Məhkəmə qərarları › İş №2(102)-2516/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2516/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2516/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-433/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Şəmkir rayonu, Dəllər qəsəbəsi, Dəllər kənd sovetliyi 2 nömrəli məntəqənin evlər idarəsinə məxsus olan 2 nömrəli evin icarədarı X6 olmuş, həmin müqavilə 1 yanvar 1970-ci ildə 9 il müddətinə bağlanılmışdır. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-582F, KOD 50400018 saylı şəhadətnaməyə əsasən Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X3 mülkiyyətinə Şəmkir rayonu Dəllər qəsəbəsində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-557-2017 saylı qətnaməsi ilə 1900-cu ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuş, X3 X2 nənəsi olması faktı müəyyən edilmişdir. X5 11 noyabr 2020-ci ildə vəfat etmişdir.

4. İddiaçı X7 ilə 15 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmuş, nikahdan sonra mərhum qaynatası X2 Şəmkir rayonun Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış sahəsinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 2 övladı var, nikahları 20 sentyabr 2016-cı il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, hazırda iddiaçı atasının evində qeydiyyatda olmaqla orada yaşayır.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-212/2021 nömrəli qətnaməsi ilə, İddiaçı X2 mülkiyyətində olan Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-23338/2021 saylı qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-212/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanı lmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-108/2022 saylı qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-23338/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladlarının mərhum X2 Şəmkir rayonunun, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun qaynanasıdır. Mərhum qaynatası X7 2008-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən 0.1080 ha torpaq sahəsində öz vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdirməyə başlamış, evin tikintisi və təmiri üçün bir neçə dəfə banka müraciətlər etmişlər. 2009-cu ildən etibarən keçmiş həyat yoldaşı ilə birgə həmin evdə yaşamışlar. Onun azyaşlı övladları da Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatdadır. Daha sonra isə X7 ilə ailədaxili mübahisələr yaranmış və 20 sentyabr 2016-cı ildə nikahları pozulmuşdur.

10. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirib ki, iddiaçı mübahisəli evdə 2008-ci ildən 2010-cu ilədək yaşamış, məhkəmə qətnaməsi ilə evdən çıxarılmış və iddia verməsinə heç bir hüququ yoxdur.

11. Tovuz Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 11avqust 2022-ci il tarixli 2(062)-17 59/2022 nömrəli qətnaməsi (hakim Zaur Hünmətov) ilə iddia qismən təmin edilərək, iddiaçının Şəmkir rayon, Dəllər qəsəbəsi, Dəllər kənd sovetliyi 2 №- li məntəqənin evlər idarəsinə məxsus olan 2 №-li evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən münasibətləri 2008-ci ildən yarandığına və mübahisə olunan ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmadığından iddia qismən təmin edilmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında “ Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən iddia tələbinin övladları ilə evə köçürülmə hissəsi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabde h qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-433/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrliyi və məruzəsi ilə), L.S.Süleymanov və A.H.Hüseynzadə) cavabdehin apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

15. Apellyasiya kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2008-ci ildən yarandığına və mübahisə olunan ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmadığına görə, birinci instansiya məhkəməsi xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzi l Məcəlləsinin müddəalarının tətbiq olunmasına dair düzgün nəticəyə gəlsə də, lakin maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

16. Apellasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli evdən 2010-cu ildə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getmiş və köçüb getdiyi vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpası üçün hər hansı əsas mövcud deyildir.

17. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51, 53-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddələrinin şərh olunması” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarədə olan obyektlərlə bağlı münasibətlər icarə qanunvericiliyi ilə tənzimlənir. Dövlət mənzil fondu olan mübahisəli mənzil özəlləşdirilmədən Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşın mülkiyyətinə verilə bilməzdi. Bu da onu deməyə əsas verir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə ver ilmiş torpaq sahəsi həmin mənzilin yerləşdiyi torpaq sahəsi deyildir. Bundan başqa da Qanunda mənzil fondunun yerləşdiyi torpaq sahəsinin deyil, mənzillərin özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanıtərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə görə isə m ənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik ya şına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olduğundan və iddiaçı qeyd edilən mənzilə 2008-ci ildə köçdüyündən mübahisəyə 2008-ci ildə mövcud olan Mənzil Məcəlləsinin maddi hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının gəlin köçdüyü evdən çıxma səbəbi onun əri tərəfindən başqa yerdə yaşayış sahəsi ilə təmin edilməsi olmuşdur. Yəni, iddiaçının əri həmin evdən başqa yerə köçdüyündən arvadı da onunla bərabər köçmək məcburiyyətində qalmışdır. İddiaçı həmin evə köçməyərək hazırki evdə yaşamağa davam etsə idi, o zaman iddiaçının ounun ailə üzvləri tərəfindən hazırki evdən çıxarılma sı mümkün olmayacaqdı. Hazırki evin icarədarı Nəbiyeva Nənəşlə mənzil icarə müqaviləsi 1 yanvar 1970-ci ildə 9 illik müddətinə bağlanılmışdır. İddiaçı həmin evə gəlin köçərkən həmin evin icarədarı kimsə olmamış, həmin evdə yaşamış Cavabdeh da qeyd edilən mənzillə bağlı hər hansı hüquq və vəzifələrə malik olmamışdır. Həmin mənzildə yaşayan Cavabdeh həmin mənzildə əvvəllər yaşamış iddiaçıya orada yaşaması ilə bağlı maneələr yaratmaqda ixtiyarlı deyildir. 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə ba ğlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çı xıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi hazırki işdə hər hansı icarədar olmasa da belə əvvəlki icarədarın ailə üzvü olmuş cavabdeh mübahisəli mənzildə yaşamağa davam etdiyindən eyni imkanlar həmin mənzildə əvvəllər yaşamış iddiaçıya da yaradılmalıdır. Mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 54- cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Göründüyü kimi, icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır. Hazırki işdə isə mənzilin icarədarı olmadığından cavabdeh tərəfindən iddiaçının həmin evə köçürülməsinə yaradılmış istənilən maneələr qanunsuzdur. Göründüyü kimi apellyasiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, dövlət mənzil fonduna fərdi yaşayış evi kimi qiymət vermişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

21. Maddə 53 İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifəl əri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

22. Maddə 54 İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərarəb surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Maddə 123 Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürüldüyü ailə üzvləri onların köçməsi zamanı başq a qeyd-şərt göstərməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. M addə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir..

32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. İş üzrə iddiaçı məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən və qətnamənin ləğv edilməsini xahiş etdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2008-ci ildə cavabdehin oğlu X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçı ailə qurduqdan sonra cavabdehin istifadəsində olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı keçmiş əri Elbəy Rüstəmovla ilə birlikdə 2010-cu ilədək mübahisəli evdə yaşamış. Daha sonra isə 2010-cu ildən keçmiş əri ilə birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən 0.1080 ha torpaq sahəsində öz vəsaitləri hesabına inşa etdirdikləri evə köçərək orada yaşamağa başlamışlar. 2016-cı ildə keçmiş əri Elbəy Rüstəmovla aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Hazırda iddiaçı atasının evində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra 2008-ci ildə köçdüyü Şəmkir rayonunun, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Mübahisəli ev cavabdehin nənəsi X4 1970-ci ildə icarəyə verilsə də, sonuncunun vəfatından sonra həmin evdə cavabdeh və onun ailə üzvləri yaşayaraq evdən onlar isitifadə etmişlər. Hazırda da, mübahisəli ev cavabdehin və onun ailə üzvlərinin istifadəsindədir.

37. Belə ki, “Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmadığınandan, tərəflər arasındakı mübahisəli hüquq münasibətlər i 2008-ci ildən yarandığından və məhkəmə qətnaməsi ilə İddiaçı X2 mülkiyyətində olan Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarıldığından, həmçinin iddiaçının mübahisəli evdən 2010-cu ildə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getdiyi vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpası üçün hər hansı əsas mövcud olmadığından məhkəmə düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləş dirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-433/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar