Məhkəmə qərarları › İş №2(102)-2515/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2515/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2515/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2470/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh kassasiya şikayətlərinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh məxsus olmuş, o, Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçisi olduğu həmin torpaq sahəsini 39000 manata İddiaçı2 satmışdır.

2. İddiaçı2 Cavabdeh qarşı “Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları”, o cümlədən Cavabdeh İddiaçı2 qarşı “onunla İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə bir icraatda birləşdirilmiş iddialarına Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış, məhkəmənin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı2 iddiasının təmin olunmaması, Cavabdeh iddiasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-757/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən).

3. Həmin məhkəmə qərarları ilə məhkəmə İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olması barədə mövqeyini həmin müqavilənin formal tələblərə uyğun bağlandığı halda, Cavabdeh müqaviləni torpaq sahəsini satmaq niyyəti ilə deyil, İddiaçı2 qızı olan İddiaçı1 qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlaması ilə əsaslandırmış, habelə göstərmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 və Cavabdeh arasında yaranmışdır. İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, məhkəmə etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) mə sələsini həll etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların xeyrinə Cavabdeh 100000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh birgə iddiaçılar qarşısında 109060 manat məbləğində pul vəsaitinin qaytarılması öhdəliyini daşıyır. Qeyd edilən pul vəsaitinin tələb edilməsi əsası tərəflər arasında yekunlaşmış mülki məhkəmə mübahisəsi ilə bağlıdır. Həmin mülki mübahisə üzrə yekun məhkəmə aktı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3981/2023 nömrəli qətnaməsidir. Həmin qətnamədən hazırkı iş üzrə iddiaçı olan Əfəndiyeva Naibə kassasiya şikayəti versə də, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-757/2024 nömrəli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)3981/2023 nömrəli qətnaməsi ilə “iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması” qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi; iddiaçı Cavabdeh Əfəndiyeva X5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının tə min edilməsi, İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallara görə, cavabdeh tərəf birgə iddiaçılardan müxtəlif vaxtlarda hissə-hissə 109060 manat borc pul almış, həmin məbləği qaytara bilmədiyi üçün bunun müqabilində özünə məxsus ünvan 1 ünvandakı torpaq sahəsini və yaşayış evini borcun müqabilində birgə iddiaçılardan X1 adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Tələb edilən 109060 manatın 39000 manat məbləği həmi n daşınmaz əmlaka dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı cavabdehə ödənilmişdir (verilmişdir). Bununla bağlı cavabdeh (notariat işində) pul vəsaitinin qəbul edilməsi ilə bağlı qəbzə imza etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3981/2023 nömrəli qətnaməsinin mövqeyinə əsasən, satıcı - Cavabdeh ilə alıcı - İddiaçı2 arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi həqiqətdə hazırkı cavabdeh X9 Hümbətovaya və İddiaçı2 olan borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmışdır. Belə olan halda həmin qərarlardan görünmüşdür ki, cava bdehin iddiaçılar qarşısında pul vəsaitinin qaytarılması öhdəlikləri yaranmışdır. Cavabdehdən iddiaçılar hazırda cəmi 109060 manat məbləğində pul vəsaitini tələb edirlər.

6. Cavabdeh nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin 70060 manat (17700 manat da daxil olmaqla) məbləğində borca münasibətdə iddia müddətinin tətbiq edilməklə təmin olunmamasını xahiş etmiş və ərizəsini belə əsaslandırılmışdır ki, 39000 manat məbləğində pul vəsaitinin İddiaçı2 tərəfindən cavabdehə verilmədiyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və hazırkı iş üzrə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Bundan başqa, iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, 2020-ci ilin oktyabr ayından başlayaraq alq ı-satqı müqaviləsi bağlanana qədər cavabdehə 15000+2700+30000+14700 manat məbləğində pul verilmişdir. Halbuki, Cavabdeh İddiaçı1 cəmi 17700 (15000+2700) manat məbləğində borc pul almış, həmin pulu da faizləri ilə birlikdə tam şəkildə İddiaçı1 qaytarmışdır. İddia tələbində göstərilən qalan məbləğlərdə borc, ümumiyyətlə, Cavabdeh verilməmişdir. Həmin borc məbləğlərinin alqı-satqı müqaviləsində göstərilmiş 39000 manat da daxil olmaqla Cavabdeh verilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. 70060 manat (10906039000) borc hissəsində iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən, həmin tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, 70060 manat məbləğində borca daxil olan 17700 məbləğində borcun İddiaçı1 tərəfindən cavabdehə verildiy i vaxtdan, yəni iddiaçı tərəfin bildirdiyi kimi 2020-ci ilin oktyabr ayından 3 il 7 ay keçdikdən sonra, yəni 2024-cü ilin may ayında məhkəməyə müraciət edilmiş, bununla da həmin tələb (17700) üzrə iddia müddəti ötürülmüşdür. 17700 manat çıxılmaqla, 70060 manata daxil olan digər məbləğlərdə borcun tələb edilməsinə dair iddia özü-özlüyündə əsassız olduğundan və həmin pul məbləğlərinin verilməməsinə dair hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnamələri mövcud olduğundan rədd edilməlidir. Həmçinin, 17700 manat çıxılmaqla, 70060 manata daxil olan digər məbləğlərdə borc da alqı-satqı müqaviləsi bağlanan tarixə qədər verildiyi iddia edilən pul məbləğləri olduğundan və alqı-satqı müqaviləsinin bağlanmasından da 3 il 10 ay 5 gün müddət keçdiyindən, həmin tələb üzrə də iddia müddə ti ötürülmüşdür.

7. İddiaçı1 məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, əslində tələb olunan borc məbləği 109060 manatdır. 2020-ci ilin oktyabr ayından tərəflər arasında hissə-hissə borc pulun alınıb-verilməsinə başlanmışdır. Borc 56000 manat olduqdan sonra cavabdeh əlavə olaraq 39000 manat da borc pul istəmişdir. 39000 manat məbləğində pulu təminat altına almaq üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı1 15000 manat və 2700 manat məbləğində pul aldığını etiraf edib. Həmin məbləğlər 2020-ci ilin oktyabr ayından başlayaraq verilən pullardır. İddiaçı1 Cavabdeh 17700 (15000+2700) manat məbləğində pul verib. İddiaçı2 Cavabdeh verdiyi 39000 manat borc pul məbləğinə dair alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra çıxarış almaq üçün 14700 manat pul xərclənib, çünki alqı-satqı zamanı çıxarış yox idi. Tərəflər arasındakı razılığa əsasən çıxarışın alınması üçün xərcləri İddiaçı1 ödəyəcək, Cavabdeh isə həmin xərci borc kimi qaytaracaq. 14700 manat məbləğində pula dair sübut yoxdur, amma bu məbləğ tərəflər arasındakı danışıqlar və şahid ifadələri ilə təsdiq olunur. İddiaçı2 Cavabdeh qızı Nailənin vasitəsi ilə tanıyıb. Nailə anasından Esmiraya 39000 manat pul verməsini xahiş etmişdir. Nailə və Nayibə bir yerdə yaşayır. 2020-ci ilin oktyabr ayından başlayaraq verilən məbləğlər 14700+15000+2700+39.000 manatdır. Əlavə verilmiş borclar da vardır.

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazında bildirmişdir ki, iddia tələbi üzrə hər bir iddiaçının cavabdehə qarşı yönələn tələbi dəqiq şəkildə göstərilməmişdir. İkincis i, alqı-satqıya qədər guya cavabdehə 56000 manat borc pul verildiyi bildirilsə də, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən alqı-satqıya qədər verilən pul məbləğləri toplandıqda cəmi məbləğ 62400 (15000+2700+30000+14700) manat təşkil edir. Bu da 56000 manatdan fərqli məbləğdir. Göründüyü kimi, iddiaçılar alqısatqı müqaviləsi bağlanana qədər guya cavabdehə verdikləri borcun məbləğini dəqiq bilmirlər ki, bu da həmin məbləğdə borcun cavabdehə verilmədiyini təsdiq edir. Cavabdeh guya aldığı 56000 manat borcu ödəmədiyi halda, İddiaçı2 tanımadığı və ilk dəfə alqı-satqı müqaviləsi bağlanan gün gördüyü (bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir) insana (cavabdehə) 39000 manat borc verməkdə məqsədi nə olmuşdur. İddiaçıların 39000 manatdan daha böyük (17000 manat a rtıq) məbləğ olan 56000 manat borcu deyil, məhz 39000 manat borcu təminat altına almaları üçün İddiaçı2 cavabdehlə alqı-satqı müqaviləsi bağlaması reallığı əks etdirmir. Həmin müqavilənin görünüş üçün bağlandığı və 39000 manat məbləğində pul vəsaitinin cavabdehə verilmədiyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və hazırkı iş üzrə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Alqı-satqı müqaviləsi torpaq sahəsi ilə bağlı bağlanmış və həmin torpaq sahəsinin çıxarışı olmuşdur. Qanunvericiliyə əsasən çıxarış olmasa idi, notariat ofisində alqı-satqı müqaviləsinin bağlanması mümkün olmazdı. Digər tərəfdən, çıxarışın alınması üçün 14700 manat məbləğində pulun xərclənməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. 14700 manat məbləğində borcun v erilməsi hissəsində iddia tələbi əsassızdır və tərəflər arasında olmuş əvvəlki məhkəmə prosesində İddiaçı2 tərəfindən ümumiyyətlə, iddiaçı tərəfin də bildirdiyi kimi hazırkı iddia tələbinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri təşkil edir. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh əsl niyyəti torpaq sahəsini satmaq deyil, İddiaçı2 qızı İddiaçı1 qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddia çı1 ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı2 adına rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti İddiaçı1 təklifi ilə borc məbləğində, yəni 15000 manat deyil, 39000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı2 müqavilə bağlanmamışdan əvvəl bir-birini tanımaları, iddiaçılar tərəfindən cavabdehə 109060 manat məbləğində borc pulun verilməsi, verilmiş borc pulun əvvəlki məhkəmə proseslərində dindirilmiş şahid ifadələri və məhkəmə qətnamələri ilə təsdiq olunması barədə iddiaçıların nümayəndəsi və vəkilinin dəlilləri həqiqəti əks etdirmir, həmin dəlillər iddiaçı tərəfin də istinad etdiyi və hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edə n məhkəmə qətnamələri ilə təkzib olunur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2653/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2700 manat pulun tutularaq İddiaçı1, 39000 manat pulun tutularaq İddiaçı2 ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun 53 manat məbləğində hissəsinin Cavabdeh tutularaq iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nərgiz Tağıyeva)

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 və Cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, həmin borc öhdəliyinin təmin edilməsi məqsədilə İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kont orunda xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq Cavabdeh mülkiyyətçisi olduğu Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi 39000 manata İddiaçı2 satılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, sözügedən alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar Cavabdeh İddiaçı1 qarşısında yaranmış borc məbləği, o cümlədən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş pul vəsaiti də daxil olmaqla ümumilikdə 100000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdədirlər.

11. Birinci instansiya məhkəm əsi qeyd etmişdir ki, İddiaçı1 və Cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmış olduğu hazırkı işin mübahisəsiz halı kimi qəbul edilməlidir; əvvəla, bu hal qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur. Digər tərəfdən, tərəflərin özləri də işin bu halını mübahisələndirmirlər.

12. Tərəflər arasındakı mübahisə borcun məbləğinə aiddir; iddiaçılar borcun (xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş pul vəsaiti də daxil olmaqla) 109060 manat məbləğində olduğunu iddia etdikləri halda, cavabdehin mövqeyinə görə, iddiaçılardan İddiaçı1 alınmış 17700 (15000 + 2700) manat borc faizləri ilə qaytarılmış, digər İddiaçı2 isə cavabdehə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 39000 manat pul vermədiyi qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir, bütün bunlarla yanaşı, iddiaçılar tərəfindən iddia müddəti də ötürülmüşdür.

13. İlk növbədə iddia tələbinin İddiaçı1 aid hissəsinə hüquqi qiymət verilməsini məqsədə uyğun hesab edən birinci instansiya məhkəməsinin qənaətinə görə, onun irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, iddiaçıların tələb etdikləri pul məbləğinin 70060 (109060-39000) manat hissəsi İddiaçı1 və Cavabdeh arasında yaranmış borc münasibətinə aiddir. Bu o deməkdir ki, hər nə qədər iddia ərizəsində açıq şəkildə göstərilməsə belə, İddiaçı1 cavabdehə 70060 manat borc verdiyini və cavabdehin həmin məbləğləri ona ödə mədiyini iddia etməkdədir. O, bu iddiasını Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli mülki iş üzrə çıxarılmış məhkəmə aktları ilə təsbit edilmiş hallar, o cümlədən həmin işdə dindirilmiş şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Cavabdeh (nümayəndəsi) isə istər sözügedən həmin məhkəmə mübahisəsi, istərsə də hazırkı işdə verdiyi yazılı ərizə və izahatlarında iddiaçıdan 15000 və 2700 manat borc aldığını etiraf etməklə yanaşı, həmin borcu faizləri ilə qaytardığını bildirmişdir. Bu baxımdan, iddiaçıya borclu olduğunu etiraf etdiyi pul məbləğini qaytarmış olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşür. Bununla belə, cavabdeh etiraf etdiyi həmin pul məbləğini həqiqətən də iddiaçılara qaytarması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş dir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh İddiaçı1 2700 manat borc aldığını etiraf etsə də, borcunu qaytardığını sübut edə bilmədiyi üçün İddiaçı1 ona qarşı yönəlmiş tələbi etiraf edilən həmin hissədə əsaslıdır. İddia tələbinin etiraf edilməyən hissəsinə gəldikdə isə, həmin hissədə iddia tələbi təmin edilə bilməz; çünki iddiaçı tələb etdiyi məbləğlə etiraf edilən məbləğ arasındakı fərq olan pul məbləğinin cavabdehə verildiyini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

15. İddiaçıların əvvəlki mülki iş üzrə şahid ifadələri ilə borcun məbləğinin təsdiq edilməsi dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu mü lki iş üzrə dindirilmiş şahidlərdən X8 və X7 ilə iş yoldaşı, X3 ilə qonşu, X2 ilə bacı olduğu müəyyən edilmişdir. Bu mənada həmin şahid izahatlarını “əsaslı şübhədən kənar” sübut kimi qəbul etmək mümkün deyildir.

16. Cavabdehin etiraf etdiyi digər 15000 manata gəlincə, birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh 15000 manat borc aldığını etiraf etsə də, bu pul İddiaçı1 münasibətdə deyil, İddiaçı2 münasibətdə təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin də izahatından göründüyü kimi, alqı-satqı müqaviləsi bağlandıqdan sonra elə həmin gün də ona 15000 manat pul verilmişdir. İşin hallarından da göründüyü kimi, pulu hətta İddiaçı2 qızı İddiaçı1 cavabdehə vermiş olsa belə, həmin pul faktiki olaraq İddiaçı2 məxsus olmuşdur. Belə ki, alqı-satqı müqaviləsi onunla bağlanmışdır.

17. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi irəli sürdüyü həmin arqumentə (“70060 manat borcun tutulması tələbinə münasibətdə iddia müddətinin ötürülməsi” dəlilinə) də qiymət verərək diqqətə çatdırmışdır ki, İddiaçı1 cavabdehlə səmimi münasibətləri olmuş, cavabdehin özünün də etirafına əsasən o, iddiaçıdan borc almışdır. İş materiallarına görə həmin borcu təmin etmək məqsədilə İddiaçı1 anası İddiaçı2 və Cavabdeh arasında sonuncunun mülkiyyətçisi olduğu Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin əmlakla bağlı tərəflər arasında başlanmış məhkəmə m übahisəsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-757/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə yekunlaşmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına nail olmaqla borcunu qaytarmadığını görən iddiaçıların iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlmişdir ki, İddiaçı1 3 il ərzində məhkəməyə müraciət etməyərək iddia müddətini ötürdüyü qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ədalətli deyildir. İddiaçıların hər ikisinin yaxın qohumluq münasibətlərində olduğu (ana-bala) nəzərə alınaraq, tərəflər arasında bağlanmış müqavilənin yekun olaraq 2024-cü ildə etibarsız sayılması nəzərə alınarsa, iddia müddəti ötürülməmiş dir.

19. İddia tələbinin İddiaçı2 aid olan “39000 manat pulun cavabdehdən tutulması” hissəsinə gəldikdə isə, həmin tələb etibarsız hesab edilən əqd (xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi) üzrə alınanların (ödənilən pulun) geri qaytarılması (restitusiya) ilə bağlı olmuşdur. İddia tələbinin İddiaçı2 aid hissəsinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi 39000 manata İddiaçı2 satdığı, həmin müqavilənin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməsinə r əğmən, məhkəmənin etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etmədiyi hazırkı işin mübahisəsiz halıdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş alqı-satqı müqaviləsinə dair notariat işindən də görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə görə 39000 manat pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilməsi təmin edilmişdir. Cavabdehin nümayəndəsi də qeyd edilənləri mübahisəndirməmiş, bununla belə notariusun depozit hesabı vasitəsilə ödənilən həmin puldan 15000 manatın borc olaraq cavabdehə verildiyini, qalan 24000 manatın isə İddiaçı1 tərəfindən götürüldüyünü bildirmiş (istər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli mülki iş üzrə baş tutmuş məhkəmə iclaslarında, istər sə də hazırkı işdə verdiyi yazılı ərizə və izahatlarında), lakin iddiaya etirazının əsaslandığı həmin faktiki hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan İddiaçı2 qeyd edilən iddia tələbi özünün qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır.

20. Cavabdehin (nümayəndəsinin) “39000 manat məbləğində pul vəsaitinin cavabdehə verilmədiyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilməsi” dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində borcun məbləği ilə bağlı qeyd edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 375, 377, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü mad dələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv, həmin hissədə İddiaçı1 iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən məbləğin 39000 manat hissəsi konkret olaraq digər İddiaçı2 məxsusdur. Həmin pul məbləği xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşməsi zamanı bank vasitəsi ilə (notariusun depozit hesabı) Cavabdeh İddiaçı2 götürdüyü pul məbləğidir və bu işin mübahisəsiz halını təşkil edir. İddia tələbinin digər hissəsi üzrə verilən pul İddiaçı1 məxsusdur. İş materialları ilə sübut edilmişdir ki, (əvvəli icraat üzrə mülki iş səh. 156) cavabdeh bu faktı etiraf etmişdir. İddiaçı1 ilə aralarındakı pul – borc münasibətləri 2020-ci ilin oktyabr ayından başlamışdır. Cavabdehin etirafında qeyd edilən borc münasibətləri alqı-satqı müqaviləsindən daha əvvəldir. Həmin iddia ərizəsi və hazırkı mülki iş üzrə cavabdeh tərəfin etirafına görə İddiaçı1 götürdüyü borc məbləği 17700 manat təşkil edir. Həmin məbləğin İddiaçı1 qaytarılmasını təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhz İddiaçı1 iddia tələbi üzrə pul məbləğinin 17700 manat hissəsi cavabdeh tərə findən etiraf edilmişdir (15000+2700). Digər məbləğlər isə İddiaçı1 tərəfindən birbaşa və şahidlərin iştirakı ilə verilmişdir. İddia 2 hissədən ibarət olmaqla, 39000 manat hissədə İddiaçı2 aid olmaqla bu işin mübahisəsiz halını təşkil edir (alqı-satqı müqaviləsi üzrə notariat işi). Digər hissədə, İddiaçı1 aid iddia tələbi hissədə, xüsusilə cavabdehin 15000+2700 cəmi 17700 manat hissəsində etirafı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, cavabdeh tərəfindən etiraf edilməyən hissədə isə (İddiaçı1 məxsus pul məbləğləri hissəsində) həmin pul məbləğləri şahid ifadələri ilə təsdiq edilir.

24. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, i ddiaçılar tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsinin “xahiş edirik” hissəsində iddiaçılar 100000 manat pul vəsaitinin Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsindən və xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünmüşdür ki, İddiaçı1 tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin qətnaməsində isə dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun 53 manatının cavabdehdən iddiaçıların xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddianın qiymətinə uyğun 390 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçılar tərəfindən dövlət rüsumunun məbləği ilə bağlı nöqsan aradan qaldır ılmadığı halda, məhkəmə iddia ərizəsini baxılmamış saxlamamış, işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Göstərilən hal apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Hazırkı iddia tələbinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri təşkil edir. İddiaçıların tələbi etibarsız əqd üzrə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilməsə də, həmin qətnamələrlə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin dəyəri kimi göstəri lmiş 39000 manat məbləğində pul vəsaitinin Cavabdeh verilmədiyi müəyyən edilmişdir ki, bu hal hazırkı iş üzrə qaytarılmalı olan pulun məbləğinə münasibətdə preyudisial əhəmiyyət daşıyır. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi Cavabdeh İddiaçı1 aldığı 15000 manat məbləğində pul vəsaitinin pərdələnməsi məqsədi ilə bağlanmışdır və müqavilənin predmeti olan torpaq sahəsinin dəyəri İddiaçı1 təklifi ilə 39000 manat göstərilsə də, həmin pul vəsaiti Cavabdeh verilməmişdir. Belə olan halda, restitusiya qaydasında İddiaçı2 qaytarılmalı olan pul məbləği yalnız 15000 manat təşkil edə bilərdi. Çünki müqavilə bağlanan gün İddiaçı1 tərəfindən Cavabdeh yalnız 15000 manat məb ləğində pul verilmiş və alqı-satqı müqaviləsi məhz 15000 manat məbləğində borcun pərdələnməsi məqsədi ilə bağlanmışdır. 2700 manat məbləğində pul isə daha sonra İddiaçı1 tərəfindən Cavabdeh verilmişdir. Bundan başqa, baxmayaraq ki, borc münasibətləri İddiaçı1 ilə Cavabdeh arasında yaranmışdır və 15000 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi bağlanan gün Cavabdeh İddiaçı1 vermişdir, İddiaçı2 formal olsa da müqavilənin tərəfi kimi çıxış etdiyindən, restitusiya qaydasında 15000 manat məbləğində pul vəsaiti sonuncunun xeyrinə tutula bilərdi. Alqı-satqı müqaviləsinin 15000 manat məbləğində borcun pərdələnməsi məqsədi ilə bağlandığı və müqavilədə göstərilmiş 39000 manat məbləğində pulun Cavabdeh verilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, həmin fa ktın hazırkı məhkəmə iclasında yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan gün İddiaçı1 aldığı 15000 manat və daha sonra aldığı 2700 manat məbləğində pul vəsaitlərini faizləri ilə birlikdə tam şəkildə sonuncuya qaytarmışdır. Tərəflər arasında şifahi borc müqaviləsi bağlandığından və borc faizlə verildiyindən, pulun alınıb-verilməsi zamanı hər hansı yazılı sənəd tərtib edilməmiş, pul vəsaitləri Cavabdeh tərəfindən nağd şəkildə İddiaçı1 qaytarılmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2470/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı1 iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 15000 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 21 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatının tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh İddiaçı2 xeyrinə 39000 manat pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 76 manatının İddiaçı2 tutularaq Cavabdeh ödənilməsi, qətnamənin mübahisələndirilən q alan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova).

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan məhkəmə aktlarına düzgün qiymət verməməklə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

28. İşdən müəyyən olunmuşdur ki, İddiaçı1 ilə cavabdeh arasında borc münasibətləri olmuş, cavabdeh qaytara bilmədiyi borc müqabilində özünə məxsus daşınmaz əmlakı onun anası – digər iddiaçı X1 adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)93/ 2023 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir.

29. İşə baxan həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh alqısatqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı2 adına rəsmiləşdirmişdir. Alqısatqı müqaviləsində torpaq sahəsinin qiyməti İddiaçı1 təklifi ilə borc məbləğində, yəni 15000 manat deyil, 39000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir.

30. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli iş üzrə tərəflər Cavabdeh və İddiaçı2dır. Deməli, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş – “borcun təminatı qismində rəsmiləşdirmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 39000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir” - faktı Cavabdeh və İddiaçı2 arasında olan hazırkı mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmasını şərtləndirir.

31. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 tərəfindən 39000 manatın Cavabdeh verilməsi müəyyən edilmədiyindən, onun iddia tələbi təmin edilə bilməz.

32. Yuxarıda qeyd olunduğu kimi, işin müəyyən edilmiş hallarına əsasən borc münasibətləri İddiaçı1 ilə Cavabdeh arasında olmuşdur.

33. İddiaçı1 iddia tələbinə mü nasibətdə isə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, onun tərəfindən cavabdehə 15000 manat və 2700 manat vəsaitdən əlavə də borca pul verildiyi barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

34. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara görə, cavabdeh tərəf birgə iddiaçılardan müxtəlif vaxtlarda hissəhissə 109060 manat borc pul almış”, lakin işdə olan həmin qətnamə ilə belə halların müəyyən edildiyi müəyyən edilməmişdir.

35. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 2700 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, qalan 15000 m anat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulması barədə iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir.

36. Cavabdeh həm 15000 manat, həm də 2700 manatı borc olaraq İddiaçı1 götürdüyünü, həmin vəsaiti iddiaçıya tam qaytardığını bildirmiş, lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.

37. Apellyasiya instansiya məhkəməsi bununla bağlı onu da qeyd etmişdir ki, iddiaçı cavabdehə 15000 manat məbləğində vəsaiti borc versə də, tərəflər arasında bununla bağlı yazılı müqavilə rəsmiləşdirilməmişdir. Beləliklə, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd mülki qanunvericiliyin tələblərinə görə etibarsızdır (əhəmiyyətsizdir).

38. İşin müəyyən edilmiş hallarına əsasən apellyasiya instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, tələb olun an 15000 manat məbləğində pulun İddiaçı1 qaytarılması iş materialları ilə sübut olunmadığından həmin vəsait də cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, cavabdeh etibarsız əqd üzrə həmin məbləği özündə saxlamaqla əsassız varlanmış olur.

39. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab etmişdir ki, borcu təmin etmək məqsədilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-757/2024 nömrəli qərarı ilə yekunlaşmışdır. Həmin tarixdən iddiaçılar borcun qaytarılmadığı qənaətinə gə ldiklərindən, iddia müddətinin axımı müqavilənin yekun olaraq 2024-cü ildə etibarsız sayılmasından başlanmış və hazırkı tələb üzrə iddia müddəti ötürülməmişdir.

40. Apellyasiya instansiya məhkəməsi cavabdehin dövlət rüsumunun məbləği ilə bağlı dəlilini formal dəlil kimi qiymətləndirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən artıq işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş və bu hal hazırda apellyasiya məhkəməsinin səlahiyyətli məhkəmə olaraq işə apellyasiya qaydasında baxmasına maneə deyildir.

41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329, 337, 354, 372, 375, 377, 739, 740-cı, Mülki Prosessual Məcllənin 14.2 və 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni İddiaçı2 iddiasının təmin edilməməsi hissəsində ləğv, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Şikayət onunla əsaslandırılmışdır ki, bundan əvvəlki mülki işdə, yəni Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-93/2023 nömrəli iş üzrə çıxarılmış məhkəmə qərarlarında əhəmiyyətsiz əqdlər üzrə restitusiya məsələsi iddianın predmeti, məhkəmənin araşdırma və çəkişmə predmeti olmamışdır. Həmin mülki işdə alqı -satqı müqaviləsinin borc münasibətlərinin təminatı olma məsələləri araşdırma və çəkişmə predmeti olmuşdur. Yəni əvvəlki işdə etibarsız hesab edilən alqı-satqı müqaviləsi üzrə əldə edilən məbləğin restitusiyasına dair nə araşdırma predmeti, nə də bununla bağlı məhkəmənin qərara aldığı məsələ mövcud olmamışdır. Məhkəmə alqı-satqı müqaviləsi üzrə notariat işinin materiallarını, xüsusi ilə Cavabdeh bank hesabına 39000 manatın İddiaçı2 tərəfindən yerləşdirilməsinə obyektiv və əlaqəli qiymət verməmişdir.

44. Cavabdeh də (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, İddiaçı1 iddia tələbinin qismən təmin edilən hissəsində ləğv, həmin hissədə (bütövlüklə) iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə birinci instansiyası məhkəməsində baxılan zaman iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, «2020-ci ilin oktyabr ayından tərəflər arasında hissə-hissə borc pulun alınıb-verilməsinə başlanmışdır. Borc 56000 manat olduqdan sonra cavabdeh əlavə olaraq 39000 manat da borc pul istəmişdir. 39000 manat məbləğində pulu təminat altına almaq üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı1 15000 manat və 2700 manat məbləğində pul aldığını etiraf edib. Həmin məbləğlər 2020-ci ilin oktyabr ayından başlayaraq verilən pullardır. Alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı1 Cavabdeh 17700 (15.000+2700) manat məbləğində pul verib. İddiaçı2 Cavabdeh verdiyi 39000 manat borc pul məbləğinə dair alqı-satqı müqaviləsi bağlanıb». Borcu təmin etmək məqsədilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-757/2024 nömrəli qərarı ilə yekunlaşması və həmin tarixdən iddiaçıların borcun qaytarılmadığı qənaətinə gələrək, iddia müddətinin axımının müqavilənin yekun olaraq 2024-cü ildə etibarsız sayılmasından başlanması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız olmuşdur. Bundan başqa, İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-757/2024 nömrəli qərarı ilə yekunlaşmış mülki işdə hazırkı iş üzrə digər İddiaçı1 tərəf olmamış, şahid qismində ifadə vermişdir. Belə olan halda, İddiaçı1 alqı-satqı müqaviləsi bağlanan tarixə qədər cavabdehə verdiyi 15000 manat və 2700 manat məbləğində pul vəsaitini tələb edə, bununla bağlı məhkəməyə müraciət edə bilərdi. Digər tərəfdən, İddiaçı1 15000 manat və 2700 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi bağlanan tarixə qədər cavabdehə verdiyindən və yuxarıda qeyd edildiyi kimi o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış mülki iş üzrə tərəf olmadığından, İddiaçı1 münasibətdə iddia müddətinin axımının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-757/2024 nömrəli qərarından sonra hesablanması ilə bağlı məhkəmənin mövqeyi əsassız olmuşdur. İşə baxmı ş apellyasiya instansiyası məhkəməsi İddiaçı1 iddiasını qismən təmin edərkən yuxarıda göstərilən xüsusatları nəzərə almamış, bu da qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüqu qi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğ unu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüquq un tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

48. Kassasiya şikayətlərində qətnamə iş üzrə İddiaçı2 tərəfindən onun iddiasının təmin edilməyən, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissələrində mübahisələndirildiyindən həmin məhkəmə aktı faktiki olaraq tam yoxlanılır.

49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Apellyasiya məhkəməsi İddiaçı2 iddia tələbi üzrə düzgün nəticəyə gəlib, həmçinin cavabdehin də apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi İddiaçı2 iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni v ə əsaslı qətnamə qəbul edilmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 2740 qiymətləndirməsi ilə razılaşır.

54. Bu baxımdan hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətlərinin dəlilləridir.

55. Məhkəmə kollegiyası İddiaçı2 kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, borcun təminatı qismində rəsmiləşdirmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 39000 manat pulun İddiaçı2 tərəfindən Cavabdeh verilməməsi faktı artıq müəyyən edilib. Buna görə də restitusiya məsələsinin iddianın predmeti, məhkəmə araşdırması və çəkişmə predmetinin olmaması, əvvəlki mülki işdə alqı-satqı müqaviləsinin borc münasibətlərinin təminatı olma məsələlərinin araşdırılmaması barədə dəlillər əsassızdır.

56. Belə ki, İddiaçı2 39000 manat pulu məhz a lqı-satqı müqaviləsi üzrə mənzilin dəyəri kimi ödədiyi və qeyd edilən müqavilə etibarsız sayıldığı üçün geri istəyir. Lakin işdən görünür ki, alqı-satqı müqaviləsi ona görə etibarsız sayılıb ki, həmin müqavilə borc münasibətlərinin təminatı üçün bağlanıb, üstəlik müqavilədə göstərilən 39000 manat satıcıya, yəni hazırkı iş üzrə cavabdehə ödənilməyib. Bütün bunlardan sonra 39000 manatın cavabdehə ödənilməsini fakt kimi təqdim etmək məhkəmə aktlarının preyudisiallığı qaydasına ziddir.

57. Həmçinin cavabdehin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Cavabdeh kassasiya şikayətində iddianın təmin edilən hissəsi üzrə iddia müddətinin keçməsinə istinad etmişdir.

58. Qeyd edilən məsələyə apellyasiya instansiyası məhkəməsi qiymət vermişdir, (bax:39-cu bənd), məhkəmə kollegiyası həmin qiymətlən dirmə ilə razılaşdığı üçün həmin dəlilə əlavə şərh verməyə zərurət görmür.

59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2470/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar