqdimatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov isə öz hüququndan istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasını əsaslı hesab etməmişdir.
16. Birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı hesab etmişdir ki, cav abdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına xəsarət yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də əsassızdır və təmin oluna bilməz.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməsi, iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Konstitusiyasının 25.*, 35.2, 35.4, 60.*, 7*-ci maddəsinin *, 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 2*.2, 2*.3-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsini n “b” bəndinə, *0-*.*, *0-*.2, 68.*, 70-ci maddəsinin “e” bəndinə, 73.*, 288, 292.*, 292.2, 294.*, 296.*, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra – MPM) *4.2, 77.*, 88, *06.*, 2*7.4, 265.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)2*30/2022 nömrəli qətnaməsi ilə (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək müqaviləsi bağlanması barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin e-sisteminə texniki səhv olaraq daxil edilməsi iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.
23. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, iddiaçının saxta hesab etdiyi əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbərdar olması, bununla bağlı heç bir bildirişi almaması barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır.
24. Digər tərəfdən iddiaçı onunla bağlanmış başqa əmək müqaviləsini təqdim edə bilməmiş, bildirməsinə görə onunla iki əmək müqaviləsi bağlanması, əmək müqaviləsinin cırılaraq atılması, cavabdeh təşkilatda başqa əmək müqaviləsi olması barədə sübut təqdim edə bilmədiyi üçün dəlilləri əsassız hesab edilmişdir. Belə ki, cavabdehin dəlillərindən görünür ki, iddiaçı ilə yalnız *5 sentyabr 202*-ci il tarixdə bir əmək müqaviləsi, * ay, yəni *5 oktyabr 202*-ci il tarixədək bağlanmaqla imzalanmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, *5.09.202*-ci ildən 2*.*0.202 *ci ilədək * (bir) ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması barədə iddiaçının dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığından əsassız hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi bundan əlavə iddiaçının onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz xitam verilməsi barədə dəlillərinə münasibətdə bildirmişdir ki, əmək müqaviləsi elektr on informasiya sistemində 7 ay, *7 aprel 2022-ci il tarixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının *7 aprel 202*-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 2* oktyabr 202*-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur.
27. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına zərər yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsi hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəl mişdir.
28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş imza ekspertiza mərkəzinin 4 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərlə və 4 noyabr 2022-ci il tarixli ərizədə və vəsatətdə göstərilmiş kargüzar R.Əhmədovanın cəlb edilərək izahat verməsi və qanunsuz hərəkətləri barədə prokurorluq orqanlarına göndərilməsi barədə dəlillərlə bağlı qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*4 Xidməti Bərdə Regional Ərazi Şöbəsinin İddiaçı ünvanladığı ** yanvar 2022-ci il tarixli məktubu ilə müəyyən edildiyi kimi, X5 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, cavabdeh idarənin kargüzarı X*0 izahatında iddiaçının işdən çıxmağı barədəki əmr əmək kitabçasına işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25.*, 35.2, 35.4, 60.*, 7*-ci maddəsinin *, 2-ci hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, *0-*.*, *0-*.2, *0-*.3, 45ci maddəsinin 4-cü hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68.*, 70-ci maddəsinin “e” bəndinə, 7*.3, 73.*, 73.2, 76, 288, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *4.2, 77.*, 88, *06.*, 2*7.4, 265.4-cü maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 n oyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək münasibətlərinin xitamı ilə bağlı hər hansı bir xəbərdarlıq edilməmişdir. Bundan başqa, iddiaçının xəbəri olmadan əmək müqaviləsi tərtib olunmuşdur. Belə ki, * aylıq əmək müqaviləsi iddiaçıdan xəbərsiz tərtib edilmiş və xitam verilmişdir. İddiaçının saxta əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbəri olmuş, bununla bağlı heç bir bildiriş almamışdır. Yol verilmiş nöqsanlarla əlaqədar cav abdehə Əmək Müfəttişliyi tərəfindən cərimə tətbiq edilmişdir. Həmin qərar qüvvəyə minmiş və icra olunmuşdur. Beləliklə, cavabdeh iddiaçının razılığı olmadan əmək müqaviləsini saxtalaşdırmış və əmək münasibətlərinə xitam verərək qərar qəbul etmişdir. Lakin bu qərarla iddiaçını tanış etməmiş, üstəlik əmək kitabçasına müdaxilə edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi sübutların düzgün qiymətləndirilməsi üçün ekspertiza təyin etməmiş, Əmək Məcəlləsinin müvafiq maddələrinin cavabdeh tərəfindən kobud şəkildə pozulmasını diqqətə almamışdır. Həmçinin, cavabdeh qanunsuz hərəkətlərin iddiaçı tərəfindən edildiyini bildirsə də, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi ekspert rəyi vasitəsilə cavabdeh ifşa olunmuşdur.
32. Kassator kassasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, saxtalaşdırmanın əsas icraatçısı olan idarənin baş kargüzarı R.Əmirova ilə 22.*0.202*, 23.*0.202*, 26.*0.202*, 27.*0.202*-ci il tarixli telefon danışıqları qeyd edilmiş yaddaş kartı hər iki instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, araşdırılmamış, ekspertizaya göndərilməmiş, verilən vəsatətlərə baxmayaraq R.Əmirova məhkəməyə çağırılmamışdır. O cümlədən, *5.09.202*-ci il tarixdə istər 7, istərsə də saxta * aylıq əmək müqaviləsi bağlanması zərurəti araşdırılarkən bundan əvvəlki əmək müqaviləsinin başa çatıb-çatmaması araşdırılmamışdır. Digər tərəfdən, Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbinin direktoru ilə müqavilə imzalamaq Mədəniyyət Nazirliyinin deyil, Nümayəndə2 müstəsna səlahiyyəti olmuşdur. Əgər o, bu məqsədlə * aylıq müqavilə bağlamışsa, Mədəniyyət Nazirliyinə müraciət saxta müqavilə müddətinin başa çatmasına 2 gün qalmış deyil, müqavilə imzalanan ərəfədə müraciət edilməli idi. Müraciətin əslində bəhanə olduğunu sübut edən digər amil isə işdən çıxma tarixinin 2*.*0.202*-ci il, Mədəniyyət Nazirliyinin məktubunun isə 25.*0.202*-ci il tarixli olmasıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(*02)- ***0/2023 saylı, *4.03.2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (məruzəçi), V.T.Həsənov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
34. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilmişdir. Həmin norma əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsinin mümkünlüyünü müəyyən edir.
36. Bu halda mübahisənin düzgün həlli (əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun tələbinə əməl olunmasının yoxlanması) üçün ilk növbədə əmək müqaviləsi müddətinin müəyyən edilməsi zəruridir.
35. İşçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
36. İddiaçı onda əmək müqaviləsinin nüsxəsinin olmadığını bildirmişdir. Cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətind ə isə müqavilə müddəti *7.*0.202*-ci ilədək qeyd olunmuş və işə baxmış məhkəmələr də həmin müqaviləni sübut kimi qəbul etmişlər.
37. Lakin iddiaçı onunla *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsi ilə müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirmişdir. Cavabdeh isə, bu dəlili rədd etmiş və müqavilə müddətinin *7.*0.202*-ci il tarixədək müəyyən edildiyini iddia etmişdir.
38. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad etmiş və əmək müqaviləsi bildirişini təqdim etmişdir. Həqiqətən də elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur.
39. Bu qeydin baxı lan iş üzrə mübahisəli hallara aydınlıq gətirilməsi baxımından əhəmiyyəti və mötəbərliyi ilə bağlı məsələyə gəldikdə qeyd olunmuşdur ki, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-*-ci hissəsi). 40. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Az ərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.3.9 və 4.3.*0-cu bəndlərinə əsasən, “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən başqa məlumatlarla yanaşı əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz) və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix barədə məlumatlar da sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir.
41. Həmin qaydaların 8.*-ci bəndində deyilir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə güclə ndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.
42. Göründüyü kimi əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar vardır. Həmin bildirişə daxil edilən məlumatlar işəgötürən tərəfindən, əmək müqaviləsi əsasında tərtib olunur və elektron imza vasitəsilə təsdiq olunur. Başqa sözlə, əmək müqaviləsi bildirişi əmək müqaviləsində olan məlumatları əks etdirməklə yanaşı, hüquqiliyi və mötəbərliyi şübhə doğurmur.
43. İddiaçının əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı həmin düzəlişin də işəgötürənin işçisi – kargüzar X*0 tərəfindən icra edildiyini bildirmişdir. İddiaçı bunu təsdiq edən sübut kimi Əmək Müfəttişliyinin ona ünvanladığı **.0*.2022-ci il tarixli məktubunu təqdim etmişdir (səh *8). Həmin məktu bda göstərilmişdir ki, X*0 izahatında iddiaçının əmək kitabçasına düzəliş etdiyini bildirmişdir.
44. Göründüyü kimi iddiaçının əmək kitabçasında da əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən pozuntu ilə dəyişdirilmişdir.
45. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətinə, habelə Mədəniyyət Nazirliyi X5 İdarəsində əvvəllər mühasib işləmiş X* məhkəməyə ünvanladığı yazılı izahata istinad etməklə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış *5.09.202*-ci il tarixli əmək müqaviləsində müqavilə müddəti *7.*0.202*-ci ilədək müəyyən olunmuşdur.
46. Bundan başqa, X* məhkəməyə ünvanladığı yazılı izahata sübut kimi istinad edilməsi də qanunauyğun olmamışdır. Qanunvericilikdə şahidin dindirilməsi üçün xüsusi qaydalar müəyyən olunmuşdur (MPM-nin *95 və *96-cı maddələri). Yalnız prosessual qaydalara uyğun alınmış ifadə sübut kimi qəbul oluna və həmin məlumatlata istinad oluna bilər. Lakin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi X* yazılı izahatı bu qaydalarla əldə edilməmişdir. Ümumiyyətlə həmin izahatda olan imza notariat qaydada təsdiq edilməmişdir. Məhkəmənin X* həqiqətən də Mədəniyyət Nazirliyi X5 İdarəsində əvvəllər mühasib işləməsi barədə nəticəyə nəyin əsasında (əmək müqaviləsi, işə qəbul əmri) gəldiyi də əsaslandırılmamışdır.
47. Məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin *4-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab verməmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi bundan əlavə iddiaçının onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinə dək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz xitam verilməsi barədə dəlillərinə münasibət bildirəndə qeyd etmişdir ki, əmək müqaviləsi elektron informasiya sistemində 7 ay, *7 aprel 2022-ci il tarixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının *7 aprel 202*-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 2* oktyabr 202*-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur.
49. Məhkəmənin bu əsaslandırması ziddiyyətlidir olmuşdur. Çünki, iddia çı ilə əmək müqaviləsinə əmək müqaviləsi müddətinin bitməsi (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi) əsası ilə xitam verilmişdir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması isə, əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində müəyyən edilmişdir.
50. Bundan başqa, cavabdeh iddia tələbinə qarşı izahatında bildirmişdir ki, iddiaçının 65 yaşı tamam olduqdan sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır, həmin razılıq isə məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir.
51. Lakin işin hallarından görünür ki, cavabdeh *5.*0.202*-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəni yyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı *7 aprel 202*-ci ildə tamam olduğuna görə, *7 oktyabr 202*-ci ildən onunla yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş etmişdir. Mədəniyyət Nazirliyi cavabdehə 25.*0.202*-ci il tarixli məktubla cavab verərək, iddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh Mədəniyyət Nazirliyinin cavabını gözləyirdi və Mədəniyyət Nazirliyinin 25.*0.202*-ci il tarixli cavab məktubu cavabdeh X5 İdarəsinə 02.**.202*-ci ildə daxil olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə isə artıq həmin cavab gələnədək – 2*.*0.202*-ci ildə xitam verilmişdi.
52. Yəni, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə, əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verdiyi mübahisəsiz olmuşdur.
53. Göründüyü kimi məhkəmənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini həm də onun dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əsaslandırması həm işin hallarına, həm də qanuna (Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə) ziddir.
54. Cavabdehin iddiaçı ilə sonuncu əmək müqaviləsini bir ay müddətinə bağlanmasını təsdiq etmək üçün irəli sürdüyü dəlillərdən biri ondan ibarətdir ki, “İddiaçı ilə müqavilənin * ay kimi qısa müddətə uzadılmasına səbəb, nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır.... Göründüyü kimi iddiaçının müqaviləsinin * aylıq müddətinə uzadılmasına səbəb onun həmin ərəfədə bu vəzifəyə təyin olunmağı və nazirl ikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi olmuşdur”.
55. Lakin iddiaçının bu dəlili də işin halları baxımından ziddiyyətlidir. Belə ki, Nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi məqsədi ilə iddiaçı ilə əmək müqaviləsi müddəti bir ay müəyyən etdiyi halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin bağlanmasına münasibət bildirmək üçün Mədəniyyət Nazirliyinə *5.*0.202*-ci il tarixli məktubla, yəni əmək müqaviləsi bağlandığı bir ayın tamamında müraciət etmişdir.
56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
57. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldı rmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
58. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 9, *0-*.*, *0-*.2, *0-*.3, *2, 45, 47, 6870, 7*, 73 76, 288, 296-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, MPM-in *4.2, 77.*, 88, 407.2, 4*6.* və 4*6.2-ci mad dələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
59. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə* apellyasiya şikayətini müdafiə etdiyini qeyd etmiş və bildirmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçı ilə X5 İdarəsi arasında *5 sentyabr 202*-ci il tarixində sonuncu əmək müqaviləsi 7 ay müddətinə bağlanılmış, müqavilənin müddəti *7 aprel 2022-ci ilədək müəyyən edilmişdir. Həmin vaxt əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərində isə müqavilənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. Onda olan əmək müqaviləsi nüsxəsində müqavilənin *7 aprel 2022-ci ilədək olması qeyd edilmişdir. Digər nüsxə isə sonrada n saxtalaşdırılaraq müqavilənin *7 oktyabr 202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Lakin hazırda iddiaçıya verilmiş *7 aprel 2022-ci ilədək nəzərdə tutulmuş əmək müqaviləsi iddiaçıda deyil və həmin müqavilə idarənin rəisi Nümayəndə2 tərəfindən cırılmışdır. Həmçinin, iddiaçının əmək kitabçasının üzərində düzəlişlər edilməklə saxtakarlığa yol verilmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirt. Eyni zamanda bildirdi ki, həqiqətən də Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində aşkar edilmiş faktlarla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır. O əmindir ki, həmin cinayət işi üzrə araşdırmanın yekununda iddiaçının hər hansı bir təqsirinin olmaması öz təsdiqini tapacaqdır. Həmin cinayət işi üzrə araşdırma zamanı cavabdeh id arənin müdiri Nümayəndə2 və həmin idarənin əməkdaşlarının yol verdikləri saxtakarlıqlarla bağlı da müvafiq sənədlər təqdim ediləcək və inanır ki, cavabdeh idarənin işində yol verilmiş nöqsanlara görə onların təqsiri sübut olunacaqdır.
60. Apellyasiya məhkəməsinin *2 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X*0 çıxış edərək bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X5 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. O bildirmişdir ki, ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdu r. Lakin ağardıcının altındakı ilkin yazı da “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” yazısı kimi onun tərəfindən icra olunmuşdur. Ağardıcı ilə düzəlişin hansı şəraitdə əmələ gəlməsinə dair hər hansı izah verə bilmir.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş X7 adına İTİ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edi lmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir.
62. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X*5 (sədrlik edən və məruzəçi), X*6 və X**) 2(*06)-908/2023 saylı, 04.*0.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, işçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. İddiaçı tərəf əmək müqaviləsinin nüsxəsinin onda olmadığını bildirmiş, həmin nüsxənin cavabdeh idarənin rəisi Nümayəndə2 tərəfindən cırıldığını qeyd etmişdir. Cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində isə müqavilənin müddəti *5.09.202*-ci ildən *7.*0.202*-ci ilədək qeyd olunmuşdur. Lakin i ddiaçı tərəf iddiaçı ilə *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsində müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirmiş, qeyd etmişdir ki, əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərində isə müqavilənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. İddiaçıya verilmiş, lakin sonradan idarənin rəisi tərəfindən cırılmış nüsxədə müqavilənin müddəti *7.04.2022-ci ilədək olmuş, digər nüsxə isə sonradan saxtalaşdırılaraq müqavilənin *7.*0.202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Cavabdeh tərəf isə bu dəlili rədd edərək müqavilənin *7.*0.202*-ci ilədək bağlandığını qeyd etmişdir.
64. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzlə şdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad etmiş, əmək müqaviləsi bildirişini təqdim etmişdir. Həqiqətən də, elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur.
65. İş materiallarından görünmüşdür ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 20.09.202*-ci il tarixində sistemə daxil edilmişdir. İşdəki 20.09.202*-ci il tarixli və 0*.**.202*-ci il tarixli aktlardan isə göründüyü kimi, X5 İdarəsinin rəisi X*2 məxsus 00204630*572 seriyalı Elektron imza 20.09.202*-ci il tarixindən 0*.**.202*-ci il tarixədək Regional idarənin sabiq baş mühasibi X2 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. Namizəd Muxtaro vun məhkəmə iclasında şahid qismində dindirilməsi baş tutmasa da, onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi alınmış, Namizəd Muxtarov X5 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsinin *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə etdiyini, bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etdiyini bildirmişdir. Namizəd Muxtarovun cavabdeh idarədə vəzifəyə təyin edilməsi və dövlət qulluğuna xitam verilməsinə dair 649-k saylı, 28.*2.20*6-cı il tarixli və 5**-k saylı, 0*.**.202*-ci il tarixli əmrlər iş materiallarına əlavə olunmuşdur.
66. Bundan başqa, iddiaçı əmək kitabçasında düzəlişl ərin edilməsinə də istinad edərək, əmək kitabçasının əslini təqdim etmişdir. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X7 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir. 67. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı da həmin düzəlişin cavabdehin işçisi kargüzar X*0 tərəfindən icr a edildiyini bildirmişdir. Təkrar apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X*0 bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X5 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. Ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. X4 cavabdeh idarədə işləməsi ilə bağlı X5 və Turizm İdarəsi üzrə 69 nömrəli, 05.04.20*7-ci il tarixli və *96 nömrəli, 3*.07.20*7-ci il tarixli əmrləri iş materiallarına əlavə olunmuşdur. 68. *5 sentyabr 202*-ci il tarixində bağlanmış əmək müqaviləsinin (kontraktının) əslindən görünür ki, X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış həmin müqavilənin müddəti *5 sentyabr 202*-ci il tarixdən *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə nəzərdə tutulmuşdur.
69. Məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişindəki və əmək kitabçasındakı məlumatların doldurulmasının əmək müqaviləsinə uyğun aparılmalı olması ilə bağlı qaydanı nəzərə alaraq belə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış *5.09.202*-ci il tarixli müddətli əmək müqaviləsinin tarixi həqiqətən də *7.*0.202*-ci ildə bitmişdir. Bu barədə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində və əmək kitabçasında texniki səhvlərə yol verilməsi və ya düzəlişlərin edilməsi əmək müqaviləsində nəzərdə tutulmuş müddətin fərqli müəyyən edilməsini düşünm ək üçün əsas vermir. Odur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin qurtarmasına görə xitam verilməsi qanuni və düzgün olmuşdur. Ona görə də X5 İdarəsinin 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir və birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
70. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçının Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və 2*.*0.202*-ci ildən əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissələ rdə tələb bilavasitə 2*.*0.202*-ci il tarixli, *6* saylı əmrin ləğv edilməsi ilə bağlı olduğundan, həmin əmrin ləğv edilməsinə dair hissədə isə tələb təmin edilmədiyindən, birinci instansiya məhkəməsi işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı hissələrdə də iddia tələbini rədd etməkdə haqlı olmuşdur. *02. Bundan başqa, iddiaçı işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X2* və “Yaşat” Fonduna köçürülməsini tələb etmişdir.
71. İddiaçı həmin hissədə tələbini əsaslandırarkən bildirmişdir ki, 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələ rdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8-ci ildə Prezidentin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və medalı ilə təltif edildiyi halda, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur.
72. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyindən, cavabdeh tərəfindən ona hər hansı mənəvi ziyanın vurulması ağlabatan deyil. Belə ki, iddiaçının işdən azad olunması ilə bağlı cavabdehin qanunsuzluğa yol verməsi müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyana dair hissəsində də iddianı təmin etməməklə düz gün nəticəyə gəlmişdir.
73. İddiaçı həm də ona məxsus əmək kitabçasına, X5 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası bildirir ki, həmin hissədə də tələb təmin edilə bilməz. Belə ki, hazırkı iş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun 22 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində törədil miş cinayət xarakterli hüquqpozmalara dair rayon prokurorluğunda araşdırma aparılaraq fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə 2302360** nömrəli cinayət işi başlanmışdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd etdiyi xüsusatların həmin cinayət işi üzrə araşdırılması mümkün olduğundan hazırda həmin hallarla bağlı xüsusi qərardadın çıxarılmasına zərurət yoxdur.
74. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 43, 44, 68, 87, 290, MPMin *4.2, 77.* və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
76. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
77. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, iş üzrə keçirilmiş iki ekspertiza rəyində də baş vermiş qanunsuzluq halları öz təsdiqini tapsa da, Şirvan Apellyasiya Məhkəməsi sübut qismində müəyyən edilmiş ekspert rəylə rinə düzgün hüquqi qiymət verməmiş, qərəzli qətnamə qət etmişdir. Şahid ifadələrindən və təqdim olunan sənədlərdən də aydın olur ki, əmək müqaviləsinə əsassız və qanunsuz müdaxilə olunmuş, sənəd saxtalaşdırılması baş vermişdir. Lakin məhkəmə Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənərək iş üzrə əlaqələndirə bilməmiş, işin hallarını nəzərə alaraq əsaslı və qanuni qətnamə qət etməmişdir. Qəbul edilmiş qətnamə formal xarakter daşıyır, məhkəmənin gəldiyi nəticə qətnamənin təsviri-əsaslandırıcı hissəsinə, o cümlədən, iş üzrə toplanmış sübutlara və inkar edilməsi mümkün olmayan faktlara uyğun gəlmir. Maddi hüquq normaları düzgün tətbiq olunmamışdır İddiaçı Cavabdeh 25 il müddətinə direktor vəzifəsində çalışmış və peşə fəaliyyəti müddətində heç bir nöqsana yol verməmişdir. Lakin, *5 sentyabr 202*-ci ildən-*7 aprel 2022-ci ilədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə xitam verilmişdir. Nəzərə alındıqda İddiaçı 20*8-ci il tarixində Prezident tərəfindən “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişdir. Azərbaycan Respublikası fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *999-cu il *4 may tarixli fərmanına əsasən, “Əməkdar mədəniyyət işçisi” fəxri adı mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyəti idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilir. İddiaçı əmək fəaliyyəti müddətində peşəkarlıq göstəriciləri layiqincə qiymətləndirilməyərək, onunla bağlanmış olan müqavilə saxtalaşdırılaraq, 65 yaşına çatmasını əsas göstərərək xitam verilmişdir. Nəticədə, qanunvericiliyin normaları və tələbləri işəgötürən tərəfindən nəzərə alınmayaraq, İddiaçı 70 yaşına qədər olan müddətdə icra edə biləcəyi fəaliyyətinə qəsdən son verilərək, Əmək Məcəlləsinin *2-ci maddəsinin “b” bəndinin pozuntusunun tərkibi işə götürən tərəfindən yaradılmışdır.
78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(*0 2)-220/2024 nömrəli, *0.0*.2024-cü il tarixli qərarı ilə (hakimlər Ə.M.Xıdırov (məruzəçi), E.R.Vəliyeva və E.Y.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
79. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində müqavilənin hansı müddətə bağlandığı və neçə il (ay) müddətinə bağlandığının qeyd edildiyi hissələrdə də düzəlişlər edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin düzəlişlərin edilməsi səbəbi lazımi şəkildə araşdırılaraq hüquqi qiymət verilməmişdir.
80. Apellyasiya instansiyası məhkəməsi, eləcə də həqiqətən də, elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləs inin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunduğunu, əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar olduğunu, həmin bildirişə daxil edilən məlumatların işəgötürən tərəfindən əmək müqaviləsi əsasında tərtib olunduğu və elektron imza vasitəsilə təsdiq olunduğunu qeyd etmişdir. İşə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərindən biri də bu barədə olmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi həmin məlumatların həqiqiliyini qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 20.09.202*-ci il tarixində sistemə daxil edilmişdir. İşdəki 20.09.202*-ci il tarixli və 0*.**.202*-ci il tarixli aktlardan isə gö ründüyü kimi, X5 İdarəsinin rəisi X*2 məxsus 00204630*572 seriyalı Elektron imza 20.09.202*-ci il tarixindən 0*.**.202*-ci il tarixədək Regional idarənin sabiq baş mühasibi X2 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. Namizəd Muxtarovun məhkəmə iclasında şahid qismində dindirilməsi baş tutmasa da, onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi alınmış, Namizəd Muxtarov X5 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsinin *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə etdiyini, bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etdiyini bildirmişdir.
81. Məhkəm ə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı barədə qeydin həqiqi olmamasına dair qənaətini kifayət qədər əsaslandıra bilməmişdir. X* məhkəməyə ünvanladığı yazılı izahata sübut kimi istinad edilməsi də qanunauyğun olmamışdır. Belə ki, MPM-nin 62.*-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
82. İş apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar baxılarkən müvafiq ekspertiza təyin edilməklə alınmış *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş X7 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-5 7ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir.
83. Təkrar apellyasiya baxışı zamanı şahid qismində ifadəsi alınmış X*0 ağardıcı boya üzərindəki xəttin ona aid olduğunu, ağardıcıdan isə məlumatı olmadığını bildirməklə düzəlişin səbəbinə aydınlıq gətirməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri tam icra edilməmiş, apelyasiya instansiyası məhkəməsinin araşdırması Azərbayca n Respublikası MPM-nin *4-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
84. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri tam icra edilmədən və işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
85. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 9, *0-*.*, *0-*.2, *0-*.3, *2, 43, 44, 45, 47, 68, 70, 7*, 73 76, 87, 288-ci MPM-in *4.2, 77.*, 88, 407.2, 4*6.* və 4*6.2-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraa t
86. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və İ.Q.Abdullayev) 2(*06)-63*/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsinin 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 2*.*0.202*-ci il tarixdən *7.04.2022-ci il tarixədək müddət üzrə işə bərpa edilmiş hesab edilməklə həmin müddət üzrə məcburi iş buraxmaya görə əmək haqqının müvafiq qaydada hesablanıb ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
87. Apellyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, X8 verdiyi məlumatdan görünür ki, elektron informasiya sistemində əmək müqaviləsinin müddətinin 2022-ci ilin aprel ayınadək uzadılması barədə qeyd vardır. Müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında və cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində müqavilənin hansı müddətə bağlandığı və neçə il (ay) müddətinə bağlandığının qeyd edildiyi hissələrdə düzəlişlər (qaralamalar) edilmişdir. Buna baxmayaraq birinci instansiyası məhkəməsi həmin düzəlişlərin edilməsinə lazımi qiymət verməmişdir.
88. İş üzrə məhkəmə sənədlərin texniki ekspertizasının *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş X7 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olmuş, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir. İddiaçı həmin düzəlişin cavabdehin işçisi kargüzar X*0 tərəfindən icra edildiyini bildirmişdir.
89. Kollegiya ekspert rəyi ilə yanaşı, iş üzrə digər materiallara, o cümlədən əvvəlki apellyasiya baxışında dindirilmiş şahid X3 ifadəsinə, notarial qaydada izahatı alınmış X* məhkəməyə ünvanladığı yazılı ərizəsinə qiymət verərək hesab etmişdir ki, bu hallar işəgötürənlə iddiaçı arasında bağlanmış *5.09.202*-ci il tarixli əmək müqaviləsinin müddətinin əvvəlcə “*7.04.2022-ci ilədək” kimi qe yd edildiyi faktının mövcud olması qənaətinə gəlməyə imkan verir. Beləliklə, əmək kitabçasında (elektron informasiya sistemində olduğu kimi) müqavilənin müddəti əvvəlcə *7.04.2022-ci il kimi göstərilmişdir; elektron informasiya sisteminə də müqavilənin müddətinin sonu *7.04.2022-ci il kimi qeyd edilmişdir.
90. Qanunun tələbinə görə, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Eləcə də əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələri).
91. Kollegiya iş üzrə sübutlara qiymət verərək belə hesab etmişdir ki, İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsinin arasındakı *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlanması faktı qəbul edilməlidir. Göstərilən hallar onu deməyə əsas verir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad edilməsi barədə 2*.*0.202*-ci il tarixli əmr qanunsuz olmuşdur. İddiaçının bu hissədə tələbi haqlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.
92. Kollegiyanın qənaətinə görə, əmrin ləğv edilməsi barədə tələb təmin edilməlidir. Bununla belə, işin hallarından görünmüşdür ki, iddiaçının iddia etdiyi müqavilə müddəti də keçmişdir və iddia edilən müddət ərzində onun faktiki işə bərpa olunması mümkün deyil.
93. Apellyasiya instansiya məhkəməsi ona görə də belə qənaətə gəlmişdir ki, mübahisələndirilən əmrin ləğvi ilə yanaşı, hüquqi cəhətdən İddiaçı *7.04.2022-ci ilədək müddət üzrə işə bərpa edilmiş hesab olunmalı, həmin müddət üzrə məcburi işbaraxmaya görə əmək haqqı müvafiq qaydada hesablanıb ona ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən sənəd saxtakarlıqların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. B u, iddianın predmeti deyil və məhkəmənin MPM-in 265.4.-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətidir. İşin hallarından görünür ki, iddiaçı özü bu barədə müvafiq orqanlara, o cümlədən X*4 xidmətinə müraciət etmişdir və bununla bağlı müvafiq araşdırma olmuşdur. İddiaçı həm də işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X2* və “Yaşat” Fonduna köçürülməsini tələb etmişdir.
94. Kollegiya digər hissədə iddianın təmin edilməsi üçün əsas tapmamış və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 95. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və ibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir.
96. İddiaçı həmin hissədə tələbini əsaslandırarkən bildirmişdir ki, 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8-ci ildə Prezidentin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və medalı ilə təltif edildiyi halda, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur.
97. Qeyd edilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biridir.
98. İddiaçı hazırda qanunvericlikdə müəyyən edilmiş, çalışmanın yaş həddinə çatmışdır.
99. Bundan başqa, Qanunun tələbinə görə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Faktiki olaraq, İddiaçı ilə əmək müqaviləsinə qanunvericlikdə müəyyən edilmiş, çalışmanın yaş həddinə çatdıqdan sonra müddətli müqavilənin başa çatması əsasına görə xitam verilmişdir. Eyni zamanda onunla (*7.04.2022-ci il tarixədək) bağlanmış hesab edilən əmək müqaviləsinin müddəti də faktiki olaraq keçmişdir. Bu baxımdan, iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına xəsarət yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də əsassızdır, təmin oluna bilməz.
100. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 7, *0-*.*, *0-*.2, *0-*.3, 43, 44, 49, 68, 70, 87, 290, 300-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı nın 2-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
101. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
102. Kassasiya şikayəti işin hallarına və Ali Məhkəmənin əvvəlki icraatındakı dəlilərinə uyğun onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin *2, 49, 74, *96, *98, 290, MPM-in 76, 88, 384.0.2 və 385.*.*-ci maddələrini pozmuşdur.
103. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yen i qərar çıxarılmasını xahiş etmişdir.
104. Kassasiya şikayəti MPM-in 88 və 4*8.*.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qanunun bu mövqeyini nəzərə almadan çalışmanın son yaş həddinə çatmış və hətta müddəti bir dəfə uzadılmış bir işçinin müqavilə müddətinin bitməsinə görə işdən azad olunmasına dair əmri formal mülahizələrlə qanunsuz hesab etmişdir. Belə ki, həmin əmr qeyd olunan maddi normalara əsaslanaraq tə rtib olunmuş və əmrin verilməsi işəgötürənin təşəbbüsü deyil, işçinin yaş məhdudiyyəti ilə əlaqədar yaranmış zərurət olmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi əlavə edilmiş səs yazısına ümumiyyətlə sübut kimi qiymət verməmişdir. Həmçinin ifadəsi yazılı şəkildə məhkəməyə təqdim olunmuş Namizəd Muxtarov da tərəflərindən gətirilən bütün dəlilləri təsdiq edilməsinə izahat verməsinə baxmayaraq məhkəmə onun ifadəsini iddia tələbinin əmrin ləğv olunması hissəsində sübut kimi qiymətləndirmişdir. Bu mövqe də tamamilə yanlışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
105. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
106. Maddə 35 (2-ci hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
107. Maddə 35 (4-cü hissə). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
108. Maddə 9 (bənd “b”). Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdir.
109. Maddə *0-*.*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
110. Maddə *0-*.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssi sədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
111. Maddə *0-*.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun *0-*.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
112. Maddə *2 (birinci hissə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: 113. c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq.
114. Maddə 43, 2-ci hissəsinin (“d” bəndi). Əmək müqaviləsində mütləq əmək müqavil əsinin müddəti göstərilməlidir.
115. Maddə 44 (*-ci hissə). Əmək müqaviləsi yazılı formada bağlanır.
116. Maddə 44 (3-cü hissə) Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
117. Maddə 45. (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
118. Maddə 47. (“f” bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
119. Maddə 68 (*-ci hissə). Əm ək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
120. Maddə 68 (2-ci hissə, bənd “b”). əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
121. Maddə 70 (“e” bəndi). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
122. Maddə 7* (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
123. Maddə 73. müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilə rsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
124. Maddə
76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
125. Maddə 87 (*-ci hissə). İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (v əzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
126. Maddə
288. Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrin həlli Əmək Məcəlləsi ilə nizama salınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
127. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
128. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
129. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
130. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
131. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
132. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
133. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
134. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
135. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
136. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
137. Hazırkı kassasiya şikayətlərində qətnamə tərəflərlə qarşılıqlı olaraq iddianın təmin edilən və təmin edilməyən hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
138. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
139. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
140. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsasla ndırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
141. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
142. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-63*/2024 nömrəli 2 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra