Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2515/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinə qarşı “intizam tənbehinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, intizam tənbehinin verilməsi üçün müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il i tarixli, 2(105)-2450/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktorunun 12 mart 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilmişdir.
2. Buna əsas kimi İddiaçı 10-12 və 15 fevral 2021-ci il tarixlərdə məktəbin pedaqoji heyəti ilə konflikt yaradaraq, müəssisə daxili nizam-intizam qaydalarını pozması göstərilmişdir. Belə ki, o, 10 fevral 2021-ci il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə, 11 fevral 2021-ci il tarixdə musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə etmiş, 12 fevral 2021-ci il tarixdə isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevanı şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarında mübahisə yaşanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 mart 2021-ci il tarixli töhmət elan olunmasına dair əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-ci ildə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru tərəfindən işdən azad olunmuş, sonradan məhkəmə qətnaməsi ilə vəzifəsinə bərpa olunmuşdur. O, işə bərpa olduğuna görə mək təbin direktoru İlahə Həsənlinin ona qarşı qərəzli mövqeyi yaranmış, sonuncu məktəbin Uşaq Birliyinin rəhbəri Dilşad Babayeva ilə birləşərək ona mənfi münasibət göstərmiş, məqsədyönlü şəkildə onu mübahisələrə cəlb etmişlər. 10 fevral 2021-ci il tarixdə iddiaçı X.Zeynalova ilə heç bir mübahisə etməmiş, səs-küy olmamış, sadəcə aralarında 07:25 radələrində, yəni dərs saatları başlamamış söhbət olmuşdur. 11 fevral 2021-ci il tarixdə A.Rəhimova məktəbdə ümumi nəzarəti həyat keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarına yaxınlaşaraq, dünən məktəbdə mübahisə baş verdiyini, niyə heç bir tədbir görülmədiyini bildirmiş, iddiaçı bu söhbəti eşidən kimi, onlara yaxınlaşmış və onlara bunu Nazirliyinin əməkdaşlarına deməyə ehtiyac olmadığını bildirmişdir. A.Rəhimova yüksək səslə onu t əhqir etməyə başlamış, həmçinin şəhid ailəsi olduğunu bildirərək, başına oyun açacağını demişdir. A.Rəhimova üstünə gəlmiş və gələcəkdə özünü müdafiə edə bilməyi, sübutlarının olması üçün telefonun kamerasını yandırmışdır. Həmin günü iddiaçı Təhsil Şöbəsinin müdiri Arzu Alızadənin qəbuluna gedərək məktəbdə direktorun planları nəticəsində yaranmış qeyrisağlam iş şəraitindən şikayət etmiş və bu hərəkətlər barədə tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə, məktəbdə mikrofon aparatı var və həmin aparat ilə məktəbin dərsinin başlanması elan olunur. Bu aparatdan istifadə edən məktəbin Uşaq Birliyinin rəhbəri Dilşad Babayevadır, lakin hər gün həmin aparatı məktəbin mühafizəçisi aparıb gətirir. 12 fevral 2021-ci tarixdə saat 07:10 radələrində, D.Babayeva onun üstünə gələrək möhkəm səslə qış qıraraq, onun əşyalarına toxunmamağını, adını bələ çəkməməyini bildirmişdir. Halbuki həmin vaxta aparat və ya mikrofon onda deyildi. Sonra D.Babayeva ona qarşı qeyri etik sözlər işlətməyə başlamış, hətta üstünə hücum çəkərək ona xəsarət yetirmişdir. Bu barədə o, DİN-in 102 xidmətinə müraciət etmiş, məktəbə polis əməkdaşı gəlmiş, izahatı alınmış, həmçinin bədənində yaranan xəsarətlərlə bağlı rəy alınması üçün ekspertizaya göndərilmişdir. D.Babayeva bir daha da üstünə hücum çəkmiş və o yenə də DİN-nin 102 xidmətinə müraciət etmiş, məktəbə ikinci dəfə də polis əməkdaşı gəlmişdir. Bu material üzrə inzibatı protokol tərtib edilmiş, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin 15 mart 2021-ci il tarixli qərarına əsasən, D.Babayeva barəsində 300 manat cərimə inzibati tən beh tədbiri tətbiq təyin edilmişdir. Bu hadisə ilə əlaqədar məktəbin direktor tərəfindən ona töhmət verilmişdir. Halbuki, həmin hadisədə onun heç bir günahı olmamışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 nömrəli qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddia tələbi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin normalarına tam riayət edilmişdir. İddiaçı qanunsuz və əsassız olaraq ona töhmət elan edilməsini sübuta yetirmədiyindən iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 nömrəli qətnaməsinin lə ğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il i tarixli, 2(105)-2450/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və T.O.Quliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)3556/2021 nömrəli qətnaməsi ləğv edilərək, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli İddiaçı töhmət elan olunmasına dair əmrinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, iddiaçıya töhmət verilməsinə dair 12 mart 2021-c i il tarixli əmrin sıra nömrəsi qeyd edilməmiş və Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Bundan başqa mübahisələndirilən əmrin məzmunundan görünür ki, iddiaçı 10 fevral 2021-ci il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə, 11 fevral 2021-ci il tarixdə məktəbin musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə etmiş, 12 fevral 2021-ci il tarixində isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevanı şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarında mübahisə yaşanmışdır. Bu mübahisələr nəticəsində məktəbin iş rejimi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmrdə qeyd edildiyi kimi 10 fevral 2021-ci il və 11 fevral 2021-ci il tarixdə baş vermiş mübahisələrə görə cəzalandırılması qanunveric iliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin iş materiallarından görünür ki, iddiaçıdan heç bir izahat alınmamış və o, 10 fevral və 11 fevral 2021-ci il tarixdə baş vermiş mübahisəyə görə hadisə baş verdikdən bir ay keçdikdən sonra, yəni 12 mart 2021-ci il tarixli əmrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, həmin əmrdə iddiaçı nın intizam məsuliyyətinə cəlb edilmə əsaslarından birinin də 12 fevral 2021-ci il tarixdə D.R.Babayeva ilə aralarında yaranmış mübahisə olduğu qeyd olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından görünür ki, X1 12 fevral 2021-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhər 11 saylı tam orta məktəbin binasında təsərrüfat müdiri İddiaçı telefonla zərbə vuraraq xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə olunmuşdur. Bundan başqa, qeyd edilən əmrdə qeyd edilmişdir ki, yaşanan hadisələrlə bağlı 15 fevral 2021-ci il tarixdə konflikt yaşayan işçilərlə söhbət aparılmış, söhbət əsnasında İddiaçı öz etirazını bildirmiş və X.A.Zeynalova ilə yenidən mübahisə etmişdir. Bi rinci instansiya məhkəməsində dindirilmiş şahid X2 ifadə verərək göstərmişdir ki, 15 fevral 2021-ci il tarixdə keçirilən məktəb iclasında məktəbin direktoru və digər müəllimlər İddiaçı qıcıqlandırıcı sözlər deyir və onunla kobud şəkildə danışırdılar. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən əmr qanunvericiliyin tələblərinə əməl olunmamaqla, pozuntularla tərtib olunduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru X3 vəkilləri Vəkil2 və Vəkil3 ilə ayrı ayrılıqda iki kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il i tarixli, 2(105)-2450/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddi anın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Əmək Məcəlləsinin 186, 189-cu, Mülki Prosessual Məcəllənin 9, 14.2, 76, 77.1, 88-ci maddələrinin pozulması ilə çıxarılmış, işin halları tam araşdırılmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(105)-2450/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq norm alarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına d əlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqla rından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci mad dəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının apellyasiya şikay ətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrin sıra nömrəsinin olmaması özü özlüyündə onun ləğvi üçün əsas olmasa da, apellyasiya məhkəməsinin müəyyən etdiyi digər nöqsanlar iddianın təmini üçün əsas olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı barəsində intizam tənbehi 3 hadisənin baş verməsi ilə əlaqədar verilmişdir. Onlardan 10 və 11 fevral 2021-ci il tarixdə baş vermiş hadisələrlə bağlı əmr qəbul edildiyi 12 mart 2021-ci il tarixdə artıq Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsi ilə müəyyən olunmuş müddət ötürülmüşdür. Üçü ncü hadisə isə 12 fevral 2021-ci il tarixdə baş versə də, iddiaçının onun baş verməsində təqsiri öz təsdiqini tapmamışdır. Əksinə Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarı ilə hadisədə iştirak etmiş X1 iddiaçıya xəsarət yetirməsində təqsirli bilinmiş və İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəhayət apellyasiya məhkəməsi şahid ifadəsinə istinad edərək müəyyən etmişdir ki, 15 fevral 2021-ci il tarixdə əvvəlki hadisələr araşdırılan zaman iddiaçı etirazını bildirsə və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə yenidən mübahisə etsə də, bu məktəbin direktoru və digər müəllimlərin qıcıqlandırıcı sözlər deməsi və onunla kobud şəkildə danışması nəticəsində baş vermişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il i tarixli, 2(105)-2450/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.