Məhkəmə qərarları › İş №2(102)-2515/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2515/2020

10.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2515/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı ilə, iddiaçı X1 Cavabdeh xxx oğluna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı “miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2470/2019 nömrəli qətnaməsindən iddiaçı X3 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras mülkdə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(044)1076/2019 nömrəli qətnaməsi ilə (hakim E.T.Axundov) iddia təmin edilmiş, iddiaçı X2 xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X12 qanun üzrə, cavabdeh X5 isə vəsiyyət üzrə vərəsələri tanınmaları, iddiaçı X2 xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X12 birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsəsi olmaqla onun ünvan 2 ünvanda məcburi payının 1/4 hissədə, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanda yerləşən miras evdə 3/4 hissədə cavabdeh X5 payının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2470/2018 nömrəli qətnaməsi ilə (hakimlər R.Z.Mamedov - sədrlik edən və məruzəçi, T.A.Muxtarov, Ç.B.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(044)-1076/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçı X2 cavabdeh X6 və üçüncü şəxs Gəncə şəhəri 1 saylı Notariat Kontoruna qarşı “miras payın müəyyən ed ilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı X4 və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2470/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Tərəflərin valideynləri vəfat etdikdən sonra, iddiaçı mirası qəbul etmiş, o cümlədən valideynlərindən miras qalmış fotoşəkillər, mis qazan və qəbəni götürmüşdür. Lakin əldə olunmuş razılığa zidd olaraq cavabdeh miras qalmış mülkün qapıları nın qıfıllarını dəyişdirərək, iddiaçının ondan istifadəsinə imkan verməmişdir. Miras əmlakın cavabdehin mülkiyyətinə keçərək, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması əsası ilə iddianın rədd edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlukassasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh X9 məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs ünvan 3 ünvanlandıraraq işə işirakları olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə koll egiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən tərəflərin atası olan X17 xx xxxxx 2011-ci ildə vəfat etmişdir. Bundan sonra sonuncunun anası, xx xxxxxx 1970-ci ildə ölmüş X7 adına ünvan 1 evə dair xx xxx 2015-ci il tarixli, **********18-10301 reyestr nömrəli çıxarış verilmiş və Gəncə şəhəri 1 saylı notariat kontorunun xx xxx 2015-ci il tarixli 2V-1-66 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ev xxxnın vərəsəsi X8 adına keçmiş, ona xx xxxx 2015ci il tarixli, **********18-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı atası X10 miras qalmış həmin evi faktiki qəbul etməsini iddia edərək, onun üzərinə vərəsəlik hüququnun və payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın bölünməsi tələbinə dair işlərin düzgün həlli üçün ilk növbədə miras əmlakın kütləsi dəqiq müəyyən edilməlidir. Bu hal mirasın açılmasının hüquqi əsasını təşkil edən amillərdən biridir. Mirasın kütləsi müəyyən edildikdən sonra, vərəsələrin dairəsinin müəyyənləşdilməsindən, onun vərəsələr tərəfindən qəbul edilməsindən, onlar arasında paylara bölünməsind ən söz açmaq olar. Ona görə də ilk öncə mübahisəli fərdi yaşayış evinin mirasın kütləsinə daxil edilib-edilməməsi müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni mübahisəli əmlakın vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx xxxx 2015-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarış üzrə cavabdeh X8 xüsusi mülkiyyətində olması, bununla da miras əmlakın mövcud olmaması və iddiaçının miras kimi hesab etdiyi əmlakın hazırda xüsusi mülkiyyətdə olması, iddiaçı tərəfindən cavabdehin adına olan vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın mübahisələndirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mahiyyət etibarı ilə razılaşır və hesab edir ki, onun tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: İddiaçı mübahisələndirilən mülkün atasının mülkiyyətində olduğunu, sonuncunun ölümündən sonra miras əmlakı qəbul etdiyini iddia etmişdir. Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, həmin əmlak tərəflərin nənələri X7 adına olmuş, sonuncu xx xxxxxx 1970-ci ildə ölsə də, ataları X17 tərəfindən vərəsəlik hüquqları rəsmiləşdirilməmiş, yalnız xx xxx 2015-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X11 bilavasitə xxxnın vərəsəsi kimi tanınaraq, əmlak xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır. Belə olan ha lda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxx 2015-ci il tarixli şəhadətnaməni və onun hüquqi nəticələrini mübahisələndirmədən, atasına məxsus olduğunu iddia etdiyi evə miras payının tələbi əsassız olmuş və apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı məhz atasından miras qalmış əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etdiyindən, sonuncu isə xx xxxxx 2011-ci ildə vəfat edərək, mirası həmin tarixdə açıldığından apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qüvvədə olan Mülki Məcəllənin müddəalarına istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəm ə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin u şaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246 -cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar iddiaçının tələblərinin təmin edilməsini qeyri-mümkün etdiyindən, onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair kassasiya şikayətinin dəlilinə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, i ş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətitəmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2470/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar